25
Rafael mahir rəsm ustadı idi. Bu rəsmlərdə cizgi və xətlərin rahat, azad,
səhvsiz məqamlarını duymaq mümkündür.
Yüksək ntibahı Mikelancelo Buonarrottisiz (1475-1564) təsəvvür etmək
qeyri-mümkündür. Onun yaradıcılığı ntibaha yetkinlik, bütövlük, kamillik bəxş
etmişdir. 1496-cı ildə Romaya gələn gənc Mikelancelo burada sonralar
məşhurlaşacaq “Pyeta” (“ sa peyğəmbəri oxşama”) (1498-1501) əsərini müqəddəs
Pyotr kilsə kapellasında yaptı. Bu heykəltəraşlıq nümunəsi öz möhtəşəmliyi ilə
kapellaya xüsusi müqəddəslik görkəmi bəxş edirdi.
1501-ci ildə Florensiyaya dönən Mikelancelo Davidin mərmərdən möhtəşəm
heykəlini yaratmağa başladı (1501-1504). Heykəl 5,5 m ölçüyə malik olaraq
insanın nəhəngliyinin hüdudsuzluğunu üzə çıxarır. Düşmənə daşla zərbə
endirməyə hazırlaşan gəncin özünə həm fiziki, həm də mənəvi arxayınçılığı onun
qalib olacağından xəbər verir. Bu duyğunu heykəltəraş böyük həssaslıqla, ustalıqla
təcəssüm etdirə bilmişdir.
Mikelancelo özünü heykəltəraş kimi qələmə versə də, onu gözəl rəssam və
memar kimi də dəyərləndirmək olar. Belə ki, Vatikanda Sikstin kapellasının
Tavanının müəllifi, məhz bu görkəmli sənətkar olmuşdu ki, bunu da 1508-1512-ci
illərdə yaratmışdı.
Son intibah. Bu dövr XVI əsrin 40-cı illərindən başlayır. Bu tarixi mərhələdə
taliya xarici qəsbkarların hökmranlığı altına düşür. Yalnız Venetsiyada incəsənət
sahəsində müstəqillik, sərbəstlik mövcud idi. Demək olar ki, humanist mədəniyyət,
incəsənət dərin böhran keçirirdi. Burada antirenessans, antiklassik tendensiyalar
manyerizm cərəyanında təzahür tapdı. Lakin bütün bunlara baxmayaraq, ntibahın
son mərhələsinin görkəmli sənətkarları yetişmişdi. Bunlardan biri memarlıqda
Ş
imali taliyanın yetişdirməsi olan Andrea Palladiodur (1508-1580). Palladionun
memarlığa gətirdiyi yeniliklər artıq XVII-XVIII əsrlərdə Avropa klassisizminin
palladioçuluq adını daşımasına səbəb oldu.
Yaradıcılığı bu rəssama tam əks olan Son ntibah nümayəndəsi Tintoretto
(1518-1594) hesab edilir. Əsl adı Jakano Robusti olan Tintoretto incəsənətdə yeni
cığırın nümayəndəsi idi. O, rəssamlıqda simmetriya, ciddi çəki bərabərliyinə qarşı
26
olub, məkan məhdudluğunu aradan götürmüşdü. Onun “Gizli gecə” əsəri dövrünün
ə
n gözəl rəsm əsərlərindəndir. Digər əsəri “Məbədə giriş” adlanır.
Beləliklə, taliya ntibahının bütün dövrləri ilə tanışlıqdan sonra onun dünya
mədəniyyəti, sivilizasiyasının aparıcı dayaqları olması haqqında qəti nəticə
çıxartmaq olar. ntibaj incəsənəti bütün sahələri, xüsusilə, təsviri sənət, memarlıq,
tətbiqi sənətdə daha unikal səviyyədə inkişaf etmişdir.
5.2. Barokko mədəniyyəti
XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. taliya,
spaniya, Flandriya, Hollandiya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus
bədii ənəənələrə və milli bədii məktəblərə malik olması XVII əsri mədəniyyət
tarixində yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli
xüsusiyyətləri onların ümumi cəhətlərə malik olmasını istisna etmir. Riyaziyyat,
astronomiya, fizika və digər təbiət elmlərinə artan maraq elm və fəlsəfəni yeni
istiqamətə yönəltdi. Avropanın mütərəqqi fikirli filosof və alimləri “elm elm
üçündür” devizini deyil, təbiəti insana tabe etmək məqsədini güdürdülər.
ngiltərədə F.Bekon, Fransada R.Dekart, Hollandiyada Spinoza bir-birindən
fərqlənsələr də onları məhz bu məqsəd birləşdirirdi.
Beləliklə, XVII əsrdə Avropada incəsənətin bütün növlərini – bədii ədəbiyyat,
musiqi, teatr, memarlıq və təsviri sənəti əhatə edən 2 yeni üslub – barokko və
klassisizm bərqərar oldu.
Şə
rti olaraq Cordano Brunonun (1600) qətl ili ntibahın yekunu hesab edilir.
Mədəni-tarixi baxımdan olduqca coşqun və maraqlı olan məhz XVII əsrdə ntibah
barokko ilə əvəz olunur. Həyatın mahiyyətini hərəkətdə verən barokko, termin
kimi yalnız XIX əsrin sonunda sveçrə sənət nəzəriyyəçisi U.Burqxardt və Völflin
tərəfindən ədəbiyyata gətirilib. Barokko italyan dilində “qəribə, əcayib”, portuqal
dilində “əyri mirvari” deməkdir. Əslində isə heç kimi bu sözün nə mənşəyini, nə də
ilkin mənasını bilmir. Lakin barokkonun XVII əsr incəsənəti tarixində müstəsna rol
27
oynaması hamıya məlumdur. Barokko ntibah böhranından sonra manyerizmin
ardınca yaranaraq rokoko üslubunun sələfi olur.
Barokko dünyaya klassik əsərlər yaradan yazıçılar, rəssamlar, memarlar,
musiqiçilər bəxş etdi.
XVIII əsrin sonunda artıq “mədəniyyət” anlayışı bütün Avropa dillərində və
elmi ədəbiyyatda vətəndaşlıq hüququ qazandı.
Yan Amos Komenski (1592-1670) XVII əsrin görkəmli maarifçi filosofu,
humanist pedaqoqu olmuşdur. O özünün “Dünyanın dolaşıq yolları”, “Dillərin açıq
qapısı”, “Böyük didaktika”, “Fizika”, “Didaktika”, “Təbii üsulun qanunları”,
“Ümumi hikmətlərin müjdəçisi”, “ şığın yolu”, Təbii istedadların mədəniyyəti
haqqında”, “Dirilmiş forsi” və s. əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Con Lokk o zamankı ngiltərə burjua cəmiyyətində ləyaqətli yer tutmuşdur.
O, ngiltərədə burjua cəmiyyətində ləyaqətli yer tutmuşdur. O, ngiltərədə yeni
burjua dövlət quruluşunu əsaslandırmağa çalışmışdır. “ nsan əqli haqqında
təcrübə” əsərində sübut etmək istəmişdir ki, insan şüuru və təsəvvürlərində fitri
ideyalar yoxdur, uşaq ruhu “ağ lövhəyə” bənzəyir.
Jan Jak Russo (1712-1778) XVIII əsr fransız maarifçilərindən biridir. O,
dövlətin mənşəyi haqqında C.Lokkun görüşlərinə əsaslanıb sübut etməyə
çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik, qardaşlıq üçün təbii
hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda əqlin
gücünə yüksək qiymət verirdi.
Deni Didro (1713-1784) fransız materialist filosoflarının ən görkəmli
nümayəndərindən biridir. O, “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlülərə
nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edirdi.
Didro materiyanın məhv olması və yaşaması ideyasını müdafiə edirdi. O,
duyğuları yüksək qiymətləndirərək göstərirdi ki, ağıl hakim, duyğular isə onun
ş
ahidləridir. Ağıl həmin şəhidlər vasitəsilə alınan məlumatları mühakimə etməlidir.
O, ağılla hissləri eyniləşdirmir, onlarıı dialektik vəhdətdə götürürdü.
28
stifadə olunmuş ədəbiyyat
Azə rbaycan dilində
1. Mədəniyyət, problemlər, perspektivlər. IV h. B., 2003
2. Məmmədova Maral. Mədəniyyət nəzəriyyəsi. B., 2003
3. Şükrov A. Kulturologiya dərslik. B., 1998
4. Tağıyev Ə., Əliyev Q. Kulturologiya. B., 1997, Dərs vəsaiti
Rus dilində
1. Арнольндов А. Введение в культурологию. М., 1998
2. Веремьев А.А. Введение в культурологию
3. Ерасов Б.С. Культура, религия и цивилизация на Востоке. М.,1999
4. История зарубежного искусства. М., 1984
5. Культурология. История мировой культуры. Учебник Под ред.проф.
А
.Н.Марковой. М., 2000
6. Мамонтов С. Основы культурологии. М., 1994
7. Ревуненкова Н.В. Ренессансное свободомыслие и Реформация. М.,
1988
8. Мец А. Мусульманский Ренессанс. М., 1996
9. Лосев А.Ф. Эстетика Возрождения. М., 1978
10. Культура эпохи Возрождения и Реформации. Л., 1981
11. Баткин Л.М. Итальянское возрождение. М., 1995
12. Бицилли П.М. Место Ренессанса в истории культуры. СПб., 1996
29
6. XIX-XX ə srlə r mə də niyyə ti
6.1. XIX ə sr Qə rbi Avropa mə də niyyə ti
Beləliklə, XIX əsrdə fəlsəfə, elm, texnika, ədəbiyyat və incəsənət sahəsində
böyük irəliləyişlər oldu.
XIX əsrin bədii mədəniyyətində iki başlıca mərhələni qeyd etmək olar:
romantizm mərhələsi (yüzilliyin I yarısı) və dekadans mərhələsi (50-ci illərin
sonundan I Dünya müharibəsinə qədər).
“Romantizm” anlayışı bədii cərəyan olmaqdan çox-çox əvvəl təşəkkül
tapmışdı. XVIII əsrə qədər “romantik” epiteti roman dillərində yazılmış bədii
ə
sərlərin üslub xüsusiyyətlərini ifadə edirdi. Bunlar roman, romans, cəngavərlər
haqqında poemalar idi.
Romantizmin təşəkkülü mürtəce burjua həqiqətləri üzərində ədalətli cəmiyyət
qurmaq ideyalarını təbliğ edən maarifçilik ideyalarının naümidliyi ilə bağlıdır.
Romantizmin çiçəklənməsi XIX əsrin 20-30-cu illərinə təsadüf edir.
Romantizmin yaradıcı metodunu bütün incəlikləri ilə təzahür edən kinayə (yüngül
və acı) təşkil edirdi. Sentimentalizmin xəttini davam etdirən romantizm hiss,
həyəcan və ehtiraslara üstünlük verirdi. Bu ruhda yazılmış əsərlər öz parlaqlığı və
orijinallığı ilə fərqlənirdi. Burada melanxoliya, “bəşəri kədər”, gözəl keçmişə
nastalgiya hisslərlə zəngin olurdu. Əsərin qəhrəmanı ilə ətraf mühit arasındakı
faciəvi ziddiyyət ədəbiyyat, musiqi və rəngarlıqda aparıcı mövzu idi. Tənhalıq
motivi bir çox yazıçıların, Bayron, Heyne, Şelli, Stendalın yaradıcılığında başlıca
yer tutub. Musiqi sənətində gözəlliyi duymağın sıxıntı, kədərlə təzahürü Şuman,
Ş
ubert, Berlioz yaradıcılığında üstünlük təşkil edirdi.
Romantizm əvvəlcə Fransanı, daha sonralar Avropanı lərzəyə salan nəhəng
sosial çevrilişlər cəmiyyət tərəfindən sakit qarşılanmadı, inqilabdan ümidi boşa
çıxan ictimai psixologiyaya güclü təsir göstərdi. nsanın zahiri həyatına olan maraq
onun emosional, mənəvi aləminə olan maraqla əvəz olundu.
30
Mədəniyyət və incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir istiqamətlə əvəz
olundu. Mədəniyyət və incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir
istiqamətlə əvəz olundu. Bu özünü öncə romantizmdə daha sonralar realizmdə
göstərdi.
Romantik sənətə aşağıdakı xüsusiyyətlər xasdır: burjua gerçəkliyinə qarşı
nifrət; burjua maarifçiliyinə və klassisizminin rasionalist prinsiplərindən qəti
surətdə imtina edilməsi və s.idi.
Romantizmin mənəvi – estetik pafosu insan ləyaqətinin təsdiqi, mənəvi –
yaradıcı həyatının özünüqiymətləndirilməsi ilə bağlı idi. Bütün bunlar sonra
azadlığa can atan romantik qəhrəman obrazlarında öz əksini tapmışdır.
Almaniyada təşəkkül tapan romantik dünyagörüşü və romantik estetikası
tezliklə bütün Avropaya yayılır. O, mənəvi mədəniyyətin bütün sahələrini –
ə
dəbiyyat, musiqi, teatr, humanitar elmlər, plastik incəsənəti əhatə edir.
XIX əsrin I yarısında Avropada romantik fəlsəfə mövcud idi. ohann Qotlib
Fixte (1762-1814), Fridrix Vilhelm Şellinq (1775-1854), Artur Şopenhauer (1788-
1860) və b.
Romantizmin zirvəsini Ernst Toedor Amadey Hofman (1776-1822)
yaradıcılığı təşkil edir. Alman romantizminin bu görkəmli yazıçısı, həm də
istedadlı musiqiçi, karikatura ustası idi. Onun əsərlərinə dramatizm və sarkazm,
lirika və qrotesk kimi keyfiyyətlər xasdır. Həqiqət və fantastika aləmi ilə
qarşılaşaraq Hofman fantastikanı kinayə ilə təhlil edir.
ngiltərədə lirik romantizmin görkəmli nümayəndəsi Corc oel Qordan
Bayron (1766-1824) oldu. Bayron əsərlərinin mərkəzində qəmgin əhval-ruhiyyəli
obraz sivil cəmiyyətindən Şərqə doğru cəhd göstərərək ehtiras və coşqun hisslər
axtarır. Özünün şərq poemalarında “Korslar”, “Abidoslu gəlin”, “Lara” əsərlərində
Bayron zülmə qarşı fəal mübarizə aparır. O həm də fəlsəfi poemaların müəllifidir.
“Manfred”, “Don Juan” məhz belələrindəndir. Bu əsərində o, öz idealını – siyasi
azadlığa cəhd göstərən obrazı tərənnüm edir. Fəal humanizmi və peyğəmbərcəsinə
uzaqgörənliyi onu bütün Avropada tanıtmışdır.
ngilis romantizminin digər nümayəndəsi c.Kits və P.B.Şelli hesab edilir.
31
XIX əsrdə Fransa ədəbiyyatında mütərəqqi romantizmin görkəmli
nümayəndələri V.Hüqo və Jorj Sand hesab edilir.
Viktor Hüqo (1802-1885) çox çətin və mürəkkəb inkişaf yolu keçmişdir.
Hüqo yaradıcılığında azadlıq və təbiiliyi tərənnüm edirdi. Bütün bu tələblər Viktor
Hüqonun “Kromvel” pyesində öz əksini tapıb. Onun məşhur romanlarından “Paris
Notrdam kilsəsi”, “Dəniz əməksevərləri”, “Gülən adam”, “Səfillər” bəşəri
ə
həmiyyət kəsb etdi. Çünki burada XIX əsrin ən kəskin sosial problemləri əksini
tapırdı. Yazıçının son romanı olan “Doxsan üçüncü il” Fransa inqilabına həsr
edilir.
Romantizmdə demokratik cərəyanın görkəmli nümayəndəsi Jorj Sanddır (əsil
adı Avrora Dyüdevandır, 1804-1876). Onun əsərlərinin əsas motivi sosial
məsələlərdir. “ ndiana”, “Valentina”, “Leliya”, “Jak” adlıı romanlarında qadının
ailə və cəmiyyətdəki vəziyyəti ilə əlaqədar problemlərə toxunulur. Onun bir çox
ə
sərləri tərcümeyi-hal məzmunludur.
Almaniyada romantik operanın ilk nümayəndəsi E.T.A.Hofman (“Undina”
operası) və K.M.Veber (1786-1826) idi. K.M.Veber alman milli opera sənəti
uğrunda mübarizə apararaq bu xalqın azadlığı və ölkənin birləşməsini əsərlərində
təcəssüm etdirirdi.
6.2. XIX ə sr Rus mə də niyyə ti
Rus mədəniyyəti tarixində XIX əsr xüsusi yer tutur. Bu əsr rus
mədəniyyətində indiyədək görünməmiş sıçrayış edərək, elm, təhsil, incəsənət,
maarif, fəlsəfə, ədəbiyyat sahəsində qüdrətli sənətkarlar yetirmişdir.
XIX əsrdəki ictimai həyat, reallıqlar bu dövrün ədəbiyyatında da əks
etdirilirdi. Ədəbiyyatda başlıca istiqamətlər klassisizm, sentimentalizm, romantizm
idi. Realizm bunların içərisində daha qabarıq təzahür edirdi. Sentimentalizmin
görkəmli nümayəndəsi yazıçı və tarixçi haqqında yuxarıda söhbət açdığımız
N.M.Karamzin idi.
32
Rus relizminin banisi dahi A.S.Puşkin (1799-1837) hesab edilir. Rus
ə
dəbiyyatının qızıl əsri, məhz onun adı ilə bağlıdır. O, rus ədəbiyyatında yeni
istiqamətin, abı-havanın müəllifidir. Rus mədəniyyəti dünya sivilizasiyasına məhz
Puşkinin adı ilə daxil olmuşdur.
Puşkinin sələfləri ondan sonra rus ədəbiyyatını qoruyub saxlayaraq, daha da
zənginləşdirdilər. Belələrindən biri M.Y.Lermontov (1814-1841) idi.
XIX əsr rus ədəbiyyatının qızıl dövrünün digər əzəmətli nümayəndələri
.S.Turgenov (1818-1883), .A.Qonçarov (1812-1891), M.E.Saltıkov-Şedrin
(1826-1889), A.N.Ostrovski (1823-1886), şairlər N.A.Nekrasov (1821-1878),
F. .Tyutçev (1803-1873), A.A.Fet (1820-1892) və b.hesab edilir. A.N.Ostrovski öz
ə
sərlərində Qoqolun “natural məktəbi”ni davam etdirir. Onun “Gəlirli yer”,
“Tufan”, “Canavar və qoyunlar”, “Cehizsiz qız” və s. povestlərində ticarət
aləminin incəlikləri tədqiq olunur. Ostrovski dramaturgiyası rus realist teatrının
təşəkkülündə əhəmiyyətli rol oynamışdır.
Rus ədəbiyyatının qızıl dövrünü yekunlaşdıraraq digər iki nəhəng L.N.Tolstoy
(1828-1910) və F.M.Dostoyevski (1821-1881) mədəniyyətin əlçatmaz zirvəsini
təşkil etdi.
XIX əsrin ilk onilliyi rus memarlığında klassisizmin yekunlaşması və ampir
(frans.empire – imperiya, dövlətin qüdrətini təzahür etdirən) üslubunun tətbiqi ilə
səciyyələnir.
Dövrün memarlığının xarakterik xüsusiyyəti, iri memarlıq ansambllarının
yaradılması idi.
stifadə olunmuş ədəbiyyat
Azə rbaycan dilində
1. Mədəniyyət, problemlər, perspektivlər. III h. B., 2002
2. Məmmədova Maral. Mədəniyyət nəzəriyyəsi. B., 2003
3. Şükrov A. Kulturologiya dərslik. B., 1998
33
Rus dilində
4. Алпатов. Всеобшая история исскуства. М-л, 1948
5. Веремьев А.А. Введение в культурологию
6. Грибунина Н.Г. История мировой художественной культуры. В 4 ч. –
Тверь
, 1993
7. Драч. Культурология в вопросах и ответах.
8. Кондаков И.В. Введение в историю русской культуры. М., 1997
9. Культурология. История мировой культуры. Учебник Под ред.проф.
А
.Н.Марковой. М., 2000
10. Культорология. Краткий тематический словар. Ростов – на-Дону.
2001
11. Мещеряков История Российской культуры. Имена и факты. 15-20 вв.
М
., 2000
12. Петрухинцев Н. 20 лекций по истории мировой культуры. М., 2001
34
7. Mədəniyyət və sivilizasiya
Mədəniyyətlə bağlı olan anlayışlardan biri də “sivilizasiya”dır. Bu termin
latın dilindəki “sivilis” sözündən götürülərək “vətəndaş”, “mülk”, “dövlət”
mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt “inkişaf”, “tərəqqi”
mənalarında işlədirik. Əlbəttə, “sivilizasiya” anlayışı özünün ilkin mənasında məhz
bu məzmunu, yəni “tərəqqi”ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, “tərəqqi”
yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və
sivilizasiya anlayışları bir-biri ilə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar
haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə,
sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya ilk
növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə
görkəmli filosof .Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını
nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda, süqutun
başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək
süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu mərhələlərin
özünəxas ən yüksək inkişafı, xüsusilə, təsərrüfatın tərəqqisi idi. Tarixi inkişaf
prosesinə uyğun olaraq sivilizasiyaların da formaları mövcuddur: quldarlıq,
feodalizm, kapitalizm və s.
Mədəniyyət və sivilizasiya anlayışlarını müxtəlif aspektlərdən tədqiq
edənlərin hamısını bir nöqteyi-nəzər birləşdirir ki, bu da bir neçə məqam ilə izah
edilir. Bunlar ilk növbədə aşağıdakılardır: birincisi “mədəniyyət” anlayışı
“sivilizasiya” anlayışına nisbətən daha genişdir.
Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və
mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal –
maddi və mənəvi istehsalın mövcudluğuna uyğundur. Maddi mədəniyyət insanın
maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək vasitələri,
yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
35
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları
aid edilir. Buraya şüurun bütün sahələri – elm, mənəviyyat, tərbiyə və maarif,
hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s.aiddir.
stifadə olunmuş ədəbiyyat
Azərbaycan dilində
1. Mədəniyyət tarixi və nəzəriyyəsi. B., 2010
2. Kulturologiya. Dərslik. ADM U-nun “Mədəniyyətşünaslıq” kafedrasının
nəşri. B., 2003.02
3. Mədəniyyət, problemlər, perspektivlər. Elmi məqalələr toplusu. B., 2001
4. Mədəniyyətin aktual problemləri (ADM U-nun “məd. tar. və nəzər”
kafedrasının elmi məqalələr toplusu). B., 2000
5. Mədəniyyət nəzəriyyəsinin öyrənilməsinə dair metodik göstərişlər
(S.Şahhüseynova). B., 1999
6. Mədəniyyət, problemlər, perspektivlər. III h. B., 2002
7. Şükrov A. Kulturologiya dərslik. B., 1998
Rus dilində
8. Азимов К. Ценностный мир человека в религиозно-философской
доктрине
зароастризма. Б., 1991
9. Арнольндов А. Введение в культурологию. М., 1998
10. Веремьев А.А. Введение в культурологию
11. Введение в культурологию (под.ред.Е.В.Попова). М., 1995
12. Культурология. История мировой культуры. Учебник Под ред.проф.
А
.Н.Марковой. М., 2000
13. 15. Культурология (сост.А.А.Радугин). М.,1999
Dostları ilə paylaş: |