Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə14/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   10   11   12   13   14   15   16   17   ...   147

 

41

– Gəl  bir-birimizə tapmaca deyək.  Sən  mənə cavab  verə  bil-



məsən səndən on manat alacağam. Yox, mən sənə cavab verə bil-

məsəm, yüz manat verəcəyəm. 

Birinci tapmacanı Tüfü Tahir deyir: 

–  O  hansı  heyvandır  ki,  ağaca  dördayaqlı  çıxır,  düşəndə  isə 

ikiayaqlı düşür. 

Xeyli fikirləşəndən sonra sualın cavabını tapa bilməyən alim 

uduzduğunu boynuna alır. Tahirin yüz manatını verib deyir: 

–  Bu  tapmacanın  cavabı  məni  çox  maraqlandırır.  Özün  de, 

görüm nədir? 

Tahir ayağa qalxıb deyir: 

– Cavabını mən də bilmirəm. Al uduzduğum on manatı. Mən 

daha oynamıram, getdim yatmağa (Yeni Şəki lətifələri, Şəki-2008, 

s. 25-26). 

Bu  lətifədə  isə  əsas  personaj  fəhminin  gücü  ilə  pul  qazanır. 

Uydurduğu cavabsız tapmaca onun qələbəsini təmin edir. 

Göründüyü kimi hər iki lətifədə tapmaca formasından istifadə 

edilmişdir, ancaq müxtəlif məqsədlərlə və müxtəlif üsullarla. Birin-

ci lətifədə tapmaca şəkililərin ləqəblərini nəzərə çapdırmaq və gülüş 

doğurmaq üçündürsə, ikinci lətifədə o, sırf aldatma, kələk gəlmə və 

əlbəttə, nəticədə gülüş doğurma vasitəsi kimi meydana çıxır. 

Daha iki misal. 

Hacı dayıya dedilər: 

– Ay Hacı, sən bilərsən, qəssabla cərrahın arasında nə fərq var? 

Hacı dayı deyir: 

– Fərq ondadır ki, qəssab əvvəl kəsib sonra soyur, cərrah isə 

əvvəl soyub sonra kəsir. 

Hacı dayıdan soruşurlar: 

– De görək, kütləvi informasiya vasitələrindən radio ilə qəzet 

arasında nə fərq var? 

Hacı dayı deyir: 

–  Fərq  ondadır  ki,  qəzetə  əppək  (çörək)  bükmək  olur,  radioya 

yox. 


(Söyləyən: “Zirvə” ansamblının rəhbəri Telman Muxtarov). 


 

42

Bu lətifələrdəki tapmacalılıq isə həmsöhbətin hazırcavablığı-



nı, ağlının itiliyini yoxlamaq üçün verilən suallara əsaslanır. 

Bir sıra xalqların folklorunda “nağıl daxilində tapmaca” hadi-

səsi  müşahidə  olunur  və  XX  əsrdə  Rusiya  tədqiqatçıları  həmin 

məsələni müəyyən qədər işıqlandırmışlar. “Lətifədə tapmaca” ba-

rədə  isə  yuxarıda  qeyd  etdiyimiz  kimi,  heç  vaxt  söhbət  açılma-

mışdır. Bu hal Azərbaycan xalq lətifələrində görünür çoxdan möv-

cuddur. Elə Molla Nəsrəddinin əcnəbi alimlə qarşılaşmasını təsvir 

edən lətifə özü də bu barədə az söz demir. Çox maraqlıdır ki, əc-

nəbi alimin “lal oyunu” şəklində mollaya verdiyi müəmmalı sual-

lara xalq nağıllarında da təsadüf olunur. Lakin aydın məsələdir ki, 

nağıllardakı cavablardan fərqli olaraq Molla Nəsrəddinin cavabla-

rı  lətifə  janrının  tələbləri  çərçivəsindədir.  “Molla  və  alim”  lətifə-

sində alim dairə çəkməklə yer kürəsinin yumru olduğunu göstərir, 

mollanın çəkdiyi dairəni iki bölən xətti isə o, ekvator kimi anlayır. 

“Dərzi  şagirdi”  nağılında  da  qonşu  şahın  elçisinin  çəkdiyi  dairə 

bütün dünya kimi, dərzi şagirdinin dairənin ortasından çəkdiyi xətt 

isə  dünyanın  yarıya  bölünməsi  kimi  başa  düşülür.  Ancaq  Molla 

Nəsrəddin  dairəni  bir  tava  qayğanaq,  dairənin  xətlə  bölünməsini 

isə qayğanağın yarı bölünməsi kimi qəbul edir. Bu, lətifə meyarı-

dır, lətifədə belə də olmalıdır. 

Şəki folklorunda “Molla və alim” lətifəsinin qəlibi əsasında ya-

ranmış, lakin Hacı dayı ilə bağlı olan bir nümunə qeydə almışıq. La-

kin  tədqiqi  əhəmiyyəti  olan  bu  bu  lətifədə  Hacı  dayının  tapmacanı 

açması, yəni alimin suallarına cavabları əsasən qeyri-normativ leksi-

kaya söykəndiyindən onun burada göstərilməsi qeyri-məqbuldur. 

Janrın digər nümunələrində olduğu kimi Molla Nəsrəddin lə-

tifələrində  də  tapmaca  və  lətifə  xüsusiyyətlərinin  qaynayıb  qarış-

ması müxtəlif şəkillərdə təzahür edir. 

Teymur Ləng bir gün  mollaya deyir: 

– Molla, sənə bir hikmətli sual vermək istəyirəm.  De görüm, 

o nədir ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək? 

Molla deyir: 

– Bizi işə götürəndə sənin bizə təyin etdiyin maaş. 



 

43

(“Molla  Nəsrəddin  lətifələri”.  Tərtib  edən  M.H.Təhmasib. 



Bakı-1965. səh. 15). 

Əgər “Molla və alim”də tapmaca Nəsrəddinin “elmi görüşlə-

ri”nin  üzə  çıxarılmasına  və  nəticədə  mülayim  gülüş  doğurmağa 

xidmət edirsə, “Teymurun sualı”nda tapmaca elə hökmdarın özü-

nü satira hədəfinə çevirmək üçün qurulur. 

Şəki  və  ümumiyyətlə  Azərbaycan  folklorunda  mövcud  olan 

tapmacalı  lətifələr  ətraflı  öyrənilməyə  layiqdir.  Bu  nümunələrin 

çoxsaylı miqdarda nəzərdən keçirilməsi yəqin ki, onların sabit xü-

susiyyətlərinin müəyyən edilməsinə və həmin xüsusiyyətlərə görə 

də təsnif olunmasına  imkan  verərdi.  Mənim  buradakı kiçik qeyd-

lərim isə yalnız mövzuya giriş xarakteri daşıyır. 

Adı ilə lətifə silsiləsi bağlı olan başqa bir qəhrəmanın – Hacı-

həbillahların Nurunun zarafatlarından bəzilərinə nəzər salaq. 

Dağlıq  Qarabağ  hadisələri  barədə  gedən  söhbətlərin  birində 

Nuru müəllim deyir: 

– Ermənilər Qarabağı bizdən istəyirlər. Yaxşı, tutaq ki, Qara-

bağı  verdik  ermənilərə.  Mən  bilmirəm,  belə  olanda  “Qarabağ  şi-

kəstəsi”ni hansı erməni oxuyacaq və nə təhər oxuyacaq?!... 

Bu doğrudan da dillərə düşməyə layiq bir sözdür. 

Daha bir zarafat. 

Şapqaçı  Valeh  bərk  xəstə  imiş.  Nuru  müəllim  gəlir  dostunu 

görməyə.  Valeh  Nurunu  görən  kimi  yataqda  dikəlir,  özünü  şux 

göstərmək  istəyir.  Amma  Nuru  müəllim  burda  da  zarafatı  əldən 

qoymur, guya ki, Valehə ürək-dirək verir: 

–  Səni  mənə  çox  pis  demişdilər.  İndi  allaha  şükür,  görürəm 

ki, hələ üç-dörd gün yaşayacaqsan. 

Dostu yəqin ki, zarafatı ürəyinə salıb düz üç gündən sonra və-

fat edir. 

Burada qırx il bundan əvvəl atamdan eşitdiyim bir lətifəni xa-

tırlamaya bilmirəm. 

Bir  qış  günü  Molla  Nəsrəddin  ağır  xəstə  yatan  dostunu  gör-

məyə gəlir. Hal-əhval tutandan sonra soruşur: 

– Şaftalı olsa yeyərsənmi? 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə