79
Çoxdandır ki, dilinə ət dəyməyən külfət xörəyin bişməsini səbir-
sizliklə gözləyirdi. Arvad qazanı ocaqdan götürməyə hazırlaşan
məqamda qapı döyülür. Hamı bir-birinin üzünə baxır. Fikirləşirlər
ki, ət xörəyini qonaqla bölüşsələr, ailə üzvlərinə bir şey çatma-
yacaq. Belə qərara gəlirlər ki, ətin hamısını qonağın qabağına qoy-
sunlar; o toxdursa, yeməkdən imtina edər, acdırsa, hər halda bir az
yeyib qalanını saxlayar, hamısını yeməz. Sən demə, qonaq çox
sırtıq, üzlü adam imiş. O, külfətin gözü baxa-baxa ətin hamısını
böyük iştahla yeyib, qabı çörəklə siyirməyə başladı. Bunu görən
ailənin başçısı özünü saxlaya bilməyib qəzəblə dilləndi:
– Yi da, niyə yimirsən?
Qonaq, utanmaz-utanmaz ev sahibini süzərək qayıdır ki;
– A qada, həyindi nə yiyim, görmürsən qavda heş nə yoxdur?
Ev sahibi onun bu sözünə partladı:
– Ə, daa nə yiyəsisən? Məni yi, arvadımı yi, uşaqları yi, qavi yi!..
Allah dəvələri iynənin gözündən keçirir
Rəvayətə görə yoxsul, vəziyyətindən şikayətçi qoca bir kişi
gələcək vəziyyətini öyrənmək üçün Allahın elçisinin yanına gedir.
Yolda daş üstündə namaz qılan bir kişiyə rast gəlir. Kişi onun hara
və nə məqsədlə getdiyini bildikdə xahiş edir ki, öyrənsin görək
mən hansı cənnətdə olacağam. Bir az da gedəndən sonra yaşıl
çəmənlikdə yeyib içən, kef çəkən birisi də deyir ki, soruş gör mən
hansı cəhənnəmə düşəcəyəm.
Yoxsul kişi əvvəlcə öz dərdini danışır. Allahdan xəbər gəlir
ki, gözlərini yumub açsın. Gözlərini yumub açanda çoxlu bulaqlar
görünür. Axırdakı bulaq zəif tökülürdü. Ona deyilir ki, bax, o zəif
bulaq sənin qismətindir. Yoldakı namaz qılan mollayla, kef-əhli-
nin dərdini soruşanda ona xəbər gəlirdi ki, indi Allahın vaxtı yox-
dur. Dünyada olan dəvələri iynənin gözündən keçirir. Üç dörd
gündən sonra bir cavab alarsan. Kasıb kişi elə zənn edir ki, bəxt
bulağının gözü tutulub. İstəyir ki, bulağın gözünü açsın. Bulağın
gözünə çöp soxur, çöp sınır, olan gözü də tutur, indi su heç tökül-
80
mür. Onun bulağının gözünün də açılması 3-4 gün sonraya qaldı.
Kasıb kişi kor – peşiman evinə qayıdır. Olan əhvalatı həm kef
əhlinə, həm də mollaya danışır.
Molla deyir ki, ağlın olsun, heç dəvə də iynənin gözündən
keçər?
Kef əhli deyir ki, Allahın əlində nə var ki, istəsə bir saniyədə
bütün dünyanın dəvələrini iynənin gözünü böyütməklə keçirib qutarar.
3-4 gündən sonra kasıb kişi özünə imdad, onlara da cavab
almağa gedir.
Bulağın gözü açılır, mollaya cavab gəlir ki, onun 40 il namaz
qılması, Quran oxumasına baxmayaraq yeri cəhənnəmlikdir. Çün-
ki o Allahın gücünə şübhə edir. Kef əhli isə heç bir ibadətlə məş-
ğul olmasa da cənnətdə yeri var, çünki Allahın hər şeyə qadir
olduğuna inanır.
Arvad əməli qurtaran deyil
Çox qədimlərdə bir nəfər gənc alim arvad əməlindən kitab
yazmağı qərarlaşdırır. El-el, oba-oba dünyanı gəzib topladığı
hadisələri vərəqlərə köçürür. Neçə illərdən sonra topladıqlarının
kifayət qədər olduğunu fərz edir, eşitdiklərinin və gördüklərinin
təkrar olduğunu dərk edərək doğma yurda qayıtmaq istəyir. Ax-
şam düşür, yaşayış yerlərinə də hələ çox qalıb, meşə kənarında
tənha bir evi görüb sevinir, qapını döyür. Allah qonağını canla-
başla, ədəb-ərkanla qəbul edən ev sahibəsi onu içəri dəvət edir.
Evdə heç kim olmadığını görən alim çəkinir, bayıra çıxmaq istə-
yir. Sahibə isə təbəssümlə deyir ki, sən də mənim qardaşım, ərim
indicə ovdan qayıdacaq, otur gözlə, mənə də möhkəm inanır, ürə-
yini sıxma. Alim oturur, qadın ona çay-çörək gətirir, yeyib içirlər.
Qadın stolun üstündəki iri kitaba nəzər salıb soruşur:
– Bu nədir?
– Qadın əməlindən hekayətlər toplamışam.
– Qurtarmısan?
– Bəli.
81
Qadın qalın kitabı vərəqləyir, bir az oxuyur, sonra acı təbəs-
sümlə bildirir:
– Sən sonu olmayan çətin işə girişmisən və heç nə də qur-
tarmamısan, ömrünün axırına qədər davam elə.
Alim inciyir, işini qurtardığını bir daha bildirir. Qadın müəm-
malı təbəssümlə gülür:
– Qardaş, işin yarımçıqdır, əsərin hələ bitməyib-deyir.
Bu dəm qapı zərblə döyülür. Qadın hürkək baxışla qonağa
baxıb deyir ki, dur gizlən ərim gəldi. Günahsız alim yazıq-yazıq
ona baxaraq cavab verir ki, axı mənim günahım yoxdur.
Qadın hirslənir:
– Dedim ki, dur gizlən. Kişi yəqin ovdan əliboş gəlib, indi
ona heç nəyi başa sala bilmərəm.
Alim məcbur olub sandığa girir, qadın zınqırovlu kilidlə san-
dığı bağlayıb açarı cibinə qoyur. Qapını açır. İri cüssəli, nəhəng
bir pəhləvan içəri girir, ovladığı maralı qəzəbli halda yerə ataraq:
– Qapını niyə gec açdın? - deyə arvadına acıqlanır.
Alim açarın deşiyindən baxıb görür ki, bu vəhşiyə bənzər bir
məxluqdur, belindən asılmış qılıncı bərq vurur. Qadın onu sakit-
ləşdirməyə çalışır. Ovçunun gözü stolun üstünə sataşanda lap də-
liyə dönür:
– Burada kim olub?!
– Bir allah qonağı gəlmişdi.
– Bəs hanı?
– Soxdum sandığa.
– Niyə?
– Əvvəl mənə bacı deyirdi, yeyib-içəndən sonra gördüm fikri
başqadır, xəncərlə hədələyib soxdum sandığa ki, gəlib payını özün
verəsən.
Gözləri hədəqəsindən çıxmış pəhlivan qılıncı çəkir ki, sandığı
iki yerə bölsün, qadın qabağa yeriyib nazlana-nazlana xalatın
cibindən çıxardığı açarı ona uzadır.
– Sandığı niyə korlayırsan, cehizimdir axı. Açarı götür aç,
çıxart bayırda öldür.
Dostları ilə paylaş: |