Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

44

materialist  cərəyanlarla  mübarizədə  kəlamsayağı  düşüncə  istehsalında 



müsəlmanların  yaradıcı  imkanlarının  yenidən  geri  qaytarılmasına 

çağırır.  Bundan  sonra  isə  lazımi  metodoloji  bazanı  inkişaf  etdirmək 

mümkündür.  

Ancaq  Əhməd  ər‐Rəysuni  hesab  edir  ki,  islam  metodoloji 

düşüncəsinin  kəlam  elmi  ilə  əlaqələndirilməsi  bütövlükdə  xeyir  gətirə 

bilməz. Klassik islam düşüncəsinin düçar olduğu problemlərdən biri də 

kəlam elminə və ondan törəmə sahələrə hədsiz yerin verilməsi, məzmun 

və  metod  baxımından  məqsədlərdən  xəbərsiz  qalma  olmuşdur.  Elə  isə 

müasir  islam  düşüncəsi  bugünü  və  sabahı  üçün  məqsədlərdən  və 

məqsəd metodologiyasından istifadə etməlidir

1



Rəysuni  məqsədlər  məsələsinə  əhəmiyyət  verməyin  səbəblərinə 



toxunaraq  bildirir  ki,  məqsəd  düşüncəsi,  əslində  metodoloji  təfəkkür 

deməkdir:  “Əsasları,  meyarları,  ümumi  və  xüsusi  halları,  bölmələri, 

dərəcələri,  üsul  və  vasitələri  baxımından  məqsədlər  problemi 

özünəməxsus  metodologiya  əmələ  gətirir.  Bu  isə  öz  növbəsində 

düşüncə,  mühakimə,  təhlil,  sillogizm  və  induksiya  metodudur”

2

.  Əgər 



düşüncə  metodologiyası  məqsədlərə  əsaslanırsa,  onda  düşüncə 

məqsədyönlü  olub  hədəfi  müəyyənləşdirəcəkdir.  Bu  da  məlum 

düşüncəyə  aid  prioritetlərin,  layihələrin  müəyyənləşməsinə  səbəb 

olacaqdır. Eləcə də bizim üçün bu metodologiyanın əhəmiyyətini artıran 

cəhət  ondan  ibarətdir  ki,  bir  çox  mütəfəkkir  və  nəzəriyyəçi  alim  bütün 

işlərin  xeyir  və  zərər  prioritetlərini  izah  edən  “taktiki”  düşüncəyə 

möhtacdırlar. Eləcə də onlar ayrı‐ayrı halları öyrənən və ümumi nəticəyə 

gəlmək  üçün  onları  kompleksləşdirən  induktiv  şüur  formasına  ehtiyac 

hiss  edirlər.  Halbuki  məqsəd  metodologiyası  həm  taktiki  (diferensial), 

həm  də  induktiv  şüur  formalarının  təmininə  xidmət  edir.  Məqsədlər, 

diferensiallığa  olduğu  kimi,  induksiyaya  da  əsaslanır.  “İnduksiya  ən 

inkişaf etmiş metoddur. Bütöv induktiv biliklər ən mötəbər biliklərdir”

3

.  


Nəzəri 

baxışın 


formalaşdırılması 

üçün 


Qurani‐Kərimin 

metodoloji  istifadəsinə  olan  tələbat  haqqında  Həsən  Cabir  maraqlı 

mülahizə  ilə  çıxış  edir

4

.  Tədqiqatçıya  görə,  Quranın  öyrənilməsinə  olan 



                                                 

1

 Əhməd ər-Rəysuni. əl-Fikir əl-Məqasidi: qəvaiduh və fəvaiduh (Məqsəd düşüncəsi: qayda-qanunları və 



faydaları). “əd-Dar  əl-bəyza” nəşriyyatı, 1999 (“əz-Zaman” jurnalında (Mərakeşin) nəşr olunan “Cib 

kitabı” seriyasından, № 9).  

2

 Yenə orada, səh. 99. 



3

 Yenə orada, səh. 103.  

4

 Həsən Cabir. əl-Müsəqqəf  əl-islami beynə  əl-fəqih və  işkaliyyə  əl-mənhəc (Fəqih və metod problemi 



arasında müsəlman ziyalısı). “əl-Və`y əl-müasir” jurnalı, №  4/5. 2000, səh. 6-18.  


 

45

metodoloji  baxış  iki  metoddan  asılı  olmuşdur:  birincisi  ayələrdəki 



kəlmələrin  leksik  izahıdır.  İkinci  metod  isə  bu  və  ya  digər  mövzu  ilə 

əlaqəli  ayələrin  təfsirini  ifadə  edir.  Hər  iki  metod  empirik  metodlardır. 

Bu  iki  metodun  əvəzinə  təklif  olunan  üçüncü  metod  isə  Qurana  əlaqəli 

epistemoloji  struktur  kimi  baxır  və  onu  bütöv  şəkildə  tədqiq  edir.  Bu 

metoda  görə,  ayə  və  mövzular  ümumi  Quran  çərçivəsində  bütöv  halda 

öyrənilməlidir. Təklif olunan bu üçüncü təfsir metodu tə`vildən, rəvayət, 

dirayət (qnostik) və mövzu təfsiri növlərindən yaralansa da əsas diqqət 

dinin  ümumi  məqsədlərinin  nəzərə  alınmasına  yönəldilir.  Quranın  da 

doğru yol olaraq göstərdiyi bu ümumi məqsədlər digər görüşləri və  hər 

hansı  bir  dini  mətnlə  münasibətin  təminini  tənzimləyir.  Fəqihlər 

induktiv  metodda  fiqhi  hökmlərin  deduktiv  hasilinə  üstünlük  vermiş, 

kompleks baxışa nail olmaq üçün ümumiləşdirmədən istifadə etmişlər

1



Metodologiya  təsisinin  bu  növü  də  professor  Taha  Cabir  əl‐



Ülvaninin  Qurana  münasibət  metodologiyasının  təkmilləşdirilməsinə 

olan çağırışında daha da aktuallıq kəsb edir. Ülvani də bildirir ki, məlum 

metodologiya  Qurana  bütöv  baxışı  əks  etdirməlidir;  “Surədəki  bir  ayə 

onun digər ayələrindən biri olub ya öz‐özü, ya da qonşu ayələrdən biri 

ilə əlaqədar mənaya malik ola bilər. Surələr də belədir; bir surə Quranın 

vahidlərindən biridir və o, ya özlüyündə, ya da qonşu surələrlə birlikdə 

hər  hansı  bir  məna  daşıyır.  Ancaq  hər  hansı  bir  məsələyə  dair  şəriət 

hökmlərinin  çıxarılması  və  ona  münasibətdə  dinin  məqsədlərini 

reallaşdırmaq  yalnız  və  yalnız  Quranın  kompleks  halda  götürülməsi 

zamanı  və  onun  barəsində  bütöv  şəkildə  mülahizə  bildirildikdə 

mümkündür.  Çünki  Quran  ayələr,  surələr  və  onun  özü  səviyyəsində 

struktur  bütövlüyünə  sahib  bir  kitabdır.  Və  biz  öz  irsimizdə  bu 

bütövlüyün böyük izinə rast gəlmirik”

2

.  



İbn  Hişamın,  Əbu  Əli  əl‐Farisinin,  əl‐Haris  əl‐Mühasibinin 

əsərlərində  və  fundamentalistlərin  verdikləri  hökmlərdə  rast  gəlinən 

                                                 

1

 Həsən Cabir bildirir ki, belə metodoloji zədələnmə forması özünü məqsəd metodunun yoxluğu 



şəraitində Qurana olan münasibətdə büruzə verir. Alim misal olaraq azyaşlı  qızla izdivaca girməyin 

icazəliliyinə dair fiqhi görüşü göstərir. İctihadda söz sahibi olanların az qala yarısı bu kimi izdivaca icazə 

vermişdir. Ancaq Həsən Cabirə görə, belə izdivaca icazə vermək insanın, şərəfinə, möhtərəmliyinə zidd 

məsələdir. Belə icazəyə isə  əlaqədar dini mətnin mövcudluğu ilə yanaşı, onun bütöv rasional baxışa 

imkan verməyəcək dərəcədə “qapalı” olduğunu düşünmək səbəb olmuşdur. Quran ayələri zəruri edir ki

insana ehtiram göstərilsin, onun seçim və iradə azadlığı təmin edilsin. Bu haqqın qəsb edilməsi hər halda 

dini mətnlərin ümumi prinsipi deyildir! 

2

 Taha  Cabir  əl-Ülvani. Müqəddəmə fi islamiyyə  əl-mə`rifə (Düşüncənin islamlaşdırılmasına giriş). 



Beyrut, “Dar əl-Hadi” nəşriyyatı, 2001, səh. 86.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə