Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   30   31   32   33   34   35   36   37   38

 
180 
tikir”  
 
Budur  polis  şöbəsi.  Nihad  sürücüyə 
yaşıl  iyirmiliyi  verdi,  taksidən  enib  şöbəyə 
keçdi.  Elə  qapıda  Rüfət  durmuşdu.  Salam-
laşdı  və  dedi  ki,  rəis  beş  dəqiqə  olar  çıxdı. 
Qəza  olub  ora  tələsdi.  Gəl  mənimlə  avto-
mobilini  götür.  Nihad  açarları  aldı,  Rüfətə 
hər  şeyə  görə  dərin  təşəkkürlərini  bildirib 
evə yollandı.  
 
Lift  yenə  işləmirdi.  Nihad  ərinə-ərinə 
pilləkənləri qalxdı qapını açdı və evə keçdi. 
Təzə  ayaqqabılarını  çıxarıb  içəri  keçmişdi 
ki, qapı döyüldü. Üzbəüz mənzildə yaşayan 
qonşu idi:  
 
-Salam, qonşu. Necəsən?  
 
-Salam,  sağolun  qonşu.  Buyurun,  eşi-
dirəm.  
 
Dünən  bir  cavan  oğlan  gəldi.  Bizim 
qapını  döydü  və bir məktub  verdi  ki, bunu 
sənə çatdıraq. Evdə yoxuydun. Dedim adını 
denə, dedi məktubda yazmışam. Dostuyam. 
Al oğul bu məktubu.  
 
-Sağ ol qonşu, sağ ol.  


 
181 
 
-Dəyməz, nə elədim ki, ay bala?  
 
Nihad  qapını  örtdü  və  yenə  tərəddüd 
içində  otağa  keçdi.  Bu  nə  oyundu  axı,  bir 
qadın, bir kişi, saatlar, qutu, məktub? Bütün 
beyni qarışmışdı. Məktubu açdı:  
 
-Sən keçmişdə  səbəb  olduqlarına görə 
öləcəksən.  
 
Nihad  quruyub  qalmışdı,  axı  bu  nə 
deməkdi.  Axı  o  heç  keçmişi  haqda  nə  bilir 
ki,  nə  edib ki, belə bir  yazı  ona  ismarıc  olu-
nub?  Komputerdə  yazılmış  bu  yazıda  bir 
imza, bir ad belə  yoxdu. Görəsən  bu  dəfəki 
necə bir oyun olacaq? Xeyirlisi deyib divana 
uzandı.  Saatın  yeddi  olmasına  beş  dəqiqə 
qalırdı. Əgər bir  tərslik  olmasa  iki  saata ki-
mi, Orxan  sağ-salamat ailəsi  ilə Bakıda  ola-
caqdı.  İşləri  də  neçə  vaxtdır axsadan  Nihad 
müdirinə  olan  hörməti  o qədər artmışdı ki. 
Axı onun bu cür anlayışlı olması, Nihada bu 
qədər möhlət verməsi və başa düşənliyi hər 
bir  müdirin  edəcəyi  bir  şey  deyildi.  Nihad 
saat  yeddi  xəbərlərini  qaçırmamaq  üçün 
televizoru  işə  saldı. Uzun  zamandır  ölkədə 


 
182 
heç olub bitəndən xəbəri yoxdu. Televizoru 
açan kimi:  
 
BMT  Təhlükəsizlik  Şurasının  Dağlıq 
Qarabağdan  Ermənistan  silahlı  qüvvələri-
nin  çıxarılması  haqqında  verdiyi  822,  853, 
874  və  884-cü  qətnamələri  hələ  də  yerinə 
yetirilmərib.  Dünya  birliyi  hələ  də  bu  əda-
lətsizliyə dözür.  
 
Nihad  hər  dəfə buna  qulaq asmaqdan 
həzz  alırdı.  Axı  dəfələrlə  təkrara  baxma-
yaraq  küçədə  bir  nəfər  belə  bu  rəqəmləri 
bilmirdi.  Axı  kimin  marağındadı  BMT, 
ATƏT, NATO? Hər kəs özü haqda düşünür. 
Nihadın  diqqətini  bütün kanallarda yayım-
lanan verilişlərin kəsilməsinə səbəb olan bir 
xəbər dağıtdı:  
 
-Elə  indi  aldığımız  məlumata  görə, bu 
gün  Bakı  saatı  ilə  13:  00-da  Bakıya  gəlmək 
üçün Almanyanın Frankfurt şəhərindən ay-
rılan  təyyarə  Ukraynanın  Donetsk  şəhərin-
də  ağır  qəzaya  uğrayıb.  Aldığımız  məlu-
mata  görə  artıq  bir  neçə  dəqiqə  olar  ki, 
kömək  dəstələri  ilkin  müdaxilələr  edib, 


 
183 
ölənlərin  sayını  və  kimliyini  dəqiqləşdir-
mək  üçün  əlavə  dəstək  alınıb.  Hadisənin 
əsas  səbəbi  araşdırılır.  İlkin  səbəb  olaraq 
hava  şəraitinin  pis  olması  göstərilir.  Baş 
vermiş bu hadisəyə görə həlak olmuş Azər-
baycan  vətəndaşlarının  yaxınlarına  və  qo-
humlarına  baş  sağlığı  və  səbir  verir,  ölən-
lərə isə Allahdan rəhmət diləyirik. Tezliklə, 
yenidən  bu  məsələyə  qayıdacaq,  hal  şa-
hidlərini  və hadisəni  təfərrüatı ilə yayımla-
yıb,  dəqiq  məlumatlar  çatdıracağıq.  Diq-
qətinizə görə sağ olun.  
 
Nihad artıq  nə  etsin,  nə  desin?  Axı bu 
qədərdə  olmaz.  Axı bu  nə  deməkdi? Bu  nə-
yə  işarədi?  Orxanın  gəldiyi  təyyarə  məhz 
qəzaya uğramalımıydı? Niyə axı? Bəs indi o 
neyləsin? O qədər ağlayıb ki, daha gözündə 
yaş  qalmıyıb.  Başladı  gülməyə.  Gic-gic  gü-
lürdü.  Həmişə  ağlamaq  heç  nəyi  geri  qay-
tarmır,  bəlkə  elə  gülmək  keçmişi  geri  qay-
tara.  Saatı  iki-üç  saat  arxaya  çəkə.  Zamanı 
dəyişə.  Ya  Orxan  bu  gün  yox,  sabah  gələ. 
Görəsən  Orxanın  günahı  nə  idi?  Mənimlə 


 
184 
dost olmağımı? Ailəsi, balaca İnci, axı bu nə 
dərəcədə  ədalətli  idi?  İlahi,  sən  hara  baxır-
san?  Bu  artıq  sınaq  deyil,  bu  artıq  bu  dün-
yada  cəhənnəmi  yaşamaqdı.  Özü  ilə  gətir-
diyi Əzrayıl artıq  işini  lazımınca yerinə ye-
tirmişdi.  Artıq  Nihad  bunu  çox  asanlıqla 
qəbul  edirdi.  Ölüm  o  qədər  adiləşmişdi  ki, 
həyat,  yaşamaq  ona  qeyri-adi  gəlirdi.  Ölü-
mün  qoxusunu  hiss  edirdi.  İndi  sıra  Də-
nizdə  idi.  Heç  olmasa  Dənizin  ölümünün 
qarşısını alardı.  Axı  necə?  Heç harda  oldu-
ğunu  belə  bilmirdi.  İndi  Orxanın  ata  və 
anası  necə  əzab  çəkir  onun  gözləri  önünə 
gəlirdi.  Anasızlıq  belə  ağırdısa,  dostunu 
itirmək  belə  ağırdısa,  gör  övladını  itirmək 
necə çətindi.  Heç  nə demədən əlləri  ilə yas-
tığı qucaqlayıb  divana  dayandı. Nə  edə bi-
lərdi? Heç nə. Tək işi, gözləmək idi. Orxanla 
keçirdiyi anlar köhnə bir filmdən kadr kimi 
gözünün  önündən keçirdi. Çox  narahat  idi, 
heç  iki gündü ki, ağzına  bir  tikə yemək, bir 
yudum  su, gözünə  doğru-dürüst yuxu get-
mirdi. Bu bir həftənin içində elə arıqlamışdı 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə