42
islam alimləri və ideoloqlarının metodları haqda hərtərəfli biliyə sahib
olmaq daxildir. Həmçinin, tədqiqatçıya təqlid və nəzəri iqtibas
mərhələsini adlayıb metodqoyma və nəzəriyyəçilik müstəvisinə çıxmaq
imkanı verən yeni metodlar haqqında zəngin informasiya toplamaq
sözügedən mühüm prinsiplərdən hesab edilir
1
.
Məhəmməd Hüseyn Fəzlullah
∗
novatorluğa olan ehtiyaca
metodoloji aspektdən toxunur və qeyd edir ki, əvvəlki müsəlman
alimləri özünəməxsus üsul fikirləşiblərmiş. “Bu üsul onların yaşadıqları
və təsirləndikləri reallığa və o dövrdə hakim olan mədəniyyətə dair
düşüncə metodlarını tənzimləyirdi. Onlar özlərinin mədəni rollarını
layiqli şəkildə oynaya bilmişdilər. Ancaq bu, o demək deyildir ki, onların
metodu zamanın sirayət edə bilmədiyi mütləq həqiqət metodu
olmuşdur. Əksinə, bu, məhdud xüsusiyyətlərə, meyar və imkanlara
malik insan təcrübəsinin məhsulu idi. Biz elə yeni təcrübələrə baş vura
bilərik ki, onlar bir çox anlayışı dəyişib yeni nəticələr hasil edə bilər”.
Şeyx Fəzlullah əvvəlki nəsilləri tərifləyən ənənəvi məşhur “Əvvəlkilər
sonrakılara heç nə qoymayıblar” ifadəsinə tutarlı şəkildə qarşılıq verir:
“Birincilər sonrakılara nəyi miras buraxmayıblar ki!”
Şeyx Fəzlullah novatorluğun irsdən uzaqlaşma olduğunu
düşünənlərə üzünü tutaraq bildirir ki, əslində novatorluq irsi yenidən
dərk etmək olub metodologiyanın ana qaydalarına əsaslanan ictihad
təcrübələri vasitəsi ilə onun inkişaf etdirilməsi deməkdir. Çünki bu
zaman dini bazanı təşkil etdiyi üçün əsas islami mənbələrin həqiqi
mənası təhrif edilmir. Keçmiş və müasir alimlər fiqhi məhsuldarlıq və
metodologiyada yuxarıdakı həqiqi mənanı həmişə nəzərə almışlar...
Novatorluq keçmişin devrilməsinə əsaslanan düşüncə tərzi deyildir.
Əksinə, o, keçmişə yenidən nəzər salmaqdır və buradakı məqsəd dini
mətnlərin başa düşülməsində yeni və köhnə metodlar arasında mövcud
olan fikir ayrılığından dolayı yeni metodoloji üsulla keçmişi təkrarən
dərk etməkdir. Fəzlullah ictihad və novatorluğun asanlaşdırılması üçün
kollektiv cəhdləri özündə birləşdirən yollar və mexanizmlər təklif edir.
Bildirir ki, belə kollektiv fəaliyyət bir qrup mütəkəllim
∗
, fundamentalist,
fəqih və filosofdan ibarət ideoloqlar tərəfindən reallaşmalıdır. O
1
Taha Əbdürrəhman. Təcdid əl-mənhəc fi təqvim ət-turas (İrsin təshihində metodologiya novatorluğu).
Beyrut, “Ərəb”
Mədəniyyət Mərkəzi, 1994, səh. 19-20.
∗
Şeyx Fəzlullah təkcə şiə-islam dünyasında deyil, həm də müasir şiə-islam hərəkatında özünəməxsus
çəkiyə və təsirə malik mütəfəkkir alimdir.
∗
Mütəkəllim: əcnəbi, yad cərəyan və ideologiyalar qarşısında İslamı müdafiə etmək məqsədi ilə dinin
etiqad prinsiplərini rasional baxımdan
izah edən alimlər; müsəlman sxolastikləri – mütərcim
43
ideoloqlar ki, yeni elmi üsulla novatorluq hərəkatını qurmaq məqsədilə
forma və məzmun baxımından metodları tədqiq edirlər. Şeyx Fəzlullah
hesab edir ki, fərqli sahələr üzrə müctəhid və ideoloqların mövcudluğu
fikirlərin, metod və üslubların bütövləşməsinə zəmin yaradacaqdır.
Bununla da Qurana, həll və metodlara dair novatorluq hərəkatı müxtəlif
tərəfləri bir proqram əsasında birləşdirəcək fərqli mövqedən çıxış
edəcəkdir . Alim bu məqamda diqqəti hər bir məsələdə müzakirə və söz
azadlığına imkan yaradacaq elmi konfransların çağırılmasına yönəldir:
“Aydın şəkildə görünür ki, islam düşüncəsi reallığı hələ də hərəkat
baxımından fərdə tabedir. O, hələ də öz anlayış və təsəvvürlərini zorla
qəbul etdirən hakim abı‐havanın təsirindən xilas ola bilməyib. Bunun da
nəticəsində aparıcı mütəfəkkirlər özünəqapılma xəstəliyinə tutulmuş və
“təqiyyə” yolu ilə mövqe nümayiş etdirməyə məcbur olmuşlar. Çünki
onlar elmi kütlənin və ya belə demək mümkünsə, xalq kütləsinin
təzyiqlərindən çəkinirlər”.
Novatorluğun zəruri olduğu sahələrə gəlincə, Şeyx Fəzlullah
kəlamın, fiqhin və dinin fundamental məsələləri elminin (elm əl‐Üsul)
adını çəkir. Çünki bu sahələrə aid düşüncə leksikası əvvəlki dövrlərin
məhsuludur. Həmçinin, novatorluq leksikasının əksər hissəsi zamanın
istehlak etdiyi islam hərəkatları üçün də zəruridir
1
.
Taha Əbdürrəhman göstərir ki, müsəlmanlar ciddi metod
çatışmazlığından əziyyət çəkirlər
2
. İslam metodologiyasına yenidən
nəzər salmağa meylli olanlar belə, kəlam alimlərinin vaxtı ilə sahib
olduqları qabiliyyətlərə malik deyillər. Tarix boyu kəlam alimləri
rasional metodları dəqiq şəkildə tətbiq etmiş, məntiqi dəlillərdən
düzgün şəkildə yararlanmışdılar. Mütəfəkkir bildirir ki, islam etiqadına
zidd tendensiyalarla və ifrat rasionallığa, materializmə əsaslanan fəlsəfi
cərəyanlarla mübarizədə kəlam alimlərinin rolunu heç kəs inkar edə
bilməz. Belə ki, tədqiqat obyekti kimi islam etiqadının əsaslarını seçmiş
kəlam elminin metodologiyası əqli mühakiməyə və polemikaya
əsaslanırdı. Bundan çıxış edən mütəfəkkir müasir dünyada tüğyan edən
1
Məhəmməd Hüseyn Fəzlullah. əl-Əsalə vət-təcdid (Orijinallıq və novatorluq). “əl-Minhac” jurnalı
(Livandakı “əl-Qədir” mərkəzinin buraxdığı mövsümi jurnal). № 1/2. 1996, səh. 59-73.
2
Taha Əbdürrəhman. Fi təqvim əl-mənhəciyyə əl-məntiqiyyə li-elm əl-kəlam min xilal məsələ əl-
mümasələ fil-xitab əl-kəlami (Kəlamsayağı müraciətdəki analogiya vasitəsi
ilə kəlam elminin məntiq
metodologiyasının saf-çürük edilməsinə dair). “əl-Mənhəciyyə əl-islamiyyə vəl-ülum ən-nəfsiyyə vət-
tərbəviyyə” (İslam metodologiyası və psixoloji-pedaqoji elmlər) kitabından. ət-Təyyib Zeynəlabidinin
redaktəsi ilə. Herinden, “Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. 1-ci nəşr. Cild II. 1992, səh.
203-243.