Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   30   31   32   33   34   35   36   37   38

 
196 
mət  imiş.  Sonda  evin  adresini  deyəcəm.  Yə-
qin  sən  evə gələndə  mənim yasım qurtarmış 
olar.  Bilmirəm  bütün  bu  olanlara  görə  məni 
bağışlayassan  ya  yox,  amma,  bil  ki,  həmişə 
sənin  kimi  bir  qardaşım  olsun  istəmişdim. 
Kaş  səni əvvəldən tanıyardım. Səssiz qalmaq 
o  qədər  çətin  idi  ki.  Qorxurdum  biləsən  və 
hər  şey  daha  pis  olar.  Bilirəm  bir  az  şübhə-
lənmişdin.  Əshabi-Kəfdə  o  turistin  şəklimizi 
hədiyyə  etməsi,  onu  başa  düşməyim  bəzən 
siz  danışanda  gülməyim.  Damcıxanada  tut-
duğum  dilək  qəbul  oldu.  Arzu  etmişdim  ki, 
sənə  qardaşım  olmanı  öz  dilimlə  deyim.  Ol-
du, amma, video  lentdə. Rəşad  da  sağ olsun, 
məni bilirdi və sənə yalan danışmağa məcbur 
qaldı,  amma,  məni  üzə  vurmadı.  Çox  yaxşı 
oğlan  idi.  Eşitdim  ölüb.  Yəqin  sənə  indi 
burdan  birlikdə  baxırıq.  Naxçıvanda  mənə 
yaşatdığın  əvəzolunmaz  günlərə  görə  sənə 
borcluyam  və  kiçik  bir  hədiyyəmi  qəbul  et. 
Evdə  çəkməcəmdə  sənə  bir  kağızda  pul 
ayırmışam. Mən sənə ilk saatı göndərməmiş-
dən  iki  həftə  əvvəl  öləcəyimi  bildim.  Bibim-


 
197 
dən keçən bu xəstəlik daha ağırıydı məndə və 
tezliklə  öləcəyimi  bilirdim.  Səni  tanımadan 
ölmək  mənə  daha  pis  olardı.  Məni  sevirdin. 
Bağışla  qaqaşım  həmişə  söhbəti  dəyişdirir, 
çalışırdım ki, bu cür söhbətləri yığışdırasan sən 
isə  inada  düşmüşdün.  Hər  nə  isə  deməli  mən 
universiteti bitirən kimi mükəmməl İngilis-dili 
bildiyimə  görə  tərcüməçi  işlədim  və  yaxşı  pul 
qazandım. Bir  az  xərclədik,  amma,  qalanlarını 
götür özünə kiçik bir iş qur. Az puldu, amma, 
yenə də olsun. Ancaq 6min manat yığa bildim. 
Bağışla  qaqaş  və  nə  olar  hədiyyəmi  qəbul  et. 
Evimiz  Sabir  küçəsi  11,  bina  2,  ev  13.  Birdə 
səkkiz  manata  almışdın  e  mənə  səhra  çiçəyi? 
Elə bir gül yoxuymuş, bunu Rəşad Naxçıvanda 
olanda mənə demişdi. Məni bağışlamayacağını 
bilirəm. Səni tək qoyduq, amma, bir az tək qal 
və düşün ki, biz sənə keçmişini niyə demirdik

İnsan tək  qaldıqda  anlayır ki,  əslində  o tək 
deyil”.  Heç
  də  asan  deyil  ki,  neçə  illərdir 
xəyallarında  təsəvür  etdiyin  bir  ailənin  belə 
çıxması. Hər şeyin günahkarı anamızdı. Sağol..  
 
Video  qurtaranı  bir  saat  olmuşdu  və 


 
198 
Nihad buz bağlamış baxışlarını televizordakı 
qaraltıdan çəkə bilmirdi. Ayağa qalxdı vanna 
otağına girib duşu açdı və buz  suyun altında 
durdu.  Paltarları  tamam  islanmışdı  və  bəlkə 
də bir saatdan  sonra  su kəsilməsə  idi,  Nihad 
fərqinə  varmayacaq  və  ayılmayacaqdı.  Bir-
dən  bədəninə  elə  bir  üşütmə  tutdu  ki,  rəngi 
ağappaq olmuş, gözləri qanın  içində  idi. Ya-
tağa tərəf gəldi və eləcə yorğana sarılıb uzan-
dı. Artıq gecə saat beş idi, amma, hələ də necə 
vardısa  qalan  Nihad,  xəstələnmişdi.  Asqırır 
və  elə  titrəmə  tutmuşdu  ki,  yataq  döşəməni 
silkələyirdi.  Heç  nə  demədən  sabahın  açıl-
masını  gözləyir  və  gözlərini  zillədiyi  divar 
saatından  çəkə  bilmirdi.  Artıq  bir  gün  keç-
mişdi. Nihad qrip olmuş və yatağından qalxa 
bilməyəcək qədər xəstə  idi. Dayanmadan ös-
kürür, burnunu çəkir və ağlayırdı. Telefonun 
pili  bitmişdi.  Hava  isə  yağışlı  idi.  Nihad 
ayağa  qalxdı  və  paltarlarını  dəyişib  titrə-
yə-titrəyə qapıya tərəf yeridi. Və eləcə qapıya 
yaxınlaşmışdı  ki,  müqavimətin  saxlaya  bil-
məyib yerə yıxıldı.  


 
199 
AİLƏMİ TANIDIM… 
 
 Həyatımı bitirmişəm,  
 Bir siratdan keçirmişəm,  
 Tək günahım doğulmaqdı,  
 Mən həyata gecikmişəm. 
 
 
 
Təqvim  artıq  yeni  bir  ayı  göstərirdi. 
Mayın  biri  səhər  saat  on  bir  idi.  Nihad  göz-
lərini  döşəmədə  açmış  və  son  dəfə  iki  gün 
əvvəl  yıxıldığını  xatırlamışdı.  Çox  bərk  ac-
mışdı.  Aşağı yendi  və avtomobilə oturub ye-
məkxanaların  birinə  getdi.  Qarnını  doyur-
duqdan  sonra,  bir  az  dənizkənarı  parkda 
gəzdi  və günorta keçdikdən  sonra  Dəniz de-
yən ünvana yollandı.  Çətində olsa  soruşaraq 
evi  tapmışdı.  Qapını  döydü,  bir  yaşlı  qadın 
çıxdı və heç təəccüblənmədən:  
 
-Keç içəri Xəzər.  
 
-Salam, siz?  
 
-Hə mənəm, Dənizin bibisiyəm. Keç.  
 
Nihad  bir  az  təəccüblənmişdi,  axı  ona 
Xəzər deyən  ilk  insan bu idi  və heç nə olma-
mış kimi onu qarşılamışdı.  


 
200 
 
-Keç  əyləş  divanda.  Yəqin  hər  şeydən 
xəbərin var.  
 
-Hə var. Bilirəm, Dəniz mənə video lent 
yollamışdı.  
 
-Lap  yaxşı.  Keçmişdən  danışmayacam. 
Gəl mənimlə.  
 
Nihad  bu  qadının  arxasınca  getdi  və 
qadının buradı deməsi ilə dayandı.  
 
-Niyə baxırsan mənə? Keç içəri. Dənizin 
otağı bura idi. Mən qonaq  otağındayam. Sən 
çıxanda xəbərim olacaq.  
 
-Sağ olun.  
 
Nihad otağa girən kimi gözünə ilk  dəy-
diyi  şəkil  divarda  böyütdürülərək  vurulan 
Əshabi-Kəfdəki çəkilən  şəkil  idi. O vaxt necə 
də  xoşbəxt  idi.  Dənizin  yatağında  oturdu  və 
qarşıdakı  ardıcıl  üç  çəkməcəni  gördü.  Birin-
cinin  üstündə  Dəniz,  ikincində  Xəzər  və 
üçüncündə ana və ata yazılarını gördü. Birin-
ci çəkməcəni açdı və  ordakı  şəkilləri götürüb 
baxdı. Burda  Dənizin balaca  uşaqlıq, məktəb 
və  universitet  şəkilləri idi. Hamısına  sevərək 
baxırdı  Nihad.  Rəşadın  kitabını  da  burda 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə