Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə33/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   29   30   31   32   33   34   35   36   ...   147

 

104 


neçə  keşikçinin  müşayiətilə  ekipajda  onlarla  getdik.  Hacı  Murad 

uzaqlara  getməyi  xahiş  edirdi.  Ərim  onun  bu  xahişini  də  rədd 

etmək  istəməyərək  bizi  müşahidə  edən  knyaz  Tumanova 

müraciətlə dedi: “Xahiş edirəm, mənim ailəmlə evə qayıt, mən isə 

bir az da Muradla gəzəcəm”. Bu dəfə hər şey yaxşı keçdi. 

Sonrakı  və  üçüncü  gün  H.Murad  yenidən  gəzməyə  çıxmaq 

istədi.  Ərimin  təxirəsalınmaz  işləri  olduğuna  görə  o  özü  gedə 

bilmədi,  ona  2-3  keşikçi  verdi,  Hacı  Murad  isə  özü  ilə  ayrılmaz 

dostlarını götürdü. Onlar Nuxadan xeyli  məsafə uzaqlaşdıqda (10 

verst)


34

,  Hacı  Murad  birdən  atını  çevirib  keşikçilərə  atəş  açaraq 

birini öldürmüş, digərləri isə atlarını çaparaq aradan çıxa bildilər. 

Hacı Murad isə qaçdı. Ərim hadisədən xəbər tutan kimi qaçanları 

tutmaq  üçün  ətraf  kəndlərə  atlılar  göndərdi.  O,  qaçanların  hansı 

yolla getdiklərini  bilirdi,  bu onlar  üçün  yeganə  mümkün  yol  idi, 

digər yol isə Nuxadan keçirdi.   

Bir  neçə  yüz  insan  toplaşmışdı.  Bu  zaman  H.Murad  meşədə 

gizlənərək  ölənədək  atışmağa  başladı.  Ərimə  xəbər  gətirdilər  ki, 

Hacı  Murad  öldürülmüşdür  və  başını  gətirirlər.  Ərim  onları  qar-

şılamağa getdi. Biz isə sakitləşə bilmir, hətta qorxudan ağlayırdıq.  

H.Muradın  tatar  işğalçılarına  başçılığı  ilə  gəfləti  gəlişi  hər 

şeyi alt-üst etmişdi. Qala divarlarına bənzər fərş daşları ilə hörül-

müş  divarla  ayrılmış  həyətimizə  çoxlu  sayda  Nuxalı  xristianlar: 

məmurlar, onların ailələri və b. toplaşmışdılar. Onlar bütün gecəni 

yuxusuz  bizim  həyətdə  keçirdilər.  Səhəri  gün  hamı  sakitləşdi, 

ərim  isə  baş  vermiş  hadisə  ilə  bağlı  məruzə  yazaraq  H.Muradın 

başını Tiflisə apardı.  



 

Şeyx Şamilin Şəki xanı Hacı Çələbi xanla  

qohumluğuna dair tarixi rəvayət 

 

Qafqazda  milli-azadlıq  hərəkatının  başçısı,  böyük  sərkərdə 

şeyx  Şamil  1871-ci  il  fevralın  4-də  Mədinədə  öz  əcəli  ilə  vəfat 

etdi.  Onu  Məhəmməd  Peyğəmbər  (Ə.S.)  yatan  torpaqda-Cənnət-

əl-Baki  qəbiristanlığında  şərəflə  dəfn  etdilər.  Atasının  dəfnindən 



 

105 


sonra Türkiyəyə qayıdan Qazı Məhəmməd Türk ordusunda gene-

ral-mayor  rütbəsi  ilə  hərbi  xidmətdə  qaldı.  1877-ci  ildə  rus-türk 

müharibəsi  başlananda  onu  çərkəzlərdən  təşkil  olunmuş  Bayazid 

qalası  uğrunda  vuruşan  süvari  diviziyanın  komandanı  təyin  etdi-

lər. Qazı  Məhəmmədin ruslara qarşı  vuruşduğunu eşidən rus ala-

yının komandiri mayor Ştokvis general Qazı Məhəmmədə belə bir 

məktub  göndərir:  “Türk  ordusunun  diviziya  generalı  Qazı 

Məhəmməd Şeyx Şamil oğluna! Ayıb deyilmi? Axı, Siz 1866-cı il 

avqustun  26-da  Kaluqadakı  Zadəganlar  Sarayında  igid  atamızla 

birgə Rusiyaya sədaqətli olacağınız haqqında and içmisiniz. Yəqin 

ki,  mərhum  atanız  Şeyx  Şamil  sağ  olsaydı,  bu  hərəkətinizə  görə 

Sizi bağışlamazdı” Deyilənə görə, məktubu alan Qazı Məhəmməd 

heç kəsə heç nə demədən Bayazid qalası uğrunda gedən döyüşləri 

yarımçıq qoyub getmişdir. Görünür, atasının  içdiyi andının  xatır-

ladılması onu bu addımı atmağa məcbur etmişdi. 

Qazı  Məhəmməd  1833-cü  ildə  Şamilin  birinci  arvadı  Fatimat-

dan  dünyaya  gəlmişdi.  Şamil  onun  adını  Dağıstanın  birinci  İmamı, 

ustadı  və  müəllimi  Qazı  Məhəmmədin  şərəfinə  qoymuşdu.  Onun 

arvadı  Kərimət  xanım azərbaycanlı  idi.  Kərimət 16  il  Şeyx Şamilin 

birinci  naibi  olmuş  general  Daniyal  bəy  Sultan  Əhməd  xan  oğlu 

İlisulunun qızı idi. Rusiyada “Qafqaz gözəli” adı ilə şöhrət tapmışdır. 

Qazı  Məhəmməd  Sankt-Peterburqda  operada  olarkən  yanındakı  ya-

vərinə demişdir: “Görürsənmi, bütün bu böyük şəhərdə mənim Kəri-

mətimə  bərabər  gözəl  yoxdur”.  Sürgündə  olarkən  ən  çox  yuxusuna 

girən İlisunun dağları  və şəlalələri olmuş  və doğma kəndindən  həs-

rətlə,  dönə-dönə  danışıb  kövrəlmişdir.  Kərimət  1862-ci  ildə  25  ya-

şında Kaluqada vərəmdən öldü: Sultan və general qızı olduğuna görə 

İmperatorun əmri ilə Şəkiyə gətirilib, anası Balaxanımın (Balaxanım 

xanım  Şəki  xanı  Hacı  Çələbi  xanın  oğlu  Hacı  xanın  (Hacı  Əb-

dülqadir xan) qızı idi) yanında dəfn olunub. Balaxanım xanım İlisulu 

Daniyal  bəydə  idi.  Onu tərk edib Ruma gedibdir.  Türk  marşalı rüt-

bəsində istefaya çıxan Qazı Məhəmməd ömrünün son illərini Mədinə 

şəhərində yaşayıb, 1902-ci ildə orada vəfat edib. Atası Şeyx Şamilin 

yanında-Cənnət-əl-Baki qəbiristanlığında dəfn olunub.  




 

106 


Şəki xanı İsmayıl xanın  

öz arvadını qətlə yetirməsi 

 

Şəki  şəhəri  və  qəzasındakı  əhali  köhnədən  bəri  İran  şahları-



nın,  daha  sonra  Şəki  xanlarının  və  ən  nəhayət,  çar  Rusiyasının 

hökmranlığı altında uzun illər əsirlik boyunduruğu daşımağa məh-

kum  edilmişdi.  Əsirlik  deyirkən  adi  təbəəlik  və  itaət  mənaları 

dairəsində  deyil,  bəlkə  tam  əski  köləlik  dövrünü  geniş  mənada 

möhtərəm oxucuların  xatirinə  yetirmək  istərəm. Misal üçün,  Şəki 

xanlarından  İsmayıl  xanın



35

  dövrünü  götürəlim.  İsmayıl  xan  şəx-

sən  tərbiyəsiz,  əxlaqsız,  son  dərəcədə  müstəbid  və  zülümkarlığı 

sevən bir sima idi. Öz rəiyyətinin haqqında rəva gördüyü zülm və 

işgəncələrə qənaət etməyərək, onların  namusuna təcavüz etməklə 

coşğun ruhuna təsəlli verərdi. Kəndi arzusuna qarşı durmaz və heç 

bir kəslə hesablaşmadan istədiyini yapardı. 

Nəhayət, Şəmsəddin bəy adlı birisinin övrətini zor ilə əlindən 

alıb  özünü  də  boğazından  asdırdı.  Günülük

36

  hissiylə  xana  qarşı 

nifrət  bəsləyən  xanın övrəti-sabiqi Şəmsəddin  bəyin qardaşı Səd-

rəddin  bəyə qasid  vasitəsiylə  işbu əhvalatı bildirdiyi üçün  xan öz 

övrəti-sabiqini  hal-hazırda  mövcud  Xan  sarayının  “Cəza  eyva-

nı”ndan  həyətə atdırır. Və üç gün  meyit Xan sarayının  həyətində 

açıq hava altında qalır. Xanın qəzəbindən qorxaraq, kimsə sarayın 

ətrafına  dolaşa  bilmir.  Nəhayət,  camaatın  təvəqqesinə  görə  me-

yitin dəfn olunmasına xan müsaidə edir. 

Sədrəddin bəy isə qardaşı Şəmsəddin bəyin boğazlanması və 

övrətinin zor ilə alınması xəbərini eşitcək son dərəcədə mütəəssir 

olur və ruslar ilə birləşib,  xanın üzərinə hücum edirlər. Xan məğ-

lub olur və dutularaq Sədrəddin bəyin əliylə boğulur və öldürülür. 

 

“Şəki xanlarının ixtisar üzrə  



tarixi”nə dair tarixi rəvayət 

 

Şəki  xanı  Fətəli  xanın  oğlu  Kərim  ağa  Fateh  Şəkixanov  (h. 

1202-8.6.1275/m.  1788-13.1.1859)  tərəfindən  türkcə  yazdığı  “Şəki 

xanlarının ixtisar üzrə tarixi” 24 May 1829-cu ildə qələmə alınmış və 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə