Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   30   31   32   33   34   35   36   37   38

 

93

mümkün  olub:  “Ey  Adəm  oğulları!  Sizə  ayıb  yerlərinizi  örtəcək  bir 



geyim və bir də bəzəkli libas (və ya mal‐dövlət) nazil etdik. Lakin təqva 

libası  daha  yaxşıdır  (xeyirlidir).  Bu,  Allahın  ayələrindəndir  ki,  bəlkə, 

(onunla) öyüd‐nəsihətə qulaq asasınız. Ey Adəm oğulları! Ayıb yerlərini 

özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və 

Həvvanı)  Cənnətdən  qovdurduğu  kimi,  Şeytan  sizi  də  aldadıb  yoldan 

çıxartmasın...”  (əl‐Əraf,  26‐27).  Vəhy  öz  yolgöstərənliyində  davam 

edərək,  reallıq  haqda  insanı  məlumatlandırmışdır:  “Sonra  Allah 

qardaşının  cəsədini  necə  basdırmağı  ona  göstərmək  üçün  yer  eşən  bir 

qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu 

qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?..” (əl‐Maidə, 

31). 

Məlum  vəhdaniyyətçi  yanaşma  üsulu  Quran  və  dünya  arasında 



bütövlüyün, qarşılıqlı münasibətlərin təminini ifadə edir ki, bununla da 

ağıl  və  iman  arasındakı  problemlər  həll  edilmiş  olur.  Həmçinin, 

vəhdaniyyətçi yanaşma tələb edir ki, vəhy elmləri ilə maddi, mənəvi və 

sosial  aləmə  dair  qazanılmış  bilik  (elm)  sahələri  arasında  harmoniya  və 

müştərəklik yaradılsın. Sözügedən yanaşma qazanılmış dünyəvi elmlərə 

insanın  yer  üzünün  varisi  olması,  orada  yerini  möhkəmlədib  bəşəri 

abadlaşdırmanın aparılması üçün zəruri olan sahələr kimi nəzər yetirir. 

Aydın  olur  ki,  bütövlüyün  təmini  üçün  bu  cür  yanaşma  tərzi  insanı 

mötədil,  orta  məqam  tutmağa  istiqamətləndirir;  insan  fərd  və  kollektiv, 

bədən və ruh, dünya və axirət, öz və başqa, hüquq və vəzifə, məsuliyyət 

və cəzalandırma kimi ikili mahiyyətlər arasında ifrata və laqeydliyə yol 

vermir. 


Ancaq qeyd edək ki, müxtəlif elmlərin kompleks halda nəzərdən 

keçirilməsi  onların  hamısının  eyni  əhəmiyyətə,  prioritetliyə  və 

obyektivliyə  malik  olması  mənasına  gəlmir.  İnsan  bədəninin  müxtəlif 

üzvlərinin  bir‐biri  ilə  əlaqəli  şəkildə  öz  funksiyalarını  yerinə  yetirməsi 

mühümlük  baxımından  aşağı  ətrafları  ürək  və  beyinlə  eyni  müstəviyə 

qoymur


1

Pak  Allah  başlıca  bilik  bəxş  edən  mənbə  rolunu  oynayır.  Çünki 



O,  insana  yalnız  iki  mənbə  ‐  vəhy  və  real  dünya  vasitəsilə  bilik  bəxş 

edərək,  yalnız iki vasitə ‐ rasional və sensual təfəkkür (ağıl və hiss) ilə 

onu şərəfləndirib. Rasional təfəkkür (əql) yer üzündə insanın varisliyinin 

təmini  üçün  vəhy  və  real  dünyaya  müştərək  nəzərlərlə  baxır.  Sensual 

                                                 

1

 Wan Daud, Wan Mohd Nor. The Concept of Knowledge in Islam, London: Mansell, 1989, p. 67.  




 

94

təfəkkür də hər iki mənbəyə kompleks yanaşaraq, real əşya və hadisələri, 



təzahürləri  müşahidə  edib  təcrübədən  keçirir;  bəşəri  təcrübədə  dini 

(vəhymənbəli)  mətnlərin  hissi  dərki  üsulundan  yararlanır.  Aşağıdakı 

sxem, yəqin ki, bu münasibətləri daha aydın şəkildə ortaya qoyur. 

 

 



 

 

 



Qurani‐Kərimin  söz  açdığı  bilik  sahələri  arasındakı  daimi 

əlaqədən  vəhdaniyyətçi  dünyagörüşü  doğur.  Belə  daimi  əlaqə 

sözügedən sahələri bir‐birindən ayıran sərhədləri “əridir”. Quran ayələri 

dünyanı  axirətlə,  qeyb  aləmini  gözlə  görülən  reallıqla  əlaqələndirir. 

Ancaq  daha  mühümü  budur  ki,  ayələr  biliyin  mənbələri  və  məqsədləri 

arasındakı  vəhdət  və  bütövlüyü  bizə  çatdırır.  Habelə,  bəlkə  də  daha 

əhəmiyyətlisi  budur  ki,  Qurani‐Kərimdəki  “ayə”  (hərfən:  əlamət,  işarə, 

göstərici)  sözü  bu  müqəddəs  kitabın  leksik‐sintaktik  ifadə  vahidi 

olmaqla  yanaşı,  maddi,  sosial  və  mənəvi  münasibətləri  (təzahürləri) 

ifadə  edir.  Quran  yaradılışın  mahiyyətini  düşünüb‐dərk  etsinlər  deyə, 

insanları  yer  üzünü  gəzməyə  çağırdığı  zaman  sanki  Pak  Allah  insanın 

yaradılma  hekayəsini  onun  həyata  dair  biliklərdən,  Yerin  təbəqələri  və 

oxşar yeniliklərdən əldə edəcəyi şey ilə əlaqələndirir. Quran ibrət olsun 

deyə,  insanlardan  yer  üzünü  gəzib‐dolaşmaqla  əvvəlki  xalq  və 

mədəniyyətlərin  başına  gələnləri  öyrənməyi  tələb  etməklə  onlara  yol 

göstərmək  (hidayət)  istəyir.  Hidayətin  Allahın  lütfü  olmasına 

baxmayaraq,  Quran  istəyir  ki,  insan  yer  üzünü  dolaşıb  dinləri,  tarixi, 

qədim abidələri, sosioloji münasibətləri öyrənməklə  onu öz zəhməti ilə 

əldə  etsin.  Eləcə  də  Quran  insanı  ətraf  aləm  və  məxluqlardakı  ilahi 

əlamətlərə  nəzər  salmağa,  yəni,  dünyaya  və  canlılara  dair  elmləri 

Biliyin  

mənbələri 

Biliyin əldə  

edilmə vasitələri

Real 

aləm


Vəhy 

Rasional  

təfəkkür

Sensual 


təfəkkür


 

95

öyrənməyə  çağırır.  Bu,  o  deməkdir  ki,  Allahın  kitabı  həmin  elmlərlə 



vəhy  elmləri  arasında  bütövlük  əlaqəsi  yaradır,  onlara  kompleks 

münasibət bəsləyir.  

Müsəlman filosof İbn Rüşd sözügedən bütövlük haqqında yazır: 

“Mövcud  olan  bütün  şeylər  onların  yaradılmasına  dair  biliklər  bəxş 

etməklə  yaradıcı  bir  gücün  olmasından  xəbər  verir.  Var  olanların 

yaradılışına  dair  biliklər  kamilləşdikcə  yaradıcı  haqqındakı  biliklər  də 

tamlaşır...  Din  (insanları)  mövcud  olan  şeylərdən  ibrət  çıxarmağa 

rəğbətləndirir.  Aydındır  ki,  bu  iş  şəriət  baxımından  ya  vacib,  ya  da 

təşviq olunandır. Dinin insanları mövcud olanlardan rasional təfəkkürlə 

dərslər çıxarıb onlar barəsində bilik əldə etməyə çağırmasına dair Pak və 

Uca  Allahın  kitabında  ayələr  vardır.  Məsələn:  “...Ey  bəsirət  sahibləri! 

ibrət alın!”” (əl‐Həşr); “Məgər onlar göylərin və yerin mülkünə (Allahın 

göylərdəki  və  yerdəki  səltənətinə,  qüdrətinə),  Allahın  yaratmış  olduğu 

hər 


şeyə, 

əcəllərinin 

yaxınlaşması 

ehtimalına 

diqqət 

yetirib 


düşünmürlərmi?..”  (əl‐Əraf,  185).  Bu  ayələr  (insanı)  mövcudiyyət 

haqqında  düşünməyə  təşviq  edir...  Var  olanlara  baxıb‐düşünməyə 

tərəfdar  çıxan  dinə  gəlincə,  ona  inanan  şəxs  düşünməzdən  qabaq  irəli 

atılaraq  mövcudiyyəti  öyrənməlidir.  Mövcudiyyət  isə  düşünmə 

sayəsində fəaliyyət vasitələrinə çevrilir...”

1



Əbu  Hamid  əl‐Qəzali  də  biliyin  struktur  birliyi  probleminə 

toxunmuşdur.  Alim  Quranın  ulduzlara  dair  bəzi  ayələrinin  yalnız 

astronomiya  elminin  köməkliyi  ilə  başa  düşüləcəyini  bildirmişdir. 

Həmçinin,  Qəzali  deyirdi  ki,  sağlamlıqla  bağlı  ayələri  yalnız  təbabətə 

dair  biliklər  vasitəsilə  başa  düşmək  olar.  “...saydığımız    bu  elmlər  və 

sadalamadıqlarımıza  gəlincə,  birincilər  Qurandan  çıxarılmamışlar. 

Onların  hamısı  Uca  Allahın  ümmanlarının  birindən  götürülmüşdür.  Bu 

ümman  Allahın  etdiklərinin...  işlər  və  fəaliyyətlərin  ümmanıdır.  Misal 

üçün o, şəfa və xəstəliyə dair işlər ümmanıdır... (Sağlamlığa dair Allahın 

ortaya  qoyduğu)  bu  məsələləri  təbabəti      dərindən  öyrənən  kəs  anlaya 

bilər...  Həmçinin,  Ay  və  Günəşə  dair  biliyi  ortaya  qoymaq,  olduqca 

dəqiqliklə onların hərəkət mənzilələrini (orbitlərinin) müəyyənləşdirmək 

Onun  işlərindəndir.  Yerin  və  göylərin  tərkibinə  bələd  olmaqla  –  bu, 

elmin  özüdür  –  Günəş  və  Ayın  mahiyyətinə,  onların  tutulmalarına, 

                                                 

1

 Əbu əl-Vəlid ibn Rüşd. Fəsl əl-Məqal fi təqrir ma beynə əl-hikmə vəş-şəriə min əl-İttisal (Şəriət (din) və 



hikmət (fəlsəfə) arasındakı əlaqənin müəyyənləşdirilməsinə dair yekun söz). Tədqiq Məhəmməd Abid əl-

Cabirinindir. Beyrut, Ərəb Birliyi Tədqiqatlar Mərkəzi, 1997, səh. 85-87. 




 

96

gündüzün  gecə  ilə  əvəzlənməsinə,  onların  bir‐birini  əvəz  etməsi 



məsələsinə dərindən bələd olmaq mümkündür...”

1

.  



Hər  nə  qədər  İbn  Rüşd  və  Qəzali  biliyə  olan  münasibətdə  fərqli 

mövqedən çıxış etsələr də bir o qədər də biliyin bütövlüyü məsələsində 

yekdildirlər. Düzdür, Qəzali belə bir bütövlüyü biliyin strukturunda, İbn 

Rüşd isə elmlərin bir‐biri ilə əlaqəsində təsəvvür edir. 

Əzəmətli  İbn  Teymiyyəyə  gəlincə,  o,  təbii  və  fəlsəfi  elm 

sahələrinə  dair  tədqiqatlarında  nəqli  mətnlərlə  müqayisə  aparmaq 

əsasında  müfəssəlliyə  varan  bir  alimdir.  İbn  Teymiyyənin  bu  barədə 

yazdıqları  11  cilddə  toplanmışdır.  Qısa  olaraq  onun  mövqeyi  bundan 

ibarətdir  ki,  açıq‐aydın  rasional  elmlərlə  səhih  nəqli  elmlər  arasında, 

əslində  heç  bir  ziddiyyət  yoxdur.  İbn  Teymiyyə  yazır:  “İnsanların 

çəkişdikləri  ümumi  məsələləri  diqqətlə  nəzərdən  keçirdim.  Gördüm  ki, 

səhih  və  aydın  dini  mətnlərə  zidd  olan  şeylər  şübhəli  məsələlərdir  və 

ağılla onların puçluğu məlum olur. Həmçinin, onların dinə qarşı olmağı 

da ağılla sübut olunur”

2

.  


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                 



1

 Əbu Hamid əl-Qəzali. Cəvahir əl-Quran və durəruhu (Quranın ləl-cəvahir və dürləri). Beyrut, “Dar əl-

Cil” nəşriyyatı, 1988. səh. 26-27. 

2

 Əbu  əl-Abbas Təqiyyəddin ibn Teymiyyə. Dər` təarüz  əl-əql vən-nəql (Ağılın nəqllə ziddiyyətli 



olmasının rədd edilməsi). Cild I. İzahlar Məhəmməd Rəşad Salimindir. Ər-Riyad, Kral Məhəmməd ibn 

Səud adına İslam Universitetinin nəşrləri, 1979. səh. 147.    




 

97

SON 



 

MƏDƏNİYYƏTLƏR VƏ XALQLARIN TARİXİNDƏ 

METODOLOGİYANIN İNKİŞAFINA DAİR XÜLASƏ 

 

 

Məlumdur  ki,  edilmiş  hər  hansı  bir  kəşf  digər  kəşflərə  açar 

rolunu  oynayır.  Həmçinin,  o  da  məlumdur  ki,  bütün,  hətta  mənfi 

təcrübələr  belə,  insan  təfəkkürünün  daha  faydalı  və  qarşıya  qoyulmuş 

məqsədlərə  çatması  üçün  ən  münasib  olan  şeylərə  istiqamət‐

ləndirilməsində özünəməxsus rola sahibdir.  

Ancaq  bəşəriyyət  tarixi  enişli  və  yoxuşludur.  Bəşər  mədəniyyəti 

coğrafiyadan  coğrafiyaya,  xalqlardan  da  xalqlara  ötürülür.  Pak  Allah 

insanların  imdadına  çatır;  göndərilmiş  peyğəmbərlər  onlara  doğru  yol 

göstərirlər,  yollarını  azıb  ilahi  öhdəlikləri  unutduqlarında  onları 

uçuruma  yuvarlanmaqdan  xilas  edirlər.  Peyğəmbər  insanları  Allaha 

itaətə  qaytarıb  ədalət  və  xeyirxahlıq  prinsiplərinə  əsaslanan  cəmiyyət 

qurduqdan sonra görürsən ki, onlar peyğəmbərlərin xidmətlərinə xatirə 

olaraq  onların  şəkillərini  çəkib  heykəllərini  qayırırlar.  Sonra  isə 

peyğəmbərlər  unudulur,  heykəllər  isə  bütlərə  çevrilir!  Ola  bilsin  ki, 

ağılları  peyğəmbərlər  dövründə  ehtiyac  hiss  etdikləri  Allahı 

fikirləşməklə  insanlara  bütlərin  acizliyini  və  onlara  ibadət  etməyin 

ağılsızlıq  olduğunu  başa  salır.  Ancaq  buna  rəğmən,  insanlar  həmin 

bütləri ulduz, çay və inəklə simvollaşdırmaqda bir eyib görmürlər! 

Kahinlik  və  sehr  ayinləri  mifoloji  təfəkkür  dövrünün  təzahürü 

olmasına baxmayaraq, elə xalqlar vardır ki, hələ də bu ayinlərə inanaraq, 

XXI  əsrin  informasiya  vasitələrindən  –  süni  peyklərdən,  internet 

saytlarından,  qəzet  və  forumlardan  həmin  ayinlərin  nümayişi  üçün 

istifadə edirlər. Belə insanlara nə deyəsən?! 

Dünya  xalqları  ayrı‐ayrı  cəmiyyət  və  mühitlərdə  eyni 

metodlardan  istifadə  etməyiblər.  Elə  cəmiyyətlər  vardır  ki,  onlar 

müəyyən  bir  metoddan  istifadə  etdikləri  halda  digər  cəmiyyətlər  də 

başqa  bir  metodu  tətbiq  edib.  Hətta  hər  hansı  bir  müasir  cəmiyyət 

daxilində  elə  insanların  şahidi  olursan  ki,  onlar  iş  yerlərində  öz 

vəzifələrini elmi‐sistematik üsulla yerinə yetirdikləri halda məişət və ailə 

həyatında cəmiyyətlərinə hakim kəsilmiş mifoloji xurafatlara inanırlar.  

  

Bəşəri bilik, əslən Pak və Uca Allahın bir hədiyyəsidir və O, bilik 



vasitəsilə  insanı  digər  məxluqlardan  fərqləndirmişdir;  Allah  təala 


 

98

Adəmə  bütün  adları  öyrədərək,  ona  biliyin  açarlarını  və  əldə  olunması 



vasitələrini  vermişdir.  Allah  bununla  da  bəşəriyyətin  atasını  ağıl  və 

hisslər vasitəsilə vəhy və real həyatdan bilik hasil etməyə hazırlaşmışdır.  

Bəzi  müəlliflərin  metodologiyanın  mərhələli  olaraq  qalxan  xətt 

üzrə  inkişaf  etdiyini  iddia  etməsi  doğru  deyildir.  Doğru  olan  budur  ki, 

insanlar hər bir mərhələdə bilik əldə etmək üçün müxtəlif metodlardan, 

üsullardan  yararlanmışlar.  Adəmin  ilk  oğlu  atasından  birbaşa  olaraq 

bəzi  bilikləri  əxz  etmişdi.  Ancaq  qardaşını  öldürdüyü  zaman  nə 

edəcəyini  bilməmiş  və  qarğa  ona  müəllim  nümunəsi  olmuş  və  ona  bu 

sözləri dedirtmişdir: ““...Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa 

qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?..”” (əl‐Maidə, 31). 

Aydındır  ki,  xalqlar  sahib  olduqları  biliklərdən  yararlanma 

dərəcəsinə görə ya tərəqqi edir, ya da inkişafdan qalırlar. Geridə qalmış 

xalqlar  sahib  olduqları  mədəni  irsin  qədir‐qiymətini  bilməz,  onu  öz 

mənafeləri  üçün  istifadə  etməkdə  aciz  qalarlar.  Qərbi  və  Şərqi  Roma 

imperiyalarının  süqutu  zamanı

  Avropanın  vəziyyəti  eynilə  belə  idi; 



avropalılar  təbabət,  riyaziyyat,  fəlsəfə,  həndəsə  və  poeziyada  zəngin 

töhfələrə  sahib  qədim  yunan  elmi  irsinin  dəyərini  anlamadılar. 

Müsəlmanlar  isə  intibah  dövrünə  qədəm  basdıqlarında  özlərinin  və 

digər  xalqların  (avropalıların,  hindlilərin  və  s.)  sahib  olduğu  elmi‐

mədəni  mirasın  dəyərini  başa  düşərək,  tərcümə  hərəkatına  başladılar, 

müxtəlif elmləri öyrəndilər, yazıb‐yaratdılar, inkişaf etdirdilər, yeni‐yeni 

kəşflərə  imza  atdılar.  Ancaq  sonralar  onlar  da  sahib  olduqları  irsi 

“sərmayə”  yatıra  bilməyərək,  alimlərin  nailiyyətlərinin  dəyərini 

lazımınca  qiymətləndirmədilər.  Dövr  dolandı,  Avropa  intibah  əsrinə 

qədəm qoydu; Qərb insanı gördü ki, müsəlmanlar sahib olduqları yunan 

irsini  bəşəriyyətə  tanıtmışlar.  Onun  da  şahidi  oldu  ki,  müsəlmanlar 

əvvəlki dövrlərin elm sahələrini mənimsəməklə kifayətlənməmiş, onları 

inkişaf  etdirərək,  müsbət  nailiyyətlər  qazanmışlar.  Avropanın  intibah 

dövrü  müsəlmanların  tənəzzülü  ilə  üst‐üstə  düşürdü;  müsəlmanlar 

geridə  qaldıqlarından  əllərində  olanları  elmi  tədavülə  buraxa 

bilməmişdilər.  

                                                 

 Burada bir qədər anlaşılmazlıq vardır. Belə ki, yuxarıdakı fikir Qərbi Roma imperiyasının süqutu dövrü 



(V  əsr) üçün doğru olsa da Şərqi Roma imperiyasının (Bizans) Osmanlı türkləri tərəfindən dağıdılması 

dövrünü – XV əsrini gerilik dövrü kimi xarakterizə etmək səhv olardı. Çünki səlib yürüşlərindən (XI-XIII 

əsrlər) sonra Avropada elmi-iqtisadi dirçəliş başlamış, XV əsrdə isə bu istiqamətdə xeyli nailiyyətlər əldə 

edilmişdi. Ola bilsin ki, müəllif burada Roma imperiyasının iki hissəyə bölündüyü və bu hissələrdən 

birinin – Qərbi Roma imperiyasının 476-cı ildə qotlar tərəfindən süquta uğradıldığı dövrü nəzərdə tutmaq 

istəmişdir – mütərcim.

      



 

99

Müasir  dövrdə  qərblilər  tərəfindən  üzə  çıxarılması  sayəsində 



müsəlmanların bəzi kəşf və nailiyyətlərinin bizə məlum olması təəccüblü 

deyildir.    Müşahidəyə,  təcrübə  və  rasional  dəlillərə  əsaslanan  empirik 

metodla  bağlı  sanballı  tədqiqatların,  müxtəlif  elm  sahələrinə  dair  100‐

dən  çox  kitabın  müəllifi  olan  İbn  əl‐Heysəm,  sosial  və  siyasi  elmlərin, 

iqtisadiyyatın,  urbanizasiya  problemlərinin,  pedaqogika  və  psixolo‐

giyanın bir çox məsələsini ilk dəfə öyrənmiş İbn Xəldun bu qəbildəndir. 

Sonuncunun  adı,  həmçinin,  ona  görə  məşhurdur  ki,  o,  şeylərin 

təbiətində,  sosial  qanunauyğunluq  və  səbəbiyyət  qanunlarında  ifadə 

olunan  empirik  təcrübə  ilə  təsdiqlənən  xüsusi  idrak  və  tədqiqat 

metodologiyasının yaranmasında əzəmətli rola malik olmuşdur.  



Document Outline

  • Страница 1
  • Страница 2
  • Страница 3
  • Страница 4

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə