Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə21/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   17   18   19   20   21   22   23   24   ...   147

 

63

3. Qurt  bəslənən  dama  kümdar  arvatdan  savayı  uşaqdan  və 



böyükdən  kimsəyə  daxil  olmağa  icazə  verilməz.  Deyərlər  ki,  hər 

gözdə bir qism bədnəzər vardır. Dəymiş olsa kümü şəksiz söndürər

*



Bundan əlavə, dəstəmazsız, qüslsüz, qırxlı arvad, qırxlı uşaq, 



qırxa  düşənlər  üçün  kümə  daxil  olmaq  qəti  surətdə  qadağandır. 

Bədnəzərə  müqabi



5

  küm  damının  astanasında  at,  eşşək  nalı 

çaxarlar,  bir  düzüm  göz  mıncığı,  balıqqulağı,  maşağ

6

  dırnağı, 

dağdağan toxumu, it nəcisi asarlar, baş tirinə at, mal və it kəllələri 

qondararlar və qapısına bədnəzər duası yazıb yapışdırarlar.  

4. Kümə  baxan  mütəxəssisi  muzdur  sifətiylə  saxladıqları za-

man  piş  əz  vəqt



7

  onun  haqqında  soraşıqlar  apararlar  ki,  görək 

onun  əlində  küm  sönmək  ittifaqı  olubdurmu?  Olmuşsa  onu  bəd-

yümn


8

 hesab edib ətrafa qoymazlar.                 

5. Hər kəsdə olan təvəkkül əqidəsidir.  

Kümün  gəlimli  olmağı  və  yaxud  sönməyi  Allah  əmriylədir. 

İnsanın ağlı və tədbiri bu əqidənin qarşısında acizdir. Böylə çürük 

əqidələrə  yalnız  kümdarlığa  məxsus  deyil,  hətta  cəmi  işlərə  və 

əməllərə bu əqidənin şümulu vardır!     

6. Qutqaşın  kənd  məktəbində  qurt  bəslədiyim  zaman  tə-

ləbələrin anaları və sair kənd arvatları məktəbə gəlməkdən və yeni 

üsül üzrə qurda  baxmağı öyrənməkdən  imtina etdilər. Dedilər ki, 

biz öz kümümüzə kənari şəxsin baxmağına icazə vermərik və öz-

gənin kümünə baxmağa da getmərik və həmçinin ərimiz məruzəyə 

qulaq  asmjaq  üçün  kişilər  məclisinə  getməyimizə  razı  olmaz. 

Tələbələr  analarından  bu  məzmunda  cavab  gətirəndən  sonra  on-

ların atalarını dəvət etdim. Onlar gəldilər və söylədiklərimə diqqət 

ilə qulağ verdilər. Əski üsulda qurda baxılmağın məzzərrətindən

9

yeni qaydaların gözəl nəticələrindən təfsilat üzrə göstərdim. Bun-



ları mövhumatlardan disgindirmək üçün əhali arasında dövran sü- 

----------------------- 

*  Mülkədar  bəylərin  biri  söyləmişdir:  “Bir  dəfə  rəncbər  evinə  kəsəmətə 

getmişdim. Hər şeyi kəsəmət eyləyib siyahıya qeyd edirdik. Elə ki, kümə tərəf 

yönəlirdik  ki,  baramasını  da  kəsəmət  edək,  rəncbərin  arvadı  baxmağa  razı 

olmadı ki, kümümə baxmaq olmaz!.. A bəy, neçə put barama kəsəməb edirsən 

də razıyam. Lakin kümün səmtinə düşməyə razı deyiləm!..” 



 

64

rən  batil əqidələrdən danışdım. İşin  nəhayətində  məruzəmi dinlə-



yən atalardan Hacı Əsəd namında bir kişi söz aldı və guya gözüylə 

gördüyünü  danışmağa  başladı:  “Mənim  anam  qurt  toxumunuzu 



hər  il  torbada  ət  qoynuna  qoyub  gəzdirərdi  və  üç  günün  müddə-

tində  papağlaşıb  mürcəsi

10

  çıxardı.  Bir  gün  anamın  qoynunda 

toxum torbası ola-ola əyilib höyütdən

11

 su çıqardığı zaman torba 

qoynundan düşüb suya batar. Nə qədər höyütə burağac salarlar, 

toxumu çıqarmağı bacarmazlar. Atam gedib bazardan təzə toxum 

alıb gətirər. Bu iş cümləmizin

12

 fikrindən çıxar. Bu işin üstündən 

yeddi-səkkiz  il  keçər.  Höyütün  dibi  təmizlənmək  və  üstünün 

ağacları təzələnmək zamanı yetişər. Höyütü açıb dibinin lilini bir 

kənara tökərlər və hər yerini təzə höyüt halına ustası salıb gedər. 

Kənara tökülmüş lil quruyub cadarlaşar və içindəki yeddi-səkkiz il 

su  altında  qalmış  toxumdan  baharda  mürcə  qaynamağa  başlar. 

Bu mürcələr yemək üçün yavuqdakı zorba bir qarağaca daraşar. 

Bu ağacın üstə yarpağlarını yeməklə böyüyüb əmələ-ərsəyə gələr 

və  nəhayət,  oradaca  baramasını  sarıyar.  Bir  vəqt  höyütə  su  al-

mağa  gedənlər  mayın  axır  zamanında  görərlər  ki,  ağac  meyvə 

həngi

13

 barama gətiribdir. Mən özüm o zaman o ağaca çıxıb yed-

di-səkkiz put barama düşürmüşəm. 

Ay  müəllim!  Görürsənmi?  Yeddi-səkkiz  il  qurt  toxumu  su 

altında qaldı. Allah saxladı, çürümədi! Dirildi! Ondan  əmələ gə-

lən  qurtlar  heç  cabal  yarpağı  dadmamış,  yalnız  qarağac  yarpa-

ğıyla bəsləndi! Allahın əmriylə onlara nə yağınlıq, nə quraqlıq, nə 

isti, nə savuq kar etdi! Allahın təqdiriylə nə cücü-mücü, nə qurt-

quş  onlara  muzu

14

  ola  bimədi!  Nəhayət,  sümük  kibi  bərk  və 

sağlam  baraması  oldu.  Bunların  hamısı  Ustakərin  işidir.  Bəndə-

nin tədbirinə ehtiyac yoxdur!”       

 



 

65

I



I

I

I

 

 

 

Sağsağan oxiyəndə qonax gələr. 



Xamır sıçrayanda qonax gələr. 

Qaşıx yerə düşəndə qonax gələr. 

İki xoruz bir-birilə boğuşanda (döyüşəndə) qonax gələr. 

İt  adama  dalını  (arxasını)  çevirəndə  diyəllər  ki,  kimsə 

qiybətini qılır. 

Günəşli gündə qaranquşlar alçaxdan uçarsa, yağış yağar. 

Öyün  başına,  yaxud  ağaca  qonan  bayquşu  qorxudaraq  uçur-

maq  və  onun  oralara  təkrar  qayıtmaması  üçün  odlu  kösöyü  (kö-

sövü) ona tərəf atmaq lazımdır.  

Bayquşun  “ayağını  kəsmək” üçün siniyə (məcməiyə) su, çö-

rək, duz qoyaraq ucadan deyirlər: 

Bay quşu, 

Baylar quşu.  

İnanca  görə  vəfat  etmiş  insanı  son  mənzilə  yola  salarkən 

“gözü evdəkilərdə qalmasın” deyə dalınca (ətrafdakılar görmədən) 

bir daş atıb diyəllər: 

Altın torpaq, 

Üstün daş. 

Yağış yağar, 

Kəfənin olar yaş 

Bu dünyadan apardığın olsun 

Bir dənə daş! 

 

   


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə