Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə19/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   15   16   17   18   19   20   21   22   ...   147

 

56

gördüyü  gözələ  bir  tərif  deyə-deyə  gəlib  çatır  mənzilə.  Burada 



bəsit  və  qapanmayan,  yəni  şaxələnməyə  və  tamamlanmağa  meyl 

etməyən  süjet  var.  Bu  səbəbdən  də  həmin  rəvayəti  düz  xətt  üzrə 

istənilən qədər uzatmaq, həcmcə böyütmək olar. Ancaq o dastana 

çevrilə bilməz. 

Rəvayətlə dastanın arasındakı fərqlərdən biri də dastan struk-

turunun  vacib  komponentləri  -  başlanğıcdakı  ustadnamələr  və 

sondakı  müxəmməsdir.  Bir  sıra  nəşrlərdə  bunlar  nəzərə  alınmasa 

da,  hər  halda  ustadnamə  də,  müxəmməs  (duvaqqapma,  dastan, 

qəhrəmannamə) də məhz dastana aiddirlər. 

Dastanla aşıq rəvayətinin  fərqli cəhətlərindən söhbət açmağa 

dəyər,  ancaq  onların  arasında  sərhəd  qoymaq  mümkün  deyil, 

çünki bu sərhəd yoxdur. Üç-dörd səhifəlik aşıq rəvayətinin inkişaf 

edərək dastana çevrilməsi prosesi də, əks proses də mümkündür. 

Bütün  yuxarıda  deyilənləri  nəzərə  almaqla  biz  “rəvayət” 

anlayışından  başqa  “kiçik dastan” anlayışının  da  yaşamağa  haqqı 

olduğunu görürük. Məsələn, yenə də “Aşıq rəvayətləri” kitabında-

kı “Aşıq Məhəmmədin Qars səfəri” (s. 58-71) süjet dolğunluğuna, 

ənənəvi  strukturuna  (sonundakı  müxəmməs  də  daxil  olmaqla) 

görə kiçik dastandır. 

Məlum  olduğu  kimi  “былина”  rus  xalq  qəhrəmanlıq  eposu-

nun janrıdır. Ancaq rus folklorunda satirik “былина”lar da vardır 

(Bax:  Дм.  Молдавский,  Русская  народная  сатира.  Ленинград, 

1967).  Azərbaycan  aşıq  sənətində  satirik  dastanın  olub-olmaması 

məsələsi  hələlik  açıq  qalsa  da,  “Həsən  əminin  öküzü”  tipli  kiçik 

yumoristik dastanların mövcudluğu göz qabağındadır. 

Şəki  folkloru  haqqında  söhbətə  yekun  vurmaq  üçün  yenə  də 

Şəki lətifələrinə müraciət etmək istərdim. 

Birinci lətifə. 

Şəkilidən soruşdular: 

– Haralısan? 

Dedi: 

– Adam haralı olar? 



İkinci lətifə. 


 

57

Bir əcnəbi Şəkidə girir dərzi dükanına.  Parçanı dəzgahın üs-



tünə qoyub deyir: 

–  Ay  usta,  Avropanı,  Amerikanı  gəzmişəm,  amma  heç  kəs 

mənə  bu  parçadan  kostyum  tikə  bilməyib.  Deyirlər  ki,  azdır, 

çatışmır. 

Dərzi parçaya baxıb deyir: 

– Mən tikərəm. Get, bir həftədən sonra gələrsən. 

Əcnəbi  gedir.  Şərtləşdikləri  kimi  bir  həftədən  sonra  gələndə 

görür  ki,  dərzi  onun  əyninə  olan  əla  bir  kostyum  tikib.  Üstəlik 

artıq  qalan  parçadan  bir  jilet  də  tikib.  Təəccübündən  söz  tapmır. 

Deyir: 


– Ay usta, Avropada, Amerikada bu parçadan kostyum çıxara 

bilmədilər, amma sən üstəlik bir jilet də çıxartdın. Lap möcüzədir!  

Dərzi deyir: 

– Qardaş, sən oralarda böyük adam ola bilərsən. Ancaq bura 

Şəkidir,  sən  burda  kiçik  adamsan.  İstəsəm  sənə  bu  parçadan  bir 

kepka da tikərdim. 

Bu  lətifələrdən  çıxan  nəticə  nədir?  Doğrudanmı  şəkililər 

özlərindən razıdırlar, özlərini başqalarından üstün tuturlar? 

Əsla  yox!  Hamı  bilir  ki,  şəkililər  çox  sadə,  gülərüz  və  zara-

fatcıl insanlardır. Ədabaz adamda yumor hissi olmaz. Şəkililər bir 

adamda  lovğalıq,  özündənbəylik hiss edən kimi ona elə  bir  ləqəb 

yapışdırırlar  ki,  nəinki  onun  özünə,  hətta  gələcək  nəsillərinə  də 

bəs edir. 

Bunlar  nəzərə alındıqda  yuxarıdakı  sual daha güclü  səslənir: 

göstərilən lətifələrin mənası nədir? 

Məlum olduğu kimi qədim tarixə və mədəniyyətə malik olan 

və  gündəlik  həyatında  möhkəm  ənənələrə  söykənən  çinli,  yəhudi 

və  b.k.  xalqların  mentalitetində  güclü  özünü  dərketmə,  özünə 

güvənmə,  özünü  qiymətləndirmə  amilləri  vardır.  Görünür  ki,  bu 

cür  özünü  tanıma  və  özünə  inanma  xüsusiyyətləri  qədimdən  qə-

dim olan Şəkinin əhalisinin dünyagörüşündə və dünyaduyumunda 

da  əsrlər  boyu  müəyyən  yer  tapmışdır.  Yoxsa  şəkililər  milli 

ənənələrə münasibətdə xüsusi mühafizəkarlıqları ilə seçilməzdilər. 



 

58

Onlar öz “dillərinə”də güvənirlər.  



Şəkili  Moskvaya  gedir  və  orada  rus  qızına  evlənir.  Bir 

müddət  sonra  qardaşı  şəkiliyə  qonaq  gəlir.  Qapının  zəngini  çalır. 

Qabağa evin qadını çıxır.  

Qonaq soruşur: 

– Əhməd doma (evdədirmi)? 

Qadın Şəki intonasiyası ilə cavab verir: 

– Hayındı spit (yatır). 

Bütün  bu  lətifələr  şəkilinin  “mənəmliyinin”  yox,  “mənliyi-

nin” təsdiqidir, onun yaddaş kodudur. 

Şəkili  üçün  Şəki  və  “Şəki  dili”  sözün  tam  mənasında  Azər-

baycan və  Azərbaycan dili deməkdir.  Nə qədər ki,  Şəkidə  vətənə 

və dilə hörmət var, Şəki folkloru da var. 

 

Faiq ÇƏLƏB

И  

   

 

 

 

Sənətşünaslıq doktoru 

Санкт-Петербург, 

Август-сентйабр 2008-ъи ил. 

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

59

I



I

.

.

 

 

Ə

Ə

M

M

Ə

Ə

K

K

 

 

N

N

Ə

Ə

Ğ

Ğ

M

M

Ə

Ə

L

L

Ə

Ə

R

R

İ

İ

 

 

 

QUZUÇU

 

 

 

Əli daşlı quzuçu, 



Gözü yaşlı quzuçu. 

Sağar satar sağınçı, 

Yeyər yatar suveyci. (?) 

 

NEHRƏ HAVASI   

 

Nehrəm ol, nehrəm ol, 



At başıcan yağım ol. 

Öyümə qonax gəlibdir, 

Aşım yavan qalıbdır. 

Nehrəm ol, nehrəm ol, 

At başıcan yağım ol, 

Göz yaşıcan ayranım. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə