Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   2   3   4   5   6   7   8   9   ...   38

 

16

həmin  mövzunun  elementlərinə  hərtərəfli  baxışı  birləşdirir.  Həmçinin, 



deduktiv  metod,  mövzu  ilə  əlaqəli  məqsədlərə  çatma  yolunun  praktiki 

əməliyyat  və  icraedici  üsullarla  müəyyənləşdirilməsi  kimi  məsələlər 

metodologiyanın  elementlərindən  sayılır.  İlkin  təsəvvür  və  düşünmə 

olmadan  hər  hansı  bir  icraedici  əməliyyatın  mövcudluğuna  inanmaq 

çətindir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

17

METODOLOJİ ŞÜUR 



 

 

Əgər  müsəlmanlar  əvvəlki  qüdrətlərini  geri  qaytarmaq,  boyun‐

larındakı  əmanəti  sonrakı  nəsillərə  ötürməklə  mədəniyyət  karvanının 

sarbanına  çevrilmək  istəyirlərsə,  metodoloji  şüura  sahib  olmalı  və  onu 

inkişaf  etdirməlidirlər.  Metodologiya  üsullar  haqqında  elmdirsə,  onda 

metodoloji  şüur  olduqca  zəruridir.  Çünki  bəzən  yol  uzanır,  maneələr 

onu  “çılpaqlaşdırır”,  mənzilbaşılarının  sayı  artır,  yolçunu  yoldan  çıxara 

biləcək  döngələr  və  az  qala  üfüqə  çatacaq  yoxuşlarla  dolu  olur. 

Addımların 

büdrədiyi 

enişlər, 

təhlükələr 

çoxalır. 

Bu 


zaman 

metodologiya  köməyə  gələrək,  yolun  sonuna  çatmaq  üçün  bələdçi 

rolunu oynayır

1

.   



Metodoloji  şüur  metodoloji  fəaliyyətdə,  məfkurənin  islam‐

laşdırılması  işindən  proqramların  reallaşdırılması  işinə  keçmədə  zəruri 

olaraq  aydınlıq,  konkretlik  tələb  edir.  Tələb  olunan  bu  aydınlıq  isə 

məfhumların  yaradılması,  onların  yararlığından  əmin  olma  və 

metodologiya  arzusunu  reallaşdırmaq  üçün  mənbələrin  təsis  edilməsi 

arasında  fərq  qoymağı  zəruri  edir.  Tədqiqatçı  Məna  Əbülfəzl  bu  cür 

fərqləndirməni  “metodoloji  düyüm”  adlandırır

2

 və  bildirir  ki,  islam 



nəzəriyyəçiliyi  elminin  mənbələrinə  münasibətdə  lazımi  metodoloji 

şüura  sahib  olmadıqca  biz  bu  “düyüm”ü  aça  və  mütərəqqi  mədəni 

sıçrayışın pionerlərinə çevrilə bilməyəcəyik.  

Qeyd  olunmalıdır  ki,  məlum  metodologiyanın  təmininin  birinci 

şərti  Qurani‐Kərimə  metodoloji  münasibət  bəsləməkdir.  Məna  Əbülfəzl 

göstərir  ki,  Quranın  çağırışına  münasibətdə  mövcud  olan  kompleks 

modellər,  ümumiyyətlə,  ictimai  reallığa,  xüsusən  də  bu  reallığın 

qanunauyğunluqları  və  istiqamətləri  üzrə  ixtisaslaşan  bilik  sahəsinə 

tətbiq  edilməlidir.  Ancaq  ənənəvi  bilik  atmosferində  növ  dəyişikliyinə 

yol  açacaq  tərəqqi  sıçraması  üçün  bu  cür  modellər  azlıq  təşkil  edir  və 

fərdi cəhdlər hələ də dağınıq haldadır. Mövcud bilik abı‐havası üçün isə 

bir  tərəfdən,  xaos,  səthilik  və  kor‐koranəlik,  digər  tərəfdən  isə  ideoloji 

qıcıqların və təsirlərin davamlı vüsəti xarakterikdir

3

.  



                                                 

1

 Məna Əbdülmün`im Əbülfəzl. Nəhvə minhaciyyə lit-təamül mə`ə məsadir ət-tənzir-əl-islami: beynə əl-



müqəddimat vəl-müqəvvəmat (Verilənlər və struktur hissələr prizmasında islam nəzəriyyəçiliyi elminə 

münasibətin metodologiyasına doğru). Qahirə, “Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri, 1996, 

səh. 8. 

2

 Yenə orada, səh. 11. 



3

 Yenə orada, səh. 29. 




 

18

Çox  güman  ki,  bu  məqamda  qısa  şəkildə  metodoloji  şüurun 



bəşəri  idrak  mexanizmi,  formaları  və  səviyyələri  ilə  əlaqəsi  məsələsinə 

toxunmağımız  faydalı  olardı.  Bildirilir  ki,  elm  obyekti  ilə  deyil, 

metodoloji funksiyası sayəsində və ya hər ikisinin müştərəkliyi ilə  kəsb 

ediləndir; elmin qazanılması, biliyin kəsbi və idrak kimi məsələlər aktiv 

və  passiv  əməliyyatlarla  tənzimlənir.  Belə  ki,  tədqiqatçının  metodo‐

logiyası rasional düşüncəsi və psixikasından, eləcə də onun şəxsiyyətini 

formalaşdıran  digər  amillərdən  təsirlənir.  Belə  metodologiya  isə  öz 

növbəsində  cəmiyyətdə,  elmi  tədqiqatın  problemlərini,  prioritet  və 

meyarlarını  müəyyənləşdirən  sosial‐mədəni  standartlarda  ümumi 

şüurun formalaşmasında iştirak edir. 

İdrak  metodologiyası  insanın  reallığı  dərketmə  şüuruna  təsir 

edir;  insan  düşündüyü  və  reallığı  dərk  etdiyi  kimi  çatdırmağa  cəhd 

etdiyi zaman, əslində reallığın özünü çatdırmır. O, sadəcə olaraq istifadə 

etdiyi  münasib  metodologiya  çərçivəsində  ona  yaxınlaşır

1

.  Belə  cəhd 



aşağıdakı üç element arasındakı qarşılıqlı təsirlə əlaqədardır: 

a. Zehində həkk olunan biliklər: buraya fitrətlə bağlı, ya da sosial 

nizam və şəraitin doğurduğu prinsip və dəyərlər daxildir; 

b. İstifadə olunan vasitələr, təfəkkür və şüur prosesləri, intuisiya, 

təxəyyül və iradə kimi qabiliyyətlər; 

v.  Reallıqla  əlaqədar  obyektiv  həqiqətlər:  reallığın  kəmiyyət  və 

keyfiyyət məziyyətləri, ətraf aləmlə münasibətləri bu qəbildəndir.  

Bütün bu elementlər insan təfəkküründə qarşılıqlı təsir içərisində 

olur.  Təfəkkür  isə  bu  elementləri  “bəşəri  təcrübə”  adlandırılanın 

daxilində tənzimləyir. İnsan şüuruna gəlincə, o, bu təcrübədən ona görə 

istifadə  edir  ki,  təbii  və  sosial  reallığı  dərk  etsin,  onun  obyekt  və 

təzahürlərini  başa  düşüb  izah  etməklə  fəhm  və  davranış  çərçivəsində 

onların  sistemləşdirilməsi  imkanlarını  açıqlasın.  Ancaq  bəzən  insanın 

şüuru  “saxtakarlıq”  edə  bilir.  Çünki  ictimai  reallıq,  onun  şərait  və 

icbariliyi  fərdlərə  elə  qayda  və  şərtlər  diktə  edir  ki,  onlar  da  öz 

növbəsində hakim mədəniyyət və toplu şüur forması ilə sərt davranmağı 

tələb  edirlər.  Məhz  belə  bir  təzahür  cəmiyyətlərin  mədəni‐ideoloji 

məhsuldarsızlığının, ətalətliliyinin səbəblərindən biri hesab edilir. 

 

 

                                                 



1

 Nəsr Məhəmməd Arif. Qəzaya  əl-mənhəciyyə fil-ülum əl-islamiyyə  vəl-ictimaiyyə  (İslami və sosial 

elmlərdə metodologiya problemləri). 1989-cu il Əlcəzair Metodologiya Konfransının materialları. Qahirə, 

“Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri, 1996, səh. 10. 





Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə