Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə35/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   31   32   33   34   35   36   37   38   ...   147

 

110 


Görünür,  yuxarıda  qeyd  olunan  Əlyazmasının  qazı  Hacı 

Əbdüllətifin  evində  olmasının  səbəbi  onun  Kərim  ağa  Fatehlə 

yaxınlığı olmuş, ya da Qasım Zakir bu əsəri Kərim ağa Fatehdən 

götürərək  oxumaq  üçün  götürmüşdür.  Qazı  isə  əlyazmasını  çap 

etdirmək üçün Xanıkova etibar etmişdir. 

Rəvayətə  görə  Qazı  Hacı  Əbdüllətif  xeyirxah,  tərəqqipərvər 

bir adam olmuşdur. O, öz pulu  hesabına oğlu  Rza  ilə  bərabər  iki 

nəfəri İstanbula oxumağa göndərmişdir. Onun haqqında Rusiyada 

çap olunan kitablarda da məlumat verilmişdir.  

Qasım Zakirin nəvələrindən Yunis Hacı Zəkəriyyənin qızı ilə 

evlənmişdir. Hacı Zəkəriyyə Şəkidə kiçik fabrika sahibi olmuşdur. 

 

Molla Cumanın ölümü ilə bağlı tarixi rəvayət 

 

Şura


37

  20-ci  ildə  gəlif,  (1920-ci  il  nəzərdə  tutulur.  H.Ə.)  mü-

haribə oluf, Qax rayonu keşmağa qoymadı qırmızı  qoşunu. Bunnan 

sora  caamat  Şuranı  qoymadılar  gəlmağa.  Şuranın  qoşunu  da  bizim 

kəndlərin hampalarını, böyüklərini tutub qırdılar. Bu səbəbdən biz də 

qaşdıx,  getdıx  Baş  Göynüyə,  üç  gün  dağda  qaldıx,  bular  (Molla 

Cuma və yaxın dostları. H.Ə.) qaşmadılar. Üç günnən sora didilər ki, 

irəhatdıxdı,  gəlin  kəndə.  Gəldox,  gördox  ki,  Molla  Cumagili;  yəni 

Molla  Cumanı,  Abbası,  Məhəmmədi,  Hüseyni  -  50  metr  aralıda 

qılıncınan qırıtdılar. Ədyala bir-bir qoyuf gətirif basdırdox. 

Molla Cumanın meyitini öylərinə qoyanda urus əsgərləri eşiyh-

də  dəyanmışdılar.  Molla  Cumanın  arvadı  əlində  balta  vay-şivən 

qışqırırdı ki, hanı o kafirlər, oların təpəsini  yarıcəm, öldürucəm. Bu 

vaxt onu da əsgərlər gülliynən atdılar. Belə əhvalatlar olmuşdu.  

   

 

Oryat kəndi ilə bağlı tarixi rəvayət 

 

 



Rəvayətə  görə  Oryat  kəndinin  sakinləri  Əmir  Teymurun

39 

ordusuyla Şəkiyə gəlib  bu  yerlərdə qalmış  moğol



40 

tayfasının qa-

lıqlarıdır.  Kəndin  adının  Əmir  Teymurun  adı  ilə  bağlı  olmasını 

fərz  etmək  olar  (Əmir  Teymura  Oryat,  bəzi  mənbələrdə  Oyrat 




 

111 


Teymur  da  deyirdilər).  Oryat  kəndi  vaxtilə  Şəki  qəzasının  2-ci 

dairəsinə  daxil  idi.  Bu  kənd  Şəki  şəhərinin  yaxınlığında  yerləşir 

(bu ad ilə iki kənd də Salyan qəzasının Xıllı dairəsində, Kür qıra-

ğında mövcuddur).   



 

Topal Teymurun tək əyax qaza qonaq edilməsi 

 

Rəvayətə  görə  Göynüklü  bir  kəndli  eşidir  ki,  Əmir  Teymur 



(Topal Teymur) hər yeri qarət edə-edə gəlib bu kəndə çatıtdı. Nə 

edəcəyini bilmir. İstəyir ki, onu əli boş yox, əli dolu, urvatdı qar-

şılasın. Arvadına deyir ki, eşikdəki qazlardan birini kəs, bişir, apa-

rım gedim Teymuru görüm.  Arvad qazı  bişirərkən özünü saxlaya 

bilməyib onun bir əyağını (budunu) yeyir. Qalan hissəsini bir boş-

qaba yığıb ərinə verir. Kəndli sovqatı götürüb Teymurun görüşünə 

gedir.  Teymur  yaylığı  açıb  görür  ki,  boşqabda  bişmiş  qaz  var. 

Ancaq  qazın  bir  budu  yoxdur.  Sərkərdənin  rəngi  tutulur,  o  bunu 

kəndlinin ona sataşması kimi, onun əyağının şikəst olmasına işarə 

kimi  anlayır.  Qazın  bir  budunun  olmamasını  görən  kəndli  də 

yerində  donub  qalır.  Teymur  qəzəbini  saxlaya  bilmir,  kəndliyə 

acıqlanır ki, sən nə cürətlə məni ələ salırsan, qazın bir əyağı hanı. 

Özünü bir təhər ələ alan kəndli də, sən demə, hazırcavab imiş. O 

da qayıdır ki, hökmüdar sağ olsun, buralarda qazın bir əyağı olur. 

Bu  sözdən  hökmdar  daha  da  hirslənir,  deyir  ki,  bu  ola  bilməz, 

qazın iki əyağı olur. Kəndli isə təkid edir ki, bu tərəflərdəki qazlar 

bir əyaqlı olur. Kəndli bu çəkişmə zamanı eşikdə hovuzun üstündə 

bir  qazın  tək  əyax  durduğunu  görür.  Tez  Teymura  deyir  ki, 

hökmdar, bir baxın, mənə inanmırdınız, hovuzun üstündəki qazın 

da bir əyağı var. Bu anda bir ovçu ox atır. Qaz iki əyağı ilə qaçır. 

Topal  hirslənərək  deyir  ki,  səni  asdıracam,  gördün  ki,  qazın  iki 

əyağı  var.  Kəndli    rəngini  pozmadan  dillənir:  -  Hökmdar  sağ  ol-

sun, əgər o ox sənə dəysəydi dörd əyağın olardı. 

 

 

 

 

 

 

 



 

112 


P

P

Ə

Ə

H

H

L

L

İ

İ

V

V

A

A

N

N

 

 

 

 

R

R

Ə

Ə

V

V

A

A

Y

Y

Ə

Ə

T

T

L

L

Ə

Ə

R

R

İ

İ

 

 

 

 

Pəhlivanın qızı 

 

 

Günlərin bir günü Şamaxıda özünə gümanı gələn bir pəhlivan 

Şəkiyə  gəlir.  Bir  tanışıgilə  düşür,  2-3  gün  qonaq  olur.  İsa  pəh-

livanın  şəhərdə  bir  tükanı  vardı.  Şamaxılı  qonaq  hər  gün  ora  baş 

çəkib soruşardi:

 

– Şəki pəhlivanı tükənə gəlibmi? 



Nəhayət,  şamaxılı  pəhlivan  faytona  oturub  Şəki  pəhlivanı 

Məhərrəmgilə gəlir.  

Pəhlivan  Məhərrəmin  evi  şəhərin  yuxarı  hissəsində  imiş. 

Qonaq Məhərrəm kişinin qapısında düşür, faytonu qaytarır. Sonra 

qapını döyür. Qabağa bir yeniyetmə qız çıxır. Ondan soruşur: 

– Qızım, Məhərrəmin evi buradı?  

– Bəli.  

– Məhərrəm evdədi?  

– Yaylağa geyitdi. Bir-iki saata qayıdacax.  

Qız qonağı içəri dəvət edir. Kişi pilləkanın ağzında çarıqlarını 

çıxardanda deyir: 

– A qızım, bunnarı elə yerə qoy it aparammasın. 



Qız seyvanda püşdü, mitəkkə, döşşək qoyur. Adət üzrə, qona-

ğın  ayağını  yuyur.  Süfrə  açır,  samovar  gətirir.  Yeməkdən  sonra 

qonaq  xeyli  dincəlir.  Məhlədə  axan  bulağa  düşüb  yuyunmaq 

istəyir. Pilləkəndən enir, amma ayaqqabısını tapmır. Deyir: 

– Qızım, mənim çarıxlarım hanı?  

Qız mətbəxdən dillənir: 

– Tirin altındadı. 

Şamaxılı  pəhlivan  bu  işə  məəttəl qalır: qız  balkonun tirini qal-

dırıb  çarıxları  altına  qoymuşdu.  Qonaq  nə  qədər  dartır  çarığı  ordan 

çıxardammır. İstəyir tiri qaldırsın, bacarmır. Axırda hirslənib deyir: 

– Ay qız, bu nə işdi başıma açmısan? Çarıxları bərk dartsam, 

cırılacaq. 

Qız gəlir, çiynini verib seyvanın tirini qaldırır. Deyir: 

– Burda nə var ki, sən onu qaldırammırsan? Di, əyil, götür.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə