Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 

38

edirdilər  ki,  ümmətin  həyat  ruhu  canlanacaqdır.  Ancaq  qərbliləşdirmə 



uğur  qazanmadı;  bəzi  ölkələrdə  müsəlmanların  bir  hissəsi  islamdan 

uzaqlaşdı. Bəzi ölkələrdə isə ənənəvi dini və dünyəvi Qərb təhsil sistemi 

yerini möhkəmlətdi

1



Bununla  da  ümmət  –  Faruqiyə  görə  ‐  bu  gün  özünü  iki 

metodologiya  növü  arasında  görür:  birincisi  ümməti  dirçəldib  islah 

etməyə  qadir  olmayan  dünyəvi  qərbliləşdirmə  metodologiyasıdır. 

İkincisi  isə  ümmətin  real  problemlərini  həll  edə  bilməyən  ənənəvi 

təqlidçi  islam  metodologiyasıdır.  Faruqi  ənənəvi  təqlidçi  metodo‐

logiyanın gücsüzlüyünü iki məsələ baxımından izah edir: birinci məsələ 

budur  ki,  ənənəvi  islam  metodologiyası  ictihad  anlayışını  yalnız  fiqh 

sahəsi ilə məhdudlaşdırır. Həmçinin, bu metodologiya fiqh məfhumuna 

dar çərçivədə toxunur və bildirir ki, fiqh islam məzhəblərinə məlum olan 

hökm  və  qanunlar  məcmuyu  deməkdir.  Bununla  da  böyük  fəqihlərin 

başa  düşdüyü  geniş  mənalı  fiqh anlayışı  cılızlaşdırılır.  Böyük  fəqihlərin 

fəhmi  elmi  və  biliyi  qazanma  yollarını,  həyatı  və  reallığı  dərketmə 

prinsiplərinin  müəyyənləşdirilməsini  əhatə  edirdi.  Müasir  dövrün 

fəqihləri  fitva  çıxarmada  halalsayma  və  harametmə  ilə  kifayətləndikləri 

üçün əvvəlki alimlərin məsuliyyətini dərk etməkdə aciz qalıblar.  

Ənənəvi metodologiyanın gücsüzlüyünün ikinci tərəfinə gəlincə, 

bu,  dünyada  qəribləşməkdə,  ona  etinasız  yanaşıb  onu  müstəbidlərə, 

zalımlara,  pozuculara  “təhvil”  verməkdə,  sufilik  idealları  səmasında 

süzməkdə  ifadə  olunub.  Sufiliyin  donuqluğun  yeganə  mənbəyi  olması 

bir həqiqətdir. Düzdür, sufilik psixoloji və ruhi saflanma yolu ilə nəfsin 

qorunması və nəfsin tərbiyəsində böyük rol oynayır və o, gözəl nümunə 

sayəsində  bir  çox  insanın  islam  dinini  qəbul  etməsinə  səbəb  olmuş  və 

bəzi  dövrlərdə  cihada  və  düşmənlərə  qarşı  çıxmağa  stimul  vermişdir. 

Ancaq, o, ümumiyyətlə, donuqluq mənbəyidir; o, insanları ağıl və vəhy 

arasında  məchulluq  yaradan  intuisiya  və  mistik  təcrübə  əsasında 

qurulmuş tərki‐dünyalıq metodologiyasına çağırır.  

Faruqi 

müsəlmanları 



yeni 

metodologiyaya 

çağırır. 

metodologiyaya ki, təqlidçi fəqihlər onu təsəvvür etməyə qadir deyillər. 



Bu  metodologiya  islamdakı  fundamental  məsələlərin  yeni  növ  dərkinə 

əsaslanır.  Bu  yeni  növ  fəhmə  görə,  dinin  fundamental  məsələləri 

                                                 

1

 Yenə orada, səh. 33. 




 

39

yamsılayıcı  fiqhin  təqlidçi  əsasları  rolunu  oynamır.  Əksinə,  onlar  islam 



düşüncəsi və biliyinin mənbələri hesab edilməlidirlər

1

.  



Bu  səbəbdən  Faruqi  məfkurənin  islamlaşdırılmasına  çağırır  və 

hesab  edirdi  ki,  təhsil  sistemi  və  ümmətin  həyatındakı  ikiliyin  aradan 

qaldırılması, ənənəvi metodologiyadakı gücsüzlüyün dəf edilməsi üçün 

düşüncənin  islamlaşdırılması  olduqca  zəruridir.  Alim  bu  metodolo‐

giyanın  bir  neçə  xüsusiyyətindən  söz  açsa  da  əsas  diqqəti  onun  islam 

nöqteyi‐nəzərindən  birləşdirici  əsasa  malik  olmasına  yönəltmişdi. 

Faruqiyə  görə,  bu  metodologiyanın  əsasında  Yaradıcının,  məxluqatın, 

düşüncənin, həyatın və insanlığın birliyi dayanır

2



Bəziləri  bildirirlər  ki,  “islamlaşdırma”  sözü  metodologiya 



anlayışı  ilə  o  qədər  də  uyuşmur.  Onlar  hesab  edirlər  ki,  bunun  səbəbi 

metodologiyanın  tədqiqatçının  mədəni  səviyyəsindən  və  tədqiq  etdiyi 

mövzulardan  asılı olmayan obyektiv vasitə olmasında gizlənib.

 

Bu fikrə 



qarşı  çıxan  Əbdülhəmid  əbu  Süleyman  digər  millət  və  mədəniyyətlərin 

metodologiyalarından  fərqlənən  islam  metodologiyasından  söz  açır

3



Ancaq alim vurğulayır ki, bu metodologiya insan oğlunun qəbul etməli 



olduğu  hazır  dini  mətnlərdən  ibarət  deyildir.  Əksinə,  o,  dinin 

məqsədlərinin reallaşması üçün dini mətnlərlə real problemlər arasında 

tələb  olunan  qarşılıqlı  münasibətlərin  dərk  edilməsinə  yönəlmiş  bəşəri 

səy  və  zəhmətdir.  Bu  metodologiya  inkişaf  etdirilərsə,  real  yeniliklərlə 

davamlı şəkildə ayaqlaşar.  

Metodologiya  anlayışı  və  inkişafı,  əvvəlki  uğurları  və  sonrakı 

müvəffəqiyyətsizlikləri  kimi  məsələlər  tədqiqat  və  əqli  mühakimə  tələb 

edir.  Əbu  Süleyman  bildirir  ki,  islam  ümmətinin  erkən  dövrlərində 

inkişaf  etdirilib  tətbiq  olunmuş,  bilik  mənbələri  olan  vəhy  və  varlıq 

aləmini  vəhdətdə  götürmüş,  təfəkkürün  imkanlarına  ehtiram  bəsləmiş 

islam  metodologiyası  müsəlman  mədəniyyətinin  sütunları  üçün  kafi 

əsas rolunu oynamışdır. Bu metodologiya dünyanın müxtəlif xalqlarının 

bütün  sahələr  üzrə  inkişafına  stimul  vermişdir.  Ancaq  sonralar  təqlidçi 

forma alan bu metodologiya dini mətnlərin başa düşülməsi ilə bağlı bir 

                                                 

1

 Yenə orada, səh. 35. 



2

 Yenə orada, səh. 38-52. 

3

 Əbdülhəmid  əbu Süleyman islam düşüncəsinin metodologiya probleminə  və metodoloji təfəkkür 



formasının əhəmiyyətinə nəzərlərin cəlb edilməsində böyük rola malik az-az şəxsiyyətlərdən biridir. Bu 

istiqamətdə alimin xidməti bundan ibarətdir ki, o, metodologiya problemi ilə  məşğul olan bir çox 

müəssisənin qurulmasında, fəaliyyət proqramlarının icrasında iştirak etmişdir. Eləcə də bu görkəmli alim 

məlum problem haqda kitablar və yazılar qələmə almışdır. Əbu Süleymanın yazdıqları və ya danışdıqları 

ilə tanış olan kəs görəcəkdir ki, o, “metod” və ya “metodologiya” sözlərindən az qala hər sətirbaşı istifadə 

etmişdir. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə