49
§ 4. Heyə tin ə mə k fə aliyyə ti və onun motivləş dirilmə si
Ə
mək davranışı sosial davranışın mühüm variantlarından biridir. Əmək
davranışının həm sosial, həm də funksional məzmunu vardır. Buna həm sosial
gərginlik səviyyəsi, həm də işçinin peşəkar keyfiyyəti, əmək motivatorları, əmək
fəaliyyəti mühiti təsir göstərir. Ona görə də əmək davranışı bir tərəfdən əmək
prosesinin funksional alqoritmini, mənafeləri, digər tərəfdən isə sosial standartları,
davranış tərzlərini əks etdirir.
Motivasiya anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir
ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış zərurət, motivlər, məqsəd, arzu,
ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar kimi ifadə edilir. Lakin
“motivasiya” sözlü latınca “sövq etmək”, “oyatmaq” mənasını daşıyır. Motivasiya
özü-özlüyündə, necə deyərlər, yatmış proses deyildir. Bu, birinci növbədə fizioloji
tələbat çatışmamazlığından irəli gəlir. Həmin çatışmamazlıq (bunu psixoloji,
mənəvi sferaya da aid etmək olar) insanda müvafiq davranış qaydası törədir və onu
bir az da fəallaşdırır. Əslində fizioloji və psixoloji motivlər çatışmamazlığın hiss
edilməsi, dərk edilməsidir. Tələbat, çatışmamazlıq ödənildikdə və ya bərpa
edildikdə motivlər zəifləyir, tarazlıq yaranır.
nsanın öyrənilməsi, onun peşə fəaliyyətinin optimallaşdırılması müasir
dövrdə ən vacib problemdir. Bunun sosial-mədəni kontekstdə təhlili daha vacibdir.
Son vaxtlar insanın sahələrarası elmlər tərəfindən öyrənilməsi ilə bağlı inteqrativ-
kompleks elm olan akmeologiya elmi meydana çıxmışdır. Akmeologiya
psixologiya, fəlsəfə, sosiologiya, fiziologiya, genetika və pedaqogika elmlərinin bir
növ sintezidir.
ndi də dünyada mövcud olan motivasiya nəzəriyyələrinin qısa məzmununu
nəzərdən keçirək.
.A.Maslounun tələbatın iyerarxiyası nəzəriyyəsi.
50
A.Maslou tələbatın iyerarxiyası prinsipi üzrə əlaqəli olan beş növü müəyyən
etmişdir:
1) Fizioloji tələbat: qidaya, paltara, mənzilə, istirahətə və s;
2) Təhlükəsizliyə tələbat:
a) fiziki təhlükəsizlik – sağlamlıq, iş yerində təhlükəsizlik;
b) iqtisadi təhlükəsizlik – pul gəlirlərinin, sosial sığorta, təminatlı iş yeri.
3) Sosial tələbat: ünsiyyət və emosional əlaqələrə (dostluq, məhəbbət,
ə
məkdaşlıq);
4) Nüfuza, hörmətə tələbat: nüfuza, prestijə, hakimiyyətə, xidməti irəliləyişə;
5) Özünüreallaşdırmaya tələbat: yaradıcılığa, şəxsiyyətin inkişafına, dərk
etməyə, estetikaya və s.
II. K.Alderferin tələbat nəzəriyyəsi
Q.A.Masloudan fərqli olaraq üç qrup tələbat növünü əsas götürmüşdür:
1) Yanaşma, mövcud olma tələbatı; 2) Sosial tələbat; 3) Şəxsi inkişaf tələbatı.
Göründüyü kimi, K.Alderferin tələbat nəzəriyyəsi sadəcə olaraq əvvəlkindən
tələbatın sayına görə fərqlənir. Lakin onun xidməti tələbatlar arasında asılılığın 7
prinsipini müəyyən etməsidir. Məsələn, onun birinci prinsipi belədir: mövcud olma
tələbatı nə qədər az ödənilirsə, bir o qədər də güclü təzahür edər.
III. D.Malk Kellandın motivasiyalı tələbat nəzəriyyəsi.
O, ilkin (fizioloji) tələbatın rolunu inkar etməmək şərtilə qeyri-maddi,
“ikinci” tələbata üstünlük vermiş, üç yüksək səviyyəli tələbatın daha önəmli
olmasını irəli sürmüşdür.
1)
Uğurlara olan tələbat: məqsədə çatma, özünüreallaşdırma, avtonom
inkişafa nail olma, əsassız risklərdən uzaq olma və s;
51
2)
Hakimiyyətə tələbat: rəhbər vəzifəyə cəhd etmə, başqasının davranışına
nəzarət etmə;
3)
Mənsubiyyət tələbatı: müxtəlif səviyyəli, tipli menecerlərin
tələbatlarındakı fərqlər.
IV. F.Xertsberqin iki amilli nəzəriyyəsi.
O, iki əsas amilin əməyin motivləşdirməsinə müxtəlif səviyyədə təsir etməsini
tədqiq etmişdir:
1)
Gigiyenik amil: təşkilatda mənəvi iqlim, mükafatlandırma, əməkdaşlarla,
müdiriyyətlə münasibət, əmək şəraiti, iş yerlərinin stabilliyi;
2)
Motivatorlar amili: maraqlı əmək məzmunu, məqsədə çatma, müstəqillik,
məsuliyyət, vəzifə artımı, şəxsi özünüreallaşdırma.
V.D.Atkinsonun əməyin motivasiyası nəzəriyyəsi.
O, əməyin motivasiyası məsələlərini təhlil edərək səmərəli əmək amillərini
ə
sas götürmüş və onu konkret proseslərlə, situasiyalarla əlaqələndirmişdir. O, da
digərləri kimi burada uğurlara nail olma, motivlərinə nail olma ehtimallarına,
variantlarına, risklərə diqqət yetirir.
VI. S.Adamsın ədalətlilik nəzəriyyəsi.
Ə
dalətlilik (bərabərlik) nəzəriyyəsi muzdlü işçi ilə işverən arasındakı iqtisadi
mübadiləyə əsaslanır.
O, burada “giriş” (işçinin əmək töhfələri, təhsili, bacarığı və s. mənasında) və
“çıxış” (iş verənin əməyin ödənilməsi, sosial xidmət, əməyin təhlükəsizliyi və s.
üzrə fəaliyyəti) ifadələrini işlətməklə əmək töhfələri ilə qazanc arasındakı əlaqənin,
“girişlə” “çıxışın” tarazlı olmasının zəruriliyini irəli sürür.
VII. B.Skinnerin motivasiyanın gücləndirilməsi nəzəriyyəsi.
52
Bu nəzəriyyə işçinin keçmiş iş təcrübəsinin cari fəaliyyət dövrü üçün stimul
yarada bilməsi imkanını aşkara çıxarmaqla bağlıdır. O, belə hesab edir ki, hər hansı
bir işçi əvvəllər icra etdiyi tapşırığa nəzərən hansı işin səmərə verə biləcəyini,
hansının isə səmərəsiz olacağını müəyyən edə bilir. Skinnerin motivasiyanın
gücləndirilməsi nəzəriyyəsi sxem halında belədir:
stimullar → davranış → nəticə → gələcək davranış.
VIII. V.Vrumun motivasiya nəzəriyyəsi.
O, digərlərindən fərqli olaraq motivasiyanı seçimin (davranışın alternativ
formalarının seçimi) idarə edilməsi prosesi kimi qiymətləndirmişdir. O,
göstərmişdir ki, bu seçim üç dəyişən kəmiyyətdən asılıdır. Bunlar valentlilik
(cəlbedicilik ölçüsü, məqsədin dəyəri), instrumentallıq (işçinin məqsədə çatma
ehtimalının qiymətləndirilməsi) və gözləmədən (işçinin nəticələr haqqında
subyektiv ehtimalı) ibarətdir.
IX. Louleri – Porter motivasiya nəzəriyyəsi.
Ə
slində bu nəzəriyyə əvvəlki nəzəriyyələrin əsas ideyalarının birləşməsidir.
Çünki burada da əmək uğurlarından, həvəsləndirmənin ədalətli olmasından,
şə
xsiyyətin qabiliyyətindən söhbət gedir. Louleri – Porter motivasiyanın kompleks
nəzəriyyəsini (mükafatlandırma, məmnun qalma, səy, gözləmənin səmərəsi,
ə
dalətin qiymətləndirilməsi, işin nəticəsi, qabiliyyət və s.) irəli sürmüşdür.
X. Motivasiyanın çoxaspektlilik konsepsiyası.
Q.Komelli motivasiyanı mürəkkəb və çoxaspektli bir proses kimi tədqiq
etmişdir. O, burada rəhbərlik üslubunu, cəmiyyətdə, ayrı-ayrı qruplarda əsas
götürülən norma və dəyərləri təhlil edir.
Motivləşdirmə anlayışı çox aspektli və çox istiqamətlidir. Ayrı-ayrı müəlliflər
bu anlayışı aşağıdakı kimi istifadə edirlər: ehtiyac, məqsəd, arzu, istək, ehtiras,
tələbat, sövqetmə, zərurət, mükafatlandırma və s. Lakin “motivasiya” sözü latınca
Dostları ilə paylaş: |