Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə23/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   19   20   21   22   23   24   25   26   ...   147

 

70

Az aşın duzu döylü.  



Ayranındı, şorundu – indi növbə korundu.  

Adam var özü görünür, adam var özünü göstərir.  

Adam var özü görünür, adam var sözü. 

Adımı qoyum saa, qalasan yana-yana.  

Azan işiğa gedər.  

 

Bir öy tikməmişəm ki, yıxılanda “vay” diyəm.  

Bir əppək olub it apardı.  

Bu gün savax yazdır – qırx kötük azdır.  

Bir gördün namərdi – bir də görsən namərdsən.  

Bir əsaya söykənənə bir el söykənər.  

Bəzənirəm xannan qorxuram, bəzənmirəm xanımnan.   

Bütün canlılar xəstələnər, yatar ölər, amma at ayaq üstə ölər, 

sonra yıxılar. 

Bu  da  bir  nəhlət  daşıdır:  götürən  də  peşimandır,  götürmiyən 

də. 


Başımdan yalo

18 


qopdu.  

 

   C 

Can onun – cəhənnəm tanrının.  

Cəhənnəm kösöyünə oxşiyir.  

Curlarını göstər – xasiyyətini deyim.  

 

Ç 

Çərçinin

19

 xırda-xırda andı yığılıb eşşəyinə qənim olar.  



Çox da ki, qızdı, harası düzdü.  

Çox seçənə nə kar qismət olar, nə də kor.  

Çıraq sönəndə divinə işıq salar.  

 

Dava yoxluqdan, töyvə toxluqdan.  

Dama-dama göl də budu, dada-dada heç də budu.  




 

71

Dama-dama göl olar, daşa-daşa heç.    



Dadsız xörək bayata qalar. 

Dəli qızdan dəli gəlin, dəli gəlindən dəli qarı.  

Dəli dəliyə qoşular, göydən dəyənək yağar.  

Dəli dəliyə qoşular, dəyənək bacadan yağar.  

Dəli didi, Həbillah da inandı.  

Dəyməli göz daşı parçalayar.  

Dədə görmiyən elə bilir ki, Şahqulu da dədədir.  

Dəvənin dərisi eşşəyə yükdür.  

Dilimdən çıxıb qada, bilmirəm gedim hara? 

Didilər ki, Əzrayıl bala paylayır 

– Nə balamı almasın, nə də bala verməsin.  

Düz danışanın papağı yırtıx olar. 

Düyü döyənə “zırt” diyir. 

 

Eşşəyi qovmaxla ata çatammazsan.  

Eşşəyin qulağını kəsməklə at olmaz. 

Eşşəkdən adamlıq umur.  

Eşşək vurub cənnətə salıtdı. 

Elə bil çaqqal tooğa rast gəlitdi.  

 

Ə 

Ədası Şah dağına güllə atır.  

Əl mənnən – ətək sənnən. 

Əli boş – gönü yaş qayıdıb.  

Əlim çatmır, ünüm yetmir.  

Əlin yağlıdır, çək öz başına.  

Əliyib – əliyib kəpəyə qatma. 

Ət yiyən quşun dimdiyi əyri olur. 

Ətuş koxa – mətuş koxa, bir öydə otuz koxa.  

Əppək tapmır yimağa, turp axtarır gəərmağa.  

Ərli də ağliyir - ərsiz də.  

Əsli ho, nəsli ho. 



 

72

Fağır əliaçıq olar. 

Faytonda oturmuram ki, faytonçunun dalı maa olur. 

Fayton atı gözünnən qocalar. 

 

Gəl dəvəm, gəl (Qonaq gələndə ev yiyəsi diyir) 

Get, zurnaçım, get (Yola salanda diyir)  

Gəzəyən gəzə bilməz, gəzməsə dözə bilməz. 

Gölməçənin hamısında ayağını yuma, üzo da yumağa su saxla. 

Görülmüş işdən gül iyi gələr. 

Güzarano yaxşısına da, pisinə də şükür elə. 

Günəşdən qaşma, kölgə özü gəlif üstaa düşər.  

  

Haqq-hesab dinar-dinar, bəxşeyiş tümən-tümən. 

Hamı bilir ki, kənddə günahkar koxadır. 

Hanı quşun? Budu quşum. 

Halalın azı haramın çoxundan dözümlü olur. 

Halal döylət qırx il gedər.  

Haramın başı dağ boyda olsa da, divi qıldan nazikdir.  

Haramın başı dağ olsa da, divi qıldır. 

Harda aşdı – orda başdı, harda işdi – ordan “kiş”di. 

Hesab bəlli, qoz sanılı. 

Heç kəs sənəti ana bətnində öyrənmiyitdi. 

Həttax-məttax

20

 diyir həbilədi.  



Həm ulaxdı – həm sulax

21

.  



Hər quşa öz yuvası istidir. 

Hər öyün öz qibləsi var.  

Hər dərədə bir at öldürmiyənnən baytar olmaz. 

Hərcayı sözün mərcayı da gələcəyi olar. 

Hər şey heş nədən olur. 

Hündür dağlara yağan qar alçaq dağlara xəbərdarlıqdı.   

Hırnan gələn zırnan gedər. 



 

73

Xiyara  verən  pulu  suya  ver  iç,  çeynəməyin  də  saa  qazanc 

qalsın.  

Xeyir verməzin öyladı xeyir verməz, versə də bərəkəti olmaz.  

Xəstə  ki,  yorğan  –  döşəyi  qoyub  başaltını  batırdı,  çənəsini 

bağla.  

Xəstə tələsmağnan döyül, şöftəli vaxtında dəyər. 

Xeyir olsun: oğlansan, ya qız?  

 

İ 

İki şeyin qiyməti itəndən sonra bilinir: sağlamlığın və cavan-

lığın. 


İki arvadlı öy zibilli olar.  

İnəyi yükləyib, danasını unutdurur.  

İyidin – iyiddən nəyi artıq olar? Yarağı.  

İş bilmiyən tula olmaz, quyruğunu kola verməz. 

İş əndazədən çıxanda, bicarə nağarsın.  

İş ki, qaldı səbrə - tut üzo qəbrə. 

İş gətirmiyəndə burunun suyu gözə damar. 

İş gətirmiyəndə qatıxlı aş da diş sındırar.  

İt özü nədi ki, yunu nə ola? 

İt ətdən kəsən kimi kəsir. 

İti vur – sacı qur. 

İt ətdən qaçmaz – insan çörəkdən.  

İpək parçaya şaldan yamax salmağ olmaz. 

İtin itdi – işin bitdi.  

İti yiyəsi hürdürər.  

İstiyənin bir üzü qaradır, vermiyənin iki üzü.  

 

Kasıb xəyalında döylətlənər.  

Kəsə də özünü daş bilir. 

Kəsilən baş danışmaz.  

Kəsəyən diyir dəyirmanın yaraşığı dağardı. 



 

74

Keçinin qoturu bulağın gözünnən su içər.  



Kiş batan kimi batdı

22

.  


“Kiş” diyirsən getmir, vurursan ölür.  

Kiçiyin kiçik dərdi var, böyüyün böyük dərdi.  

Kora vay bura – vay Bağdad.  

Kor atı minib köndələn çapır.  

Küp yumalanar – çuxurunu tapar.  

 

Qaçaq  diyər:  dustaqlıqdan  qaçaqlıq  yaxşıdır,  qaçaqlıqdan 

ölüb qurtarmaq yaxşıdır.  

Qar yağıb – ayıbların üstü örtülütdü. 

Qanana çivin



23

 sazdı, qanmiyənə nağara – qabal da azdı.  

Qanmazın başmağını cütlədim, dedi, dalın gözümü çıxartdı.  

Qanacaqsız adamdan lotu beçə adam yaxşıdır. 

Qaşıqla vurulanda qanmiyəni, kömçiynən vurallar. 

Qaz uçdu, qarğa qondu. 

Qazandığını it yiyir, yaxasını bit. 

Qocalmış ailədə arvad birinci ölərsə, kişi əzaba qalar.  

Qaşıqla verib, çömçiynən istiyir. 

Qara da qurd düşür, amma iylənmir.  

Qaradan artıq rəng olmaz.  

Qəza toru – gözlənilməz olur. 

Qurd qocalanda burnuna kəpənək qonar.  

Quyunu öz boyaa görə qaz ki, özün düşsən çıxa biləsən.  

Qurbağaya bir vursan iki tullanar.  

Qulun (at balası) at olunca yiyəsi mat olar.  

Qoyun, quzu ikən quyruq bağlıyər.  

Qonağın könlündən keçən öy yiyəsinin bir illik azuqəsidir. 

Qonağın libasına baxıb atına arpa tökərlər.  

Qurbağa  da  çox  söz  bilir,  amma  ağzına  su  dolar  diyə  da-

nışmır. 

Qədək, o da gödək.  

Qışlaxlı mal saxlar, özü qaymağa həsrət qalar. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə