Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə10/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   6   7   8   9   10   11   12   13   ...   147

 

29

eyniliyi) də göz qabağındadır. Ancaq bununla belə onların arasın-



da  birbaşa  münasibətin,  qırılmaz  bağlılığın  olmadığı  da  görün-

məkdədir. Lətifə konkret bir əhvalatı  ifadə edir, göstərilən deyim 

isə daha ümumi səciyyə daşıyır və xalq təcrübəsindən doğan ina-

mın ifadəsi kimi meydana çıxır. 

Başqa bir misal. 

Bölmədəki “İpək parçaya şaldan yamaq salmaq olmaz” atalar 

sözü aşıq Alının “İpək tora halqa salma dəmirdən” misrasını yada 

salır. Yəqin ki, həmin atalar sözü aşıq Alıya qədər də mövcud ol-

muşdur. Ancaq ustad aşıq onu eşitməmiş də öz kəlamını  söyləyə 

bilərdi.  Çünki  həm  atalar  sözünün,  həm  də  aşıq  Alı  aforizminin 

meydana gəlməsində əsas rol oynayan əksliklərin qarşılaşdırılması 

vasitəsilə təzad yaratma üsuludur (ipək parça və yun  şal; ipək tor 

və dəmir həlqə).  

Sözümüzə söykək olmaq üçün məşhur aşığın “Kommunizmə 

gedirik biz” gəraylısına xalq arasında yaranan və yayılan cavabı – 

parodiyanı xatırlayaq: 



Əlimizdə zorba çomaq, 

Başımızda qıldan papaq, 

Ağ şalvarda qara yamaq 

Kommunizmə gedirik biz. 

XX  əsr  ərzində  “sovet  folkloru”  adı  altında  təqdim  edilən  və 

əslində sovet ədəbiyyatının ayrılmaz hissəsi olan sifarişlə  yazılmış 

minlərlə uydurmalardan fərqli olaraq bu şeir doğrudan da sovet xal-

qı içərisində meydana gəlmişdir və əsil sovet folkloru nümunəsidir 

(saysız-hesabsız  antisovet  lətifələr  kimi!).  Həmin  şeir  zəhmətkeş 

çobanın, ümumiyyətlə kəndlinin dəqiq rəsmini çəkir. Satiranın zir-

vəsi - zərbə funksiyası üçüncü misranın üzərinə düşür və bu vəzifə 

“ağ şalvarda qara yamaq” təzadının yaradılması ilə yerinə yetirilir.  

Ümumiyyətlə əkslikərin qarşılaşdırılması yolu ilə təzad yarat-

maq həm atalar sözləri, həm ustadnamələr, həm də satirik poeziya 

üçün  səciyyəvi  olan  poetik  priyomdur.  Deyilənləri  nəzərə  alsaq 

göstərilən atalar sözü ilə aşıq Alı kəlamı arasında birbaşa əlaqənin 

olmadığını söyləyə bilərik. 




 

30

Atalar sözü və məsəllərin Azərbaycan folklorunun janrları ilə 



əlaqələri çoxcəhətli və müxtəlifdir, həm də bu əlaqələrin ilk baxış-

dan görünən və görünməyən tərəfləri vardır. 



3.  Antologiyada  verilmiş  bəzi  atalar  sözləri  və  məsəllər  ma-

raqlı bir folklor hadisəsini gözləməyə imkan verir. 

Bəzən elə məsəllərə rast gəlmək olur ki, onlar nəinki Azərbay-

canın müxtəlif bölgələrində, hətta yaranıb yayıldığı bölgədə də həmi-

şə hamıya aydın olmur. Onların izahı digər atalar sözləri və məsəllə-

rin köməyi ilə mümkündür. Əyanilik üçün ilk dəfə H.Əbdülhəlimov 

tərəfindən yazıya alınaraq çap edilmiş bir məsələ nəzər salaq: 

Doğanı yi, 

Dokqanı bağla, 

Dakqanı* qoy, 

Dokqaza çıx, 

Sa söz diyicəm. (AFA VI, səh. 343) 

Bu, formasına, leksik tərkibindəki alliterasiya bolluğuna (“d” 

və “q” səsləri) görə yanıltmaca çox bənzəyən, məzmunca isə mə-

səl olan maraqlı bir nümunədir. Ancaq mənası şəkili olmayanlara, 

bəzən hətta şəkililərin özlərinə də o saat aydın olmur. Lakin həmin 

məsəlin Şəkidə daha çox məşhur olan bir ekvivalentini xatırlayan 

kimi onun mənası aydınlaşır: 

Doğa dokqaza qədər. 

Bu, milli yeməklər haqqında deyilmiş “Aş - hamıdan baş”, “Dol-

ma - yeməmiş olma”, “Qorğa qarın doydurmaz” və s. kimi spesi-

fik xarakterli atalar sözlərindən biridir. Mənası da budur ki, dovğa 

qarını  doldurur,  amma  doyurmur.  Onu  yeyən  adam  evdən  çıxıb 

dokqaza çatınca yenə acır. Doğrudur, burada müəyyən (və folklor 

üçün təbii!)  hiperbola  vardır, ancaq  bütövlükdə  məzmun  həqiqəti 

əks edirməkdədir və bir daha əminlik yaranır ki, Dədə Qorqud ay-

rana doyran deməməkdə səhv etməmişdir. 

 

 

_______________ 



*  Dakqa  -  papaq  növü;  Şəkidə  dakqa  papaq  ifadəsi  də  var;  dokqaz  - 

döngə, küçələrin kəsişdiyi yer, bakılıların dili ilə tin). 




 

31

Göründüyü  kimi  birbaşa,  hökm  şəklində  deyilən  atalar  sözü 



eyni  mənanı  verən,  lakin  daha  bədii  şəkildə,  eyhamla  söylənən 

məsəlin açması kimi çıxış edir.  

Antologiyadakı daha bir məsələ nəzər salaq: 

Qonaq gələndə ev yiyəsi deyir: 

– Gəl, dəvəm, gəl. 

Yola salanda deyir: 

– Get, zurnaçım, get. 

Elə  bu  məsəlin  də  mənası  ilk  baxışdan  hamıya  aydın  olmur. 

Qərbi Azərbaycan folklorunun gözəl bilicisi, qafanlı Əbülfəz Hə-

sənovdan 1998-ci ildə eşitdiyim bir atalar sözü həmin məsəlin bi-

rinci yarısını açıqlayır: 

Qonaq ev sahibinin dəvəsidir,  

harda xıxlasa orda yatar. 

XX əsrin 60-cı illərinin sonunda böyük tarzən, bakılı Bəhram 

Mansurovdan  yazıya  aldığım  digər  atalar  sözü  isə  məsəlin  ikinci 

yarısının mənasını izah edir: 



Qonaq ev yiyəsinin zurnaçısıdır, 

nə görsə onu çalar. 

Bu atalar sözünün dalısında bir rəvayət durur. 

Bir gün Koroğlunun evinə qonaq gəlir, ancaq o, evdə olmur. 

Bir az keçmiş Koroğlu qayıdır. Arvadı deyir: 

– Qonaq gəlmişdi. 

Koroğlu soruşur: 

– Bəs sən onu evə dəvət etdinmi,  süfrə açdınmı, qulluq gös-

tərdinmi? 

Arvad deyir: 

– Yox. 


Onda Koroğlu deyir: 

– Mən getdim qonağın dalınca. Elə ki, gördün qonaqsız qayıt-

mışam,  sakitcə  yığış get atan evinə. Elə  et ki, daha  mən  sənə  bir 

söz deməyim. 

Nə  isə,  Koroğlu  Qıratı  minib  dördnala  çapır.  Qonağı  yolda 

haqlayıb gətirir evə. Gözəl bir süfrə açır. Gecə qonaq qalır bunun 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə