284
Məryəm oğlu Hasanın təsəllisi
Ferma müdiri işləyən illərdə yeznəsi Bibiy Əhməd axşamlar
tez-tez həm yaxın qohumu, həm də qaynatası Məryəm oğlu Ha-
sangilə gələr və kolxoz qoyununun acından və şiddətli soyuqdan
qırılmasından gileylənər, kövrələ-kövrələ deyərdi:
– Vallah, axırda 10-15 il verib məni dama basacaxlar. Ya-
taxda qoyun qalmiyıf, çoxu qırılıf. Hasan kişi də halını pozmadan
sakitcə deyərdi:
– A Bala, sən cavanı dama basmasınlar, mən qocanı basma-
sınnar – bəs hökümət o xaravanı nədən ötürü tihtirifdi? Olar boş
qalası döyül ki? Səni gec-tez tutacaxlar, amba sözümə qulax as:
O qoyunnar qırılıf tamam qurtarmamış qalanlarını da barı sən
sat, barı uşaxlara xərclik qoy get, bərkə gec qayıdası oldun.
Havaya sovuşan güllə
Məşhur qaçaq Cılğı Məhəmmədi öldürəndən sonra Məryəm
oğlu Hacıbaba sürünü yaylaqda qardaşı Hasana və yaxın qohum-
ları Mülayim və İbrahimxəlilə tapşırıb arana gəlir. Çılğının öl-
dürülməsindən qəzəblənən Şəki qaçaqları Hacıbabanı axtarır, har-
da olsa da onu öldürəcəklərinə and içirlər. Bir gün onlar xəbər
tutur ki, Hacıbabanın sürüləri Kiş kəndinin yaxınlığandakı Süd də-
rəsindədir. Gecədən xeyli keçmiş 15-20 nəfər qaçaq Süd dərəsinə
gəlib çobanları mühasirəyə alırlar. Onlar çobanların üstünə qışqı-
rırlar ki, Hacıbabanın yerini desinlər, yoxsa onları qanlarına qəltan
edəcəklər.
Çobanlar and içirlər ki, Hacıbaba yaylaqda yoxdur. 2-3 gün-
dür ki, arana gedib. Bu sözlərə əhəmiyyət verməyən qaçaqlardan
birisi tüfənginin qundağı ilə vurub İbrahimxəlil kişini (Hacıbaba-
nın əmisi oğlu) bərənin üstünə aşırır və ucadan deyir:
– O Hacıbaba arvadını filanladığımız olsun, biz də biz.Yerin
deşiyində də olsa tapıb başını it başı kimi kəsəcəyik. Qoy hamı
görsün ki, qaçağa əl qaldırmax nə deməkdir!
285
Söz onun ağzından qurtarmamışdı ki, Hasanın çoban dəyənə-
yi havaya qalxdı və bir göz qırpımında şaqqıldadı. Bu qudurmuş
harın da aşıb İbrahimxəlil kişinin ayaq tərəfinə sərildi. Qaçaqlar-
dan biri tez əlini Hasana tuşladığı tüfəngin tətiyinə çəkmək istə-
yəndə bir əl altdan onun qolunu yuxarı vurdu.Güllə havaya uçtu.
Bu saqqalı çallanmış, arıq, ucaboy, qartalbaxışlı bir adam idi.Bir
anda onun alçaq, amma amiranə səsi eşidildi:
– Salın tüfəngləri aşağa! Hər yer dolu “otryad” dəstəsidi.
Hindicə quzgun kimi üstümüzü alacaxlar. Tez iki heyvan götürün
qalxaq Qocumırığa.
Onların başı heyvan tutmağa qarışanda həmin adam Hasana
yaxınlaşıb deyir:
– Çomağı o alçax qurumsağa nə ilişdirdin!
O, çox azğınlaşıb, adamlara qan uduzdurur, unsuzda cəzasını
alacax! Kişi qırığı, mən də qaraqoyunluyam. Hətəm ovalı qaçaq
Əşrəf mənəm. Hacıbavaya görə qıracaxlar.Hindi mənnən çəkindi-
lər. Ayrıları gələ bilər buraya. Bir azdan sürünü tərpədin, keçiririn
Kişdən aşağa, səhər açılanda Şəkinin yanında olun. Ordan da Qa-
raqoyununun Güllü dağına gedin. Orda sizə yaxın düşən olmaz.
Bunu deyib Əşrəf kişi gedənlərin dalınca tərpənir. Hasangil də,
sürünü yığıb gecəliklə yaylağı tərk etdilər.
Yeddi qardaş bir gündə qanına qəltan edildi
Təpəcənnətdə “İrəviyə uşağı” adlanan 7 qardaş çox böyük
hörmət və ad-san sahibi qardaşlar idilər. Dədələri Tanrıverdi kişi-
nin bacarığı, işdüzarlığı və uzaqgörənliyi nəticəsində yaxşı var-
dövlət əldə etmişdilər: böyük torpaq sahələri, mal-qara və qoyun
sürüləri, at ilxıları, ayrıca yaylaqları (Qızılbirə, Çuxaturmaz,
Bitdicə), qıslaq yerləri (Zalxaölən, Çərəyantap. Güllücə) var idi.
Onlar çox adamlara əl tutur, kimsəsizlərə arxa-dayaq olurdular.
Şəki rayonunda xalqın var-dövlətini əlindən alıb kolxozlar yaradı-
lan zaman (30-cu illərdə) yeddi qardaş kənd igidlərini də başlarına
yığıb qırmızılara qarşı qızğın döyüşlərə girmişlər. O, vaxtlar hö-
286
küməti möhkəmləndirmək üçün elin-obanın mərd oğullarını
müxtəlif yollarla ələ keşirib məhkəməsiz-filansız güllələyirdilər.
Qaraqoyunluların bir cox igidləri həmin dövrün qurbanları olub-
lar: Kəhriz obalı Sarı Laçın, Mustafa, Hətəmli Qartal Əşrəf, Dərə-
li Pezi Məhəmməd, Təpəli (Təpəcənnət) Sadıq oğlu Harun, Çaylı
(Çayqaraqoyunlu) İsmayıl Xalıqoğlu və başqaları.
Ən böyük faciə isə Tanrıverdi kişinin 7 oğlunun bir günün
içərisində güllələnməsi olmuşdur.Onlardan birini-Əbdürəhimi Də-
rəcənnət kəndinin yaxınlığında (ora indi də “Əbdürəhimölən”
adlandırılır), ikisini Cəfərabad poçtunun qabağında, birini Cəyirli-
dən Təpəcənnətə gələn zaman (Sixosmanlı qəbirsandığının yanın-
da), o biri 3 qardaş işə elə həmin gün günorta vaxtı Şəki NKVD-
nin həyətində güllələnmiş və onları bir çox başqa “vətən xainləri”
ilə birlikdə idarənin həyətində əvvəlcədən hazırlanmış quyulara
atıb, ustlərini torpaqlamışlar.
Məryəm oğlu Hasanın Kəlbəcər səfəri
Kəlbəcərlilər və Kəlbəcərə yolu düşənlər yaxşı bilirlər ki,
Tərtər boyu uzanan yol nə qədər mənzərəli, axar-baxarlı olsa da
çox uzaq və yorucudur. Dolanbac dalınca dolanbac, aşırım dalın-
ca-aşırım. İş elə gətirir ki, qaraqoyunlu Məryəm oğlu Hasan bir
neçə yoldaşı ilə Tanrıqulular kəndinin (Yevlax rayonu) kolxoz qo-
yununu həmin yolla Kəlbəcər yaylağına aparmalı olurlar. Qaraqo-
yunluların ağlı Şəki yaylaqlarına (Çaxıl, Qaraquzey, Qızılbərə,
Qorumırıx, Çələngəz və s.) gedibmiş. Belə ki, orada qışlaxdan tər-
pənən sürülər uzaq başı 3-4 günə yaylaqda binə salardılar. Burada
isə sürülər həftələrlə yollarda olur. Buna dözməyən Hasan kişi bu
yerlərə bələd olan xalası oğlu Qocuya (o, Tanrıqulularda yaşayır-
dı, çox gözəl çölcü idi) deyərmiş: “Əyə, xaloğlu, çatmadıx sənin
yeylaxlarıya?” Qoçu da hər dəfə Hasana təskinlik vermək üçün
deyərmiş:
– Hayla, xaloğlu, hayla. Daha çatırdıx.
Dostları ilə paylaş: |