Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 11
Əməliyyatların ətraf mühitə təsirinin
qiymətləndirilməsi, azaldılması
vəmonitorinqi
Noyabr 2013-cü il
Yekun variant
11/27
Cədvəl 11.20 Təsirin əhəmiyyəti
Hadisə
Hadisənin
miqyası
Reseptorun həssaslığı
Təsirin əhəmiyyəti
Müntəzəm əməliyyatlar üzrə səs-
küy
Orta Orta
Orta mənfi
Qeyri-müntəzəm əməliyyatlar
(məşəldə yandırılma) üzrə səs-küy
Orta Orta Orta mənfi
Səs-küy emissiyaları ilə bağlı aşağıdakı monitorinq və hesabatvermə tələbləri AGT
Regionuna aid ƏMİS-nin bir hissəsini təşkil edir.
EMP-in bir hissəsi kimi Səngəçal terminalında və terminal ətrafında ətraf havanın
monitorinqi aparılır ;
EMP
çərçivəsindəki monitorinqin nəticələri ETSN/EMTMQ-a təqdim olunur ;
Səs-küyün qiymətləndirilməsi səs-küy baxımından işçi göstəricilərə əsaslanmaqla
(məsələn qurğu avadanlığının tələb olunan səs-küy səviyyələri) səs-küy hədlərinə nail
oluna bilməsi üçün ŞD2 layihəsinin işçi layihələndirmə, tədarük, mexaniki tamamlama
və istismara vermə mərhələləri ərzində davam etdiriləcək ; və
ŞD2 üzrə məşəldə yandırılma siyasəti işlənib hazırlanacaq və icra olunacaq. Bu siyasət
ŞD2 üzrə qurudakı məşəldə qeyri-müntəzəm yandırma hadisələri ilə bağlı məşəldə
yandırmanın tezliyinin və davamlılığının azaldılmasına yönəldilmiş istismar
prosedurlarını əks etdirəcək .
Hesab olunur ki, təsirlər praktiki baxımdan mümkün və zəruri olduğu qədər minimuma endirilir
və heç bir təsirazaldıcı tədbir tələb olunmur.
11.6 Dəniz mühitinə təsirlər
ŞD2 üzrə dəniz və sualtı əməliyyatlardan yaranan dəniz mühitinə təsirlər aşağıdakıların
nəzərə alınması ilə qiymətləndirilir
ŞDB platforma kompleksinin soyuducu suyunun yığımı və buraxılması ilə bağlı dənizə
atqılar
ŞDB platforma kompleksindən digər atqılar (o cümlədən təmizlənmiş fekal su, məişət
axıntı suları, mətbəx axıntı suları, drenaj və duzlu axıntı suları)
Sualtı hasilat sisteminin nəzarət sistemindən işçi mayenin müntəzəm atqısı və
Sualtı hasilat sisteminə müdaxilələrlə bağlı qeyri-müntəzəm atqılar
11.6.1 Dəniz əməliyyatları - soyuducu suyun yığımı və atqısı
11.6.1.1 Təsirazaltma tədbirləri
ŞDB platforma kompleksinin soyuducu suyunun yığımı və atqısı ilə bağlı mövcud təsirazaldıcı
tədbirlər aşağıdakıları əhatə edir:
Soyuducu su sistemi elə layihələndirilib ki, qarışma zonasının kənarında, yaxud 100
metr məsafədə (qarışma zonası müəyyənləşdirilmədikdə) atqının temperaturunun ətraf
suyun temperaturundan 3°C-dən çox artıq olmaması təmin olunsun.
Dəniz suyu yığımı kessonları balıqların su ilə birlikdə götürülməsinin qarşısını almaq
üçün 200mm diametrli barmaqlıq torlar ilə təchiz olunub.
11.6.1.2 Hadisənin miqyası
Təsviri
Dəniz suyunu dolayı yolla soyutma sistemi ŞDB-YBTT platformasında yerləşdiriləcək. Dəniz
suyu təxminən 2,173m
3
/saat sürətlə dəniz səviyyəsindən - 75m dərinlikdən götürüləcək (Fəsil
5, Bölmə 5.10.10.2).
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 11
Əməliyyatların ətraf mühitə təsirinin
qiymətləndirilməsi, azaldılması
vəmonitorinqi
Noyabr 2013-cü il
Yekun variant
11/28
Götürülən dəniz suyu bioloji örtüklənmə əleyhinə qurğu daxilində elektroxlorlaşdırılacaq, ona
50ppbv (həcmə görə milyardda bir hissə) xlor və 5ppbv mis əlavə edildikdən sonra diametri
50 mikrondan çox olan istənilən hissəciyin təmizlənməsi üçün süzgəcdən keçiriləcək.
İstifadədən sonra dəniz suyunun əsas hissəsi (təxminən 2124 m
3
/saat) dəniz suyu üçün atqı
kessonu (dəniz səviyyəsindən aşağıda - 54,5m dərinlikdə) vasitəsilə dəniz ə qaytarılacaq.
Təsirin qiymətləndirilməsi
Dəniz suyunun yığımı
Modelləşdirmə qiymətləndirilməsi suyun yığımı sahənin yaxınlığında yaradılan sürət
zonasının potensial sahəsinin qiymətləndirilməsi üçün həyata keçirildi. 3,360 m
3
/saatda (ŞD2
sürətindən təxminən 50% yuxarı) yığım sürətinə əsaslanan
qiymətləndirmə göstərdi ki, suyun
sürəti sugötürmə borusundan bir neçə santimetr məsafə daxilində 13 sm/s-dən artıq
olmayacaq və sürət qradiyenti hətta təxminən durğun cərəyan şəraitində belə 3 m-dən az
məsafəyə uzanacaq. Buna müvafiq olaraq belə qənaətə gəlindi ki:
Balıqların su yığımını aşkar etməsi üçün kifayət qədər sürət qradiyenti mövcuddur; və
Sugötürmə borusunun yaxınlığında suyun sürəti o qədər aşağıdır ki, hətta kiçik balıqlar
belə su yığımından kənarlaşmağa çətinlik çəkməyəcək.
Dəniz suyunun atqısı
Soyuducu su atqısı 25ºC tipik atqı temperaturu əsasında qiymətləndirildi. Modelləşdirmə
ehtimallarının və metodologiyasının bütün təfərrüatları Əlavə 10F-də təmin olunub Şəkil
11.10-da soyuducu suyun proqnozlaşdırılan yayılma axını göstərilir. Göstərilən yaşıl xətt
suyun temperaturunun ətraf temperaturdan 3°C-dən yuxarı olduğu hesablanmış temperatur
zonasıdır. Bu, atqı nöqtəsinin 11m radiusunda yaranır. 100m məsafə üçün model
proqnozlaşdırdı ki, axın ətraf temperaturdan maksimum 0,2ºC yuxarı olacaq. Axın termal
üzmə qabiliyyəti sayəsində məhdud artım dərəcəsinə malik olacaq və onun səthə və ya
termoklin keçidinə çatması proqnozlaşdırılmır. Yay və qış şəraitləri üzrə nəticələrin çox oxşar
olması müəyyənləşdirildi.