Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 

23

qüsurlarını  ortaya  qoyub  islahatçı  təkliflər  irəli  sürə  bilər.  İslam 



düşüncəsinin  metodoloji  tərəfi  haqda  danışmaq  dövrümüzdə  bu 

düşüncə sisteminin ən ümdə vəzifələrindən birinə çevrilmişdir. “...məgər 

müsəlmanların  son  zamanlardakı  böhranı  təfəkkür  metodologiyasının 

böhranı deyilmi?”

1

  

Ədəbiyyat  və  tənqid  sahəsində  görürük  ki,  bir  çoxları  artıq 



metodoloji  şüura  olan  ehtiyacın  artmasından  danışmağa  başlayıblar. 

Bununla da islam metodu axtarışı ədəbi tənqidin prioritetinə çevrilib. Bu 

prioritetliyin əsas səbəbi isə ədəbi yaradıcılığın müasir islam təcrübəsinə 

münasibətində  Qərb  metodlarının  işə  yaramamağıdır.  Bütün  bunlar  isə 

öz növbəsində ədəbi tənqid sahəsində əvəzləyici islam metodunun təsis 

edilməsini  bir  zərurət  halına  gətirir.  Belə  bir  metod  isə  müsəlmanın 

şəxsiyyətini  və  etiqadından  doğan  təsəvvürlərini  əks  etdirir  ki,  o, 

bununla  məlum  metodun  perspektivlərini  müəyyənləşdirib  ona  aparan 

vasitələri  təcrübədən  keçirsin,  onun  struktur  hissələrini  özlüyündə 

təsəvvür  etsin.  Bu  cür  çağırış  əvvəlki  vaxtlarla  müqayisədə  daha 

aktualdır;  çünki  cazibədarlığı  və  barəsindəki  təbliğat  sayəsində  əcnəbi 

metodlar  müsəlmanlar  arasında  geniş  yayılıb.  Eləcə  də  təfəkkür  və 

tədqiqat  metodları  kimi,  iş  və  praktika  metodları  da  xeyli  inkişaf  edib. 

Ancaq müsəlmanların düşdükləri vəziyyət xəbər verir ki, onlar zəmanə 

ilə  ayaqlaşmağa,  maddi  və  metodoloji  istehlaka  qadir  deyillər.  Çünki 

onların  istifadə  etdikləri  üsul  və  metodlar  doğma  mədəniyyətlərinin 

məhsulu  deyildir.  Elə  isə  idxal  olunmuş  bu  metodları  öyrənməklə 

onların  mədəni  dünyagörüşümüz  və  islami  təsəvvürlərimizlə  ziddiyyət 

təşkil etməyən müsbət tərəflərindən faydalanmağımız olduqca zəruridir. 

Eyni  zamanda  biz  öz  strukturu  və  xüsusiyyətlərini  qoruya  biləcək 

çərçivəyə malik məxsusi orijinal metodun təsis edilməsinə çalışmalıyıq

2

.  



Ədəbi tənqid və terminologiya tədqiqatları sahəsində əl‐Büşeyxi 

göstərir ki, metodologiya problemi ümmətimizin ən başlıca problemidir 

və biz ən doğru olan yola – “Bizi doğru yola yönəlt!” metodologiyasına 

malik  olmadıqca  elm  və  mədəniyyətdə  yüksələ  bilməyəcəyik.  Bunun 

üçün  biz  hər  bir  şeydə  doğru  olan  metoda  can  atmalıyıq.  Və  metodun 

saf‐çürük  edilməsinə  çəkilən  zəhmət  belə  bir  əhəmiyyətli  işə  dəyər. 

                                                 

1

 Əbdülməcid ən-Nəccar. Məbahis fi mənhəciyyə əl-fikir əl-islami (İslam düşüncəsinin metodologiyasına 



dair tədqiqatlar). Beyrut, “Dar əl-Qərb əl-islami” nəşriyyatı, 1992, səh. 7. 

2

 Əli  əl-Qəzyəvi. Mədxəl ila əl-mənhəc  əl-islami fin-nəqd  əl-ədəbi (Ədəbi tənqiddə islam 



metodologiyasına giriş). “Haqqa çağırış” kitabı seriyasından. № 6. Mərakeş, əl-Məhəmmədiyyə, Vəqflər 

Nazirliyinin nəşrlərindən. 2000.   




 

24

Təlim‐tədris  prosesinə  dair  müəyyən  bir  metodun  sayəsində  insana 



nizamlılıq  bəxş  edən  və  onu  bilmədiklərini  öyrənməyə  hazırlayan 

keyfiyyət  məhz  elmin  özüdür.  ...Qavrama  metodologiyanın  bir 

hissəsidir. Ancaq bundan sonra mühüm olan şey təhlil aparmaq, səbəb‐

nəticə əlaqəsini müəyyənləşdirmək və sintez etməkdir

1



Fikir  sahəsində  isə  Taha  Əbdürrəhman  göstərir  ki,  islam 



dünyasındakı müasir dini oyanış “düşüncə istinadı”na möhtacdır. Bu isə 

iman  təcrübəsini  ən  yeni  və  güclü  rasional  metodlarla  qüvvət‐

ləndirməklə  mümkündür.  Məhz  bu  naqislik  məlum  oyanışı  öz 

müxaliflərinə  qarşı  ədavətə  və  pisliyə  həris  olan  istiqamətə  doğru 

yönəltmişdir.  “Əgər  oyanış  tərəfdarları  iman  təcrübəsinə  öz  qapılarını 

açmağa kömək edən “daxilolma” metodologiyasına sahib olsaydılar, bu 

oyanışı möhkəmlədən yeni islam düşüncəsi sistemini qurmuş olardılar”

2

.  



 

Tapşırıq. Metod və metodologiya ilə əlaqədar olaraq yuxarıda sadalanan 

problemlərdən savayı digər hansı problemlər mövcuddur? 

 

Əbdülhəmid əbu Süleyman isə hesab edir ki, ümmətin düşdüyü 



vəziyyəti ailə və tərbiyə müəssisələrində yetişdirmə yolu ilə yeni nəslin 

formalaşdırılması  sayəsində  islah  etmək  olar.  Mütəfəkkir  düşünür  ki, 

metodologiya  elmini  yaratmaqla,  naqis  və  qərəzli  ideoloji  meyllərdən 

uzaq  durmaqla  mütəmadi  və  sistemli  elmi  tədqiqatların  aparılması 

sayəsində  tərbiyə  problemlərinin  həllinə  nail  olmaq  mümkündür. 

İslahatçılıq  və  dəyişdirmə  metodologiyası  haqda  düşünmək  isə  bu 

islahatçılıq üçün lazım olan elm sahəsi – pedaqogika və naqis təəssübkeş 

meyllərdən xali sistemli elmi tədqiqat kimi təsvir edilən yaranma prosesi 

haqqında düşünmək deməkdir

3

.  



Əbu Süleyman belə bir qənaətdədir ki, intibah və islahat üçün üç 

şərtin  olması  lazımdır:  birincisi  psixoloji  quruculuq  qabiliyyətinə  və 

psixoloji  cəsarətə  sahib  olmaqdır.  İkincisi  təfəkkür  metodunun 

sağlamlığı  və  üstünlüyüdür.  Üçüncü  şərt  isə  bütün  bəşəriyyətə  xeyir 

gətirməyi  məqsəd  güdən  mədəni  dünyagörüşünün  aydınlığıdır.  Əbu 

                                                 

1

 əş-Şahid  əl-Büşeyxi. Müşkilə  əl-mənhəc fi dirasə mustələh  ən-nəqd  əl-ərəbi  əl-qədim (Klassik ərəb 



tənqidi terminologiyasının öyrənilməsində metodologiya problemi). “Müasir müsəlman” jurnalı,  № 14. 

1990, səh. 55-56.  

2

 Taha  Əbdürrəhman.  əl-Əməl  əd-dini və  təcdid  əl-əql (Dini fəaliyyət və  təfəkkürü yeniləmə). Beyrut, 



Ərəb Mədəniyyət Mərkəzi, 1997, səh. 9-10. 

3

 Əbdülhəmid Əhməd əbu Süleyman. Əzmə əl-Əql əl-müslim (Müsəlmanın düşüncə böhranı). Herinden. 



“Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. 3-cü nəşr. 1994, səh. 190.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə