9
Totemizmin irsi, fratrial (yunanca – qardaşlıq), qrup, cinsi və fərdi növləri
vardır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, fratrilər daha qədim hesab edilir.
Fratrilər (icmanın bir neçə qruplara bölünməsi) daha kiçik nəslin qruplara
bölünməsini nəzərdə tutur.
btidai dövr incəsənəti dünya mədəniyyətinin gələcək inkişafı üçün baza
olmaqla Qədim Misir, Şumer, ran, Hindistan, Çin incəsənətinin təşəkkülündə
ə
həmiyyətli dərəcədə rol oynamışdır.
2.1. Misir mədəniyyəti
Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət
mərkəzlərindəndir. O, təxminən b.e.ə. IV minilliyin sonundan b.e.ə.332-cı ilədək
yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə.IV minillikdə başlamışdır.
Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq
şə
hər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto
olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş
etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və
ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları
kimi təcəssüm tapmşdır. Baş Allah – Günəş allahı Hepri və Heprer adlandırılırdı.
Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab
edilir. B.e.ə.III-II minillikdə piramida və allahlar üçün ehramlar daşdan tikilirdi.
Piramidalar firon və tanınmış adamlar tikilir, kasıblar üçün bu ayin yerinə
yetirilmirdi. Firon və ya digər varlı insanın bədəni Misirin isti və quru iqlimində
mumiyalaşdırılaraq bir neçə yüzillik ərzində qorunurdu. Belə faktlar Misir
cəmiyyətində insanların qeyri-bərabərliyini sübuta yetirirdi.
Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı
dövrümüzədək gəlib çatmamışdır. Piramidaların bir qismi hələ qədim dövrdə
dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adı ilə bağlı
10
olub. 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni
xatırladır. Onu mxotep adlı memar düşünüb hazırlamışdır.
Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon
Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi
nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər hansı bir Avropa
kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hüdürlüyü 146,6 m, sahəsi 55 min.kv.m
ə
hatə edir. Xeops ehramı hər birinin çəkisi təxminən 2-3 ton olan iri əhəng
daşlarından ibarətdir. Alimlər belə bir tikintiyə təxminən 23000000 daşın sərf
olunmasını hesablamışlar. Gizədəki Xeops ehramı ilə yanaşı Xefren və Migerin
piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir.
E.ə.II minillikdə ehramlar artıq daşdan deyil, kərpicdən tikilməyə başladı.
E.ə.I minilliyin əvvəllərinə yaxın fironların sərdabələri yad insanlardan gizlədilsə
də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki, sərdabələrin oğurlanması
Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi.
Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim
misirlilərin bütün həyat və məişətini – dini mərasimlərini, kütləvi bayramlarını
müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə və ədəbi nümunələr
daxil idi.
Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu ayın xəritəsini tərtib
etmişlər. Su saatının icdadı da qədim misirlilərə məxsus idi. Başlıca və mühüm
nailiyyətlər təbabətdə də əldə edilmişdi. Meyitlərin mumiyalaşdırılması
sahəsindəki uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi
üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı
və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri kimi dar
ixtisaslar formalaşmağa başladı.
Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti
olmuşdur.
Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər
ümumbəşəri xarakter daşıyaraq dünya sivilizasiyasının inkişafına xidmət etmiş
oldu.
11
2.2. Mesopotomiya mədəniyyəti
Tarixi mənbələrdə hər iki mədəniyyət kiçayarası mədəniyyəti kimi qəbul
edilmişdir ki, bu da ilk növbədə həmin dövlətlərin Dəclə və Fərat çaylarının
arasında yerləşməsi ilə izah edilir. “Mesopotomiya” sözü yunan dilindən
tərcümədə “ kiçayarası” mənasını verir. Mədəniyyət tarixində bunu çox vaxt
Ş
umer-Akkad mədəniyyəti kimi tanımaq da qəbul edilmişdir. Şumer-Akkad
mədəniyyətinin, həm də belə adlandırılması digər vacib bir məqamla da izah edilir:
ş
umerlər və Akkad şahlığı sakinləri müxtəlif dillərdə danışaraq, həm də ayrı-ayrı
yazıya malik idilər.
Akkad dilini alimlər afroasiya dillərinin semit qrupuna aid edirlər. Akkad
yazısı üzrə ən qədim mənbələr gil lövhələr üzərində olub, b.e.ə. XXV əsrə təsadüf
edir.
Bu yazıdan xeyli əvvəl mövcud olan şumer yazısı daha qədimdir. Şumer
haqqında məlumatlar bir də onu deməyə imkan verir ki, qədim sakinlər öz
fikirlərini sim və ağac kəsikləri üzərində müxtəlif təsvirlərin verilməsi ilə
bildirmişlər.
Yazı Şumer-Akkad mədəniyyətinin ən böyük nailiyyəti idi. Babillər
tərəfindən o, bütün Ön Asiyada – Suriya və randa geniş yayılmağa başlamışdır.
Yazı əsasında şumerlər bəşər tarixində ilk poema sayılan “Qızıl əsr”i, ilk
elegiyanı (mərsiyə tipli şeir) yaratmışlar, dünyada ilk dəfə biblioqrafik kataloq
tərtib etmişlər. Şumerlər, həmçinin tibbə aid reseptləri toplayaraq xüsusi toplu
hazırlayan ilk xalq olmuşlar.
Ş
umerlərin dini görüşləri allahlara sitayiş üzərində qurulmuşdu. Belə ki, bu
xalqın ən güclü allahları An, Enlil və Enki idi. An – Səma allahı olub, digər
allahların atası hesab edilirdi, bütün insanlar hər bir işdə ona müraciət edirdilər. An
allahı Uruk şəhərinin hamısı hesab edilirdi.
Dostları ilə paylaş: |