81
böhranlı vəziyyətin ideoloji və mədəni tərəfini nəzərə almamağımızdır.
Bu, həmin mədəni və ideoloji tərəfdir ki, özümüzə və ətraf aləmə olan
baxışımızı əks etdirir.
Elə isə islam düşüncə sistemində universal‐kompleks baxış
dedikdə:
‐ təbii və sosial‐psixoloji amillərin insan zehnindəki inikası;
‐ dünyaya sözügedən amillərlə möhkəm, sağlam, təhlükəsiz,
rəğbətləndirici və ehtiyatkar əlaqə yaratmağı zəruri edən münasibət;
‐ və dünyanı dəyişmə planı başa düşülür.
Dünyagörüşü yaradıcıya, dünyaya, həyata, insana olan universal
təsəvvürün problemləri ilə sıx bağlıdır və o, insanın dünya həyatına dair
“nə vaxt?”, “nə üçün?” və “haraya?” kimi suallara cavab verməyə çalışır.
Təsəvvür problemləri ilə əlaqəli zehni və praktik fəaliyyət də
dünyagörüşü anlayışı ilə sıx bağlıdır.
Həmçinin, dünyagörüşü dedikdə, fərdin özünə və digər
insanlara olan baxışı nəzərdə tutulur. Kollektivin (millətin) özünə və
digər kollektivlər (millətlər) arasındakı mövqeyinə olan baxışı da bu
qəbildəndir.
Tapşırıq. Fərdin özünə baxışı onun dünyagörüşünün bir hissəsini necə
təşkil edə bilər?
Məlumdur ki, sözügedən mənada dünyagörüşü “dünyanın
coğrafi fiqhi” anlayışının bir parçası deməkdir. Dünyanın coğrafi fiqhi
anlayışına isə ərazi və məkanlarla bağlı fiqhi hökmlər, bir ərazidə
yaşamağa, oraya və oradan köçməyə dair şəriət hökmləri daxildir. Biz
burada fiqh və fiqhi baxış anlayışlarını ümumi mütləq mənada deyil,
quru terminoloji mənada nəzərdən keçiririk. Ümumi mütləq məna isə o
deməkdir ki, dini mətnlər məqsədləri və ümumi mahiyyəti baxımından
başa düşülməli, dini mətnin tələb olunduğu reallıq dərk edilməli,
insanların həyatında ilahi hidayətin məqsədlərinin reallaşması üçün dini
mətnlərin reallığa tətbiqinə imkan verən düşüncə formaları tapılmalıdır.
Fiqhi baxış “İslam diyarı” (darülislam) daxilində və xaricində
müsəlmanların digər xalqlarla münasibətlərini tənzimləyən siyasi fiqhin
bir parçası olmuşdur. Tədqiqatlar göstərir ki, bu fiqh sahəsi fərdi ibadət
və dini ayinlər fiqhi ilə müqayisədə olduqca zəif inkişaf etmişdir.
İnsanların islam risaləsinə (missiyasını) görə təsnif edilməsi belə
(missiyanı daşıyan “itaətkar ümmət”, missiyanın hələ də yönəldildiyi
82
“çağırılan ümmət” və s.), siyasi fiqh və dünyaya bölücü baxış böhranını
aradan qaldırmadı. Bu səbəbdən ortaya sanballı metodoloji tədqiqatların
aparılmasını zəruri edən çoxlu suallar çıxdı. Həmin suallar müasir
müsəlman
zehniyyətindəki
məlum
fiqhi
baxışın
elementlərini
formalaşdıran amillər, bu amillərin müəyyənləşdirilməsində Quranın,
Peyğəmbərin həyatı və sünnəsinin mənbəliliyi məsələsi, islam xilafətinin
tarixi reallığının və siyasi çəkisindəki dəyişilmələrin sonrakı dövrlərdə
oynadığı
rolu
ətrafında
cərəyan
edirdi. Həmçinin,
yuxarıda
sadalananların müsəlman alimlərinin islam irsinə verdiyi töhfələrinə
təsiri və XX əsr ideoloqları və islahatçı‐maarifçilərinin yaşadığı sosial‐
siyasi mühitin dərkində islam irsinin oynadığı rol barəsində suallar
yarandı. Müasir dövrdə bölüşdürücü fiqhi baxışın hələ də
mövcudluğunun, islam ölkələri daxilində və xaricində qeyri‐
müsəlmanlarla olan münasibət formalarının müxtəlif şəkildə başa
düşülməsinin səbəbləri, bu əlaqələrin hazırkı və gələcək dövrlərdəki
vəziyyəti ətrafında verilən suallar da bu qəbildəndir.
Əgər müasir dövrdə müsəlman fərdin dünyagörüşü onun bu
dünyadakı mövqeyinə uyğun olaraq müəyyənləşərsə, o, özünü tarixi və
coğrafi aspektdə yad hesab etməyəcək, digər insanlara onunla heç bir
əlaqəsi olmayan kəslər münasibəti bəsləməyəcəkdir. Əksinə, görəcəkdir
ki, o, bu dünyanın bir parçasıdır; həm o özü başqaları haqda danışır,
həm də başqaları onun barəsində söz salırlar; o, onları, onlar da onu
görürlər.
Artıq dünyagörüşü müxtəlif insan qrupları arasındakı
problemlərin təbiətinin dərki üçün ideologiyaya çevrilib. Həmçinin,
insanlar arasındakı dünyagörüşü formalarına aid oxşar və fərqli
cəhətlərin aydınlaşdırılması məlum problemlərə münasibəti müəyyən‐
ləşdirib onları həll edən üsul rolunu oynayır.
Yaxşı olardı ki, müsəlmanlar dünyagörüşü anlayışından
fikirlərin, mövqelərin, şəxslər və müəssisələrin təhlili vahidi kimi istifadə
etsinlər. Bununla da onlar başqalarının dünyagörüşlərini başa düşmək
imkanı əldə etmiş olarlar. Eləcə də müsəlmanların öz dünyagörüşlərini
başqalarına izah etmələri daha da faydalı olardı. Bu zaman qarşı tərəfin
müsəlmanları zərərli fəaliyyətdə təqsirləndirən ittihamlarını boşa
çıxaran izah üsullarından istifadə etmək lazımdır.
Müzakirə mövzusu. Müasir islam müraciəti metodologiyasının
formalaşması üçün müsəlmanların dünyagörüşü formalarına hansı
funksiyaları yükləmək olar?
83
İnsanın sahib olduğu dünyagörüşü hər şeydən qabaq özünə olan
baxışını əks etdirir. Belə bir baxış əsasında isə onun başqalarına olan
münasibəti müəyyənləşir. İnsanın özünə olan baxışı onun digərlərinə
olan münasibətinə təsir edir. Bu zaman digər insanların onunla birlikdə
eyni fikir və fəaliyyəti bölüşüb‐bölüşməməklərinin fərqi yoxdur.
Həmçinin, bu baxış müxtəlif dinlərin mənsublarına, fərqli fiqh
məzhəbləri və ideoloji məktəblərə, partiya təşkilatlarına, sosial
müəssisələrə münasibətdə onun mövqeyini təyin edir. İnsan bütün
bunlara özündən fərqli digər şeylər kimi baxır.
Hər hansı bir insanın dünyagörüşünün semantik çalarlıqları dini
etiqad ünsürləri ilə, dünyanı, həyat və insanları dərketmə səviyyəsi ilə
və təbiət, sosial və etik elmlərdən əldə etdiyi biliklərlə sıx əlaqəlidir.
Yerin kürə şəkilli olması və hərəkət etməsi, kosmosa çıxma, coğrafi‐
astronomik fiqhin problemləri, təbiətlə münasibətdə ortaya çıxan digər
məsələlər, psixikanın anlayış və problemləri, şəxsiyyət məsələləri və
meyarları, bəşər cəmiyyətinin çoxnövlülüyü, dəyər və adət‐ənənələrin
müxtəlifliyi... Bütün bunlar dünyagörüşünə aid məsələlərdir.
Deməli, insan oğlu dünyagörüşünü zəruri olaraq formalaşdırmır,
əksinə, dünyagörüşü bir zərurət kimi təbii və praktik formada insanın
zehnində yaranır. Bu zaman kompleks struktur üçün şüurlu fəaliyyətə
də ehtiyac qalmır. Fəlsəfədə belə kompleks baxışın qarşılığı şüurlu və
mütəşəkkil formada qurulmuş “sistem” anlayışıdır.
Hələ erkən dövrdə islam dünyasında sosial elmlərin inkişafına
mane olan səbəblər mövcud idi
1
. Bunlardan biri müsəlmanların
düşüncəsi və mədəniyyətinin saxtalaşdırılmış obrazları olmuşdur. Belə
obrazlar Peyğəmbərin və Raşidi xilafəti dövründə başladılmış mədəni
layihənin başa çatdırılmasına mane olmuş və qarşıya qoyulmuş
məqsədlərə çatmaq mümkün olmamışdır. “Sözügedən obrazların ən
təhlükəlisi və birincisi ümmətin düşüncə və mədəni strukturunu
formalaşdıran islam nöqteyi‐nəzərli dünyagörüşünün təhrif edilməsi idi.
Bununla da müsbət keyfiyyətlərə malik və tövhidə əsaslanan kompleks
islam dünyagörüşü forması müsəlman düşüncəsini, vicdanını,
münasibət və sistemliliyini kompleks şəkildə istiqamətləndirməkdən
1
Əbdülhəmid əbu Süleyman. Əzmə li-əql əl-müslim (Müsəlmanın düşüncə böhranı). Herinden,
Virciniya, Beynəlxalq İslam Düşüncəsi İnstitutu nəşrləri. 1991, səh, 82.
Dostları ilə paylaş: |