Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə29/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   25   26   27   28   29   30   31   32   ...   147

 

91

Bacı, naçar ağlama,  



Gündür keçər ağlama. 

Fələk örtən qapını 

Bir gün açar, ağlama. 

Kiçik bacı böyük bacını bolluca payla yola salır. 

 

 

Kim gözəldir? 



 

 

Bir padşah qəşəng bir imarət tikdirir. Bütün heyvanları hüzu-

runa çağırıb deyir: 

– Bu imarətin girəcəyində qızıl qəfəs var. Aranızdan ən gözə-

linin  mənzilidir ora. Bu qəfəsə düşənlər elə  füsunkar olmalıdırlar 

ki, imarətə gələnlər ona tamaşa eləməkdən doymasınlar.   

Kirpi iki balasını gətirib deyir: 

–  Padşah  sağ  olsun,  çox  gəzdim,  dolaşdim,  bunlardan  gö-

zəlini  tapa  bilmədim.  Gətirmişəm,  elə  bunları  qoyun,  gəlib-

gedənlər bunların gözəlliyinə tamaşa etsinlər. 

Hər kəsin öz balası özünə gözəl görünər.  

 

 



Qoysaydın, götürərdin 

 

 

Şəhərdə  hamıya  əl  tutan,  əlborcu  pul  verən  Vəli  adlı  adam 

varmış. Tanıyanlar:  “Vəli dayı,  mənə  filan qədər  pul  ver” deyən-

də, o, cavab verərdi: “Gəl, döşşəyi qaldır, say götür”. Kişi borcunu 

qaytarana da “Apar, döşşəyin altına qoy” - söyləyərmiş. 

Bir gün bir nəfər aldığı borcunu qaytarmamış, ikinci dəfə pul 

istəyir. Vəli dayı altı boş döşşəyi göstərib adəti üzrə deyir: 

– Get, döşşəyi qaldır, altından götür. 

Borc  istəyən  döşşəyin  altını  boş  görür,  bir  şey  anlamayib 

təəccübünü bildirir: 

– Vəli dayı, axı burada pul yoxdur. 

Vəli dayı deyir: 

– Qoymusan ki, olsun?.. 



 

92

Yenə  də  günlərin  bir  günü  gəlinlə  bir  nəfər  başqa  adam  da 



gəlib əvvəl aldıqlarını qaytarmamış, ikinci dəfə borc pul istəyirlər. 

Vəli  kişinin  “Qoymamısınız-götürməzsiniz”  sözlərini  eşidən  bu 

adamlar üzə salıb getmirlər. Qəflətən içəri girən bir uşaq deyir: 

– A gəlin, kişin səfərdən qayıdıb, bura gəlir. 

Bu xəbəri eşidən gəlin söyündüyündən qol açıb oynayır, Vəli 

dayıyla borc istəyən də ona qoşulub oynamağa başlayır.  

Vəli kişi birdən durub borc istəyəndən soruşur: 

–  Ədə,  mənim  pulum  gəlir,  ona  görə  oynayıram.  Gəlinin  də 

kişisi  gəlib  deyən  oynayır.  Bəs  sən  niyə  oynayırsan?  Sən  hansı 

işaa şadlanıb oynayırsan? 

– Mən də ona görə oynayıram ki, döşəyin altına pul gəlir.  

 

 



Ərəbin dəvəsiylə halallaşması 

 

 



Ərəbin  dəvəsi  onun  qapısında  qocalmışdı.  Ərəb  bu  dəvəni 

uzun  illərdən  bəri  işlətmiş,  xeyrini  görmüşdü.  Nəhayət,  dəvə 

xəstələnib ölürdü.  

Ərəb dəvənin  yanına gəlir, üzünü-gözünü sığallaya-sığallaya 

ona  öz  razılığını  bildirir,  halallıq  istəyir.  Dəvə  də  öz  sahibindən 

hörmət görmüşdü. Birdən onun yadına bir əhvalat düşür. O səbəb-

dən  də  dəvə  keyləşib  durur,  danışmır.  Bir  neçə  dəqiqədən  sonra 

dəvə dilə gəlib deyir:  

– Mən saa halallıq verən deyiləm.  

Ərəb soruşur:  

– Nə olub? Saa hansı pisliyim dəyib?  

Dəvə deyir: 

– Yadındadı, filan vaxt yaylağa kök aparırdıq. Onda sən mə-

nim noxtamın kəndirini eşşəyin quyruğuna bağlamışdın. Bu əhva-

lat  heç  vaxt  yadımdan  çıxmayıb,  bundan  sonra  da  yaşasam,  ya-

dımdan  çıxmaz.  O  iş  mənim  ürəyimə  xal  salıb.  Ona  görə  də  saa 

heç vaxt halallıq verən döyləm.  

 

 




 

93

Allah-Təalanın işinə qarışmaq olmaz 



 

 

Bir uşaq anadangəlmə kor imiş. Deyilənə görə tay-tuşlari onun 

əlindən  tutub  gəzdirər,  bağda-bağçada  yediklərindən  ona  da  verir-

lərmiş.  Uşağın  danışığından,  hərəkətlərindən  yazıqlıq  hiss  olunur-

du.  Hamı  ona  qayğıyla  yanaşırdı.  Bunu  görən  Musa  peyğəmbər 

uşağın  gözlərinin  açılması  təmənnası  ilə  Allaha  çox  yalvarır.  Bir 

gün uşağın gözləri açılır. O, yoldaşlarıyla oynamağa başlayır.  

Nədənsə,  həmişə  çimdikləri  hovuzda  uşaqların  hamısı  yara-

lanır:  birinin  qoluna,  başqasının  qıçına,  digər  birinin  qarnına  nə 

batırsa, su qan rəngi alır. Aləm bir-birinə dəyir. Valideynlər də işə 

qarışırlar. Hərə bir tərəfdən tökülüşüb hovuzu təmizləyir, təmiz su 

ilə doldururlar.  

Səhəri gün yenə hovuzda çimən uşaqlar al-qan içərisində ev-

lərinə qayıdırlar. Bu dəfə hovuzun dibini təmizləyib güdməyə baş-

layırlar.  Görürlər  ki,  gözləri  açılmış  uşaq  qarğının

31

  ucunu  şişlə-

yib, hovuzun dibinə batırır. Bəlli olur ki, uşaqları zədələyən həmin 

korun hovuza basdırdığı qarğılar imiş.  

Allah uşağın gözlərini yenə kor eləyir.  

Musa  peyğəmbər  üzünü  qibləyə  çevirir,  Allaha  yalvarır  ki, 

onun günahından keçsin. O, üzünü camaata tutub deyir:  

– Allah özü bilir, kimə  nə  eləyir.  Allah-Təalanın  işinə qarış-

maq olmaz.  

 

 

Əzrayılın dostluğu 

 

 

Rəvayətə  görə,  bir  nəfər  Əzrayılnan  dost  olur.  Bu  adam  bir 

gün Əzrayıla deyir: 

– Öləcəyimi qabaqcadan mənə xəvər elə.  

Əzrayıl  razılaşır.  Qonşuda  bir  adam  ölür.  Üstündən  iki  gün 

keçməmiş biri də dünyasını tapşırır. Səhəri kişi görür ki, Əzrayıl, 

budur, gəlib, ona deyir: 

– Cano almağa gəlmişəm.  

Kişi Əzrayıla deyir: 



 

94

– Axı, biz dost olduq, şərt kəsdik. Sənnən xahiş eləmişdim ki, 



bu işi eləməmişdən əvvəl mənə xəvər verərsən. 

Əzrayıl deyir:  

– Sənin sağındakı qonşun öldü, sonra solundakı qonşun öldü, 

bunlar sənə xəbər döyüldü? 

Kişi Əzrayıla yenə yalvarır: 

– Mənə iki gün də möhlət ver.  

Əzrayıl  üzünü  göyə  tutub  kişinin  istəyini  Allaha  çatdırır. 

Nida  gəlir  ki,  iki  gün  də  möhlət  verilir.  Kişinin  yaxşı  atı  varmış. 

Səhər tezdən  atı  minib sürətlə evdən uzaxlaşır. İkinci gün günor-

taya qədər yol gedir. Bir ucsuz-bucaqsız düzə gəlib çatır. Deyir: 

– Əzrayıl daa məni öyümdə tapmaz. Çıxıb gedər.  

İstəyir ki, dəstəmaz alıf namaz qılsın. Görür gəldiyi yolu toz-

duman  bürüyüb.  Toz-duman  bura  çatanda  içinnən  Əzrayıl  da 

peyda olur. Deyir: 

–  Kişi,  namazını  qıl,  vaxtın  tamamdı.  Sənin  canın  bu  yerdə 

alınmalı idi. Ona görə də sənə izn verildi ki, gəlib öz ayağınla bu-

ra çatasan.  

 

 



Hamam əhvalatı 

 

 

Deyirlər,  Şəki  rayonunun  Baş  Göynük  kəndində  yaşayan  bir 

kişi  arvadını  hər  şeyə  qısqanırmış.  Bu  adam  ovçu  olub.  Meşədə 

qurd-quşa  güllə  atanda  tüfəngin  çaxmağı  çıxıb  sifətini  eybəcər 

şəklə salıbmış. Ona görə də həmişə arvadınnan şübhələnirmiş. Bir 

gün  arvad  kişidən  icazə  alıb  Şəkidə  yaşayan  bacısıgilə  gedir.  Kişi 

axşam öyə dönəndə görür ki, arvad hələ qayıtmayıb. Bərk hirslənir, 

durub  başı  hovlu  şəhərə  gəlir.  Baldızıgilə  çatar-çatmaz öyrənir  ki, 

arvadı hamamdadı. Kişi elə bilir ki, hamam arvadlarnan kişilərin bir 

yerdə çimdiyi yerdir. Hamamın yerini öyrənir. Gedib xeyli aralı bir 

yerdə arvadı pusmağa başlayır: görək arvad hansı kişiylə çıxır. Kişi 

baxır  ki,  hamamın  qapısından  gah  arvadlar,  gah  da  kişilər  çıxır. 

Göynüklü düşünür ki, yəqin arvadı da bu kişilərlə çimirmiş. 

Nəhayət, arvad hamamın qapısından çıxır. 

Kişi: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə