Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə36/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   32   33   34   35   36   37   38   39   ...   147

 

113 


Qız, çarıxları qonağa verib deyir: 

–  Əmi,  özün  tapşırmadın  ki,  çarıxları  möhkəm  yerə  qoy,  it 

aparmasın. 

Qonaq çarıxları geyir, bulaxda  bir qədər  yuyunur, sərinləyir. 

Birdən  ağlına  gəlir  ki,  qızı  belə  olan  pəhlivan  özü  dağdan  ağır 

gələr? Kişi kirimişcə qapıdan çıxıb birbaşa öz yurduna gedir.  

 

 

 



İsə kişiylə ərəb pəhlivanı 

 

 

İsə  kişi  dostu  Şirəliylə  Dəhnə  kəndindən  aldıqları  qoyunları 

şəhərə aparırdı. Bir qədər yaşlandığından bir təhər qoyunların qa-

bağında gedir. Haldan-gücdən düşsə də, şəhərdə pəhlivan İsə kimi 

tanınırdı.  

Şirəligil  Göybulaq



40 

kəndinin  qabağında  dincəlməyi  qərara 

alırlar. Günortaya yaxın Göybulağın qabağına çatırlar.  

Yaz  təzəcə  girmişdi.  Kənd  meydanından  nağara-zurna  səda-

ları gəlir, camaat ora axışır. İsə kişigil  nahar edib bir az dincəlir-

lər.  Sonra  çalınan  nağara-zurnayla  maraqlanırlar.  Şirəli  cavan  ol-

duğundan  qanı  guşə  gəlir.  Görür  ki,  mərəkədən  bir  az  aralıda 

dəvələr yan-yana yatır. O vaxt Şəkiyə duzu, nöyütü ərəblər dəvəy-

lə gətirib satardılar.  

Camaat meydanda dövrə vurmuşdu. Düz ortada var-gəl eliyə-

eliyə  gəzişən  bir  ərəb  pəhlivanı  güləşməyə  adam  istəyirdi.  Arşaq 

adlı birisi onun qarşısına çıxır. Ərəb bir həmlədə rəqibinin kürək-

lərini  yerə  vurur.  Şirəli  burada  çox  dayana  bilməzdi.  O,  dodaq-

larını gəmirə-gəmirə ora-bura gəzişir. Ayaq səsinə İsə kişi gözünü 

açıb ətrafa diqqət yetirir. Soruşur: 

– Nə nağara-zurnadır? Toydurmu?  

Şirəli deyir: 

– Yox, pəhlivanlar güləşirlər. Arşaq kişi meydana girdi, ərəb 

onu elə  yerə çaxdı ki, kişi  çətinliklə  yerindən dura bildi.  İzn  ver, 

gedim mərəkəyə baxım.  

İsə kişi bir qədər fikrə gedir. Sonra ağlına nə gəlirsə, deyir:  

– Get tamaşa elə, mən də gəlirəm.  




 

114 


Şirəli çaparaq özünü meydana verir. İsə kişi çuvalını çiyninə 

alır,  ağır-ağır  addımlarla  onun  ardınca  gedir.  Ərəb  ortada  əl-qol 

oynatmağındaydı.  İki  putluq  daşları  qaldırır,  atıb  tutur.  Arabir 

meydanı fırlana-fırlana deyir: 

– Ay əli xınalı, gözü sürməli şəkililər, sizdən meydana girmə-

yə kişi istəyirəm. Aranızda bir nəfər də olsun, kişi yoxdurmu? 

Ərəbin  sözləri  şəkililərə  təhqir  kimi  gəlir.  Yad  pəhlivanın 

meydan sulaması İsə kişiyə də  yaman ar eləyir. O, kürkün içində 

qurcalanır. Nəfəsi təngisə də kürkünü Şirəliyə verib deyir: 

– Kavalı altda, qoy üstündə otur.  

İsə kişi camaatı yara-yara keçib meydana girir. Deyir: 

– Ə… ərəb, Şəkiyə xoş gəlmisən.  

Əl tutub görüşürlər.  

İsə kişi deyir: 

– Ərəb, gözo aç yaxşı-yaxşı bax: mənim əlimdə xına, gözüm-

də  sürmə  varmı?  Sən  hansı  cürətlə  Şəkinin  bütün  kişilərinə  “ar-

vadsınız” diyirsən.  

Ərəb deyir: 

–  Niyə  kefinə  dəyir?  Bir  saatdı,  bağırıram.  Kişi  varsa,  qoy 

çıxsın meydana, mənimlə qurşaq tutsun.  

İsə kişi deyir: 

–  Müftə  yerə  heç  kim  sənə  gücənməz.  Gücənmək  üçün  şərt 

lazımdır. Şəkidə şərtsiz güləşmirlər.  

Ərəb İsə kişini qoca görüb bir az da ürəklənir. Zənn eləmir ki, 

qarşısındakı ayaq üstə güclə dayanan qoca onunla güləşər. Deyir: 

– Nə şərt? 

Əlləriylə dəvələri göstərib sözünə davam edir: 

–  O  ağ  nəri  görürsən?  O  mənimdi.  Kim  məni  yıxsa,  nər 

dəvəni yüküylə birlikdə ona verəcəm. Bu mənim şərtim, sən də öz 

şərtini söylə.  

İsə kişi deyir: 

–  Bax,  orda  yatan  qoyun  sürüsü  mənimdi.  Sən  də  məni 

yıxsan, o sürünü verdim sənə, halal xoşun olsun.  

İsə  kişi  özlüyündə  çox  böyük  riskə  girirdi.  O  Şirəlinin  ata-




 

115 


sıyla uşaqlıqdan dost olub. Ona görə də atası oğlu Şirəlini  İsəylə 

ortaq etmişdi. O düşünür: “Birdən yıxılsa, ölsə ondan yaxşıdı”. 

Ərəb İsə kişinin agarmış saqqalına, talxamış üz-gözünə baxıb 

razılıqla əl uzadır. Deyir: 

– Mən də razı.  

Ərəb soruşur: 

– Orada neçə heyvan var?  

İsə cavab verir: 

– Otuz bir.  

İsə  kişi  bir  tərəfdə  soyundu,  paltarlarını  Şirəliyə  tapşırıb 

təzədən meydana qayıtdı. 

Ərəb çox cavandı. Fiziki hərəkətlər etdiyindən əzələləri bir az 

da  şişmişdi.  Yarımçılpaq  bədəni  bürüncdən  tökülmüş  heykələ 

bənzəyirdi. İsə kişininsə yaşı ötdüyündən əzələləri sönmək üzrəy-

di,  arıq  qollarının  dərisi  sallanmış  vəziyyətdəydi.  O  da  adət  üzrə 

bir neçə dövrə vurur. Sonra hər  ikisi qabaq-qabağa durub tutaşır-

lar.  Ərəb  çevik  hərəkətlərlə  rəqibini  yıxmağa  tələsir,  amma  İsə 

kişi  onu  necə  tutmuşdusa,  heylə  də  yerə  mıxlanıb  dayanır.  Ərəb 

heç onu yerindən tərpədə bilmir. İsə kişi ərəbi bir dəfə geriyə, bir 

dəfə  də  irəliyə  silkələyir,  çiyninə  qaldırır,  sonra  ləyaxlıca  yerə 

vurur. Əlini ərəbin sinəsi üstünə qoyub bir qədər saxlayır. İsə kişi 

onu  yerə  sərili  halda  buraxıb  kənara  çəkilir.  Ərəb  nə  qədər  hıq-

qanır, yerindən dura bilmir. Gəlib onu yoldaşları qaldırır.

  

İsə kişi deyir: 

– Ə… ərəb, əli xınalının qolunun zorunu gördün?  

Ərəb deyir: 

– İlahi, ruzi cəza, bu qocada aslan gücü varmış. 

Kimisi İsə kişini evinə qonaq dəvət edir, kimisi yemək, xonça 

düzəldib  gətirir,  kimisi  yəhərlənmiş  at  bağışlayır.  Yerbəyerdən 

tökülüşüb deyirlər: 

– Usta, atnan get, atı mən gəlib qaytararam. 

İsə kişi hamıya razılığını bildirsə də, heç nə götürmür. Deyir: 

– Ərəb, şərtləşdiyimiz tək, get, dəvəni yüklə. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə