Mən həyata geciKMİŞƏM…


DAHA BİR SUALIN MƏNİ ÖLDÜRƏRƏK



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 
168 
DAHA BİR SUALIN MƏNİ ÖLDÜRƏRƏK 
DOĞUMU... O DA BİLİRDİ... 
 
 Öz qanımı içirmişəm,  
 Bəri başdan bilirmişəm,  
 Zaman məni unudanda,  
 Mən həyata gecikmişəm.  
 
 
Evə qayıtdım  uşaqlarla  dərdləşib bir az 
söhbətləşdik. Sonra  onları yola  salıb Rəşadın 
ruhu  olan  bu  səssiz  evdə  tək  qaldım.  Kassa-
nın  yanındakı,  çəkməcəyə  doğru  məktubu 
almaq  üçün  getdim.  Çəkməcəni  açdım  üzə-
rində ismim olan məktubu alıb açdım:  
 
Hamı qınayacaq arxadan məni,  
Bilərək ölümə qucaq açmışam.  
Daha bilməyəcəklər, dolanıb gəzib,  
Allahın yerini özüm tapmışam.  
 
Arxamdan söyərsiz, dəli deyərsiz,  
Deyin ki, dözmədim, qorxub qaçmışam.  
Bu qədər zamandı bizdən gizlənən,  
Allahın yerini özüm tapmışam.  
 


 
169 
Beş qəpik dəyməyən quru canımı,  
İynədən keçirib, ipdən asmışam,  
Ölüm gözləməklə heç gələn deyil,  
Allahın evini özüm tapmışam.  
 
 
Salam  necəsən?  Mən  də  sual  verirəm 
də, necə  olassan, əlində bir ölünün məktubu 
var.  Yadında  həmişə  deyirdin  ki,  mən  tez 
öləcəm,  səninlə  sağollaşa  bilməyəcəyik.  Gö-
rürsən  həyatı,  öz  xeyrinə  olan  məsələləri  də 
bizə zidd edir. İndi məni arxadan qınayırsan. 
Bax,  olmadı  ki,  sil  göz  yaşını.  Buradan  baxı-
ram  ha.  İnanmırsan?  Deyim  da,  oturmusan 
kassanın  üstündə,  əlində  də  məktub  var. 
İnandın hə? Bəs necə həmişə izləmişəm  səni. 
Qardaşın  deyiləm  tək  qoymuyacam  ki,  səni. 
Mən  qayıtmayacam,  amma,  yəqin  xüsusu 
görüş  günləri  olur  burda.  Sən  əsgərlikdə 
olanda altıncı  və bazar günləri iki  saat görüş 
olurdu,  mən  gəlirdim  yanına.  Bax  burdada 
yəqin elədi, gələrsən yanıma. Vallah, ağlıyır-
san  çox  narahat  oluram.  Niyədi  bu  göz  yaş-
ların?  Bəs  ölməmişdim,  bəs  sənin  qəlbində 


 
170 
həmişə  yaşayacaqdım?  Həyat  qardaşım,  hə-
yat.  “O  qədər  axmaq  və  şərəfsizdir  ki,  özü 
kimi  axmaq  və  şərfsizləri  sevir  və  sevindi-
rir”. Bizim kimilərə kədər yaraşır.  Xoşbəxtlik 
qayığı  bizim  kimi  yetimlərin  dənizindən 
uzaqdı. Bizim  dalğalarımız bizim kədərimiz-
di  və  o qədər güclüdü ki,  xoşbəxtlik qayığın 
batırar.  Başladım  hə  yenə  fəlsəfəyə?  Öldüm 
də  canın  qurtarmadı.  Deyirsən  indi  mən 
Allahı  necə  tapmışam?  “Axtarışa  çıxdım  və 
onu  şeirlərimi  oxuyanda  gördüm”.  Mənim 
şeirlərimin  ən  sevimli  oxucusu  imiş  sən  de-
mə. Həqiqətən məni çox istəyirmiş. O çağırdı 
məni  yanına.  Bilirəm  bir  az  gülünc  gəlir.  Bu 
məktubu başqası oxusa mənə rəy bildirib dəli 
damğasını yapışdıracaqlar.  Heç kimə göstər-
mə ha, deməsinlər dəli olmuşdu. Sən isə baş-
dan  mənə  dəli  şair  demisən.  Səndən  indiyə-
dək  çox  bir  şey  istəməmişəm.  Bir  şey  istəyə-
cəm,  amma.  Kassada  mənim  şeirlərim  var. 
Bir dəftərə köçürmüşəm. Onları imkanın olan 
kimi  çap  elətdir.  Dəftəri  açanda  ilk  şeirin 
adını  qoyarsan  kitaba.  Satışı  çox  güclü  ola-


 
171 
caq. Hamının  diqqətini cəlb edəcək. Satışdan 
çəkdiyin  xərci çıxarsan, qalan nə  olsa kimsə-
sizlər evinə bağışlayarsan. Bu arada kassanın 
kodunu  heç  kim  bilmir.  Sənin  doğum  tari-
xindi: 20:  03:  1987. Bu  da sənə məndən kiçik 
bir hədiyyə:  
 
 
Yaxın olan xoşbəxtliyi.  
Bu ömrümə özgələdim.  
Sığal çəkib öz-özümə 
Ağı deyib mürgülədim. 
  
Körpə qalmaq istəmirdim,  
İllər keçdi yaşa doldum.  
Azadlığı istəyirdim,  
Hər şeyimdən azad oldum.  
 
Olanları boxça edib,  
Bu ölkədən gedəcəyəm.  
Sağ olanda sevəmmədim,  
Ölüsünü sevəcəyəm.  
 
Mən qəlbimi kilidlədim,  
Kədər qəlbə açar olub.  


 
172 
Deyin axı nə etdim ki?  
Sevgi məndən qaçar olub.  
 
Bu üşüdən sətirlər də,  
Qulağıma azan olub,  
Bu şeiri dost Nihada,  
Şair Rəşad yazan olub.  
 
Gör necə də xoşbəxt oldum,  
Başqa qəbir qazmıyacam,  
Bu sonuncu şeirimdi,  
İstəsəm də yazmıyacam.  
 
 
Nihad sətirlərlə bərabər axan göz yaşını 
sildi və dedi:  
 
-Rəşad  sən  də  bilirmişsən.  Sən  də  mə-
nim ailəmi tanıyırmışsan. Və bunu mənə de-
məmisən. Bu  sirri bilən  ikinci adam  da öldü. 
Axı  niyə  məndən  gizlədirdiniz?  Yadından 
çıxıb məktubunda mənim əsl doğum tariximi 
yazmısan.  Axı  bunu  tək  bilən  adam  mən 
idim.  Görürəm  elə  deyilmiş.  Yəqin  hər  şeyi 
sənə  Nazilə  xala  danışıbmış.  Bəs  niyə  mən 


 
173 
bilməməli  idim?  Axı  hər  nə  olsada  bilməyə 
sizdən çox mənim haqqım çatırdı.  
 
 Nihad  yatağa  uzandı,  bədəninə  kiçik 
bir  üşütmə  düşdü.  Əlləri  də  əsirdi.  Axı  ət-
rafındakılar ölürdü  və bu  ölənlər niyə ondan 
nə  isə  gizlədirdi?  Elə  Dəniz  olsun.  Öləcəyini 
niyə  Nihada  demirdi?  Axı  Nihad  onu  hamı-
nın  sevdiyindən  daha  çox  sevirdi.  Bir  az 
uzandıqdan  sonra  kassanı  açdı  və  Rəşadın 
yazdığı  dəftəri  alıb  vərəqləməyə  başladı.  İlk 
səhifədə  ilk  şeirin  adı  göründü:  “Yarımçıq 
həyatlar” Deməli
 növbəti çıxacaq şeir kitabının 
adı  belə  olacaqdı.  Nihad  bu  şeiri  asta  səslə 
oxumağa başladı:  
 
Mən üzə bilməyən körpə balıqdım,  
Bu həyat iztirab, bu həyat dəniz.  
Nə qədər bir ömür yaşasam da mən,  
Yarımçıq həyatlar yaşayırıq biz.  
 
Zibilin içində ağzına qədər,  
Mümkünmü yaşamaq zərrəcə təmiz?  
Süni gülüşləri üzə hopdurub,  
Yarımçıq həyatlar yaşayırıq biz.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə