69
artırılması hesabına nail olmağa çalışırlar. Lakin fikrimizcə, bu elmi texniki
tərəqinin nailiyyətlərinin istehsala tətbiqi əsasında olmalıdır.
Ortamüddətli dövrdə nəqliyyat sektorunun inkişafının prioritet istiqamətləri
aşağıdakılardan ibərət olacaqdir:
-
nəqliyyat sektorunun, o cülmlədən nəqliyyat xidmətləri bazarında rəqabət
muhitinin təkmilləşdirilməsi;
-
yol-kommunikasiya kompleksində muxtəlif nəqliyyat növlərinin inkişafi;
-
ölkə ərazisində beynalxalq va tranzit dahliz va yolların, eləcə də ölkənin re-
gionlararası, şəhər va rayondaxili yol-naqliyyat infrastrukturunun inkişafi;
-
Azarbaycan ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas
nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi əsasında mil-
li nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına inteqrasiyasi;
-
Xəzər dənizində etibarlı multimodal nəqliyyat sisteminin yaradılması, li-
man, dəniz ticarət donanması və dəmir yollarında güzəştli tariflər əsasında calb-
edici logistik sxemlərin və ən qisa transkontinental marşrutların tərtib edilməsi və
tətbiqi;
-
Azarbaycan ərazisində, xüsüsilə, limanlarda xüsusi iqtisadi zonaların yara-
dılması, burada yüksək informasiya-kommunikasiya təminatlı nəqliyyat-logistika
mərkəzlərinin təşkili.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkədə təsərrüfat subyektlərinin ti-
carət xidmətlərinə əlyetərliliyinin artırılmasına, bu xidmətlərin keyfiyyətinin artı-
rımasına səbəb olacaqdır.
Bel likl , yuxar da qeyd edil n t dbirl rin h yata keçirilm si
ölk nin investisiya imkanlar ndan istifad s viyy sinin artmas na
s m r li t sir göst r r.
3.2. stehsal infarstrukturunun bazar tə lə blə rinə uyğ unlaş dırılması yolları
Müasir dövrdə infrastruktur sahələrin bazar prinsipləri əsasında inkişaf
etdirilməsinin əhəmiyyəti artmaqdadır. Son illərdə infrastruktur sahələrdə fəaliyyət
göstərən şirkətlərdə restrukturizasiyalar aparılmış, onların yeni şərtlərə
70
uyğunlaşdırılması üçün tədbirlər görülmüşdür. Məsələn, “Azərenerji” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin
olunması fəaliyyəti “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin bazasında
yaradılmış “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Hazırda “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini
satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə
təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki
bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı
ilə bağlı digər işləri yerinə yetirir. Bundan başqa, “Azıriqaz” ASC ləğv edilərək
Dövlət Neft Şirkətinin tərkibinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
08 iyun 2005-ci il tarixli sərəncamına əsasən “Azəristiliktəchizat” ASC yaradılmışdır
ki, bu şirkət hazırda ölkədə mərkəzləşdirilmiş şəkildə yaşayış evlərinin və binalarının,
habelə sosial və digər təyinatlı obyektlərin istiliklə təchizatını həyata keçirir. Bununla
belə, hazırda nəqliyyat sahəsində iqtisadi islahatların davam etdirilməsi
məqsəduyğundur. Bu nəqliyyatın infrastrukturu ilə nəqliyyat xidmətlərinin
ayrılmasınə nəzərdə tutur. Həmçinin energetikada paylanma şəbəkəsi ilə elektrik
enerjisinin istehsalının ayrılmasıdır.
Qeyd etmək lazımdır ki, dünya təcrübəsi göstərir ki, elektrik enercisinin
paylanması təbii inhisar sahəsi olsa da, elektrik istehsalı əsasən rəqabətin mövcud
olduğu sahədir. Belə ki, elektrik enercisinin istehsalı mənbəlri müxtəlif olur və
müxtəlif məblərdə yaradılan enercini isə yalnız bir şəbəkə ilə istehlakçıya çatdırmaq
məqsədəuyğun olur. Avtomobil və dəmir yolu nəqliyyatlarında da, yollar və dəmir
yolu xətləri təbii inhisar obyekti olsa da, bu yol və xətlərin üstü ilə müxtəlif
subyektlərə məxsus avtomobillər və qatarlar hərəkət edə bilər. Bu baxımdan,
infrastruktur sahələrdə islahatların davam etdirilməsinin mühüm əhəmiyyəti vardır.
stehsal infrastrukturunun bazarn münasibətlərinin tələblərinə uyğunlaşdırılması-
nın mühüm istiqamətlərindən biri bu sahədə fəaliyyət göstərən şirkətlərin özəlləşdiril-
məsi ilə bağldıdır. Dünyanın əksər ölkələrində belə şirkətlərin fəaliyyəti üzərində nəza-
rətin təmin edilməsi üçün bu şirkətlərin səhmlərinin müəyyən hissəsi özəlləşdirilmişdir.
71
Bütövlükdə, istehsal infrastrukturu obyektlərinin əksəriyyəti təbii inhisarlara aid
olduğundan onların inkişaf strategiyası formalaşdırılmalıdır. Təbii inhisarların inkişaf
strategiyasının hazırlanmasında aşağıdakı zəruri xüsusiyyətlərin nəzərə alınması
məqsədəuyğundur:
• Təbii inhisarların texnoloji fəaliyyət prosesində konkret ərazi ilə bağlı
mürəkkəb mühəndis infrastrukturundan istifadə olunur. Məhz bu baxımdan həmin
sahələr üzrə spesifik ərazi resursları xarakterik əhəmiyyət kəsb edir və onların
istifadəsinə yanaşma maraqlı tərəflər arasında münasibətlərin formalaşmasına
ə
həmiyyətli dərəcədə təsir göstərir.
• Təbii inhisarların istehsal və ya xidmət prosesi, o cümlədən elektrik və istilik
enerjisinin, suyun, qazın ötürülməsi və bölgüsü qırılmaz və ciddi davamiyyətliliyi ilə
həyata keçirilməlidir. Bu məqsədlə, istehsal prosesi xarici təsir amillərinin həssas
təsiri və tələbatı əsasında formalaşdığından burada dəqiq və ciddi koordinasiyanın
təmin edilməsi və bu mərhələlərin istehsal-istehlakçı ardıcıllığı ilə gözlənilməsi
xüsusi zərurətdən irəli gəlir.
• Əksər təbii inhisar subyektlərinin məhsullarını, xidmətlərini (elektrik enerjisi,
rabitə xidməti, nəqliyyat) ehtiyat məqsədilə saxlamaq qeyri-mümkündür. Həmçinin,
bu məhsulların, xidmətlərin müəyyən müddət istehsal edilməməsi də iqtisadiyyatın
digər sahələrinin fəaliyyətinə, istehlakçıların mənafeyinə ciddi təsir göstərə bilər. Bu
məqsədlə, həmin məhsul və xidmətlərin istehsalının və bölgüsünün dayanıqlılığının,
ritmik davamlılığının təmin olunması zəruridir.
Təbii inhisarla bağlı layihələrin həyata keçirilməsi, onların əsas fondlarının
aktivlərinin modernləşdirilməsi ərazinin spesifik imkanları ilə uyğunlaşdırılmalıdır.
Bu prosesdə peşəkar ekspertlərin, mütəxəssislərin (iqtisadçı, texnoloq, ekoloq,
auditor) rəyinin alınması zərurəti yaranır ki, bu amil də müvafiq layihələrin
məsrəflərinin artırılmasına əsaslı şəkildə təsir göstərə bilər.
Təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi işinin daha səmərəli olması,
iqtisadi resurslardan dolğun istifadə edilməsi, istehsal xərclərinin aşağı salınması,
normal mənfəət səviyyəsinin təmin olunması, tədricən bazar münasibətləri sisteminə
Dostları ilə paylaş: |