Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə11/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   7   8   9   10   11   12   13   14   ...   147

 

32

evində. Səhər yenə durub yeyib içirlər. Qonaq yola düşməmişdən 



əvvəl  Koroğlu sazı  götürüb gözəl  bir  hava çalır.  Sonra qonaqdan 

soruşur: 

– Qonaq qardaş, deyirlər siz tərəfin adamları yaxşı zurna ça-

lırlar. Bəs sən necə, çala bilirsən? 

Qonaq arif adam imiş, eyhamı başa düşür. Deyir: 

– Koroğlu, mən də zurna çalıram. Özü də ancaq yaxşı havalar 

çalıram. Allah səndən razı olsun.  

Koroğlu qonağı hörmətlə yola salıb qayıdır evə. Arvadı deyir: 

– Sən etibarsız adamsan. Bir qonağa görə məni boşamaq istə-

yirdin.  

Koroğlu deyir: 

– Bütün aləm mənim çörəyimi yeyir, amma sən qonağı qapı-

dan qaytarıb məni biabır edirsən. Bəs eşitməmisən ki, atalar deyib: 

“Qonaq ev yiyəsinin zurnaçısıdır, nə görsə onu çalar”? 

Özü də Koroğlu kimi səxavətli olan, həmişə “nanın süfrəyə tö-

kən”. Bəhram müəllim bu rəvayəti xüsusi bir təbəssümlə danışırdı. 

Folklor tədqiqatçısı qarşısında gözəl bir mənzərə açılır: Azər-

baycanın  bir-birindən  uzaq  ərazilərində  qeydə  alınmış  iki  atalar 

sözü üçüncü bir ərazidə yazıya köçürülmüş məsəlin semantikasını 

izah  edir;  həmin  atalar  sözlərindən  biri  rəvayətlə,  rəvayət  isə  öz 

mövzusuna görə qəhrəmanlıq eposu ilə bağlıdır. Bu, folklorda əsr-

lər boyu davam edən janrlararası əlaqələrin parlaq nümayişidir.  

4.  Antologiyaya  daxil  olan  bir  sıra  atalar  sözü  və  məsəllər 

“yazıçı və folklor” mövzusundakı düşüncə və mülahizələri geniş-

ləndirməyə imkan verir.     

Buradakı  “Fərhad  kimi  külüng  vurur  (çalır)”,  “Ölüb  Fərhad, 

gəlmir gülüngünün səsi” kimi nümunələr yalnız Şəkidə yox, bütün 

Azərbaycanda  işlək  olan  nümunələrdir.  İkinci  məsəlin  tamamilə 

başqa  məna  verən  variantı  “Fərhad  ölüb,  amma  külüngünün  səsi 

hələ gəlir”  şəklində daha  çox  yayılmışdır. Şəkidə hələ  indiyə qə-

dər çap olunmamış “Hər dağçapan Fərhad olmaz” və “Yüz Fərhad 

gəlsə bir dağı yerindən tərpədə bilməz” atalar sözləri də tez-tez iş-

lənir. Bunlardan birincisi “Hər ovçu Pirim olmaz”, “Hər at minən 



 

33

Koroğlu  olmaz”,  “Hər  oxuyan  Molla  Pənah  olmaz”  kimi  atalar 



sözləri ilə “ümumi klişe” (Q.L.Permyakov) əsasında meydana gəl-

mişlər. Bizim diqqətimizi çəkən isə ikinci nümunədir. 

Məlumdur ki, Nizami mövzuları və süjetləri dünya və o cüm-

lədən doğma Azərbaycan ədəbiyyatında və folklorunda əsrlər bo-

yu işlənmişdir və işlənməkdədir. Maraqlısı budur ki, “Yüz Fərhad 

gəlsə bir dağı yerindən tərpədə bilməz” atalar sözü ilə dahilər da-

hisi Sabirin: 

Bisütun sinəsinə dəysə də min tişə, yenə 

Cövrə təmkin edərək durduğu məvadə durar -  

beyti mənaca üst-üstə düşür.  

Gözlənilməz bir mənzərə yaranır: doğrudanmı atalar sözü də, 

Sabirin beyti də Fərhadın fərhadlığını inkar edir? 

İlk  baxışdan  belə görünsə də  atalar sözündə  və Sabir aforiz-

mində Fərhadın fərhadlığı inkar olunmur, ancaq dağın dağlığı təs-

diq edilir. İnsan mənəviyyatı üçün bu daha güclü meyardır. 

Ötəri də olsa qeyd edək ki, antologiyadakı “Yağış yağır bizlə-

rə, dəxli nədir sizlərə” məsəli də vəzn, qafiyə, qismən də məzmun 

baxımından Sabir şeirini yada salır:   



Uşaq mənimdir, baba, dəxli nədir sizlərə, 

Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? 

Azərbaycan  xalqı  arasında  “Leyli  və  Məcnun”  mövzusu  ilə 

bağlı bir sıra atalar sözləri və məsəllər vardır: 

Leyliyə Məcnun gözü ilə bax. 

Məcnun dərd əlindən dağa çıxdı, 

Dedilər: - Bəxtəvər yaylağa çıxdı. 

Məcnun kimi çöllərə düşüb. 

Leyli olmasaydı Məcnun çöllərə düşməzdi  

(variant: Əsli olmasaydı Kərəm dağlara düşməzdi). 

Görünür  ki,  bunlar  yalnız  Nizami  yaradıcılığı  və  “Leyli  - 

Məcnun” mövzusunda olan folklor əsərləri ilə yox, həm də Füzuli 

poeması ilə bağlıdır. Şəkidə çox məşhur olan “Bunun dərdi Füzu-

lidi” məsəli bu baxımdan xüsusilə maraqlıdır. Həmin məsəl bütün 

varlığı  ilə  aşiq  olub  özünü  unudan,  dilə-dişə  düşən  adamlar  haq-



 

34

qında çəkilir və açıqca görünür ki, burada Məcnunun adını Füzuli-



nin adı əvəz etmişdir. Bu məsəl məzmunca bir qədər transformasi-

yaya uğradılımış halda dərdi və qayğıları başından aşmış adamlara 

da aid edilir.  

Yeri gəlmişkən qeyd etmək istərdim ki, türk dünyasının möh-

təşəm  şairi  Məhəmməd  Füzulinin  adı  və  əsərləri  ilə  bağlı  folklor 

örnəkləri kitablara az-az düşsə də xalq arasında onların dəyərli nü-

munələri yaşamaqdadır. Hələ 1986-cı ilin avqust ayında şıxlı Dər-

ya  Məhəmmədlə  görüşüm  zamanı  söz  sözü  çəkdi  və  ustad  aşıq 

aşağıdakı əfsanəni danışdı.  

Bir gün peyğəmbər küçədə bir uşağa rast gəlir. Uşağın gözəl-

liyi onu valeh edir. Ürəyindən bu oğlana böyük bir yaxşılıq etmək 

niyyəti  keçir.  Götürüb  ona  heç  kəsdə  olmayan  şairlik  qabiliyyəti 

bəxş edir. Bu uşaq Füzuli idi.  

Təəssüf  ki,  o  vaxt  mən  sənətkardan  hansı  peyğəmbərdən 

(Məhəmməd  ya  Xızır?)  söhbət  getdiyini  soruşmadım  (xronologi-

yanın pozulması folklor üçün təbii haldır). Ancaq əsas məsələ bu-

dur ki, əfsanə aşıqlar aləmində və el içində Füzulinin şairlik vergi-

sini  peyğəmbərdən  aldığı  və  bu  sahədə  bərabərsiz  olduğu  barədə 

rəyin yaşadığını göstərməkdədir.  

Bəzən  hər  gün  eşitməyə  adət  etdiyimiz  “adi”  bir  paremiya 

(alqış, qarğış, atalar sözü, məsəl) böyük bir tarixi xatırladır, örtül-

müş  səhifələri  açmağa  məcbur  edir.  Bu  mənada  antologiyadakı 

məşhur  “Meymunu  yada  salma”  məsəlinin üstündən sükutla keç-

mək mümkün deyil. O, istər-istəməz görkəmli rus yazıçısı Leonid 

Solovyovun  “Xoca Nəsrəddin  haqqında povest”ini  yada  salır. Bu 

əsər SSRİ ərazisində şərqli olmayan müəlliflərin Şərq barədə yaz-

dıqları əsərlərdən ən müvəffəqiyyətlisi, ən istedadlısıdır desək yə-

qin ki, səhv etmərik. Təkcə onu göstərmək kifayətdir ki, XX əsrin 

ikinci  yarısında  “Xoca  Nəsrəddin  haqqında  povest”  (əslində  ro-

man!) sovet ədəbiyyatının ön cərgəsində duran romançıların çoxu-

nun əsərlərini öz tirajı ilə kölgədə qoyurdu.  

Doğrudur, ədəbiyyat aləmi xeyli əvvəl ingilis yazıçısı Ceyms 

Morierin  (1780-1849)  “İsfahanlı  Hacıbabanın  sərgüzəştləri”  adlı 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə