Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə31/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   27   28   29   30   31   32   33   34   ...   147

 

98

baxmayaraq çox ağıllı, sadə və ədəb-ərkənli idi. Bir dəfə Padşahla 



qızı  arasında  arvadın  ailədə  yeri,  rolu,  kişinin  kişi  kimi  yetişmə-

sində  onun  xidməti  barədə  söhbət  düşdü.  Padşah  bu  məsələlərdə 

arvadın  rolunu  inkar  edirdisə,  qız  qətiyyətlə  bildirirdi  ki,  kişini 

kişi  edən  arvad  olar,  yaxşı  arvada  rast  gələn  kişi  xoşbəxt  olar. 

Padşah da öz dediklərində israr edərək qayıdır ki, deməli, mənim 

padşah  olmağımda  arvadımın  xidmətləri  vardır?  Qız  da  söz  al-

tında  qalan  qazlardan  deyilmiş.  Deyir,  bəli,  sənin  padşah  olma-

ğında  arvadının  böyük  xidməti  var.  Qızın  bu  sözü  padşaha  bərk 

dəydi, onu part etdi. O dedi ki, sənin sözündən belə çıxır ki, mən 

səni  həyətdəki  çobana  ərə  versəm,  sən  onu  əsl  kişi  edə  bilərsən. 

Qız  dedi,  bəli.  Padşah  çobanı  yanına  çağırtdırıb  niyyətini  ona 

bidirəndə çoban çaşıb qaldı, cavab  verməyə söz tapmadı. Toy tə-

darükünü görüb Padşahın qızını çoban verdilər. Təzə ailə qurmuş 

Padşahın  qızı  və  çoban  maddi  çətinlik  içərisində  yaşayırdılar, 

Padşah onlara  heç  bir köməklik göstərmirdi. Lakin Padşahın qızı 

bu  çətinlikləri  çobanın  üzünə  vurmur,  əksinə,  həmişə  ona  ürək-

dirək verir, səbr və təmkinli olmağa çağırırdı. 

Vaxt ötür. Çobanın arvadı ana olmağa hazırlaşır. Çoban ailə-

də  vəziyyətin  çox  ağır  olduğuna  dözməyib  bir  dolanacaq  yeri 

axtarmağa başlayır. O, karvanlar keçən səhraya gedir ki, orada ya 

tacirlərə  kömək  edər,  ya  da  ki,  onlara  qoşulub  pul  qazanmağa 

gedər. Böyük bir karvanın başçısı çobanı özü ilə götürməyə razılıq 

verir.  Karvan  ucsuz-bucaqsız  səhrada  qızmar  günəş  altında  xeyli 

yol getdikdən sonra sudan korluq çəkməyə başlayır, bu arada yol 

qırağında  bir  içməli  su  quyusuna  rast  gəlir.  Karvanbaşı  quyuya 

düşüb  su  çıxaran  adama  böyük  məbləğdə  pul  vəd  edir.  Quyuya 

düşən  birinci  adamın  al  qanı  və  meyiti  üzə  çıxır.  Quyuya  düşən 

ikinci  adamın  da  aqibəti  belə  olur.  Bu  dəfə  çoban  özü  quyuya 

düşmək qərarına gəlir ki, su çıxarda bilsə pul qazanar və arvadının 

yanına  üzü  ağ  qayıdar.  O  vedrə  ilə  su  quyusunun  dibinə  enir. 

Görür ki, burada bir əjdaha oturub, su dalınca quyuya düşənləri də 

o  parçalayıbmış.  Əjdaha  bir  yaşıl  qurbağaya  aşiq  olmuşdu,  onun 

eşqindən  dəli-divanə  idi,  lakin  qurbağa  ona  könül  vermirdi. 



 

99

Əjdaha çobana dedi ki, sənə bir sual verəcəm, düzgün cavab ver-



sən,  sağ-salamat  suyu  da  aparıb  gedərsən.  Əgər  suala  cavab  verə 

bilməsən sənin də  aqibətin yoldaşlarınınkı kimi olacaq. 

Əjdaha sual edir ki, dünyada ən şirin şey nədir? Çoban cavab 

verir ki, dünyada ən şirin könül sevəndi. Əjdaha bu cavabdan çox 

razı qalır, çobana üç dənə nar verir və su aparmasına da razı olur. 

Çoban quyudan çıxardığı su ilə karvanın su ehtiyacını ödəyir, ona 

isə  vəd  olunmuş  pulu  verirlər.  Çoban  bir  nəfər  çaparla  pulu  və 

narları arvadına göndərir, özü isə karvanla pul qazanmağa gedir. 

Çobanın  arvadı  pulu  xərcləyir,  narları  isə  saxlayır  ki,  əri 

səfərdən  qayıdandan  sonra  birlikdə  yeyərlər.  Lakin  hamiləlik 

müddəti  yaxınlaşdıqca qadın özünü saxlaya  bilmir və narın  birini 

kəsir.  Bu  zaman  narın  içindən  ləl-cavahirat  tökülür.  Qadın  qalan 

narı da kəsir və onların da  içindən qiymətli qaş-daş,  ləl-cavahirat 

tökülür.  Çobanın  arvadı  ləl-cavahiratı  sataraq  özlərinə  möhtəşəm 

bir saray tikdirir. Bir müddət sonra çoban səfərindən qayıdır, lakin 

evini  tapmır.  Onun  vaxtilə  yaşadığı  ev  yerində  yox  idi.  Çobanı 

gözəl bir saraya aparıb deyirlər ki, bura sənin evindir. O, gözlərinə 

inanmır, bunun nə iş olduğunu anlamır. Nəhayət, arvad onu gülə-

rüz və nəvazişlə qarşılayır, əhvalatı olduğu kimi danışır. 

Padşaha  xəbər  vermişdilər  ki,  bu  məmləkətdə  bir  Padşah  da 

peyda olub, özünə gözəl saray tikdirib. Padşahın qızı çobana deyir ki, 

indi  vaxtdır,  gəl  atamı  qonaq  çağıraq,  bizim  necə  yaşamağımızı  öz 

gözlərilə  görsün,  lakin  sən  heç  nə  danışma,  sakit  otur,  qoy  o  səni 

tanımasın. Padşahı qonaq çağırırlar. Lakin ona deyirlər ki, səni  yeni 

saray tikdirmiş təzə padşah qonaq çağırır. Qonağı təzə padşah sifətilə 

çoban  qarşılayır,  əvvəldən  hazırlanmış  məddahlar  təzə  şahın  şəninə 

təriflər söyləyirlər. “Təzə Padşah”- çoban isə arvadının tövsiyyəsinə 

əməl edərək susur, heç nə danışmır. Məclisin şirin yerində Padşahın 

qızı  pərdə  arxasından  çıxaraq  atasını  və  qonaqları  salamlayır,  deyir 

ki, bu “Padşah” isə mənim ərimdir. Qız atasına müraciətlə deyir ki, 

ata, mən sübut etdim ki, kişini kişi edən arvad olar. Padşah bu işə çox 

təəccüb etsə də, qızı ilə razılaşmağa məcbur olur. 

 

 

 




 

100 


Beşik daşı 

 

Zunud  kəndinin  Qaya  arası  dərəsində  bir  daş  var  idi.  50-60 

sm hündürlüyündə, 2 metr uzunluğunda beşiyə oxşayan iri daşdır. 

Həmin daş haqqında rəvayət belədir: 

–  Düşmən  kəndə  basqın  edəndə  camaat  qaçmağa  başlayıb. 

Ana  uşağını  beşikdən  açmağa  macal  tapmayıb,  beşiyi  götürüb 

dərə  yuxarı qaçmağa  başlayıb. Düşmən ona  yaxınlaşan  məqamda 

ana  beşiyi  qoyub-qaçmağa  məcbur  olub.  Beşiyi  yerə  qoyub  və 

Allaha  yalvarıb:  -  Allah,  balama  qılınc  batmasın,  uşağı  səndən 

istəyirəm.  Beşik  uşaq  qarışıq  daşa  dönüb.  Düşmən  qılınc  çalıb, 

amma daşı kəsməyib. Daşın üstündə çalın-çarpaz iz var idi. Guya 

bu izlər düşmən qılıncının izləri idi.  

Daş  uzun  müddət  ziyarət  olub.  Uşaqsız  analar  daşın  üstünə 

ziyarətə gələrdi. Öz diləyini diləyərdi. Arzusuna çatardı (hər halda 

arzusuna çatanlar çox idi). Qonşu kəndlərdən də bura gələnlər var 

idi. Daş indi yoxdur. 



Qeyd: Daş 1988-ci ildə naməlum adamlar tərəfindən parça-

lanıb. Kim,  nə səbəbə məlum deyil.    

 

Gözəlliyi görmək qabiliyyəti 

 

Deyirlər, guya Ərəbistan çölündə ən qaynar temperatura olan 



fəsildə  təsadüfən  bir  it  ölüb,  onu  araba-furqon  basıb  əzdiyindən, 

bütün iç-çalatı çölə tökülüb. İy-qox bütün ətrafı basıbmış  və artıq 

adamlar yol ilə deyil, bu murdar məxluqdan kənar aralanıb gedir-

lər  ki,  iy-üfunət  onları  boğmasın.  Guya  bir  nəfər  ağ  xalatda  olan 

hakimanə, ağsaqqal şəxs əlində çomağı, addımlayıb itin lap yaxın-

lığında  dayanır,  ona  mənalı  baxışlarını  dikəldib,  çomağı  ilə  itin 

ağzındakı ağaran dişlərini göstərib deyir ki, “gör necə də gözəl sə-

dəf dişləri var, incidən yaranıb, sanki”. Bu ağsaqqal - İsmayıl Pey-

ğəmbər  olubmuş.  Göründüyü  kimi,  Peyğəmbər  öz  insanpərvər, 

aliliyi ilə ən murdar bir canlı məxluqun bədənində qiymətli inciyə, 

brillianta bənzər element olmasını görə bildi.         

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə