Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə41/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   37   38   39   40   41   42   43   44   ...   147

 

127 


Günlərin birində növbə qırmızı öküzə çatır. Canavar onu par-

çalamağa hazırlaşır.  

Qırmızı öküz deyir:  

– Ə… canavar, biz yoldaş döylüydox? Bəs nooldu?  

– Ay ağılsız, ala öküzü gözün görə-görə parçalayıb yeyəndə, 

qara öküzün başını dərədə batıranda bilmirdin ki, o gündən saa da 

olacaq. 

 

 

Çaqqalla qəbalə bağladı 

 

 

Qoca  nənə  qızlarını  köçürüb  oğlanlarını  da  öyləndirmişdi. 

Oglanların hər biri özünə ev tikmişdi, qızlar da qayğısız yaşayırdı-

lar. Qardaşlar nə qədər desələr də, ana heç birinin yanına getmirdi. 

Onlar soruşanda ki, “böyütmüsən, ərsəyə çatdırmısan, bəs indi ni-

yə bizimlə yaşamaq istəmirsən?” - ana belə cavab verir:  

– Ər evinə gedəndə atam maa tövsiyə etmişdi: “Qızım, ər evin-

də  lal-kar  olarsan.  Sən  getdiyin  evin  böyükdən  kiçiyə  hamısının 

hörmətini  saxlayarsan.  Sənin  meyitin  həmin  evdən  çıxmalıdır”.  O 

kişinin vəsiyyətini pozub bu evdən heç bir yerə gedən döyüləm. 

Qarı oğlanların himayəsiylə həmin evdə bir müddət rahat yaşa-

yır, özünə məşguliyyət tapırdı: dirlik



44

 edir, mala baxır, kürd basdırır, 

cücə böyüdür. Cücələr bir qədər iriləşəndə qarı görür ki, hər gün bir-

ikisini gecələr nəsə aparır. Qarı pusur, bilir ki, caqqalın işidi. Bir gün 

baxır ki, çaqqal yenə gəlitdi, cücəni aparmax istəyir.  

Qarı deyir: 

– Xoş gəlmisən, caqqal qardaş. Sən gəlib xırda-xırda cücələri 

aparırsan. Qoy cücələr böyüsün. Səninlə belə şərt kəsirəm: get, 4-

5 aydan sonra gəl, cücələrin yarısını öz əllərimlə tutub sənə verim, 

yarısı da maa qalsın.  

Beləcə, qarı çaqqalla qəbalə

45

 bağlayır. Hər ikisi qol çəkir.  

Çaqqal gedən kimi qarı bir it gətirib töylədə saxlayır. İtə yax-

şı  qulluq  eliyir.  4  ay  tamamında  çaqqal  da  özünə  bir  dost  tapır. 

Tülküyə deyir: 



 

128 


– Gedib qarıdan 4 cücə alacam, gəl sən də mənnən get, ikisini 

sənə verrəm. 

Çaqqal tülküylə birlikdə qarının evinə gəlir. O  məhləyə girəndə 

tülkünü də çağırır. Tülkü çaqqala deyir:  

– Mən heylə yerlərə gedən döyüləm. Sən get, mən burda gözlə-

yirəm. 


Qarı çaqqalı görən kimi: 

–  Xoş  gəlmisən,  çaqqal  qardaş,  -  deyir,  -  cücələr  töylədədir. 

Savax açılsın, sən də bax, hansılar xoşuna gəlsə tut apar.  

Qarı gedib töylədən iti buraxır. Çaqqal iti görən tək məhlədən 

çıxmaq  istəyir.  Bərənin  ağzına  çatanda  it  çaqqalı  yığışdırır.  Çaq-

qal dartınıb bərədən çıxmaq istəyirsə də, itdən yaxa qurtara bilmir. 

Birdən çaqqalın yadına tülkü düşür və var gücüylə bağırır:  

–  Ay  tülkü  qardaş,  köməyə  gəl,  bu  heyvanın  əlinnən  məni 

qurtar.  

Tülkü deyir:  

– Mən demədim ki, heylə yerlərə mən gedən döyüləm. Niyə qə-

baləni göstərmirsən, qəbaləni göstər.  

Çaqqal cavab verir: 

– Ə, dərəbəylikdi, bu qəbaləyə-zada baxan yoxdur.  

Tülkü deyir: 

– Çaqqal qardaş, mən belə qanunsuz yerlərdə qalammaram, get-

dim. Sağ-salamat qalsan, meşədə görüşərox.  

 

Yaxşı oğul niniyir ata malını, pis 



oğul niniyir ata malını?... 

 

 

Varli  bir  kişinin  övladdan  gözünün  agı-qarası  yeganə  oğlu 

vardı,  dünyanın  naz-nemətiynən  bəslənmişdi.  Istədiyini  geyindir-

miş,  könlünə  düşəni  yedizdirmişdilər.  Kişi  sərvətini  böyük  əzab-

əziyyətlə toplamışdı. Amma oğlu atasına çəkməmişdi. Onun peşə-

si curlarına qoşulub kef məclisləri düzəltmək, o şəhərdə, bu şəhər-

də gəzmək, pul dağıtmaq idi. 

Kişi  nə qədər tədbir tökürsə, övladını düz  yola gətirə bilmir. 




 

129 


Anlayır ki, öləndən  sonra  bu  bivec oğlu onun  yığdığı  var-dövləti 

bir  ilin  içində  göyə  sovurasıdı.  Bir  gün  gözünü  açıb  görəcək  ki, 

qalıb  bir  qəpiksiz.  Bəlkə  onda  əzab-əziyyətin  nə  olduğunu  görüb 

ağıllandı?..  Amma  fərsiz  övladlar  ata  malını  itirəndən  sonra  əllə-

rindən  bir  şey gəlmədiyindən dünyada  yerlərini dar görürlər. Hər 

şeydən əllləri üzüləndə çətinliklərə dözməyib özlərini asırlar. Kişi  

oğlunun  yataq  otağının  lənpəsində

46

  qəndil


47

  asmaq  üçün  asqı 

qoydurtdurur.  Lənpənin  yerləşdiyi  yerdə  bir  dobu  qızıl  gizlədir. 

Fikirləşir  ki,  bəlkə  oğlu  özünü  asanda  asqı  yerindən  çıxar,  qızıl 

onun təpəsinə tökülər. Bəlkə oğlu onda da olsa ağlını başına yığdı. 

Kişi dünyasını dəyişir. Ogul əlinə keçənləri dəyər-dəyməzinə 

pula çevirib  kef çəkir.  Atasından  nə qədər döylət qalmışdısa,  ha-

mısının dalından dəyir. Bir də ayılıb görür ki, bazara çıxmaq nədi, 

heç  çayçıya  girməyə  pulu  qalmayıb.  Bütün  köhnə  dostları  ondan 

aralı gəzirlər, onu bir stəkan çaya qonaq eləmirlər. Bəzilərinin ar-

xasınca  gəzir,  amma  heç  kim  tərəfindən  adam  yerinə  qoyulmur. 

Salam-kəlamı da ondan əsirgəyirlər.  



Yaz  girəndə  cavanlar  adətləri  üzrə  Soyuq  bulağa  istirahətə 

getmək  istəyirlər.  Yol  tədarükündə  olurlar.  Hərə  bir  yemək  lə-

vazimatı  alır.  Qışdan  güc-bəla  çıxan  oğlan  görür  ki,  tədbirə 

qoşulması barədə ona təklif etmirlər. Həmişə azuqə xərcinin bütün 

ağırlığını  o  öz  üzərinə  götürürdü,  bu  dəfə  isə  bir  şey  almaq 

tapşırmamışdılar.  

Curları  at-arabayla  onsuz  dincəlməyə  yollanırlar.  Oğlan    sa-

yılmadığından  qırılsa  da,  məhlədə  qalan  son  iki  toyuğu  da  tutub 

kəsir,  bişirib  özüylə  götürür  və  Soyuq  bulağa  gəlir.  Həmişə  kef 

məclisləri  düzəltdiyi  mənzilin  qapısını  nə  qədər  döyürsə  üzünə 

açmırlar.  Axırda  çəpərin  arasından  bişmiş  toyuqları  içəriyə  salır. 

Özü  hasarı  adlayıb  həyətə  girməyə  can  atır.  Oğlan  pərişan  halda 

curlarının yanına gedir. Deyir: 

–  Mən  də  iki  bişmiş  toyuq  gətirmişdim.  Halal  ruzuyla  sizin 

süfrənizə qoşulmaq istəyirdim. Qəzadan onu da it apardı. 

Yerbəyerdən  onu  ələ  salırlar.  Sonra  qoyun  kababını  yeməyə 

başlayırlar.  Curları  bir  qıraqda  kirimişcə  durmuş  oglana  yemək 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə