76
Azərbaycan Respublikasında “Elektron Azərbaycan “ Dövlət Proqramı
çərçivəsində həyata keçirilən işlərdən biri kimi sığortaya dövlət nəzarətinin
informasiya texnologiyaları tətbiq etməklə müasir tələblərə
uyğunlaşdırılmasını,keyfiyyətinin yüksəldilməsini,həmçinin hesabatların təqdim
olunması və təhlili üzrə şəffaflıq prinsipini təmin etmək məqsədilə Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə “Sığorta Nəzarət Sistemi”
adlı Proqram təminatı hazırlanaraq 2010-cu ilin sonunda təhvil verilmişdir və
DSNX-də sınaqdan keçirilmişdir. Qeyd edilən Proqram təminatı
sığortaçılar(təkrarsığortaçılar )tərəfindən təqdim olunan hesabatların elektron
formada operativ və daha keyfiyyətli təqdim edilməsini,kağız daşıyıcılarından
istifadənin ləğv olunmasını,hesabatların tərtibi zamanı yol verilən səhvlərin və
nöqsanların müəyyən edilməsini,həmçinin hesabatların sığorta nəzarəti orqanı
tərəfindən daha mükəmməl və dəqiq təhlil edilməsini,sığortaçıları onların maliyyə
sabitliyi və ödəmə qabiliyyətində mövcud olan təhlükə barədə vaxtında xəbərdar
edilməsini və qabaqlayıcı tədbirlərin görülməsini təmin edəcəkdir.
Sonda onu qed etmək lazımdır ki,dövlət tərəfindən sığorta təşkilatlarının
maliyyəsinin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
-ölkənin sığorta şirkətlərinin sığorta,maliyyə və investisiya fəaliyyətinin prioritet
istiqamətləri müəyyən edilməli və milli sığortaçıların vergiyə cəlbetmə qaydalarının
təkmilləşdirilməsi yolu iləsığorta resurslarının hərəkətinin səmərəli tənzimlənməsi
mexanizminin işlənib hazırlanması,
-beynəlxalq sığorta münasibətlərinin və dünya sığorta bazarının qloballaşması
meyllərinin təhlili əsasında milli sığorta şirlətlərinin maliyyə sabitliyinin amili kimi
təkrarsığorta institutunun inkifaf perspektivlərinin müəyyənləşdirilməsi,
-lisenziyalaşdırma və cari nəzarət funksiyalarının bir-birindən ayrılması ,eləcə də
sığorta ,investisiya və təkrarsığorta fəaliyyətinə dövlət zəmanəti verilməsini nəzərdə
tutan Milli Sığorta Ehtiyatlarının (Sisteminin ) yarasılması,
77
- milli sığorta təşkilatlarının maliyyə strategiyası ,planlaşdırılması və
büdcələşdirilməsi sisteminin işlənib hazırlanması ,uçot və hesabatın beynəlxalq
standartlara uyğunlaşdırılmas və s.
3.2. Sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının dünya
təcrübəsi və onun təkmilləşdirilməsi yolları
Beynəlxalq sığorta maliyyəsinin hərəkətini özündə əks etdirən və yaşadığımız
sivilizasiyasının bütün sahələrinə sirayət edən qloballaşmanı beynəlxalq sığorta
bazarının əsas xarakterik xüsusiyyəti hesab etmək olar.
Dünya sığorta bazarında 80-ci illərdən başlayan qloballaşma prosesi sığorta
təşkilatlarının fəaliyyətinin tənzimlənməsinin milli və beynəlxalq standartları
arasındakı fərqi aradan qaldıraraq dünya sığorta bazarının vahid tənzimlənmə
sisteminin yaradılması kimi yeni dəyişikliklərin əsasını qoydu.
Kapital,işçi qüvvəsi,əmtəə və xidmətlərin sərbəst hərəkəti ,dövlət orqanları
tərəfindən sığortaçının yalnız maliyyə sabitliyinə arzuolunan formada
nəzarət,həmçinin sığorta təşkilatları arasında sağlam rəqabət mühitinin yaradılması
prosesi beynəlxalq sığorta bazarının əsas xarakterik xüsusiyyəti hesab olunur.
Aşağıda bəzi EÖ-lərin sığorta bazarlarına qısaca olaraq nəzər salaq:
Böyük Britaniya . Böyük Britaniya sığorta bazarının böyüklüyünə görə dünyada 3-
cü yeri tutur.Məhz dünyada ilk sığorta cəmiyyəti (yanğından sığorta üzrə) 1680 –ci
ildə Londonda təsis edilmişdir .
01 yanvar 2005-ci ilin məlumatlarına əsasən Böyük Britaniya ərazisində təxminən
826 sığorta şirkəti sığorta fəaliyyəti həyata keçirmək üçün lisenziya almışdır.2005-ci
ildə Böyük Britaniyada toplanmış məcmu sığorta haqlarının həcmi 156,6 mlrd.funt-
sterlinq,o cümlədən avtomobil sığortası 12,8%, yanğın və bədbəxt hadisələr üzrə
21,8%, aviasiya və nəqliyyat sığortası üzrə 1,0%, həyat sığortası üzrə 64,4% təşkil
etmişdir.
78
Böyük Britaniya sığorta bazarında sığorta xidmətlərinin inkişafı şəraitində yeni
tendensiyalar meydana çıxmışdır.Belə ki, son illərdə sığortaçıların çoxlu sayda
birləşməsi və qovuşması müşahidə edilməkdədir.Belə ki,bir sıra iri müştərək sığorta
cəmiyyətləri sığorta şirkətləri tərəfindən alınmış və öz fəaliyyətlərini dayandırmışlar.
Bildiyimiz kimi,sığorta xidmətlərinin yayılmasının əsas ənənəvi kanalı broker və
agentlərdir.Lakin son illərdə Böyük Britaniyada vasitəçiləri tamamilə nəzərə
almadan sığorta müqaviləsini birbaşa istehlakçıya satan şirkətlərin sayı sürətlə
artmışdır.Buna misal olaraq ,indi avtomobil sığortası üzrə birbaşa satış 30-40% təşkil
edir.Həmçinin bankların rolu da mahiyyətcə artmışdır.Əgər banklar ilkin mərhələdə
sığortaçıların distribyuterləri kimi çıxış etsələrsə də,qəbul edilmiş sığorta risklərini
qiymətləndirməyi bacarmırdılar.Ancaq sonralar banklar nəinki bu cür xidmətlər
göstərə bilir,hətta qız şirkətlərinin təsisçiləri kimi çıxış edirdilər.Hətta “HSBC”,
“Lyods Bank”, “ Barklays Bank” kimi banklar həyat sığortası şirkətlərini təsis
etmişdilər.Böyük Britaniyanın 20 aparıcı bankı sığorta müqavilələrinin tərtibi və
risklərin qiymətləndirilməsi ilə özləri məşğul olurlar.Eyni zamanda bəzi sığortaçılar
sığorta məhsullarının yayılmasının əlavə kanallarına xidmət edən öz xüsusi banklarını
yaradırlar.
Böyük Britaniyada sığorta fəaliyyəti 1982-ci ildən “Sığorta şirkətləri haqqında”
Qanunla ( nsurance Companies Act) tənzimlənir. Qanun korporativ səhmdar
cəmiyyətlərin ,” friendly societies-OBC forması “ istisna olmaqla Böyük Britaniyada
yaxud başqa ölkədə səhmdarlaşmış,qeyri-korporativ ,həmçinin “ Lyods” anderrayter
ş
irkətlərinin sığorta fəaliyyətini tənzimləyir.Böyük Britaniya qanunvericiliyinə uyğun
olaraq sığorta fəaliyyəti həyat və qeyri-həyat sığortalarına bölünür. Sığortaçı həyata
keçirdiyi sığorta xidmətinin hər bir növü üzrə ayrıca lisenziya almalıdır.Mövcud
qanunvericilik tələblərinə uyğun olaraq Böyük Britaniya ərazisində bütün sığorta və
təkrarsığorta fəaliyyətinə lisenziyaların verilməsi Xəzinədarlıq idarəsinin
funksiyasına daxildir.
“ Maliyyə xidmətləri haqqında “ Böyük Britaniya Qanunu (Financial Services Act)
həyat və pensiya sığortalarını da əhatə edən bütün investisiya fəaliyyətini
Dostları ilə paylaş: |