138
А. gül kələm, kartof, qırmızı turp, ağ turp
В. pomidor, badımcan, istiot, vəzəri
С. bat-bat, tütün, akasiya, dəlibəng və s.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyar
cədvəli hazırlayır. Cədvəli lövhənin bir hissəsində bərkidir. Dərsin bütün mərhələlərində bu
meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Dərs 37/ Mövzu 32 :
İNSAN ÜÇÜN TƏHLÜKƏLİ OLAN QURD
XƏSTƏLİKLƏRİ
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Lövhədə göstərilmiş xətlər üzrə hissələrə bölünmüş (kəsilmiş) şəkil nümayiş etdirilir.
Müəllim şəkli “bərpa” etməyi tapşırır. Şəkil yığılandan sonra növbəti tapşırıq verilir:
– Yumurtadan başlayaraq qaraciyər sorucusunun inkişaf mərhələlərini ardıcıllıqla düzün.
а) quyruqlu sürfə; b) kiçik gölməçə ilbizinin bədənində inkişaf; с) yumurta;
d) kirpikli sürfə; e) sista; f) əsas sahibin bədənində inkişaf
(düzgün cavab: c, d, b, a, e, f).
– Qaraciyər sorucusu və insan arasında hansı münasibətlər mövcuddur? (parazitizm)
Alt
STANDARTLAR
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəbləri-
ni sadalayır.
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi
xəstəlikləri və onların əlamətlərini fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ
İnsanlarda və heyvanlarda qurd xəstəliklərinin yaranması
səbəblərini sadalayır.
Parazit qurdların insan orqanizmində törətdiyi xəstəlikləri
və onların əlamətlərini fərqləndirir.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, cütlərlə iş
İstifadə olunan
İŞ ÜSULLARI
Beyin həmləsi, təqdimat, cütlərdə müzakirə
İNTEQRASİYA
Coğ.-2.1.7, H-b.-4.1.1
RESURSLAR
Dərslik, şəkillər, kompüter, proyektor, elektron təqdimatlar,
yapışqan, rəngli karandaş və flomasterlər.
139
– Parazitizm nədir?
(sahib adlanan digər orqanizmlərin hesabına həyat fəaliyyəti,
müvəqqəti və ya daima onların üzərində, daxilində yaşayış)
– Parazit qurdlar harada yaşayır və necə ziyan vurur?
– Qurdların parazitizmə hansı uyğunlaşmaları ola bilər? (sormac, qarmaqcıqlar və s.)
Tədqiqat sualı:
Parazit qurdların həyat tsikli necədir? İnsan öz orqanizmini necə qoruya
bilər?
TƏDQİQATIN APARILMASI
Tədqiqat işi cütlərlə aparılır. Şagirdlər dərslikdəki məlumatla tanış olduqca (15 dəqiqə
ərzində) cədvəli doldururlar:
Aralıq
sahib
Əsas
sahib
Yoluxmuş
orqan
Parazitizmə necə
uyğunlaşmışlar?
Yoluxma
yolları
Qaraciyər
sorucusu
Öküz soliteri
Exinokokk
İnsan askaridi
Uşaq bizquyruğu
Tamamlanmış cədvəllərin dərsdən sonra yoxlanması, qiymətləndirilməsi mümkündür. Bu
halda nəticələr tapşırığın düzgün, dolğun yerinə yetirilməsi nəzərə alınmaqla növbəti dərsdə
elan edilir.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim tədqiqat işinin nəticələrini müzakirə edir. Müzakirələr zamanı “Askaridin həyat
dövriyyəsi”, “Öküz soliterinin həyat dövriyyəsi” və s. animasiya filmlərinin nümayişi
məqsədəuyğun olardı.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim məlumatı ümumiləşdirir və şagirdlərlə birlikdə nəticə çıxarır.
Qurdların zərərli və təhlükəli təsiri:
Parazit qurdların ifrazat məhsulları sahib orqanizm üçün zərərlidir, zəhərlidir və insanın
zəifləməsinə, başağrılarına, işgörmə qabiliyyətinin, yaddaşın zəifləməsinə səbəb olur;
Parazitlər məhv olduqdan sonra da sormaclar və qarmaqcıqlar boşalmadığına görə
orqanizmi onlardan təmizləmək çətindir;
Parazitlər insanın iştirakı olmadan da təbii şəraitdə fəaliyyət göstərə bildiyinə görə
onlardan tamamilə təmizlənmək mümkündür.
Bu ünvanlardakı videomaterialları nümayiş etdirmək olar:
http://danilchenko97.ucoz.ru/flesh/zoologia/ascarida.swf
http://danilchenko97.ucoz.ru/flesh/zoologia/sosalshik.swf
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal
iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Təchizatdan asılı olaraq böyük vərəqlərdə, elektron lövhədə, MİMİO qurğusu, interaktiv
lövhədə tərtib olunmuş tapşırıqlar bütün siniflə yerinə yetirilir. Şagirdlər tamamlanmış
cədvəllərə əsaslanaraq tapşırıqları yerinə yetirirlər.
1. Yumurtadan başlayaraq öküz soliterinin inkişaf mərhələlərini ardıcıllıqla düzün.
а) aralıq sahibin bədəninə düşmə; b) altıqarmaqlı rüşeym; c) yumurta; d) insan; e) finna; f)
sürfə. Müəllim əlavə şəkil də verə bilər.
140
2. Şəkildə hansı parazit qurdun inkişaf tsikli
təsvir olunub? 1-6 rəqəmləri ilə nə işarə
olunmuşdur?
3. Şəkildə hansı parazit qurdun inkişaf tsikli
təsvir olunub? Bu qurda necə yoluxmaq
olar?
4. Şəkildə göstərilən parazit qurdların adlarının qarşısında uyğun nömrələri yazın:
Exinokokk – , öküz soliteri – , qaraciyər sorucusu – , insan askaridi –
Ev tapşırığı kimi müəllim şagirdlərə “ Parazit qurdlarla mübarizə aparmaq üçün nə
etməli?” adlı siyahı tərtib etməyi tapşırır.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyar
cədvəli hazırlayır. Cədvəli lövhənin bir hissəsində bərkidir. Dərsin bütün mərhələlərində bu
meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Dərs 51/ Mövzu 43 :
BALIQLARIN MÜXTƏLİFLİYİ. BALIQ
EHTİYATLARININ QORUNMASI
DƏRSİN GEDİŞİ
MOTİVASİYA. Lövhədə cədvəl nümayiş etdirilir:
Alt
STANDARTLAR
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr
əsasında mülahizələrini şərh edir.
Təlim NƏTİCƏLƏRİ
Balıqlar sinfinin dəstələrinə aid heyvanları fərqləndirir.
Yerli şəraitdə balıqların qorunmasına dair müşahidələr
əsasında mülahizələrini şərh edir.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qrupla iş
İstifadə olunan
İŞ ÜSULLARI
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə
İNTEQRASİYA
H-b.-1.2.1, Coğ.-2.1.7, Kim.-4.2.1
RESURSLAR
Dərslik, mətnlər, şəkillər, təqdimat formaları, yapışqan,
rəngli karandaş və flomasterlər.
1 2 3 4
141
Sinfin əlamətləri
? ?
Skelet qığırdaqdan ?
Qəlsəmə qapaqları -
+
Ağızın yeri
Başın alt hissəsi ?
Üzmə qovuğu ?
?
Nümayəndələri Akulalar,
skatlar,
ximerlər ?
Kürünün ölçüləri iri
xırda
Növ müxtəlifliyi 600-ə yaxın 25000-ə yaxın
Qidalanma ?
Yırtıcı, hərşeyyeyən, bitkiyeyən
Yaşayış mühiti
?
Dəniz və şirin su hövzələri
Müəllim sinfə müraciət edir:
– Cədvəldə nə əks olunub? (sümüklü və qığırdaqlı balıq siniflərinin əlamətləri)
Əvvəlki biliklərinə əsaslanaraq şagirdlər cədvəlin boş xanalarını tamamlayırlar.
–
Balıqların ayrı siniflərə bölünməsinin əsasında hansı əlamətlər durur?
–
Hansı əlamətlərinə görə sümüklü balıqları təsnif etmək olar? (xarici görünüşünə,
qidalanma xarakterinə, yaşayış yerinə görə və s.)
Tədqiqat sualı:
Sümüklü balıqların müxtəlif dəstələrinin nümayəndələrinin hansı əlamətləri
var? Balıqların müxtəlifliyini necə saxlamaq olar?
TƏDQİQATIN APARILMASI
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri aşağıdakı adlarla 5 kiçik qrupa bölür: “ Pəncəüz-
gəclilər”, “Nərəkimilər”, “Qızılbalıqkimilər”, “Siyənəkkimilər”, “Çəkikimilər”. Qrup-
lara dərslikdəki mətnin müvafiq hissəsi, əlavə mətn, şəkillər və tədqiqat planı paylanılır.
Tədqiqat planı:
1.
Dəstənin adı
2. Yaşayış mühiti
3. Nümayəndələri
4. Səciyyəvi xüsusiyyətləri (quruluşu, qidalanması və s.).
5. Balıq ehtiyatlarının azalma səbəblərini söyləyin.
6. Balıqların qorunma tədbirlərindən üç ən əhəmiyyətlisini söyləyin.
Pəncəüzgəclilər. Müasir dövrdə yalnız bir növü olan latimeriya mövcuddur. Öyrənilən
zaman məlum olmuşdur ki, onların iki tərəfi açıq burun dəlikləri yoxdur, ağciyərləri yağla
doludur. Suyun dibində hərəkət etməyə və üzməyə xidmət edən cüt üzgəclər qədim
pəncəüzgəclilərdə olan quruluş xüsusiyyətlərini saxlamışdır. Latimeriya dərin sularda
yaşayan yırtıcı balıqdır. Uzunluğu 180 sm, çəkisi 180 kq-a qədər olur.
Nərəkimilər. Həm dənizdə, həm də şirin sularda yaşayır. Mənşəyinə görə sümüklü balıq-
ların arasında ən qədim balıqlardır. Bədənləri uzunsov olub, köpəkbalığını xatırladır.
Bədənin ox skeleti bütün ömrü boyu qalan xordadan təşkil olunmuşdur. Onlarda
sümükləşmiş qəlsəmə qapaqları və üzmə qovuğu olur. Nərəkimilərin bədəninin kənarında 5
cərgədə düzülmüş sümük pulcuqlar yerləşir. Yastılaşmış başın alt hissəsində aypara şəkilli
ağız və kənarlarında bir cüt bığcıq yerləşir. Nərəkimilərə bölgə, nərə balığı, uzunburun
balıq və cökə aiddir. Xəzərdə nərələrin ən irisi bölgə, ən kiçiyi isə uzunburun balıqdır.
142
Qızılbalıqkimilər. Həm dənizdə, həm də şirin sularda yaşayır. Bunların səciyyəvi
xüsusiyyəti bədənin bel hissəsində piy üzgəci deyilən törəmənin olmasıdır. Pulcuqları qızılı
rəngdə olur. Bunlar keçici balıqlar olub, kürüsünü çayların mənsəbində qum və çınqılların
arasına tökür. Xəzər dənizində ən iri qızılbalıq ağ qızılbalıq, ən çoxsaylı isə Xəzər qızılbalı-
ğıdır. Azərbaycanın dağ çaylarında forel adlanan qızılxallı balığa rast gəlinir. Qızıl-
balıqkimilərin əksəriyyəti vətəgə əhəmiyyətinə malikdir. Onları təkcə dadlı ətinə görə deyil,
həm də qırmızı kürüsünə görə ovlayırlar.
Siyənəkkimilər. Bədənləri bel hissəsində tünd yaşıl, qarın hissədə isə ağ olub, gümüşü
çalarlıdır. Siyənəklərdə yan xətt orqanı və başda pulcuq örtüyü yoxdur, üzgəcləri
yumşaqdır. Üzmə qovuğu ömrünün axırına qədər bağırsaqla əlaqəlidir.
Siyənəkkimilərin əksəriyyəti dənizlərdə yaşayır, su qatlarında sürü ilə gəzir. Bunlar, əsasən,
planktonla, bəzi növləri isə yırtıcı olub, kiçik balıqlarla qidalanır. Vətəgə əhəmiyyəti olan
300-ə yaxın növü var. Azərbaycanda ovlanan balıqların 90%-ni təşkil edirlər. Kilkələr
siyənəkkimilərin ən kiçik nümayəndələri olsa da, vətəgə əhəmiyyətinə malikdir.
Çəkikimilər. Həm dənizdə, həm də şirin sularda yaşayır. Yumşaq üzgəcləri və üzmə
qovuğu olur. Çəkikimilərə kütüm, külmə, şamayı, çapaq, çəki, karp, xəşəm və s. balıqlar
aiddir. Əksəriyyəti dinc balıqlardır. Çənələrində dişlər olmasa da, qidasını xırdalayaraq
udur. Qidanı xırdalamaq üçün udlaq dişləri deyilən xüsusi törəmələrdən istifadə edir. Bit-
kilər və müxtəlif onurğasız heyvanlarla qidalanır. Əksər növləri vətəgə əhəmiyyətlidir.
Şagirdlər plana uyğun olaraq məlumatları qeyd edir və təqdimata hazırlaşırlar. Tədqiqatın
nəticələri müəllimin seçdiyi formada təqdim oluna bilər: divar qəzeti, buklet, kub və s.
Nəticələri təqdim etmək üçün müəllim əvvəldən yardımçı ləvazimat hazırlamalıdır.
Şagirdlər onların üzərində nəticələri qeyd edir və plandakı ardıcıllıq üzrə rəngarəng
təqdimat hazırlayırlar.
А) “Kub” (ölçüsü 20×20 sm).
В) “Açılan buklet” (15×21 – А4 yarısı
boyda)
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan 1, yaxud 2 nəfər nümayəndə qrupun işini təqdim edir. Qruplar bir-birinin işləri
ilə tanış olurlar.
Müəllim şagirdlərlə aşağıdakı sualları müzakirə edir:
1. Nərəkimilər digər sümüklü balıqlardan nə ilə fərqlənir?
2. Hansı səciyyəvi əlamətlərinə görə çəkikimiləri (siyənəkkimiləri, qızılbalıqkimiləri və s.)
fərqləndirirlər?
3. Pəncəüzgəclilərin xüsusiliyi nədədir?
4. Gördüyünüz balıqların adlarını sadalayın.
5. Balıqların və digər suda yaşayan orqanizmlərin qidalanmasında qarşılıqlı əlaqələrə
misal göstərin.
6. Sümüklü balıqların qorunmasına ehtiyac varmı?
7. Balıqların sayının azalmasının səbəblərini söyləyin.
143
8. “Qırmızı kitab”a hansı balıqların adı salınmışdır?
9. Balıqların sayının bərpa olunması üçün hansı tədbirlər görmək lazımdır?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim şagirdlərə verdiyi müxtəlif suallar əsasında cavabları ümumiləşdirir və onlarla
birlikdə nəticə çıxarır:
Sümüklü balıqlar dənizlərdə və şirin sularda yaşayır. Onların skeleti sümükdən və ya qis-
mən sümükləşmiş olur. Qəlsəmə yarıqları qapaqlarla örtülmüşdür. Adətən, üzmə qovuqları
olur. Balıqların əksəriyyəti sümüklü balıqlar sinfinə aiddir. Onlar Yer kürəsində geniş ya-
yılmışlar. Müxtəlif mühit şəraiti ilə əlaqədar əlamətlərinə görə fərqlənirlər. Hal-hazırda
vətəgə balıqlarının sayının azalması su hövzələrinin çirklənməsi, qanunsuz ovlama, su-elek-
trik stansiyalarının, su anbarlarının tikilməsi və s. ilə əlaqədardır.
Balıqların qorunması ilə əlaqədar tədbirlər:
1) Ovlamanın miqdarının tənzimlənməsi.
2) Ovlamada mövsümiliyin nəzərə alınması.
3) Ovlama zamanı partlayıcı maddələrdən istifadənin qadağan olunması.
4) Balıqların süni çoxaldılması.
5) Çirkab sularının filtrdən keçirilməsi və s.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal
iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim dərsin bu mərhələsində şagirdlərə hər hansı yaradıcı iş təklif edə bilər. Məsələn:
1. Açar sözlərdən istifadə edərkən cümlələri tamamlayın.
Sənaye tullantıları, Qırmızı kitab, motorlu qayıqlar, vətəgə balıqları
Balıqların qorunması məqsədilə aşağıdakılar qadağandır:
1. Adları .......... düşən balıqların ovlanması;
2. …………………. suya axıdılması;
3. ............................ kürüləmə yerlərində hərəkət etmək.
4. .................... normadan artıq ovlanması.
2. Mövzu ilə bağlı 6-7 sözdən ibarət krossvord tərtib edin.
Bu tapşırıqlar evə də verilə bilər.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyar
cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin
fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
144
Tövsiyə olunan mənbələr
1.
Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Z.A.Veysova. Birləşmiş Millətlər Təşkilatının
Uşaq Fondu (UNICEF)
2.
Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları. A.Krouford, E.Vendi Soul, S.Metyu,
C.Makinster
3.
Zoologiya – 7-8. Heyvanlar aləmi. Y.Seyidli, Q.Quliyev, X.Əhmədbəyli. “Bakı” nəşriyyatı,
2012.
4.
Самостоятельные работы учащихся по биологии. Растения. Пособие для учителей.
Москва, «Просвещение», 1988 г.
5.
Сухова Т.С. Контрольные и проверочные работы по биологии 6-8 класс. Издательский
дом «Дрофа». Москва, 1996 г.
6.
Дроздова И.В. Удивительная биология. О чем умолчали учебники. Москва, Изда-
тельство «НЦ ЭНАС», 2006 г.
7.
Контрольно-измерительные материалы. Биология: 8 класс/ Сост. Е.В. Мулловская.-
М.:ВАКО, 2011, 112 с.
8.
Касаткина Н.А. Биология 6-7 класс. Нестандартные уроки и внеклассные меро-
приятия:- Волгоград: Учитель, 2005, 154 с.
9.
Попова Л. А. Открытые уроки: Природоведение. Биология: 5-8 классы. – М.: ВАКО,
2009, 192 с.
10.
Бодрова Н.Ф. Биология. 7 класс. Животные. Рабочая тетрадь. Воронеж: ИП Лако-
ценина Н.А., 2011, 128 с.
11.
Филиппова М.В. Биология. Тематические кроссворды для уроков и внеклассной
работы. 6-9 кл.- М.: ЭНАС, 2007, 72 с.
12.
Я иду на урок биологии: Зоология: Рыбы и земноводные: Книга для учителя. – М.:
Издательство «Первое сентября», 2000, 224 с.
13.
Учебник под ред. Латюшина В.В., Шапкина В. А. Биология. 7 класс.
14.
Журнал «Биология» (приложение к газете «Первое сентября»), № 42, 2004 год.
15.
Биология. 6-11 классы: секреты эффективности современного урока/авт.-сост.
Н.В.Лященко и др. –Волгоград: Учитель, 2013, 189 с.
16.
Биология. 7 класс: учебно-методическое пособие к учебнику В.Б.Захарова,
Н.И.Сонина. «Биология. Многообразие живых организмов. 7 класс»/сост. Г.М.
Пальдяева. – М.: Дрофа, 2010, 446 с.
17.
Наталья Бодрова: Биология. 7 класс. Животные. Методическое пособие для учителя. –
Воронеж: ИП ЛакоценинаН.А., 2011, 240 с.
18.
Сергей Суматохин: Биология. Животные. 7 класс: методическое пособие. М.:
Мнемозина, 2011.
19.
Н.И.Сонин, Е.Т.Бровкина. Биология. Многообразие живых организмов. 7 класс.
Рабочая тетрадь для учителя – М.: Дрофа, 2001.
20.
Козлова Т.А. Биология в таблицах. 6–11 кл: Справ. пособие.- М.: Дрофа, 2004.
21.
Дмитриева Т.А., Суматохин С.В. Биология. Растения, бактерии, грибы, лишайники,
животные. 6-7 кл.: Вопросы. Задания, Задачи. – М.: Дрофа, 2002.
22.
http://kayzen.az/blog/flora.html
23.
http://cografiya-eko.blogspot.com/p/ismayll-80-illik_21.html
24.
http://www.alakbarli.aamh.az/index.files/164.htm
25.
www.biology.ru
26.
http://www.zemnovodik.ru
27.
http://www.ecosystema.ru
28.
http://search.icq.com
29.
http://www.virtulab.net/
30.
http://bio.1september.ru/
Dostları ilə paylaş: |