Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   2   3   4   5   6   7   8   9   ...   38

 

11

başa  düşülür.  Məsələn,  “Məkkənin  yolu”  dedikdə  nəzərdə  tutulan  şey 



ona  çatmadakı  vasitədir.  Çünki  çatma  məqsəd,  necə  çatmaq  isə 

metoddur”

1

.  


Ərəb  dilində  bu  sözformalar  (“mənhəc”  və  “minhac”)  çox  vaxt 

bir‐birinin  sinonimi  olaraq  işlədilir.  Bəzən  isə  onların  müxtəlif 

məqamlarda  işlədilməsinə  rast  gəlmək  mümkündür.  Məsələn,  “əl‐

mənhəc  əl‐İslami”  (islami  metod),  “əl‐mənhəc  əl‐marksi”  (marksist 

metod) kimi ifadələrlə həyata, yaradılış və insanlığa dair universal görüş 

və ya bilik sistemi anlayışları ifadə edilir. “əl‐Mənhəc ət‐tərbəvi fil‐İslam” 

(islamda pedaqogika metodu) dedikdə isə elm sahələrindən biri nəzərdə 

tutulur.  Və  ya  belə  deyilir:  “Mənhəc  əş‐şafei  fil‐üsul”  (fundamental 

məsələlərdə  şafei  metodu),  “Mənhəc  əl‐mötəzilə  fil‐Kəlam”  (Kəlam 

elmində  mötəzili  metodu).  Burada  nəzərdə  tutulan  şey  tədqiqatçılara, 

mütəfəkkirlərə,  alimlərə  və  ya  elmi  kollektivlərə  xas  ideoloji  məktəb, 

cərəyan  və  ya  məzhəbdir.  Həmçinin,  deyilir:  “Tədqiqatda  istifadə 

edilmiş  metod  tarixi  və  ya  empirik  metod  idi”.  Bu  isə  müəyyən  yol  və 

yanaşmaları özündə ehtiva edən tədqiqat növü deməkdir.  

Ümumiyyətlə, metod dedikdə tədqiqatın aparılması üsulu və ya 

pedaqoji  məqsədə  çatmaq  üçün  ortaya  qoyulmuş  təlim  vasitələri  və 

təcrübəsi  növlərinin  məcmuyu  başa  düşülür.  Elmi  metod  isə  tədqiqatın 

elmi  üsulu  olub  mülahizələrə,  fərziyyələrin  irəli  sürülməsinə,  nəticəyə 

varmada və alınan nəticələrin ümumiləşdirilməsində onların təcrübədən 

keçirilməsinə əsaslanır.  

Metodologiyaya  gəlincə,  o,  XVIII  əsr  Avropasında  dinin 

dirçəldilməsi  fəaliyyətinin  ümumi  adı  olmuşdur.  Bu  fəaliyyət  Oksford 

universitetində başlanmışdır. Bu zaman dinin öyrənilməsi və ona çağırış 

işi  metodologiyanın  əsas  prinsipləri  əsasında  aparılırdı.  İndiyədək  bu 

işlə məşğul olanlar “metodistlər” adlandırılırlar

2



 



Tapşırıq.  Metod  sözünün  müxtəlif  mənalarda  işlədilməsinə  dair 

yazılmış bir neçə kitabın adını söyləyin. 

 

                                                 



1

 Əli ibn Abdulkafi əs-Səbəki. əl-İbhac fi şərh əl-Minhac (Metodun şərhində füsunkar yol) Cild I: əl-Qazi 

Beyzavinin “Minhac əl-Vüsul ila elm əl-Üsul” (Üsul elmini öyrənməyin metodu) adlı  əsərinə yazılmış 

şərh). Beyrut, “Dar əlk-Kütub əl-Elmiyyə” nəşriyyatı, 1995, səh. 3. 

2

 Əbdülmün`im əl-Hifni. Universal fəlsəfə terminləri lüğəti. Qahirə, “Mədbuli” kitabxanasının nəşrləri. 3-



cü nəşr. 2000, səh. 849.  


 

12

Metodologiya  metodun  istehsalı  mənbəyidir.  Ərəb  dilində  nisbi 



sifət olan “mənhəciyyə” (metod ‐i/‐ı) morfemi “metodologiya” mənasına 

gələn  “mənhəciyyə”  sözformasından  fərqlənir.  Məsələn,  belə  deyirik: 

“Tədqiqatçı  öz  işini  metodoloji  (mənhəciyyə)  üsulla  görür”,  yəni,  o, 

məsələyə  kortəbii  deyil,  sistemli  şəkildə  toxunur.  Ancaq  bu  sözdən 

düzəldilmiş  isim  isə  kökformaya  aid  xüsusiyyətləri  özündə  ifadə  edir; 

törəmə  mənalar  həqiqi  mənaya  oxşar  olur.  Biz  “Tədqiqatçı  özünün 

düşüncə metodologiyası ilə başqalarından fərqlənir” ‐ dedikdə bununla 

onun  düşüncəsinin  sağlamlığını,  dürüstlüyünü  nəzərdə  tutmuş  oluruq 

və s.  

Metodologiya sözünün ingilis dilindəki qarşılığı “methodology” 



morfemidir  ki,  bu  da  “üsulları,  yolları  öyrənən  elm”  mənasını  verir. 

Həmçinin, sözügedən dildə məlum termin aşağıdakı mənalarda işlədilir: 

a.  Müəyyən  bilik  sahəsində  tədqiqat  və  öyrənmə  prosesini  tənzimləyən 

prinsip və əməliyyatları təhlil edən məntiq elminin bir qolu; 

b. Müəyyən fəlsəfi məktəbin nəzəri əsasları ‐ əsas fərziyyələri, verilənləri 

və anlayışları

1



Beləliklə,  aydın  olur  ki,  ingilis  dilindəki  “methodology”  sözü 



“yeni elm növlərindən biri” mənasına gəlir və bu elm yolları, metodları 

öyrənir.  O,  bütün  elmlərlə  əlaqəli  olsa  da  daha  çox  elmlərin  genezisi, 

epistemologiya və qnoseologiya ilə sıx surətdə bağlıdır. Bəzən bu termin 

hər bir elmin bir tərəfini, hər bu və ya digər bilik sahəsinin (fizika, tarix 

və s.) bir qolunu ifadə edir və həmin tərəf və qolların məntiqi əsaslarını, 

məzmununu, bilik əldəetmə və tədqiqat yollarını öyrənir. Məsələn, tarix 

elminin metodologiyası və s. 

Bu  mənada  “metod”  dedikdə  hər  hansı  bir  bilik  sahəsi  üzrə 

tədqiqat  üsulları  və  əməliyyatları  başa  düşülür.  Metodologiya  isə  bu 

üsulları  və  əməliyyatları  öyrənən  elm  kimi  nəzərdən  keçirilir.  Tədqiqat 

üsulu isə özünün məqsədliliyi, aydınlığı və düzgünlüyü ilə seçilməlidir

2



  

Metod: tədqiqat üsulları və əməliyyatları 

Metodologiya: tədqiqat üsulları və əməliyyatlarını öyrənən elm sahəsi. 

 

                                                 



1

 M. Agnos, E. Guralnik. Webster’s New World College Dictionary. 4-th ed. Foster City, CA. Webster’s 

New World, 2001, p. 906; DK Publishing, Oxford Illustrated American Dictionary, New York: Oxford 

University Press. 1998, p. 515. 

2

 Faris Eşti. Mədxəl ila əl-Mənhəciyyə fil-ülum əl-İctimaiyyə (Sosial elmlərdə metodologiyaya giriş). “əl-



Ülum əl-İctimaiyyə” jurnalı. № 1.  Livan Universitetinin nəşrləri. Cild I, 1991, səh. 33-47. 



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə