Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   30   31   32   33   34   35   36   37   38

 

86

nümunə  elmin  açdığı  cığırı  təyin  edir.  Və  bu,  həqiqətən,  kompleks 



dünyagörüşüdür.  

Kön  əsasən,  paradiqma  anlayışından  dünya  səviyyəsində 

mötəbər sayılan elmi nailiyyətlərin ifadəsi üçün istifadə edirdi. Çünki bu 

nailiyyətlər tədqiqatçılara həm problemlər, həm də həll yolları bəxş edir. 

Ümumiyyətlə,  sözügedən  alim  paradiqma  ilə  iki  şeyi  nəzərdə  tuturdu: 

birincisi  qanunlarda,  üsullar  və  nəzəri  metafizik  izahlarda  ifadə  olunan 

elmi məzmun məsələsi idi. Bu, olduqca ümumi dünyagörüşü deməkdir. 

İkincisi  isə  ziyalılar  zümrəsinin  elmi  nailiyyətləri  mənasına  gəlirdi.  Bu 

mənada  paradiqma  dedikdə  elə  qayda‐qanun  və  təlimatlar  nəzərdə 

tutulur ki, tədqiqatçılar adi elmi fəaliyyətdə onlardan istifadə edirlər. 

Kön  bildirirdi  ki,  etalon  modelindəki  çevrilmələr  və  elmi 

inqilabın baş verməsi dünyagörüşündə əvəzləmələrə səbəb olur. Elə isə 

bu  zaman  alimlər  yeniliklərlə  münasibət  qurmalıdırlar.  Məsələn, 

Kopernik  inqilabından  sonra  astronomlar  yeni  abı‐havanın  şahidi 

oldular.  Oksigeni  kəşf  etdikdən  sonra  Lauziye  də  əvvəlki  abı‐havadan 

fərli  elmi  mühitə  qədəm  basmışdı.  Dünya  obyektiv  olaraq 

dəyişilməmişdi,  ancaq  alimlərə  elə  gəlirdi  ki,  onlar  fərqli  dünyada 

fəaliyyət  göstərirlər.  Obyektiv  aləm  isə  təbiəti  etibarı  ilə  dəyişməz 

qalmışdı.  Müşahidəçiyə  görə,  aləm  duyğuların  və  idrak  formalarının 

məhsulu  olub  insan  zəkasının  qurduğu,  yaratdığı  mahiyyətdir. 

Dəyişiklik  obyektiv  reallıqla  deyil,    onu  gerçəkləşdirən  subyektlə 

əlaqəlidir! 



3. İzah modeli.  

Kompleks  yanaşma  elə koqnitiv‐metodoloji  vasitələrlə  əlaqəlidir 

ki,  ideoloqlar  təzahürlərin,  ideya  və  faktların  təhlili  zamanı  onlardan 

istifadə edirlər. İstifadə edirlər ki, fərqli‐fərqli mövzulara dair kompleks 

baxışa  sahib  olsunlar.  Universali  ilə  detalların,  ümumi  ilə  xüsusinin 

əlaqələndirilməsi  təzahürlərə  dair  ətraflı  məlumatın  qazanılmasına, 

hərtərəfli  araşdırma  və  fəhmə  səbəb  olur.  Belə  metodoloji  vasitələrdən 

biri  kimi,  mütəfəkkir  Əbdülvəhhab  əl‐Məsiri  “izah  modeli”ni  göstərir. 

Bu  model  “şüur  və  zehnimizdə  qərarlaşmış  əlaqəli  və  bütöv 

keyfiyyətlərin məcmuyunu ifadə edir. Belə ki, biz yalnız onun vasitəsi ilə 

reallığı  dərk  edirik.  Bu,  reallığa  bütöv  yanaşma  deməkdir”.  Sözügedən 

izah modeli xüsusi bilik xəritəsi rolunu oynayır. Bu xəritəni isə insan ağlı 

cızır,  çox  saylı  münasibətləri,  mahiyyət  və  təfsilatı  məsələləri 

mücərrədləşdirir,  bütöv  idrak  xəritəsi  şəklini  alan  ümumi  standart 

formalaşsın deyə həmin münasibətlər arasında əlaqə yaradır. Belə idrak 



 

87

modeli  reallığın  qavranması  vasitəsidir.  Ancaq  bu  model  “çox  vaxt 



qeyri‐şüuri  formada  yaranır.  Qeyri‐şüuri  hala  isə  insan  tədricən  sahib 

olur və o, vicdanın, təbii zəka və birbaşa təfəkkürün bir hissəsinə çevrilir. 

İnsanın sahib olduğu mədəniyyət, həyatının müfəssəl tərəfləri, müxtəlif 

şeylərdən,  rəmzlərdən,  əlamətlərdən,  surətlərdən,  xəyal  və  mədəni 

nailiyyətlərdən  ibarət  dünyası  sözügedən  qeyri‐şüuri  vəziyyəti  ortaya 

çıxaran vasitələr hesab olunur”.  

İdrak  modelinə  oxşar  modellərdən  biri  də  yaradıcı  və  “şüurlu” 

təhlil  modelidir.  Tədqiqatçı  belə  modeli  yaratmaq  üçün  müxtəlif 

məlumatları  öyrənir,  təzahürləri  müşahidə  edir,  reallığı  xəyalən 

“hissələr”ə ayırır, sonra həmin hissələri yenidən birləşdirir. Bununla da 

məlumat və ya reallıq müfəssəl şəkildə başa düşülür, qavranılır.  

Təhlil modelləri izah modellərinin şərh etməyə çalışdığı təzahür 

və  məlumatlar  vasitəsi  ilə  həmin  modellərin  vüsət  almasına  şərait 

yaradır.  Məlumatlar  isə  həmin  modelə  “meydan  oxuyur”,  ondakı 

nöqsanları  aşkara  çıxarmaqla  bəlkə  də  izahediciliyi  artsın  deyə,  onda 

dəyişikliyin edilməsini zəruri bilir. Aydın olur ki, izah modeli ilə reallıq 

arasındakı əlaqə mürəkkəb və spiralvari təbiətə malikdir

1

.  



Məsirini  oxuyan  şəxs  onun  izah  modeli  ilə  Tomas  Könün 

paradiqma  anlayışı  arasında  uyğunluq  tapa  bilər.  Çünki  o  görür  ki, 

Məsiri  hər  iki  anlayışı bir‐birinə  yaxın  mənalarda  işlədir.  Ancaq  Məsiri, 

digər  tərəfdən,  izah  modeli  terminini  başqa  mənada  işlədir;  onun  bu 

terminə  verdiyi  məna  çox  vaxt  dünyagörüşü  və  ya  kompleks  baxış 

anlayışlarına  yaxınlaşır.  Məsirinin  yaradıcılığını  və  xüsusən  də  məlum 

terminə dair tədqiqatlarını öyrənərkən diqqətli olmaq lazımdır. Görünür, 

alimin leksikonu ənənəvi lüğət sözləri ilə, tədqiqatçıların oxşar və yaxın 

mənalarda  işlətdikləri  sinonim  terminlərlə  uyğun  gəlmir.  Məsiri 

sözlərdən  özünəməxsus  terminlər  kimi  istifadə  etməklə  onları 

fərqləndirir,  digər  əsərlərində  də  onların  həmin  fərli  mənalarda 

istifadəsinə  əməl  edir.  Bu  səbəbdən  alimin  əsərlərindən  yalnız  birini 

ötəri  şəkildə  oxuduqda  onu  başa  düşmək  çətin  olur.  Məsirinin  işlətdiyi 

terminləri  başa  düşmək  üçün  oxucuya  onun  ayrı‐ayrı  əsərləri  ilə  tanış 

olmaq  lazım  gəlir.  Ola  bilsin  ki,  alimin  terminləri  onun  müxtəlif 

yazılarında      məna  baxımından  bir‐birini  izləyir.  Bunun  səbəblərindən 

biri budur ki, Məsiri öz terminlərini müxtəlif bilik sahələri üzrə istifadə 

                                                 

1

 Əbdülvəhhab  əl-Məsiri. Rihləti  əl-fikriyyə fil-buzur vəl-cuzur vəs-səmər: sirə qeyri-zatiyyə  və qeyri-



mövzuiyyə (Toxum və köklərə, eləcə də meyvələrə düşüncə səyahətim: qeyri-subyektiv və qeyri-obyektiv 

hekayə). “Qusur əs-səqafə” redaksiyası, 2000. səh, 274-279. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə