Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə25/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   21   22   23   24   25   26   27   28   ...   147

 

79

Çoxdandır  ki,  dilinə  ət  dəyməyən  külfət  xörəyin  bişməsini  səbir-



sizliklə  gözləyirdi.  Arvad  qazanı  ocaqdan  götürməyə  hazırlaşan 

məqamda qapı döyülür. Hamı bir-birinin üzünə baxır. Fikirləşirlər 

ki,  ət  xörəyini  qonaqla  bölüşsələr,  ailə  üzvlərinə  bir  şey  çatma-

yacaq. Belə qərara gəlirlər ki, ətin hamısını qonağın qabağına qoy-

sunlar; o toxdursa, yeməkdən imtina edər, acdırsa, hər halda bir az 

yeyib  qalanını  saxlayar,  hamısını  yeməz.  Sən  demə,  qonaq  çox 

sırtıq,  üzlü  adam  imiş.  O,  külfətin  gözü  baxa-baxa  ətin  hamısını 

böyük  iştahla  yeyib,  qabı  çörəklə  siyirməyə  başladı.  Bunu  görən 

ailənin başçısı özünü saxlaya bilməyib qəzəblə dilləndi: 

– Yi da, niyə yimirsən? 

Qonaq, utanmaz-utanmaz ev sahibini süzərək qayıdır ki; 

– A qada, həyindi nə yiyim, görmürsən qavda heş nə yoxdur? 

Ev sahibi onun bu sözünə partladı: 

– Ə, daa nə yiyəsisən? Məni yi, arvadımı yi, uşaqları yi, qavi yi!.. 

 

Allah dəvələri iynənin gözündən keçirir 

   

Rəvayətə  görə  yoxsul,  vəziyyətindən  şikayətçi  qoca  bir  kişi 

gələcək vəziyyətini öyrənmək üçün Allahın elçisinin yanına gedir. 

Yolda daş üstündə namaz qılan bir kişiyə rast gəlir. Kişi onun hara 

və  nə  məqsədlə  getdiyini  bildikdə  xahiş  edir  ki,  öyrənsin  görək 

mən  hansı  cənnətdə  olacağam.  Bir  az  da  gedəndən  sonra  yaşıl 

çəmənlikdə yeyib içən, kef çəkən birisi də deyir ki, soruş gör mən 

hansı cəhənnəmə düşəcəyəm. 

Yoxsul  kişi  əvvəlcə  öz  dərdini  danışır.  Allahdan  xəbər  gəlir 

ki, gözlərini yumub açsın. Gözlərini yumub açanda çoxlu bulaqlar 

görünür. Axırdakı bulaq zəif tökülürdü. Ona deyilir ki, bax, o zəif 

bulaq  sənin  qismətindir.  Yoldakı  namaz  qılan  mollayla,  kef-əhli-

nin dərdini soruşanda ona xəbər gəlirdi ki, indi Allahın vaxtı yox-

dur.  Dünyada  olan  dəvələri  iynənin  gözündən  keçirir.  Üç  dörd 

gündən  sonra  bir  cavab  alarsan.  Kasıb  kişi  elə  zənn  edir  ki,  bəxt 

bulağının  gözü  tutulub.  İstəyir  ki,  bulağın  gözünü  açsın.  Bulağın 

gözünə çöp soxur, çöp sınır, olan gözü də tutur, indi su heç tökül-



 

80

mür. Onun bulağının gözünün də açılması  3-4 gün sonraya qaldı. 



Kasıb  kişi  kor  –  peşiman  evinə  qayıdır.  Olan  əhvalatı  həm  kef 

əhlinə, həm də mollaya danışır. 

Molla  deyir  ki,  ağlın  olsun,  heç  dəvə  də  iynənin  gözündən 

keçər? 


Kef  əhli  deyir  ki,  Allahın  əlində  nə  var  ki,  istəsə  bir  saniyədə 

bütün dünyanın dəvələrini iynənin gözünü böyütməklə keçirib qutarar.  

3-4  gündən  sonra  kasıb  kişi  özünə  imdad,  onlara  da  cavab 

almağa gedir. 

Bulağın gözü açılır, mollaya cavab gəlir ki, onun 40 il namaz 

qılması, Quran oxumasına baxmayaraq yeri cəhənnəmlikdir. Çün-

ki o Allahın gücünə şübhə edir. Kef əhli isə heç bir ibadətlə məş-

ğul  olmasa  da  cənnətdə  yeri  var,  çünki  Allahın  hər  şeyə  qadir 

olduğuna inanır. 

 

Arvad əməli qurtaran deyil 

 

Çox  qədimlərdə  bir  nəfər  gənc  alim  arvad  əməlindən  kitab 



yazmağı  qərarlaşdırır.  El-el,  oba-oba  dünyanı  gəzib  topladığı 

hadisələri  vərəqlərə  köçürür.  Neçə  illərdən  sonra  topladıqlarının 

kifayət  qədər  olduğunu  fərz  edir,  eşitdiklərinin  və  gördüklərinin 

təkrar  olduğunu  dərk  edərək  doğma  yurda  qayıtmaq  istəyir.  Ax-

şam  düşür,  yaşayış  yerlərinə  də  hələ  çox  qalıb,  meşə  kənarında 

tənha  bir  evi  görüb  sevinir,  qapını  döyür.  Allah  qonağını  canla-

başla,  ədəb-ərkanla  qəbul  edən  ev  sahibəsi  onu  içəri  dəvət  edir. 

Evdə  heç kim olmadığını  görən alim çəkinir,  bayıra çıxmaq  istə-

yir. Sahibə isə təbəssümlə deyir ki, sən də mənim qardaşım, ərim 

indicə ovdan qayıdacaq, otur gözlə, mənə də möhkəm inanır, ürə-

yini sıxma. Alim oturur, qadın ona çay-çörək gətirir, yeyib içirlər. 

Qadın stolun üstündəki iri kitaba nəzər salıb soruşur: 

– Bu nədir? 

– Qadın əməlindən hekayətlər toplamışam. 

– Qurtarmısan? 

– Bəli. 



 

81

Qadın qalın kitabı  vərəqləyir, bir az oxuyur, sonra acı təbəs-



sümlə bildirir: 

–  Sən  sonu  olmayan  çətin  işə  girişmisən  və  heç  nə  də  qur-

tarmamısan, ömrünün axırına qədər davam elə. 

Alim inciyir, işini qurtardığını bir daha bildirir. Qadın müəm-

malı təbəssümlə gülür: 

– Qardaş, işin yarımçıqdır, əsərin hələ bitməyib-deyir. 

Bu  dəm  qapı  zərblə  döyülür.  Qadın  hürkək  baxışla  qonağa 

baxıb  deyir  ki,  dur  gizlən  ərim  gəldi.  Günahsız  alim  yazıq-yazıq 

ona baxaraq cavab verir ki, axı mənim günahım yoxdur. 

Qadın hirslənir: 

–  Dedim  ki,  dur  gizlən.  Kişi  yəqin  ovdan  əliboş  gəlib,  indi 

ona heç nəyi başa sala bilmərəm. 

Alim məcbur olub sandığa girir, qadın zınqırovlu kilidlə san-

dığı  bağlayıb  açarı  cibinə  qoyur.  Qapını  açır.  İri  cüssəli,  nəhəng 

bir pəhləvan içəri girir, ovladığı maralı qəzəbli halda yerə ataraq: 

– Qapını niyə gec açdın? - deyə arvadına acıqlanır. 

Alim açarın deşiyindən baxıb görür ki, bu vəhşiyə bənzər bir 

məxluqdur,  belindən  asılmış  qılıncı  bərq  vurur.  Qadın  onu  sakit-

ləşdirməyə çalışır. Ovçunun gözü stolun üstünə sataşanda lap də-

liyə dönür: 

– Burada kim olub?! 

– Bir allah qonağı gəlmişdi. 

– Bəs hanı? 

– Soxdum sandığa. 

– Niyə? 

– Əvvəl mənə bacı deyirdi, yeyib-içəndən sonra gördüm fikri 

başqadır, xəncərlə hədələyib soxdum sandığa ki, gəlib payını özün 

verəsən.  

Gözləri hədəqəsindən çıxmış pəhlivan qılıncı çəkir ki, sandığı 

iki  yerə  bölsün,  qadın  qabağa  yeriyib  nazlana-nazlana  xalatın 

cibindən çıxardığı açarı ona uzadır. 

–  Sandığı  niyə  korlayırsan,  cehizimdir  axı.  Açarı  götür  aç, 

çıxart bayırda öldür. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə