Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   30   31   32   33   34   35   36   37   38

 

81

böhranlı  vəziyyətin  ideoloji  və  mədəni  tərəfini  nəzərə  almamağımızdır. 



Bu,  həmin  mədəni  və  ideoloji  tərəfdir  ki,  özümüzə  və  ətraf  aləmə  olan 

baxışımızı əks etdirir.  

Elə  isə  islam  düşüncə  sistemində  universal‐kompleks  baxış 

dedikdə: 

‐  təbii və sosial‐psixoloji amillərin insan zehnindəki inikası; 

‐  dünyaya  sözügedən  amillərlə  möhkəm,  sağlam,  təhlükəsiz, 

rəğbətləndirici və ehtiyatkar əlaqə yaratmağı zəruri edən münasibət; 

‐ və dünyanı dəyişmə planı başa düşülür.  

Dünyagörüşü yaradıcıya, dünyaya, həyata, insana olan universal 

təsəvvürün problemləri ilə sıx bağlıdır və o, insanın dünya həyatına dair 

“nə vaxt?”, “nə üçün?” və “haraya?” kimi suallara cavab verməyə çalışır. 

Təsəvvür  problemləri  ilə  əlaqəli  zehni  və  praktik  fəaliyyət  də 

dünyagörüşü anlayışı ilə sıx bağlıdır.  

Həmçinin,  dünyagörüşü  dedikdə,  fərdin  özünə  və  digər 

insanlara  olan  baxışı  nəzərdə  tutulur.  Kollektivin  (millətin)  özünə  və 

digər  kollektivlər  (millətlər)  arasındakı  mövqeyinə  olan  baxışı  da  bu 

qəbildəndir. 

 

Tapşırıq.  Fərdin  özünə  baxışı  onun  dünyagörüşünün  bir  hissəsini  necə 

təşkil edə bilər? 

  

Məlumdur  ki,  sözügedən  mənada  dünyagörüşü  “dünyanın 



coğrafi  fiqhi”  anlayışının  bir  parçası  deməkdir.  Dünyanın  coğrafi  fiqhi 

anlayışına  isə  ərazi  və  məkanlarla  bağlı  fiqhi  hökmlər,  bir  ərazidə 

yaşamağa,  oraya  və  oradan  köçməyə  dair  şəriət  hökmləri  daxildir.  Biz 

burada  fiqh  və  fiqhi  baxış  anlayışlarını  ümumi  mütləq  mənada  deyil, 

quru terminoloji mənada nəzərdən keçiririk. Ümumi mütləq məna isə o 

deməkdir ki, dini mətnlər məqsədləri və ümumi mahiyyəti baxımından 

başa  düşülməli,  dini  mətnin  tələb  olunduğu  reallıq  dərk  edilməli, 

insanların həyatında ilahi hidayətin məqsədlərinin reallaşması üçün dini 

mətnlərin reallığa tətbiqinə imkan verən düşüncə formaları tapılmalıdır. 

Fiqhi  baxış  “İslam  diyarı”  (darülislam)  daxilində  və  xaricində 

müsəlmanların digər xalqlarla münasibətlərini tənzimləyən siyasi fiqhin 

bir parçası olmuşdur. Tədqiqatlar göstərir ki, bu fiqh sahəsi fərdi ibadət 

və  dini  ayinlər  fiqhi  ilə  müqayisədə  olduqca  zəif  inkişaf  etmişdir. 

İnsanların  islam  risaləsinə  (missiyasını)  görə  təsnif  edilməsi  belə 

(missiyanı  daşıyan  “itaətkar  ümmət”,  missiyanın  hələ  də  yönəldildiyi 



 

82

“çağırılan ümmət” və s.), siyasi fiqh və dünyaya bölücü baxış böhranını 



aradan qaldırmadı. Bu səbəbdən ortaya sanballı metodoloji tədqiqatların 

aparılmasını  zəruri  edən  çoxlu  suallar  çıxdı.  Həmin  suallar  müasir 

müsəlman 

zehniyyətindəki 

məlum 

fiqhi 


baxışın 

elementlərini 

formalaşdıran  amillər,  bu  amillərin  müəyyənləşdirilməsində  Quranın, 

Peyğəmbərin həyatı və sünnəsinin mənbəliliyi məsələsi, islam xilafətinin 

tarixi  reallığının  və  siyasi  çəkisindəki  dəyişilmələrin  sonrakı  dövrlərdə 

oynadığı 

rolu 

ətrafında 



cərəyan 

edirdi.  Həmçinin, 

yuxarıda 

sadalananların  müsəlman  alimlərinin  islam  irsinə  verdiyi  töhfələrinə 

təsiri  və  XX  əsr  ideoloqları  və  islahatçı‐maarifçilərinin  yaşadığı  sosial‐

siyasi  mühitin  dərkində  islam  irsinin  oynadığı  rol  barəsində  suallar 

yarandı.  Müasir  dövrdə  bölüşdürücü  fiqhi  baxışın  hələ  də 

mövcudluğunun,  islam  ölkələri  daxilində  və  xaricində  qeyri‐

müsəlmanlarla  olan  münasibət  formalarının  müxtəlif  şəkildə  başa 

düşülməsinin  səbəbləri,  bu  əlaqələrin  hazırkı  və  gələcək  dövrlərdəki 

vəziyyəti ətrafında verilən suallar da bu qəbildəndir. 

Əgər  müasir  dövrdə  müsəlman  fərdin  dünyagörüşü  onun  bu 

dünyadakı mövqeyinə uyğun olaraq müəyyənləşərsə, o, özünü tarixi və 

coğrafi  aspektdə  yad  hesab  etməyəcək,  digər  insanlara  onunla  heç  bir 

əlaqəsi olmayan kəslər  münasibəti bəsləməyəcəkdir. Əksinə, görəcəkdir 

ki,  o,  bu  dünyanın  bir  parçasıdır;  həm  o  özü  başqaları  haqda  danışır, 

həm  də  başqaları  onun  barəsində  söz  salırlar;  o,  onları,  onlar  da  onu 

görürlər.  

Artıq  dünyagörüşü  müxtəlif  insan  qrupları  arasındakı 

problemlərin  təbiətinin  dərki  üçün  ideologiyaya  çevrilib.  Həmçinin, 

insanlar  arasındakı  dünyagörüşü  formalarına  aid  oxşar  və  fərqli 

cəhətlərin  aydınlaşdırılması  məlum  problemlərə  münasibəti  müəyyən‐

ləşdirib onları həll edən üsul rolunu oynayır. 

Yaxşı  olardı  ki,  müsəlmanlar  dünyagörüşü  anlayışından 

fikirlərin, mövqelərin, şəxslər və müəssisələrin təhlili vahidi kimi istifadə 

etsinlər.  Bununla  da  onlar  başqalarının  dünyagörüşlərini  başa  düşmək 

imkanı  əldə  etmiş  olarlar.  Eləcə  də  müsəlmanların  öz  dünyagörüşlərini 

başqalarına izah etmələri daha da faydalı olardı. Bu zaman qarşı tərəfin 

müsəlmanları  zərərli  fəaliyyətdə  təqsirləndirən  ittihamlarını  boşa 

çıxaran izah üsullarından istifadə etmək lazımdır. 



Müzakirə  mövzusu.  Müasir  islam  müraciəti  metodologiyasının 

formalaşması  üçün  müsəlmanların  dünyagörüşü  formalarına  hansı 

funksiyaları yükləmək olar? 



 

83

İnsanın sahib olduğu dünyagörüşü hər şeydən qabaq özünə olan 



baxışını  əks  etdirir.  Belə  bir  baxış  əsasında  isə  onun  başqalarına  olan 

münasibəti  müəyyənləşir.  İnsanın  özünə  olan  baxışı  onun  digərlərinə 

olan münasibətinə təsir edir. Bu zaman digər insanların onunla birlikdə 

eyni  fikir  və  fəaliyyəti  bölüşüb‐bölüşməməklərinin  fərqi  yoxdur. 

Həmçinin,  bu  baxış  müxtəlif  dinlərin  mənsublarına,  fərqli  fiqh 

məzhəbləri  və  ideoloji  məktəblərə,  partiya  təşkilatlarına,  sosial 

müəssisələrə  münasibətdə  onun  mövqeyini  təyin  edir.  İnsan  bütün 

bunlara özündən fərqli digər şeylər kimi baxır.  

Hər hansı bir insanın dünyagörüşünün semantik çalarlıqları dini 

etiqad  ünsürləri  ilə,  dünyanı,  həyat  və  insanları  dərketmə  səviyyəsi  ilə 

və  təbiət,  sosial  və  etik  elmlərdən  əldə  etdiyi  biliklərlə  sıx  əlaqəlidir. 

Yerin  kürə  şəkilli  olması  və  hərəkət  etməsi,  kosmosa  çıxma,  coğrafi‐

astronomik  fiqhin  problemləri,  təbiətlə  münasibətdə  ortaya  çıxan  digər 

məsələlər,  psixikanın  anlayış  və  problemləri,  şəxsiyyət  məsələləri  və 

meyarları,  bəşər  cəmiyyətinin  çoxnövlülüyü,  dəyər  və  adət‐ənənələrin 

müxtəlifliyi... Bütün bunlar dünyagörüşünə aid məsələlərdir.  

Deməli, insan oğlu dünyagörüşünü zəruri olaraq formalaşdırmır, 

əksinə,  dünyagörüşü  bir  zərurət  kimi  təbii  və  praktik  formada  insanın 

zehnində  yaranır.  Bu  zaman  kompleks  struktur  üçün  şüurlu  fəaliyyətə 

də  ehtiyac  qalmır.  Fəlsəfədə  belə  kompleks  baxışın  qarşılığı  şüurlu  və 

mütəşəkkil formada qurulmuş “sistem” anlayışıdır.  

Hələ  erkən  dövrdə  islam  dünyasında  sosial  elmlərin  inkişafına 

mane  olan  səbəblər  mövcud  idi

1

.  Bunlardan  biri  müsəlmanların 



düşüncəsi  və  mədəniyyətinin  saxtalaşdırılmış  obrazları  olmuşdur.  Belə 

obrazlar  Peyğəmbərin  və  Raşidi  xilafəti  dövründə  başladılmış  mədəni 

layihənin  başa  çatdırılmasına  mane  olmuş  və  qarşıya  qoyulmuş 

məqsədlərə  çatmaq  mümkün  olmamışdır.  “Sözügedən  obrazların  ən 

təhlükəlisi  və  birincisi  ümmətin  düşüncə  və  mədəni  strukturunu 

formalaşdıran islam nöqteyi‐nəzərli dünyagörüşünün təhrif edilməsi idi. 

Bununla  da müsbət  keyfiyyətlərə  malik  və  tövhidə  əsaslanan kompleks 

islam  dünyagörüşü  forması  müsəlman  düşüncəsini,  vicdanını, 

münasibət  və  sistemliliyini  kompleks  şəkildə  istiqamətləndirməkdən 

                                                 

1

 Əbdülhəmid  əbu Süleyman. Əzmə li-əql  əl-müslim (Müsəlmanın düşüncə böhranı). Herinden, 



Virciniya, Beynəlxalq İslam Düşüncəsi İnstitutu nəşrləri. 1991, səh, 82. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə