Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə32/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   28   29   30   31   32   33   34   35   ...   147

 

101 


TARİXİ RƏVAYƏTLƏR 

 

Şeyx Şamilin naibi Hacı Muradın Nuxada  

son günlərilə bağlı tarixi rəvayətlər 

 

Birinci rəvayət 

 

Şamildən sonra Hacı Muradın adı Dağıstan dağlarında  yəqin 



ki,  ən  geniş  yayılandır.  Hacı  Murad  haqqında  aşağıdakı  rəvayət 

Şeyx Şamilin kürəkəni Seyid Əbdürrəhim Cəmaləddin Hüseyndən 

götürülmüşdür.  

…Bununla  belə  Hacı  Murad  knyaz  M.S.Voronsovdan  hara-

dasa  müsəlman  aullarının  birində  yaşamağa  icazə  istədi.  Bu  za-

man ona Nuxada yaşamağa icazə verildi. Onun üstündə gizli nəza-

rət qoyulmuşdu. 

Hacı  Muradın  həyatının  sonrakı  təfərrüatı  haqqında  mənə  o 

vaxtlar  (1852-ci  il) Nuxa  milisinin rəisi olmuş İlisu bəyi Hacıağa 

məlumat vermişdi. Sonralar Qafqaz dağ  idarəsinin rəisi  ilə  işləyə 

bilməyən Hacıağa ailəsilə birgə Türkiyəyə köçdü.  

Bir  dəfə  İstambulda  olarkən  mən  Hacı  Muradın  qaçması  və 

ölümünün  şahidi kimi onu axtarıb tapdım. O,  bu  təfərrüatları da-

nışdı:  “Mən  Hacı  Muradın  Nuxanı  Dağıstandan  ayıran  dağlara 

necə  də  həris  gözlərlə  baxdığını  müşahidə  etmişəm  və  bu  zaman 

başıma belə fikir gəlirdi ki, görəsən bu tip yenidən



*

 özününkilərin 

yanına qaçmaq istəmirki...? O, beləcə bir müddət Nuxada yaşadı.    

Bir dəfə o, şəhər ətrafına gəzməyə getmək arzusunu bildirdi. Buna  

icazə  verildikdən  sonra  Hacı  Murad  sədaqətli  dostları  ilə  atlarına 

minərək  şəhər  ətrafına  yollandılar.  Onu  müsəlmanlardan  biri 

(kimliyini  dəqiq  xatırlamıram),  bir  də  üç  mühafizəçi  –  gərək  ki, 

kazaklar, müşahidə edirdilər. Hacı Murad yol kənarındakı suyun  

----------------------- 

*30-cu  illərdə  Hacı  Murad  rus  və  avar  icmaları  arasında  özünü  vasitəçi 

kimi  qələmə  verirdi.  Onun  Şamillə  gizli  əlaqələri  aşkar  olunduqda  general 

Klyuqendunun  əmrinə  əsasən  həbs  edildi,  lakin  Şuraya  aparılarkən  özünü 

qayadan ataraq qaçmağa müvəffəq oldu. 



 

102 


yanında  dayanaraq  yoldaşları  ilə  birgə  namaz  qıldı,  dua  verdi. 

Namazı qurtararaq o, kazak rəisə müraciət etdi:  

– “Sən niyə dua vermədin, axı sən də müsəlmansan!” 

Kazak  bir  neçə  ehtiyatsız  söz  işlədərək  Hacı  Muradın 

sözlərini məsxərəyə qoydu. Bu zaman Hacı Murad qəzəblə: 

– “Sən kafirdən pissən və səni öldürmək günah sayılmaz!” – deyə 

çığıraraq  müsəlmanı  və  mühafizəçilərdən  birini  güllələdi.  Üçüncü 

kazak qaçaraq canını qurtardı, atla özünü Nuxaya çatdıraraq həyacan 

qaldırdı.  Hacı  Murad  isə  öz  nökərləri  ilə  dağlara  tərəf  atlandı.  Nuxa 

milisi Hacı Muradı təqib edərək ona yaxınlaşanda, o, sığınacaq tapmaq 

üçün meşəyə tərəf yönəldi. Lakin ərazini tanımadığına  görə  keçilməz  

bataqlığa  düşdü: ya dala, ya da qabağa gedə bildi. 

Dayanmalı oldu. Atlardan düşərək onları ağaca bağlayıb atış-

mağa  başlayırlar.  Atışma uzun  çəkdi, Hacı  Murad özü üçün cən-

nətə, məlakələrə yol açaraq onu təqib edənlərin çoxunu yerə sərdi. 

Qərəz ki, biz onu gücdən saldıq və o, yoldaşları ilə həlak oldular. 

Çoxlu sayda güllə yarası almağına baxmayaraq onun uzun müddət 

müqavimət  göstərməsi  məni  çox  təəccübləndirmişdi.  Lakin  onun 

əynindəki  geyimini  soyundurarkən  bəzi  şeylər  aydın  oldu;  onun 

bədənindəki  yaraların  hamısı  beşmetlə



32

  tutulmuş  və  bu,  görünür 

qan itgisini ləngidirdi. 

Mən Hacıağanı cəmi 2-3 dəfə görmüşəm və onun söylədikləri-

nin düzgünlüyünə boyun ola bilmərəm, çünki onu çox az tanıyırdım.       

Şamil  ilə  Hacı  Muradın  münasibətlərinin  son  vaxtlarına  qayı-

darkən  və  onların  arasında  yaranmış  düşmənçiliyin  səbəblərini 

araşdırarkən, düşünürəm ki, bunu Tabasaran yaxınlığındakı bir hərbi 

uğursuzluqdan daha dərinlərdə axtarmaq lazmdır. İş burasındadır ki, 

müəyyən hadisələrə əsaslanan İmam çoxdandır ki,  öz naibinə şübhə 

ilə  yanaşırdı. Bir dəfə Şamil Dağıstanın  nüfuzlu adamlarını  yığaraq 

oğlu Qazı – Maqomanı



33

 özünə varis seçməyi təklif etdi.  

Hamı bununla razılaşdı. Xeyli müddət keçdi… Bir dəfə Hacı 

Murad, Əhbardil-Məhəmməd və Qaziyev Andiyskinin arasında bu 

hadisə barəsində söhbət getdi. Bu adamlar Şamilin nüfuz və ləya-

qətinə - ağlına, igidliyinə, ədalətinə, bacarığına və s. lazımi qiymət 




 

103 


versələr  də,  onun  varisi  barədə  məsələni  açıq  hesab  edirdilər. 

Onlar bir səslə deyirdilər ki, “Qazı – Maqomanı seçiblər” –İmama 

xoş getmək üçün. Qazı-Maqoma özü isə belə seçimə layiq deyil”. 

Belə olduqda, guya ki, Hacı Murad qızışaraq demişdir:  

– Qılıncı daha iti olan İmam olacaq!” 

Bu giley-güzar bir qədər də üstünə qoyularaq Şamilə çatdırılmış 

və o, həmin vaxtdan bu üç nəfəri şübhə altında saxlamışdır. Bəlkə də 

buna görə Hacı Muradın bütün əvvəlki xidmətlərini yaddan çıxararaq 

bir hərbi məğlubiyyətinə belə ciddi əhəmiyyət verirdi.  

   


İkinci rəvayət 

 

A.A.Korqanovanın hekayəti Hacı Muradın Nuxada olmasının 



bəzi təfərrüatını, onun qaçması və ölümünün yeni təfsilatını verir. 

O, şəxsi xatirələrindən aşağıdakıları danışdı: 

– O  vaxtlar  mənim ərim Nuxa qəzasının rəisi  idi, bizimkilər 

və “tatarlar”ın rəğbətini qazanmışdır. Biz divarlarla ayrılmış geniş 

həyəti olan  ikimərtəbəli  mülk tutmuşduq. Ərimin  nəzarəti altında 

saxlanılan  Hacı  Murad  bizimlə  yox,  ayrı,  şəhərin  mərkəzi  hissə-

sində, kiçik mənzildə yaşayırdı. Onunla birlikdə sadiq 3 müridi də 

yerləşdirilmişdi.  Yadımdadır,  o  bizdə  cəmi  2-3  dəfə  olmuşdur. 

Birinci  dəfə  “tanışlıq”  məqsədilə,  ikinci  dəfə  isə  nahara  dəvət 

edilmişdi. Ərim hər ehtimala qarşı ehtiyat tədbirlər görmüşdü: hə-

yətdə  mühafizə  qoymuş,  nahar  verilən  qonaq  otağının  qarşısında 

isə keşikçilər dayanmışdı. Hacı Murad üçün tatar yeməkləri (plov 

və s.), bizim üçün isə adi yeməklər sifariş edilmişdi.  

Lakin  o,  ola  bilsin  ki,  zəhərlənməkdən  ehtiyat  edərək  heç 

nəyə əl uzatmadı. Bunu görən ərim birinci olaraq onun xörəyindən 

yeməyə  başladı.  Bu  zaman  Hacı  Murad  xörəyi  özü  tərəfə 

çevirərək  ərim  yeyən  hissədən  yeməyə  başladı.  Nahardan  sonra 

hamımız  eyvana  çıxdıq.  Hacı  Murad  atlara  baxmaq  istədi,  sonra 

baxdığı  atları  təriflədi,  xüsusən  də  qaçış  atlarını:  bu  atlarda  gəz-

mək  istədiyini  söylədi.  Ərim,  etimadsızlığın  onu  pis  vəziyyətdə 

qoyacağından  ehtiyatlanaraq  icazə  verdi.  Mən  də  uşaqlarımla  bir 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə