Hamlet Isaxanlı
18
təgiz, Macarıstan, Bolqarıstan, Türkiyə,... təhsil ocaqları ilə
məhsuldar əlaqələr quruldu; bu programların çoxunda əmək-
daşlığa cəlb olunan ölkə universitələrinin sayı üçdən başlayıb
yeddiyə çatırdı. Dünyanın üçüncü güc mərkəzi – Uzaq Şərq də
unudulmadı, yeni 21-ci yüzillikdə Yaponiya, Çin, Koreya, Ma-
layzia və Hindistan kimi ölkələrlə əlaqələr, birgə tədqiqat layi-
hələri və tələbə mübadiləsi inkişaf etdirildi.
Dünyanın çox-çox ölkəsindən, o cümlədən də Asiyadan,
Afrikadan, Avropa və Amerikadan gələn tələbələr, gənc və
təcrübəli alimlər uyğun olaraq oxuyur, tədqiqat aparır və dərs
deyir, Xəzər Universitəsinin xoş və işgüzar mühitinin üzvi his-
səsinə çevrilirlər. Müxtəlifliyə, fərqliliyə hörmət, qayğı və dost-
luq Xəzər universitəsinə xas olan dərindən işlənmiş təhsil-tə-
lim-tərbiyə modelinin və təşkilati mədəniyyətin tərkib his-
səsidirlər; burada milli və bəşəri dəyərlər bir-birinə qovuşur.
Хəzər Universitetinin məzunları ölkəmizdə və bütün qitə-
lərdə yüksək maaşlı nüfuzlu vəzifələrdə çalışır, yüzlərlə tələ-
bəsi dünyanın müxtəlif qabaqcıl ali məktəblərində təhsillərini
davam etdirir. Nəinki məzunlar, hətta yuxarı kurs tələbələri-
nin də böyük əksəriyyəti işləyir. Ali məktəbin əsl gücü və nü-
fuzu bu deyilmi?
Hamlet İsaxanlının işləyib həyata keçirdiyi yeni beynəlxalq
üçbucaq əməkdaşlıq modeli universitetlə iş dünyasının əlaqələri
baxımından irəliyə atılmış çox mühüm addım oldu. Üçbucağın
bir təpəsində Xəzər Universiteti, ikinci təpəsində sənaye-iş dün-
yasında fəaliyyət göstərən şirkət, korporasiya (BP Exploration,
StatoilHydro kimi), üçüncü təpədə isə inkişaf etmiş ölkələrdən
(məsələn, Böyük Britaniya və ya Norveçdən) bir ali təhsil, elm
ocağı yerləşir. Bu model üçtərəfli qaynaqlardan səmərəli istifa-
də etməklə tədris və elmi araşdırmaların təşkilinə və kadr ha-
zırlığı məsələlərinin vaxtında və keyfiyyətli həllinə kömək
edir, ümumiyyətlə götürdükdə isə, bütün iştirakçılar üçün
Biblioqrafiya. Alim, Qurucu, Şair
19
fayda gətirə bilən əməkdaşlıq proqramlarına örnək göstərilmə-
yə layiqdir.
Xəzər Universitəsinin ildən-ilə böyüyən, genişlənən və
güclənən kampus-binalarında tələbə, elmi işçi-müəllim və ida-
rəetmə-xidmət heyəti effektiv fəaliyyət göstərir; tələbənin oxu-
ması üçün burada hər cür şərait mövcuddur. Özəl universitə
kitabxanalarının ən böyüyü olmaqla bərabər öz fondunun
rəngbərəngliyi və ingilisdilli qaynaqlarının vacibliyi və həcmi-
nə görə ölkədə ən seçilmiş kitabxanalardandır. Xarici mütəxəs-
sislərin rəyinə əsasən bu kitabxana öz kompüterləşmiş katalo-
qu, internetə bağlı məlumat bazasına çıxışı (access to online
databases), xüsusi xidmətləri, ölkədə ilk elektron arxiv sistemi,
xidmət mədəniyyəti və s. baxımından Azərbaycan üçün model
kitabxanadır.
Müxtəlif laboratoriyalar, muzeylər, elmi-tədqiqat mərkəz-
ləri, həmçinin çox gözəl tamaşalar, konsertlər, görüşlər və kon-
fransların keçirildiyi “Dünya” konsert-konfrans salonu Xəzər
Universitəsinin elmi-mədəni mühitini zənginləşdirir. Klassik-
lərimizin və müasir elm, siyasət və sənət adamlarımızın həyat
və yaradıcılıqlarına həsr olunmuş yaddaqalan təqdimatlar və
elmi toplantılar, görkəmli alimlər, ədəbiyyat və incəsənət xa-
dimlərimizin iştirakı ilə keçirilmiş unudulmaz görüşlər, milli
və beynəlxalq rəqslər, muğam və klassik musiqi gecələri və
Hamlet İsaxanlının fəal iştirakı ilə təşkil olunan bənzər tədbir-
lər bu ali təhsil ocağını, sözün həqiqi mənasında, ziyalıların,
gənclərin və ümumiyyətlə ictimaiyyətin böyük həvəslə üz tut-
duğu ziyarətgaha çevirmişdir.
Fakültə və akademik departmentlərlə (kafedralarla) yanaşı
Xəzər Universitəsi nəzdində fəaliyyət göstərən Təhsil Siyasəti
İnstitutu, Siyasət İnstitutu, Tərcümə Araşdırmalar Mərkəzi,
Lüğət və Ensiklopediya Mərkəzi, İqtisadi və Biznes Araşdır-
malar və Treyninq Mərkəzi və digər mərkəzlər bir sıra bey-
Hamlet Isaxanlı
24
yətinə və təşkilati istedada malik nadir bir şəxsdir. Başqaları-
nın uğurlarına sevinmək qabiliyyəti, dərdlərinə və qayğılarına
şərikolma xüsusiyyəti göz qabağındadır.
Onun riyaziyyat, fizika, astronomiya, tarix, beynəlxalq
münasibətlər, dilçilik, ədəbiyyat, mədəniyyət və təhsilə aid bi-
likləri, orijinal düşüncə tərzi və mülahizələri bu sahələrin mü-
təxəssisləri də daxil olmaqla onunla təmasda olan hər kəsi hey-
ran edir.
O, ciddi və eyni zamanda mehriban, çox sadə, təvazökar,
dürüst və səmimidir. Qarşısına qoyduğu məqsədə nail olmaq
üçün düzgün, doğru yol seçir və yolundan dönmür. Səbirlə,
ötəri işlərə baş qoşmadan, düşünə-düşünə, addım-addım, eyni
zamanda inadla, inamla irəliləyir.
Ona hörmət edirlər, onu lider kimi qəbul edirlər, onu se-
virlər.
Nəsil və ailə
Hamlet İsaxanlı məşhur Hacıbayramlılar nəslindəndir. Ba-
bası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan (1897-1930) 20-ci illərin
sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində sovet
rejiminə qarşı silahlı üsyan edib. Stalin və Beriyanın İsaxan
hərəkatından çəkindikləri və ona qarşı gizli casus şəbəkəsi
qurub güclü ordu göndərdikləri dərc olunmuş elmi mənbələr-
Biblioqrafiya. Alim, Qurucu, Şair
21
girə bilən ikidilli - azərbaycanca və ingiliscə təhsil verə bilən
təhsil ocağı modelini formalaşdırmağa çalışır. O, ən kiçik yaş-
dan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qur-
maqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.
İctimai və elmi-təşkilati iş
Hamlet İsaxanlı riyaziyyat və təbiət elmləri ilə humanitar
və sosial elmlər mədəniyyətininin hər ikisini özündə ehtiva
etmiş qeyri-adi, az rast gəlinən çoxbilgin insanlardandır.
Görkəmli alim, yaradıcı insan və cazibədar, xarizmatik li-
der kimi geniş tanınan və qəbul edilən Hamlet İsaxanlı bir alim
və ictimai xadimin ifadəsinə görə Azərbaycanda “oazis
yaradıcısı”dır, zəka sahiblərini, ziyalıları, elm və incəsənət
adamlarını, həmçinin beynəlxalq ictimaiyyəti cəzb edən şəxs-
dir. Hamlet İsaxanlı öz fəaliyyəti, alimliyi, yaradıcılığı və lider-
liyi ilə böyük beynəlxalq əməkdaşlığa nail olmuş, insan poten-
sialının açılması və davamlı inkişaf problemlərinə öz töfhəsini
vermişdir.
Onun rəhbərliyi altında dissertasiya müdafiə etmiş alimlər
indi Birləşmiş Ştatlarda, Avropada, Rusiyada, İsraildə, Türki-
yədə, İranda və digər ölkələrdə işləyirlər.
Hamlet İsaxanlının gərgin işi sayəsində inkişaf etmiş xarici
ölkələrdə təhsil tədqiqat aparmaq və təcrübə keçmək üçün
Dostları ilə paylaş: |