Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə30/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   26   27   28   29   30   31   32   33   ...   147

 

95

– Sən ho kişilərlə bir yerdə çimmisənmi? - deyib onu piçaxla 



öldürür. 

Kişini  tuturlar,  hamam  haqqındakı  yanlış  fikirlərini  öyrənirlər. 

Onu  hamama  gətirib  arvadlarınan  kişilərin  başqa-başqa  yerlərdə 

çimdiyini  göstərirlər.  Kişi  səhvini  başa  düşür,  amma  artıq  gec  idi. 

Qısqanclıq üzündən arvad həyatdan, kişi də azadlıqdan olmuşdu. 

 

 



İbadət və tamah 

 

 



 

 

Bir nəfər Turısınada bir mağarada oturub gecə-gündüz Allaha 



dua oxuyarmış.  

Musa  peyğəmbər  burdan  keçəndə  həmin  adamın  həmişə 

ibadətlə  məşgul  olduğunu  görmüş,  kişinin  Allah  yolunda  olduğu 

diqqətini çəkmişdi. Peyğəmbər Allahla görüşlərinin birində deyir: 

– Ya Rəbbim, qurban olum saa, filan yerdə oturan adam bü-

tün  günü  axşama  qədər  ibadət  eləyir.  O,  ağzı  quranlı,  dili  dualı, 

mömin bir adamdı.  

Peyğəmbərə  Allahdan  bir  vəhy  gəlir.  Məlum  olur  ki,    ibadət 

edənə bir gün rusxat verilir. O, göydə uçanda yerdə yekə bir gümüş 

pul  görür,  tamahı  güc  gəlir,  pulu  götürmək  üçün  yerə  enir.  Əlini 

parıltıya  uzadanda  görür  ki,  bu  pul  deyil.  Əlini  silir,  yenə  uçmaq 

istəyir, amma artıq uça bilmir. Allahın verdiyi rusxat geri alınır. Bu 

hikməti biləndən sonra Musa peyğəmbər anlayır ki, insan nə qədər 

ibadət  etsə  də,  artıq  tamahlığı  onun  bütün  ibadətlərinin  savabını 

heçə çıxardır. Tamahı güc gələnə ibadət də kar eləməz.  

 

Babı babına, qarpız qabına 

 

 

Məсlisdəkilərdən  biri  üzünü  orada  əyləşən  biliсiyə  tutub 



təəссüblə söyləyir:  

– Gəzinti vaxtı gördüm ki, biri ağaсın altında yatıb. Yanında 

bir  it  vardı.  İt  özü  hürmürdü,  qarnındakı  balalarsa  hürürdülər. 

Ustad sağ olsun, bu nə işdi?  

Ustad belə cavab verir: 



 

96

–  Bir  vaxt  olacaq  kiçik  uşaqlar  böyüklərini  saymayacaq, 



böyüklərdən  qavağa  danışacax,  danışmağa  ata-anasına  imkan 

verməyəcəklər,  böyüklərdən  qavax  cavab  verəcəklər,  onlara  yol 

göstərəcəklər. Bu hal gələcək uşaqların tərbiyəsini göstərir.  

Bir başqası deyir: 

–  Mən  gördüm  ki,  bir  quş  ağacın  altındakı  murdar  leşi  dim-

dikləyir, sonra da qalxıb ağacda Quran surəsi oxuyur.  

– Sənin gördüyün quş gələcəyin mollasına işarədir. Gələcəyin 

mollaları  haram-halalı  bir-birindən ayırmayacaqlar. Haram, oğur-

luq  yeyiləcək,  yeri  gələndə  də  gözə  kül  üfürmək  üçün  Quran 

surəsi oxunacaq. 

Üçüncü adam söyləyir: 

–  Mən  bir  yerdə  üç  dənə  eyni  böyüklükdə  qazan  gördüm. 

Qazanlar sırayla, bir-birinə yaxın qoyulmuşdu. Qazanların üçü də 

qaynayırdı. Lap kənardakı birinci qazan qaynadıqca fəvvarə verib 

üçüncü  qazana  tökülürdü.  Üçüncü  qazan  da  fəvvarə  verib  birinci 

qazana tökülürdü. Ortadakı qazan isə sakit-sakit qaynayırdı, o biri 

qazanlara damcı da düşmürdü.  

Bilici sualı belə cavablandırır: 

–  Elə  bir  ayəm  gələcək  ki,  xalq  iki  təbəqəyə  -  varlılara  və 

kasıblara  bölünəcək.  Müxtəlif  yerlərdə  yaşayan  varlılar  öz  arala-

rında  alver  edərək,  qız  alıb,  qız  verəcək.  Kasıblarsa  ortadakı  qa-

zana  bənzər  həyat  tərzi  sürəcəklər.  Alverləri  də,  qız  alıb-qız 

vermələri də öz aralarında olacax.  

Atalar “Babı babına, qarpız qabına” - deyiblər.  



 

 

Loğman həkim 

 

 



Belə  söyləyirlər  ki,  bir  vaxtlar  Loğman  adlı  bir  həkim  olub-

muş. Bu həkim bütün xəstəlikləri az vaxt ərzində təbii dərmanlarla 

müalicə  edirmiş.  Bir  arvad  xəstələnir.  Ayıb  olmasın,  onun  bədə-

nini yara basır. Hətta yaralara qurd düşübmüş. Arvad bədənindən 

yerə  tökülən  qurdları  götürüb  təzədən  yarasının  üstünə  qoyar, 

sonra da belə deyərmiş: 




 

97

–  Ay  Allahın  yaratdığı  qurd.  Allah  mənim  ətimi  sizə  yem 



yaradıb, niyə yerə tökülürsünüz? 

Arvadı  Loğman  həkimin  yanına  aparırlar.  Həkim  xəstəyə 

baxıb deyir: 

– Bu xəstə sağalmaz.  

Arvad oğluna, qardaşına deyir: 

– Mən ki, sağalası döyləm, onda aparıb diri-diri basdırın.  

Deyirlər: 

– Elə laf sözlər söyləmə, Allaha acıq gedər. 

Arvad deyir: 

– Razıyam ey, öldürün. Ağrılara dözəmmirəm.  

Arvadın  yaraları  pis  iy  verirmiş.  Əlacsız  qalıb  bir  dağın 

ətəyində  yuva  düzəldirlər  ki,  vəhşi  heyvan-zad  ona  toxunmasın. 

Arvadı  aparıb  orada  yerləşdirirlər.  Vaxtlı-vaxtında  azuqəsini  çat-

dırırlarmış.  Bir  gün  arvad  qoyun  güdən  çobandan  yemək  istəyir. 

Çobanın  çörəyi  olmur.  Çoban  qavırlıxdan  bir  adam  kəlləsi  tapır. 

Kəlləni  yuyub  təmizləyir,  bir  sarı  keçinin  südünü  kəllənin  içinə 

sağıb, arvada içirir. Arvad sütü içəndən sonra günü-gündən özünü 

yaxşı hiss eləyir. Yanına gələnlər də onun sağaldığını görürlər.  

Payız girəndə arvad qohumlarına deyir: 

– Məni öyümə aparın. Daa ağrılarım yoxdu, sağalmışam. 

Arvadı yenə Loğman həkimin yanına aparırlar: 

–  Sağalıb,  amma  sən  bildirmişdin  ki,  sagalmayacaq,  - 

deyirlər. 

Həkim arvada baxır, gözlərinə inanmır. Deyir: 

– Mən qırx il bundan qavax ölən, sarış, evladı olmayan arva-

dın kəlləsini hardan tapaydım, sonra da kəllənin içinə sarı keçinin 

sütünü sağıb bu arvada verəydim ki, o da sağalsın. 

Demə,  Loğman  həkim  arvadın  sağalmasına  lazım  olan  dər-

manı bilirmiş. 

 

 



Kişini kişi edən arvad olar 

 

 



Rəvayətə  görə  bir  məmləkətin  padşahı  və  onun  da  gözəl  bir 

qızı  vardı.  Qız    padşah  qızı  olmasına  və  varlı  ailədə  böyüməsinə 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə