Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   2   3   4   5   6   7   8   9   ...   38

 

8

göstərməli,  fəhm  və  baxışlarını  müəyyənləşdirməli,  biliyin  sərhədlərini 



yeni‐yeni  üfüqlərə  doğru  genişləndirmək  üçün  yaradıcı  rola  malik 

olmalı  və  bu  işdə  yaradılmanın  məqsədlərindən  ilham  almalıdırlar.  Elə 

etmək lazımdır ki, yol sonrakı nəsillərin üzünə açıq olsun! 

Rasional fəaliyyət (ictihad) ümmətin həyatına hakim kəsilən elmi 

çəkişmə və ya xalq mərəkələri ucbatından (bu səbəbdən ictihad meydanı 

bir  qədər  həya  və  mötəbər  qorxu  əsasında  yalnız  əzmkar  alimlərin 

üzünə  açıqdır)  avantüra  və  təhlükəyə  çevrildikdə  narahatlıq  doğurur. 

Ancaq  ən  böyük  narahatlığa  isə  bəzi  insanların  fəaliyyəti  səbəb  olur.  O 

insanlar ki, metod problemindən dolayı ağıllarını itirmiş, başqalarını da 

yoldan  çıxarmışlar;  onların  qarşısına  iztirab  və  metodoloji  məchulluq 

girdabında  şüarlarla  dolu üsullar  qoymuşlar.  Bu şüarlar  bəlkə  də  haqqı 

ifadə  edir,  ancaq  onlar,  ola  bilsin  ki,  nəticə  baxımından  təhlükəsiz  də 

deyillər. 

Madam  ki,  elm  meydanı  metodologiyaya  münasibətdə  müxtəlif 

növ yanaşmaların və nəzəri təsəvvürlərin şahidi olub, elə isə ümid edirik 

ki,  alim  və  tədqiqatçıların  cəhdləri  metodoloji  yanaşma  və  fəaliyyət 

mərhələsinə  keçid  üçün  səfərbər  ediləcəkdir.  Bu,  təbii  ki,  hədsiz 

məsuliyyət  tələb  edir.  Ancaq  o,  ayrı‐ayrı  insanları  fəhm  və  əqli 

mühakimə  yolu  ilə  getməkdən,  ideya  metodlarına  baş  vurmaq 

məsuliyyətindən  azad  etmir.  Bu  məsuliyyət  ona  görə  lazımdır  ki,  onlar 

ümumi  və  xüsusi  işlərində  uzaqgörən  olsunlar,  dünya  və  axirətlərini 

qazansınlar.  Bilənlərin  də  dərəcələri  var,  ancaq  onların  hamısı 

bilməyənlərdən üstündür. Elm qazanılandır və hər bir kəsin ondan əldə 

etdiyi  nəsibi  və  onun  üçün  çəkdiyi  zəhmət  payı  var.  Metod  seçmədə 

özbaşınalıq hökm sürərsə, nadanlıq və nəfsin istəkləri qalib gələr. Eləcə 

də  firqəbazlığa  aludəçilik  baş  alıb  getsə,  bu,  alimlərin  və  metod 

anlayışının üstündən xətt çəkər, fəhm və idrakı cılızlaşdırar.  

Keçmiş  və  indiki  dövrdə  bir  çox  müsəlman  mütəfəkkiri  və 

tədqiqatçısı  metodologiya,  onun  əhəmiyyəti,  metodoloji  təfəkkürün 

zəruriliyi və müsəlman düşüncəsinin zədələnməsi kimi mövzulara həsr 

olunmuş əsərlər qələmə almışlar.  

Müsəlman ümmətinin müasir reallığındakı geriqalmanın bir sıra 

təzahürləri təfəkkürdə, tədqiqatlarda və məsələlərə münasibətdə bir çox 

metodoloji  təhrif  (zədələnmə)  hallarının  göstəricisidir.  Bu  da  öz 

növbəsində mövzunun  əhəmiyyəti,  ümmətdaxili  qruplar  və  intellektual 

rəhbərliklərin müxtəlif sahə və səviyyələr üzrə metodoloji təfəkkürə olan 




 

9

ehtiyacın təmininə çağırılması kimi problemlərə davamlı surətdə diqqət 



yetirməyi zəruri edir. 

“İslam metodologiyası” kitabı da bu mövzu ilə bağlı “düyüm”ü 

çözməyə  çalışır.  Çalışır  ki,  metodologiya  şüurunun  formalaşması,  onun 

problemləri  üzərində  düşünmək  və  tədqiqat  aparmaq  praktikasının 

təmin  edilməsi,  müxtəlif  sahələr  üzrə  elm  və  bilik  problemlərinə 

münasibətdə  bu  metodologiyanın  tətbiq  edilməsi  üçün  ayrıca  proqram 

ortaya qoyulsun.  

Bu kitabın yazılma məqsədinə aşağıdakılar daxildir:  

Metodologiya şüurunun formalaşması, onun problemləri üzərin‐

də  düşünmə  və  tədqiqat  aparma  praktikasının  təmin  edilməsi,  elmin, 

biliyin  və  həyatın  müxtəlif  problemlərinə  münasibətdə  bu  metodolo‐

giyanın tətbiq edilməsi üçün xüsusi proqramın hazırlanması. 

Kitaba aid bu birinci fəslə gəlincə, onun yazılmasındakı məqsəd 

“metod”  və  “metodologiya”  anlayışlarının,  “metod”  məsələsi  ilə 

əlaqədar  digər  oxşar  məfhumların  mənalarını  açıqlamaq,  mövzunun 

əhəmiyyətini aydınlaşdırmaq, islam fikri və təcrübəsində müasir disput 

qruplarının mövzuya dair təsəvvürlərini genişləndirmək, bizi çulğalamış 

metodoloji zədələnmə (təhrif) formalarını nəzərdən keçirmək, metodoloji 

təfəkkür  mövzusunda  tədqiqat  aparmanın  mütəmadiliyinin  qanuni 

əsaslarını izah etmək və onun problemlərini həll etməkdir.  

Həmçinin,  bu  fəsildə  Müsəlman  və  Qərb  düşüncə  sistemlərində 

metod anlayışının təkamül yoluna nəzər salınır.  

Bu  fəslin  yazılma  məqsədlərinə  daxildir:  “metod”  və  “metodo‐

logiya” anlayışlarının, “metod” məsələsi ilə əlaqədar digər məfhumların 

(dünyagörüşü,  epistemologiya,  bilik  modeli,  paradiqma,  izah  modeli) 

mənalarını  açıqlamaq,  mövzunun  əhəmiyyətini  müəyyənləşdirmək, 

islam  fikri  və  təcrübəsi  sahələrindəki  müasir  alimlərin,  ziyalı  və 

mütəfəkkirlərin mövzuya dair təsəvvür dairəsini  genişləndirmək. 

Həmçinin, bu fəsildə islam metodologiyasının prinsipləri, mənbə 

və  vasitələri,  metodoloji  təfəkkürdə  və  eyniadlı  tədqiqatlarda 

metodologiyanın  tətbiqi  formaları,  islam  və  ümumdünya  irsinə  və 

reallığa  metodoloji  münasibət  kimi  məsələlərin  izah  edilməsi  qarşıya 

məqsəd olaraq qoyulub. 

 

 



 

 



 

10

MƏFHUM VƏ TERMİN OLARAQ  



METOD VƏ METODOLOGİYA  

 

 

Müasir ədəbiyyatlarda, xüsusilə də tənqidə, fəlsəfə və tarixə dair 

aparılmış  tədqiqatlarda  metod  və  metodologiya  sözləri  çox  işlənir. 

Metodun  lüğəvi  mənası  “asan  şəkildə  məqsədə  çatmağın  aydın  və 

birbaşa  yolu”  deməkdir.  Həmçinin,  bu  söz  “yolda  yeyin  addımlarla 

getmək” və “aydın yolla iş görmək” kimi mənalara gəlir. 

Ərəb  dilindəki  “mənhəc”  (metod)  sözünün  kökü  “nəhəcə” 

morfemidir ki, bu da “aydın olmaq”, “aydınlaşmaq” kimi mənaları ifadə 

edir. Quranda deyilir: “...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin 

etdik...” (əl‐Maidə, 48). Yezid ibn əl‐Xəzzaq əl‐Əbdi deyir: 

 

Sənin üçün yol işıqlandı, köməyə yetişməyin 

Və güc kəsb etməyin üçün şərəf və hidayət yolları aydın oldu. 

 

Ərəb  dilində  metod  mənasına  gələn  “mənhəc”  sözü,  əslində 



“düz  yol”,  “minhac”  kəlməsi  isə  “davamlı  yol”  deməkdir.  Onların  hər 

ikisi isə, ümumiyyətlə, “aydın yol” mənasına gəlir. 

İbn Abbas (Allah ondan razı olsun!) deyib: “Allahın rəsulu (Ona 

Allahın  salamı  və  xeyir‐duası  olsun!)  ölmədən  sizi  açıq‐aydın  yola 

yönəltdi”. “Nəhicə”, “nəhcən” və “ənhəcə” bu mənaya gəlir: təngənəfəs 

olmaq, yəni, hərəkətin çoxluğundan nəfəsi daralmaq. Məsələn, Hz. Aişə 

(Allah  ondan  razı  olsun!)  deyib:  “O,  məni  apardı  və  mən,  həqiqətən, 

təngənəfəs  oluram”.  Və  ya  belə  deyilir:  “O,  nəfəsi  daralan,  yəni,  ağır 

çəkili və tövşüyən bir kişi gördü”

1

.  



“Metod”  və  “məqsəd”  məfhumları  arasında  sıx  əlaqə  mövcud‐

dur.  Beyzavinin  “əl‐Minhac”  (Metod)  kitabına  şərh  yazmış  əs‐Səbəki 

deyir:  “Minhac”  (metod)  bu  kitabın  bayrağına  (şüarına)  çevrilmiş  “yol” 

deməkdir. Bir şeyə çatmaq ona aparan yol qurtardıqdan sonra mümkün 

olur.  Onun  (Beyzavinin  –  mütərcim)  məqsədə  çatma  metodu  ilə  “üsul 

(dinin  fundamental  məsələləri)  elminin  öyrənilməsini  təmin  edən  yol” 

                                                 

1

 Əbu əl-Fəzl Cəmaləddin ibn Mənzur. Lisan əl-Ərəb (Ərəblərin dili). Cild II. Beyrut, “Dar Sadir və Dar 



Beyrut” nəşriyyatı. Çap olunduğu il göstərilməyib, səh. 383. Eləcə  də bax: İbn Düreyd. Cəhrə  əl-Luğə 

(Dilin aydınlığı). Tədqiq edən: Rəmzi Münir Bəəlbəki. Beyrut, “Dar əl-Elm lil-Məlayin” nəşriyyatı, 1987, 

səh. 498; əl-Qürtubi. Came li-Əhkam  əl-Quran (Quranın hökmlərini özündə toplayan (kitab)). Cild VI. 

Beyrut, “Mənahil  əl-Fürqan” müəssisəsi, səh. 211 “...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin 

etdik...” ayəsinin təfsiri.    



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə