82
-Kredit və depozitlər.
Bu Məcəllə ilə ölkə ərazisində yerləşməli olan aktivlərin payını müəyyən etmək
,əmanətin etibarlığını və diversifikasiyasını təmin etmək məqsədilə hər bir kateqoriya
üzrə sığortaçının vəsaitlərinin yerləşdirilməsinin maksimum həcmi müəyyən edilir.
Fransız sığorta şirkətləri digər hüquqi şəxslər kimi 33% dərəcəlik gəlir vergisi
ödəyirlər.Bundan əlavə sığorta şirkətləri həmçinin xərcləri çıxmaqşərti ilə
investisiyadan gələn gəlirlərdən və sığorta haqlarından vergi ödəyirlər.
Fransa Vergi Məcəlləsinin 991-ci maddəsinə uyğun olaraq hər bir sığorta
müqaviləsinə,sığortalanmış riskin növündən asılı olaraq7-30% arasında dəyişən vergi
dərəcəsi tətbiq olunur. Bu maddədə bəzi istisnalar da mövcuddur.
Vergi Məcəlləsinə uyğun olaraq sığorta şirkətləri ƏDV ödəməkdən azaddırlar.
Mərkəzi və Şərqi Avropa ölkələri ( Polşa,Sloveniya,Çexiya,Macarıstan). Mərkəzi və
Şə
rqi Avropa ölkələri içərisində Polşa 1-ci yerdədir.Belə ki, qeyd edilən ölkələr
arasında həyat sığortası üzrə yığılan sığorta haqlarının 51%-i (1,484 mlrd ABŞ
dolları) ,qeyri-həyat sığortası üzrə isə 50%-i (3,041 mlrd ABŞ dolları) Polşanın
payına düşür. Sığorta bazarının böyüklüyünə görə 2-ci yeri Çexiya təşkil edir.
Bu ölkələrdə daxil olan sığorta haqlarının üçdə bir hissəsi həyat sığortasının, üçdə
ikisi isə qeyri-həyat sığortasının payına düşür.Bu ölkələrdə sığorta sahəsindəki dövlət
inhisarına son qoyulub,sığorta tarifləri və şərtləri çox hallarda dövlət nəzarəti
orqanları tərəfindən deyil,bazarla müəyyən edilir.
Baltikyanı ölkələri (Latviya,Litva,Estoniya) Bu ölkələrin iqtisadiyyatının digər MDB
ölkələrinə nisbətən açıq olması burada 1993-cü ildən bəri sığorta haqlarının stabil
artımına səbəb olmuşdur. Bu ölkələr arasında həyat sığortası üzrə toplanan sığorta
haqlarının 29%-i Estoniyanın payına düşür.Lakin bu göstərici Latviya və Litvada
aşağıdır.Bunun da səbəbi bu ölkələrdə bu sığorta növünün dövlət tərəfindən kifayət
qədər müdafiə olunmamasıdır.Lakin son illərdə sığortaçılar üçün uzunmüddətli həyat
sığortası üzrə müqavilələrə tətbiq olunan vergi güzəştləri bu sahədə irəliləyişlərə
səbəb olacaqdır.Bu ölkələr arasında qeyri-həyat sığortası üzrə yığılan sığorta
haqlarının 48%-i Latviyanın,28%-i Litvanın ,24%-i Estoniyanın payına düşür.
83
Müstəqil Dövlətlər Birliyi (Rusiya,Ukrayna,Azərbaycan,Belarusiya,
Moldava,Tacikistan,Qırğızıstan,Türkmənistan,Özbəkistan,Qazaxıstan). MDB öklələri
içərisində həm iqtisadi baxımdan,həm də bazarın potensial həcmi baxımdan ən
inkişaf etmiş bazar Rusiyadadır.Belə ki,regionda toplanan sığorta haqlarının 90%-ə
qədəri( 4mlr.doll) və ÜDM-un 68%-i Rusiyanın payına düşür.Regionda böyüklüyünə
görə 2-ci yeri tutan Ukrayna bazarı 6,5%-lik paya malikdir. Qalan ölkələrin payına
sığorta haqlarının 4%-i düşür.
Region ölkələri arasında belə fərqin yaranması dövlətlərin iqtisadi inkişaf səviyyəsi
ilə yanaşı əhalinin sayı ilə də izah olunur.Belə ki, Rusiya və Ukraynada MDB
ə
halisinin 70%-i yaşayır .Həmçinin regiona qoyulan investisiyalar da qeyri-bərabər
paylanmışdır.Belə ki, regiona qoyulan investisiyaların yarısı Rusiyaya,30 %-i isə
Qazaxıstan və Azərbaycanın payına düşür.
Cənubi-Şərqi Avropa (Albaniya ,Bosniya və Hersoqovina,Bolqarıstan ,Yuqoslaviya
,Xorvatiya,Makedoniya,Ruminya).Bu regionun ən inkiçaf etmiş bazarı
Xorvatiyadadır. kinci böyük bazar isə Ruminya bazarıdır.
Bu regionda həyat sığortası inkişaf etməyib.Serbiya və Çernoqoriyada ,Albaniyada
həyat sığortası üzrə əməliyyatlar aparılmır.
84
Nəticə
Müasir Azərbaycan sığorta bazarı dövrümüzün tələbləri, ehtiyacları və
bütövlükdə dünya maliyyə sistemində baş verən pozitiv dəyişikliklərin təsiri
nəticəsində intensiv sürətlə inkişaf etməkdədir.
Qeyd edək ki, son illər ərzində ölkəmizdə milli sığorta bazarının strukturlaşması
prosesi,onun kapitallaşma səviyyəsi daha yüksək templərlə təmin
edilmişdir.Sığorta sisteminin inkişafını xarakterizə edən sığorta tədiyyələrinin
ÜDM-yə nisbəti-makroiqtisadi göstəricisi 0,75%-dək yüksəlmişdir.Sığorta
mükafatlarının artım tempi ÜDM-nin artım tempi ilə korrelyasion əlaqədə olub,
hər il orta hesabla 25-30% təşkil etmişdir.
Sığorta təşkilatlarının maliyyə təhlükəsizlyini təmin etmək məqsədilə sığorta
təşkilatlarının nizamnamə kapitalının miqdarı artırılmışdır. Belə ki, 2011-ci ildə
sığortaçılar üçün 3 mln.manat,təkrarsığortaçılar üçün 6 mln.manat ;2012-ci ildə
uyğun olaraq 4 və 8 mln.manat; 2013-cu ildə isə 5 və 10 mln.manat
müəyyənləşdirilmişdir.
Bundan başqa 2009-cu il yanvarın 1-dən etibarən sığorta və təkrarsığorta
təşkilatlarının mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilən hissəsi
mənfəət vergisindən azad edilmişdir. Bütün bu tədbirlər sığorta təşkilatlarının
85
ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma
səviyyəsinin artırılması məqsədi daşıyır.
Lakin bütün bunlara baxmayaraq respublikamızda sığorta hələ də inkişaf edən
bazarın ayrılmaz tərkib hissəsinə çevrilməmişdir.Belə ki, aparılan tədqiqatlar
göstərirr ki, ölkədə sığorta bazarının potensialının cəmi 5-10% -dən istifadə
edilir.Bunun müəyyən səbəbləri vardır:
Təhlil göstərir ki,respublikada sığorta bazarının inkişafını ləngidən əsas amil
sığorta şirkətlərinin xüsusi vəsaitlərinin,eləcə də mövcud ehtiyatlarının sığorta
bazarının real tələbatlarına cavab verməməsidir.Nəticədə sığortaçılar iri risklərin
sığortalanmasını qəbul etmək,məsuliyyətin xeyli hissəsini öz üzərinə götürmək
iqtidarında deyillər.Buna görə də onlar böyük miqdarda maliyyə resurslarını
xaricə təkrarsığortaya verməyə məcbur olurlar.
kinci mühüm amil isə müəssisə və təşkilatların kifayət qədər tədiyyə
qabiliyyətliliyinin və sərbəst vəsaitlərinin olmamasıdır.Beynəlxalq təcrübə göstərir
ki,sahibkarliq subyektlərinin tədiyyə qabiliyyəti artdıqca onların sığortaya ayrılan
xərcləri də üstün sürətlə artır.Digər tərəfdən hazırda Azərbaycan Respublikasında
ə
halinin orta təbəqəsi hələ formalaşmamışdır. qtisadi cəhətdən EÖ-in təcrübəsi
göstərir ki,məhz əhalinin bu təbəqəsi sığorta xidmətlərindən istifadədə daha çox
maraqlıdır.Onlar üçün sığorta əmlak maraqlarının və stabilliyin qorunması alətidir
ki,bu da son nəticədə cəmiyyətdə stabilliyin təmin edilməsinə imkan verir.
Üçüncü amil isə psixoloji məqamın mövcud olmasıdır.Qeyd edək ki,hazırda
sığorta çoxları üçün dərk edilmiş tələbat,sosial və əmlak stabilliyinin həlli üsulu
deyildir.
Ümumiyyətlə,respublikamızda sığorta sisteminin inkişafı və onun dünya sığorta
sisteminə inteqrasiyasının təmin edilməsi üçün aşağıdakı tədbirlər həyata
keçirilməlidir:
-ölkənin sığorta şirkətlərinin sığorta ,maliyyə və investisiya fəaliyyətinin prioritet
istiqamətləri müəyyən edilməli və milli sığortaçıların vergiyə cəlbetmə
Dostları ilə paylaş: |