Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə34/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   30   31   32   33   34   35   36   37   ...   147

 

107 


ilk  dəfə  müəllifin  sağlığında  1858-ci  ildə  Sankt-Peterburqda  aka-

demik  Bernard  Dorn  (1805-1881)  əlyazmadan  götürərək  “Auszuge 

aus  muhammedanischen  Schriftstetelleren…”  kitabında  verib.  Əsər 

burada  515-531-ci  səhifələrdə  “Şəki  xanlarının  ixtisar  üzrə  tarixi. 

Qazı Əbdüllətif əfəndi təsnifidir” başlığıyla təqdim olunub

*



1926-cı ilədək Dornun nəşrindən götürülərək yenidən nəşr olu-

nan həmin “Tarix”in əsl yazarı bilinməyib, o, oxuculara Qazı Əbdül-

lətif Əfəndinin əsəri kimi tanıdılıb. Nəhayət, “Şəki xanlarının ixtisar 

üzrə tarixi”nin həqiqi müəllifinin Kərim ağa Fateh ol-duğu 1929-cu 

ildə  Salman  Mümtaz  tərəfindən  təkzib  edilməz  faktlarla  sübuta 

yetirildi. Yazarın “Qazı Əbdüllətif Əfəndi təsnifidir” göstərilməsinin 

baisi və yanlışlığın səbəbkarı isə N.V.Xanıkov (1819-1878) olub. 

Dorn yazır: …Xanıkov 1858-ci ildə mənə bu əsərin tərtibçisi 

haqqında  aşağıdakıları  yazdı:  “Şəkinin  kiçik  tarixinin  müəllifi 

mənim  dostum,  Nuxa  şəhərinin  irsən  qazısı  Hacı  Əbdüllətif 

Əfəndi  Hacı  Səlim  oğlundan  başqa  heç  kəs  ola  bilməz.  Bu,  indi 

altmış yaşlı bir adamdır. O, ərəb dilini yetərincə yaxşı bilir və fars 

poeziyasıyla  çox  məşğul  olub.  1845  və  1846-cı  illərdə  İstanbul, 

Misir və Məkkəyə ziyarət edib, Bağdad, Qezbelu, Həmədən, The-

ran, Təbriz və Suriyadan keçərək öz yurduna dönüb…”  

Salman  Mümtaz  Qazı  Əbdüllətifin  N.V.Xanıkovun  Dorna 

yazdığı  yuxarıdakı  məktubunda  göstərildiyi  kimi  Hacı  Səlimin 

yox, Hacı Əbdüssalamın oğlu olduğunu müəyyən edir. Daha sonra 

S.Mümtaz  “Tarix”in  məzmununa  istinadən  müəllifinin  bilavasitə 

Kərim  ağa  Fateh  olduğunu  təsdiq  edir:  …xülasə…tarixçənin 

müəllifi  Hacı  Əbdüssalam  oğlu  Əbdüllətif  olmayıb.  “Fateh”  tə-

xəllüs Kərim ağa Şəkixanovdur ki, hələ gənc ikən yazmışdır. “Şə-

ki xanlarının ixtisar üzrə tarixi” Kərim ağa Fatehin adı altında ilk 

nəşrdən 100 il sonra 1958-ci ildə buraxılıb. 

“Şəki  xanlarının  ixtisar  üzrə  tarixi”  ilə  əlaqədar  aşağıdakı 

tarixi  rəvayəti  Qazı  Hacı  Əbdüllətifin  nəslindən  olan  Lətifov 

Yaqub İsaq oğlu nəql etdi: 

____________________ 

*  Ədalət  Tahirzadə.  Şəkinin  tarixi  qaynaqlarda.  Bakı.  2005  “Master”       

s. 13, 14 




 

108 


–  Şəkili  Qasım  Zakir  zəmanəsinin  savadlı,  yaradıcı  insan-

larından,  ziyalılarından  olmuş,  Zakir,  xəstə  Qasım  təxəllüsü  ilə 

şeirlər  yazmışdır.  Qasım  Zakir  Qasım  bəy  Zakirin,  Kərim  ağa 

Fatehin  (Şəkixanovun)  müasirlərindəndir.  Onun  Qasım  bəy  Za-

kirlə deyişmələri  barədə rəvayətlər gəzir. O, deyişmələrdə Qasım  

bəyə  qalib  gələrmiş.  Bir  rəvayətə  görə  Qasım Zakir Şuşada ke-

çirilən ənənəvi  şairlər  məclisinə dəvət olunmuş  və burada zəhərli 

şərbətlə  öldürülmüşdür.  Həmin  məclisdə  Qasım  bəy  Zakirin  də 

olduğu güman edilir. 

Qasım  Zakir  qızını  şəkili  Hacı  Əbdüssalam  Əfəndinin  oğlu 

Hacı Əbdüllətifə (Avdılətif)  vermişdir. Hacı  Əbdüllətif dövrünün 

mütərəqqi adamlarından olmuş, Şəkinin qazısı idi. “...Əbdül Lətif 

Əfəndi  xristian  Rusiyasına  qarşı  müsəlman  xalqlarının  azadlıq 

mübarizəsinin görkəmli ideoloqlarından olmuşdur. Təsadüfü deyil 

ki, rus məmuru (Prujanovski nəzərdə tutulur. H.Ə.) öz məktub-

raportunda  əsasən  üsyanın  (1844-cü  il  Şuşa  hadisələri  nəzərdə 



tutulur.  H.Ə.)  baş  ideoloqu  hesab  etdiyi  Əbdül  Lətif  Əfəndi 

haqqında  məlumat  verir  və  onu  “Çox  ağıllı  və  ehtiyatlı  bir  şəxs 

olan,  uğuru  təsadüflərdən  asılı  olan  işlərə  açıq  şəkildə  qoşulmaq 

istəməyən siyasətçi kimi qiymətləndirir”. “Əbdül Lətif Əfəndi si-

yasi proseslərdə  fəal  surətdə iştirak edirdi.  Qazı keçmiş İlisu sul-

tanı  Danjal  bəylə,  Nuxalı  Süleyman  xanla  əlaqə  saxlayır,  Cəfər-

qulu  ağa  ilə  Mehdiqulu  xanı  barışdırmağa  çalışırdı.  Çar  məmu-

runun  yazdığına  görə,  Əbdül  Lətif  Əfəndi  Şeyx  Şamilin  uğur-

larından  faydalanmaq,  hökumət  əleyhinə  vahid  cəbhə  yaratmaq 

məqsədilə  Şuşa  qazısı  Əbdül  Qasımla  birgə  1844-cü  il  Şuşa 

həyəcanını təşkil edənlərdən biri idi”. 

...1844-cü  ilin  fevral  ayının  sonlarında  Əbdül  Lətif  Qarabağı 

tərk  edərək  Naxçıvana,  oradan  da  Təbrizə  yola  düşür.  50  gün 

Təbrizdə  qaldıqdan  sonra  İlisu  sultanının  məğlubiyyət  xəbərini 

eşidən  qazı  yolunu  Qars,  Ərdəhan  və  Trabzondan  salaraq  İstanbula 

gedir. Prujanovski hesab edir ki, qazı, arzuları puç olduğundan, çətin 

ki, bir də vətənə qayıtsın. Lakin çar məmurunun arzusu 2 ildən sonra 

gerçəkləşəcəkdi.  1846-cı  ildə  Əbdül  Lətif  Əfəndi  Məkkəyə  Həcc 




 

109 


ziyarətinə gedir və bir daha geri dönmür. Vətəndən uzaqda dünyasını 

dəyişən  qazının  başladığı  işləri  Əbdül  Qasım  davam  etdirir”.  (bax: 

Rəhim Hüseynli, “Azərbaycan ruhaniliyi”, ss. 76, 77)   

Qasım  Zakirin  qız  nəvələri,  yəni  Hacı  Əbdüllətif  Əfəndinin 

övladları  -  Əbdül  Rəhman  Əfəndi,  Rza  bəy,  Hacı  Səməd,  Yunis, 

Sayalı, Zəhra,… Əbdül Rəhman Əfəndi Nuxanın qazısı idi. “Mü-

səlman  ruhaniliyinin  təşkili  məsələsində  ali  mənsəbli  ruhanilərin 

iştirakının vacibliyini dərk edən Voronsov onları hökumətlə birgə 

işləməyə  sövq  etməyə  çalışırdı.  Bu  məqsədlə  o,  Nuxa  qazısı 

Əbdül  Rəhman  Əfəndini  poruçik  rütbəsi  ilə  təltif  etmək  barədə 

çara müraciət etdi. Rusiyaya nifrət bəsləyən, imperiya ərazilərində 

yaşayan  bütün  müsəlmanları  çarizmə  qarşı  mübarizəyə  səfərbər 

etməyə  çalışan  Əbdül  Lətif  Əfəndinin  oğlu  olan,  lakin  atasından 

fərqli  olaraq  imperiyaya  sədaqətlə  qulluq  edən  Əbdül  Rəhman 

əhalini  hökumət  əleyhinə  çıxışlardan  çəkindirdiyinə,  1845-ci  il 

hadisələri  zamanı  gizlənən  cinayətkarların  tutulmasına  kömək 

etdiyinə  görə  və  bundan  sonra  da  hökumətə  hər  cür  yardım  gös-

tərməyə hazır olduğuna görə bu mükafata təqdim olunurdu”. (bax: 

Rəsul Hüseynli. “Azərbaycan ruhaniliyi”. Bakı-2002. s. 68) 

Rza bəy İstanbulda təhsil almış və orada da yaşamışdır. Onun 

böyük  oğlu  (Hacı  Əbdüllətif  Əfəndinin  nəvəsi  H.Ə.)  Əbdüllətif 

Lütvi  İstanbulda  Ədliyyə  məmuru  (müşavir),  digər  oğlu  Mə-

həmməd Asim isə həkim işləmişdir. Qızının adı isə Zəlihədir. 

Hacı Səmədin bir qızı olmuşdur. 

Yunisin övladları: İsə, İsaq, Xəlil. 

Qasım  Zakirin  nəticəsi  Molla  İsə Şəkidə Məhəmməd Əfəndi 

ziyarətinin mühafizi olmuşdur. 

Qasım Zakirin kürəkəni Hacı Əbdüllətifin Şəkidə qonağı olan 

şərqşünas  N.V.Xanıkov  “Şəki  xanlarının  müxtəsər  tarixi”nin  əl-

yazmasını  onun  evindən  götürmüş,  təxminən  1858-ci  ildə  Hacı 

Əbdüllətif  Əfəndinin  adından  (müəllif  kimi)  Peterburqda  çap  et-

dirmişdir. Lakin, bu əsərin Hacı Çələbi xanın nəslindən olan Mə-

həmməd  Hüseyn  xanın  (Müştaqın)  nəvəsi,  Fətəli  xanın  oğlu  Kə-

rim ağa (Fateh) tərəfindən yazıldığını S.Mümtaz sübut etmişdir. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə