Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə18/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   14   15   16   17   18   19   20   21   ...   147

 

53

Beləliklə,  R.Rüstəmzadənin  “düzəlişləri”  nəticəsində  Molla 



Cümənin adı “Sayat bəy və Sayalı xanım” dastanından aralı düşür: 

a)  aşığın  ustadnaməsi  çıxarılır;  b)  dastanın  söyləyicisi  -  Molla 

Cümənin şagirdi aşıq Əhmədin adı gizlədilir; c) pasport qeydlərin-

də dastanla heç bir əlaqəsi olmayan şəxslərin adları peyda olur və 

xüsusilə  də  aşıq  Abbas  kimliyi  və  haralı  olduğu  göstərilmədən 

mifik bir şəkildə təqdim edilir; ç) Molla Cümə dastanın yaradıcısı 

kimi  yox,  yalnız  söyləyicisi  kimi  göstərilir.  Bir  sözlə,  dastan 

mümkün qədər Molla Cümədən və ümumiyyətlə, Şəki aşıq dünya-

sından uzaqlaşdırılır. 

Bütün bu azdırmaların səbəbi nədir? Anlamaq olmur. 

Şəki aşıq aləminə aid əldə olan azsaylı faktların qəsdən başqa 

bölgələrin  aşıq  dünyasına  aid  edilməsi  Azərbaycanın  aşıq  xəritə-

sində olan boşluqları bir az da dərinləşdirmirmi? Həmin xəritənin 

konturlarını  qarışıq  salmırmı?  Bu,  qaş  düzəldən  yerdə  göz  çıxar-

maq deyilmi? 

Bu gün aşıq sənəti Şəkidə XX əsrin 30-cu illəri ilə müqayisə-

də son dərəcə zəiflədiyi (ancaq tükənmədiyi!) halda, Qazaxda tam 

bir  həyatla  yaşamaqdadır  və  həmin  sənət  dairəsində  Qazağın 

Şəkiyə  heç  bir ehtiyacı  yoxdur. Bu gün Qazax özü  yalnız Şəkiyə 

yox, bütün Azərbaycana dastan payı verə bilər. R.Rüstəmzadənin 

“Məhəbbət dastanları”nın  hazırlandığı  və çap olunduğu 1960-80-

ci  illərdə  mənim  əmi  kimi  hörmət  etdiyim,  sinəsində  40-a  yaxın 

dastan yatan və sağlığında qiyməti verilməyən ustad aşıq Avdı el 

məclislərində oğlu aşıq Sadıqla (bu günün ustad sənətkarlarından 

biri!) üzbəüz dastan söyləyirdi. Qazax aşıq sənətinin onsuz da uca 

olan adını daha da ucaltmaq üçün aşıq Avdının repertuarını yazıya 

köçürmək daha yaxşı olmazdımı? 

O vaxt “Azərbaycan folkloru antologiyası”nın IV cildinə, yə-

ni  “Şəki  folkloru”nun I cildinə, rəy  yazarkən  mən  bu  hissləri ke-

çirdim,  ancaq  qələmə  almadım.  Çünki  XX  əsrin  ikinci  yarısında 

R.Rüstəmzadənin  jurnal  məqalələrindən  başlamış  doktorluq  işinə 

qədər  əksər  əsərləri  ilə  tanış  idim  və  onu  zəhmətkeş,  daima  elmi 

ictimaiyyət  qarşısında  hesabat  verən  istedadlı  bir  alim  kimi  tanı-



 

54

yırdım. Lakin aradan illər ötəndən sonra “Şəki folkloru”nun hazır-



ki cildi ilə tanış olarkən, necə deyərlər, “təzələndi köhnə dərdim”. 

Burada  verilmiş  “Həsən  əminin  öküzü”  adlı  kiçik  dastanı 

oxuyarkən R.Rüstəmzadənin çap etdirdiyi “Aşıq rəvayətləri” kita-

bındakı  (Bakı-1988)  eyni  adlı  əsəri  xatırladım  (s.  89-95).  Tutuş-

durma  zamanı  eynilə  yuxarıdakı  hadisənin  şahidi  oldum:  “Həsən 

əminin  öküzü”nü  hər  iki  folklorçu  -  R.Rüstəmzadə  və  H.Əbdül-

həlimov  eyni  mənbədən  götürüblər;  R.Rüstəmzadə  bu  dastana 

“Sayat  bəy  və  Sayalı  xanım”dan  daha  çox  əl  gəzdirib,  “səhmana 

salıb”;  dastanın  əvvəlində  Molla  Cümənin  adından  verilmiş  13 

bəndlik ustadnaməni ixtisar edib; dastanı haradan götürdüyünü və 

onun söyləyicisini gizlədib. 

H.Əbdülhəlimov həmin nümunəni AMEA Memarlıq və İncə-

sənət  İnstitutunun  arxivindən  götürdüyünü  (inv.  №  57)  və  söylə-

yicinin aşıq  Əhməd olduğunu göstərir. R.Rüstəmzadənin qeydləri 

isə belədir: “Həsən əminin öküzü” rəvayəti görkəmli el şairi Molla 

Cümənindir”  (Aşıq  rəvayətləri.  Toplayanı  və  tərtib  edəni  R.Rüs-

təmzadə. Bakı-1988, s. 151; xatırlayaq ki, Molla Cümə yalnız şair 

deyil,  sözün  tam  mənasında  yaradıcı  və  ifaçı  aşıq  olmuşdur;  o, 

yalnız  şeirlərin  yox,  həm  də  bir  sıra  saz  havalarının  müəllifidir  - 

F.Ç.).“  ...“Həsən  əminin  öküzü”  rəvayəti  1965-ci  ildə  Qazax 

rayonunun  Ağköynək  kəndində  yaşayan  aşıq  Yarməmməddən 

toplanmışdır. O, 1885-ci  ildə anadan olmuş, uzun  müddət aşıqlıq 

etmiş,  82  yaşında  Ağköynək  kəndində  vəfat  etmişdir”  (yenə  ora-

da, s. 152). 

Aydın məsələdir ki, 1967-ci ildə dünyasını dəyişmiş rəhmət-

lik  aşıq  Yarməmmədin  onun  adına  yazılmış  söyləmədən  xəbəri 

olmayıb. 

Güman edirəm ki, saxtalaşdırma və ünvansızlaşdırma ilə bağ-

lı  yuxarıda  təsvir  olunan  hadisələrin  geniş  izaha  ehtiyacı  yoxdur. 

Bircə onu qeyd etmək istərdim ki, Molla Cümə irsinin kamil təd-

qiqatçısı  Paşa  Əfəndiyev  R.Rüstəmzadənin  “Məhəbbət  dastan-

ları”na (1982) daxil olan  nümunələrdən  yalnız  “Sayat bəy  və Sa-

yalı  xanım”ı  (“Səyyad  və  Səyalı”)  yox,  “Baxış  bəy  və  Leyla  xa-



 

55

nım”ı  (“Baxış-Leyla”)  da  Molla  Cümənin  dastanı  hesab  edir 



(Molla  Cümə.  Əsərləri.  Toplayanı  və    tərtib  edəni  P.Əfəndiyev. 

Bakı-1995.  səh.  487).  Həmin  dastan  haqqında  söhbəti  biz  başqa 

bir vaxta saxlayırıq. Hələliksə qayıdaq “Həsən əminin öküzünə”. 

Həmin  nümunənin  elmi  cəhətdən  əsas  dəyəri  ondadır  ki,  o, 

Azərbaycan  türk  xalqının  “komik  epos”unun  (V.Y.Qusyev)  janr-

ları içərisində qaravəllidən, lətifədən və yalan-palandan (uşaq qa-

ravəllisindən)  başqa  yumoristik  dastanın  da  olduğunu  göstər-

məkdədir.  Elə  R.Rüstəmzadənin  “Aşıq  rəvayətləri”  (Bakı-1988) 

kitabındakı  “Aşıq  Məhəmmədin  çuxa  əhvalatı”  (s.  72-78)  ruhən 

“Həsən əminin öküzü”nə çox  yaxın olan  maraqlı  yumoristik das-

tandır.  Görünür  belə  dastanlar  ümumiyyətlə  kiçik  olurlar.  Həl 

halda əldə olan materiallar hələlik bunu deməyə imkan verir. 

Kiçik  dastandan  danışarkən  istər-istəməz  “dastan”  və  “aşıq 

rəvayəti” anlayışları arasındakı fərq məsələsi üzə çıxır. 

Əsas  fakt  odur  ki,  dastan  da,  aşıq  rəvayəti  də  eyni  poetik 

formaya malikdirlər. Çap məhsullarından və söhbətlərdən görünür 

ki, toplayıcılar onların arasındakı fərqi həcmdə görürlər. Ancaq bu 

fərqin özü də həmişə nəzərə alınmır. Məsələn, aşıq rəvayətlərinin 

ilk dəfə cəm halında nəşr elildiyi bir kitabda (Aşıq Ələsgər. Tərt. 

ed.  Ə.Axundov,  M.H.Təhmasib.  Bakı-1963)    28  səhifəlik  “Aşıq 

Ələsgərnən Dəli  Alının  əhvalatı” (s. 342-369) rəvayət sayılır, an-

caq  sonrakı  illərdə  çıxan  kitablarda,  jurnallarda  və  qəzetlərdə 

həcmcə  bundan  iki-üç dəfə kiçik olan əsərlər dastan kimi təqdim 

olunur.  Yaxud  “Aşıq  rəvayətləri”  kitabında  9,5  səhifəlik  “Kə-

rəmxan sərtib” (s. 79-88) “Qeydlər və şərhlər” bölməsində dastan 

adlandırılır  (s.  153),  ondan  böyük  olan  (11  səhifə)  “Dəli  Alı  ilə 

aşıq  Ələsgərin  ikinci  görüşü”  (s.  118-129)  isə  rəvayət  (s.  154). 

Sərhəd haradadır? Məlum deyil. 

Əlbəttə, dastanla aşıq rəvayətinin arasındakı fərqlərdən danı-

şarkən  onların  kompozisiya  quruluşundakı  sadəlik  və  mürəkkəb-

lik, personajların azlığı və çoxluğu, onların süjetdə iştirakının də-

rəcəsi  və  s.  nəzərə  alınmalıdır.  Məsələn,  “Aşıq  rəvayətləri”  kita-

bında  verilmiş  “Şair  Cavadın  Aran  səfəri”ndə  (s.  6-10)  aşıq  hər 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə