Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

 

49 



 

§ 4. Heyətin əmək fəaliyyəti və onun motivləşdirilməsi 

Ə

mək  davranışı  sosial  davranışın  mühüm  variantlarından  biridir.  Əmək 



davranışının  həm  sosial,  həm  də  funksional  məzmunu  vardır.  Buna  həm  sosial 

gərginlik  səviyyəsi,  həm  də  işçinin  peşəkar  keyfiyyəti,  əmək  motivatorları,  əmək 

fəaliyyəti  mühiti  təsir  göstərir.  Ona  görə  də  əmək  davranışı  bir  tərəfdən  əmək 

prosesinin funksional alqoritmini, mənafeləri, digər tərəfdən isə sosial standartları, 

davranış tərzlərini əks etdirir. 

Motivasiya anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir 

ki,  ayrı-ayrı  müəlliflərin  əsərlərində  bu  anlayış  zərurət,  motivlər,  məqsəd,  arzu, 

ehtiras,  tələbat,  sövqetmə,  mükafatlandırma,  məramlar  kimi  ifadə  edilir.  Lakin 

“motivasiya” sözlü latınca “sövq etmək”, “oyatmaq” mənasını daşıyır. Motivasiya 

özü-özlüyündə, necə deyərlər, yatmış proses deyildir. Bu, birinci növbədə fizioloji 

tələbat  çatışmamazlığından  irəli  gəlir.  Həmin  çatışmamazlıq  (bunu  psixoloji, 

mənəvi sferaya da aid etmək olar) insanda müvafiq davranış qaydası törədir və onu 

bir  az  da  fəallaşdırır.  Əslində  fizioloji  və  psixoloji  motivlər  çatışmamazlığın  hiss 

edilməsi,  dərk  edilməsidir.  Tələbat,  çatışmamazlıq  ödənildikdə  və  ya  bərpa 

edildikdə motivlər zəifləyir, tarazlıq yaranır. 

nsanın  öyrənilməsi,  onun  peşə  fəaliyyətinin  optimallaşdırılması  müasir 

dövrdə ən vacib problemdir. Bunun sosial-mədəni kontekstdə təhlili daha vacibdir. 

Son vaxtlar insanın sahələrarası elmlər tərəfindən öyrənilməsi ilə bağlı inteqrativ-

kompleks  elm  olan  akmeologiya  elmi  meydana  çıxmışdır.  Akmeologiya 

psixologiya, fəlsəfə, sosiologiya, fiziologiya, genetika və pedaqogika elmlərinin bir 

növ sintezidir. 

ndi  də  dünyada  mövcud  olan  motivasiya  nəzəriyyələrinin  qısa  məzmununu 

nəzərdən keçirək. 

.A.Maslounun tələbatın iyerarxiyası nəzəriyyəsi. 




 

 

50 



 

A.Maslou tələbatın iyerarxiyası prinsipi üzrə əlaqəli olan beş növü müəyyən 

etmişdir: 

1) Fizioloji tələbat: qidaya, paltara, mənzilə, istirahətə və s; 

2) Təhlükəsizliyə tələbat: 

a) fiziki təhlükəsizlik – sağlamlıq, iş yerində təhlükəsizlik; 

b) iqtisadi təhlükəsizlik – pul gəlirlərinin, sosial sığorta, təminatlı iş yeri. 

3)  Sosial  tələbat:  ünsiyyət  və  emosional  əlaqələrə  (dostluq,  məhəbbət, 

ə

məkdaşlıq); 



4) Nüfuza, hörmətə tələbat: nüfuza, prestijə, hakimiyyətə, xidməti irəliləyişə; 

5)  Özünüreallaşdırmaya  tələbat:  yaradıcılığa,  şəxsiyyətin  inkişafına,  dərk 

etməyə, estetikaya və s. 

II. K.Alderferin tələbat nəzəriyyəsi 

Q.A.Masloudan fərqli olaraq üç qrup tələbat növünü əsas götürmüşdür: 

1) Yanaşma, mövcud olma tələbatı; 2) Sosial tələbat; 3) Şəxsi inkişaf tələbatı. 

Göründüyü kimi, K.Alderferin tələbat nəzəriyyəsi sadəcə olaraq əvvəlkindən 

tələbatın sayına görə fərqlənir. Lakin onun xidməti tələbatlar arasında asılılığın 7 

prinsipini müəyyən etməsidir. Məsələn, onun birinci prinsipi belədir: mövcud olma 

tələbatı nə qədər az ödənilirsə, bir o qədər də güclü təzahür edər. 

III. D.Malk Kellandın motivasiyalı tələbat nəzəriyyəsi. 

O,  ilkin  (fizioloji)  tələbatın  rolunu  inkar  etməmək  şərtilə  qeyri-maddi, 

“ikinci”  tələbata  üstünlük  vermiş,  üç  yüksək  səviyyəli  tələbatın  daha  önəmli 

olmasını irəli sürmüşdür. 

1)

  Uğurlara  olan  tələbat:  məqsədə  çatma,  özünüreallaşdırma,  avtonom 



inkişafa nail olma, əsassız risklərdən uzaq olma və s; 


 

 

51 



 

2)

  Hakimiyyətə  tələbat:  rəhbər  vəzifəyə  cəhd  etmə,  başqasının  davranışına 



nəzarət etmə; 

3)

  Mənsubiyyət  tələbatı:  müxtəlif  səviyyəli,  tipli  menecerlərin 



tələbatlarındakı fərqlər. 

IV. F.Xertsberqin iki amilli nəzəriyyəsi. 

O, iki əsas amilin əməyin motivləşdirməsinə müxtəlif səviyyədə təsir etməsini 

tədqiq etmişdir: 

1)

  Gigiyenik  amil: təşkilatda  mənəvi iqlim,  mükafatlandırma,  əməkdaşlarla, 



müdiriyyətlə münasibət, əmək şəraiti, iş yerlərinin stabilliyi; 

2)

  Motivatorlar amili: maraqlı əmək məzmunu, məqsədə çatma, müstəqillik, 



məsuliyyət, vəzifə artımı, şəxsi özünüreallaşdırma. 

V.D.Atkinsonun əməyin motivasiyası nəzəriyyəsi. 

O,  əməyin  motivasiyası  məsələlərini  təhlil  edərək  səmərəli  əmək  amillərini 

ə

sas  götürmüş  və  onu  konkret  proseslərlə,  situasiyalarla  əlaqələndirmişdir.  O,  da 



digərləri  kimi  burada  uğurlara  nail  olma,  motivlərinə  nail  olma  ehtimallarına, 

variantlarına, risklərə diqqət yetirir. 

VI. S.Adamsın ədalətlilik nəzəriyyəsi. 

Ə

dalətlilik (bərabərlik) nəzəriyyəsi muzdlü işçi ilə işverən arasındakı iqtisadi 



mübadiləyə əsaslanır. 

O, burada “giriş” (işçinin əmək töhfələri, təhsili, bacarığı və s. mənasında) və 

“çıxış”  (iş  verənin  əməyin  ödənilməsi,  sosial  xidmət,  əməyin  təhlükəsizliyi  və  s. 

üzrə fəaliyyəti) ifadələrini işlətməklə əmək töhfələri ilə qazanc arasındakı əlaqənin, 

“girişlə” “çıxışın” tarazlı olmasının zəruriliyini irəli sürür. 

VII. B.Skinnerin motivasiyanın gücləndirilməsi nəzəriyyəsi. 




 

 

52 



 

Bu nəzəriyyə işçinin keçmiş iş təcrübəsinin cari fəaliyyət dövrü üçün stimul 

yarada bilməsi imkanını aşkara çıxarmaqla bağlıdır. O, belə hesab edir ki, hər hansı 

bir  işçi  əvvəllər  icra  etdiyi  tapşırığa  nəzərən  hansı  işin  səmərə  verə  biləcəyini, 

hansının  isə  səmərəsiz  olacağını  müəyyən  edə  bilir.  Skinnerin  motivasiyanın 

gücləndirilməsi nəzəriyyəsi sxem halında belədir: 

stimullar → davranış → nəticə → gələcək davranış. 

VIII. V.Vrumun motivasiya nəzəriyyəsi. 

O,  digərlərindən  fərqli  olaraq  motivasiyanı  seçimin  (davranışın  alternativ 

formalarının  seçimi)  idarə  edilməsi  prosesi  kimi  qiymətləndirmişdir.  O, 

göstərmişdir  ki,  bu  seçim  üç  dəyişən    kəmiyyətdən  asılıdır.  Bunlar  valentlilik 

(cəlbedicilik  ölçüsü,  məqsədin  dəyəri),  instrumentallıq  (işçinin  məqsədə  çatma 

ehtimalının  qiymətləndirilməsi)  və  gözləmədən  (işçinin  nəticələr  haqqında 

subyektiv ehtimalı) ibarətdir. 

IX. Louleri – Porter motivasiya nəzəriyyəsi. 

Ə

slində  bu  nəzəriyyə  əvvəlki  nəzəriyyələrin  əsas  ideyalarının  birləşməsidir. 



Çünki  burada  da  əmək  uğurlarından,  həvəsləndirmənin  ədalətli  olmasından, 

şə

xsiyyətin qabiliyyətindən söhbət gedir. Louleri – Porter motivasiyanın kompleks 



nəzəriyyəsini  (mükafatlandırma,  məmnun  qalma,  səy,  gözləmənin  səmərəsi, 

ə

dalətin qiymətləndirilməsi, işin nəticəsi, qabiliyyət və s.) irəli sürmüşdür. 



X. Motivasiyanın çoxaspektlilik konsepsiyası. 

Q.Komelli  motivasiyanı  mürəkkəb  və  çoxaspektli  bir  proses  kimi    tədqiq 

etmişdir.  O,  burada  rəhbərlik  üslubunu,  cəmiyyətdə,  ayrı-ayrı  qruplarda  əsas 

götürülən norma və dəyərləri təhlil edir. 

Motivləşdirmə anlayışı çox aspektli və çox istiqamətlidir. Ayrı-ayrı müəlliflər 

bu  anlayışı  aşağıdakı  kimi  istifadə  edirlər:  ehtiyac,  məqsəd,  arzu,  istək,  ehtiras, 

tələbat, sövqetmə, zərurət, mükafatlandırma və s. Lakin “motivasiya” sözü latınca 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə