Hamlet Isaxanlı
14
ni, onun məna və səbəblərini izah etməyə geniş ictimaiyyətə və
hökumətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzet-
lərdə təhsil sisteminin dərin islahatlara ehtiyacı olduğunu,
böhrandan çıxmaq və işlahatların hansı istiqamətdə getməsi
yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxış-
lar etdi.
Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şərai-
tində olan ölkədə yeni ideyalar yaranır və həyata keçirilirdi!
Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı
oldu.
Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım isla-
hat aparılmasının vacibliyini qeyd etməklə bərabər, yeni
dünyaya, sürətlə dəyişməkdə olan, qloballaşan dünyaya
uy-
ğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çək-
di. O, yeni yaradılacaq ali məktəblərin təhsil plan-proqramları;
idarəetmə; keyfiyyətli tədris və tədqiqat; universitet-sənaye-iş
dünyası münasibətləri; bilik iqtisadiyyatı və innovasiya; kredit
qazanma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil
sistemi; bakalavr, magistr və doktor (PhD) dərəcələri verən
proqramlar və s. cəhətdən daha çox Birləşmiş Ştatlar universitə
modelindən bəhrələnməsini düzgün saydı. Bu fəaliyyətin cə-
miyyətin fəallaşması və demokratikləşməsi yolunda da mü-
hüm rol oynayacağını qeyd etdi.
Biblioqrafiya. Alim, Qurucu, Şair
15
Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində
düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə
əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali mək-
təb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu
fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin 1990-cı il 20 dekabr tarixli sərəncamı ilə hazırlıq işləri
aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universitəsi
(o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yara-
dıldı. 19 tələbə və 7 müəllimlə fəaliyyətə başlayan Xəzər Uni-
versitəsi Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keç-
miş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən
biri idi.
Hamlet İsaxanlı daha bir mühüm fikri vurğuladı, dürüst
ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil
sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işlə-
yən keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati
vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən
fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi
sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində
bir lider olaraq tanındı.
Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bila-
vasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standart-
larına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi
yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığ-
Xəzər Universitəsi
(təsis və prinsiplər)
Hamlet Isaxanlı
20
nəlxalq layihələr və bölgə ilə bağlı proqramlar
həyata keçirir,
ölkəmizin və geniş bölgənin elmi-iqtisadi-siyasi-mədəni inki-
şafı üçün zəruri olan məsələlər ətrafında tədqiqatlar aparırlar.
Hamlet İsaxanlı Xəzər Universitəsi nəzdində nəşriyyat və
mətbəə də qurmuş, dərslik, elmi və bədii ədəbiyyatın nəşri sa-
həsində də uğurlu fəaliyyət görtərməkdədir. Üç elmi jurnal
(“Journal of Azerbaijani Studies” - “Azərbaycan Araşdırmaları
Jurnalı”, “Khazar Journal of Mathematics” – “Xəzər Riyaziyyat
Jurnalı”, “Azərbaycan Arxeologiyası” və üç dilli (Azərbaycan-
ca, ingiliscə və rusca) elmi-populyar “Xəzər-Xəbər” dərgisi də
bu nəşriyyatda çap olunur. Xəzər Universitəsi nəşriyyatı həm-
çinin Azərbaycan Respublikasında İSBN və İSMN kimi beynəl-
xalq kitab və musiqi əsərlərinin standartlaşdırma-kodlaşdırma
mərkəzidir.
Gəncliyin cazibə mərkəzi olan Xəzər Universitəsi yaran-
dığı gündən həm də mədəniyyət, incəsənət və idman ocağıdır.
Tələbələrin idmana olan təbii marağını təmin etmək üçün
Hamlet İsaxanlı Xəzər Universitəsi idman klubunu təsis etmiş,
futbol, basketbol, şahmat və digər sahələrdə uğur qazanan,
yüksək liqada və beynəlxalq yarışlarda çıxış edən komandalar
yaratmışdır.
Xəzər universitəsinin Mahnı və Rəqs ansamblı öz peşəkar-
lığı və məlahəti ilə Azərbaycanda və xaricdə - Qafqazda, Avro-
pada, Yaxın Şərqdə səhnəyə çıxmalarından asılı olmadan ürək-
ləri fəth edirlər.
1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində
“Dünya” məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktə-
bi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə
məşğul olan bu məktəb ciddi uğurlar qazanmış, ölkədə ən
sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır. Bu müasir
və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sa-
həsində deyil, orta təhsil sistemində də öz beynəlxalq yarışa
Biblioqrafiya. Alim, Qurucu, Şair
17
Xəzər Universitəsi (inkişaf)
Hamlet İsaxanlı Xəzər Universitetində humanitar və sosial
sahələrlə yanaşı təbiət elmləri, mühəndislik və tətbiqi elmlər, o
cümlədən informasiya texnologiyası və kompüter mühəndis-
liyi, neft mühəndisliyi, iqtisadiyyat və menecment, həyat haq-
qında elmlər üzrə departamentlərin təşkil olunması kimi ağır
işə də böyük həvəslə girişdi.
Hələ Xəzər Universiteti yaradıldığı dövrdə Hamlet İsa-
xanlı “qloballaşan dünyada əyalət təhsili və əyalət elmi yox-
dur, yalnız beynəlxalq əməkdaşlıq vasitəsi ilə irəli getmək,
uğur qazanmaq olar” deyirdi. O, bu fikrini uğurla həyata ke-
çirməyə başladı. Əvvəlcə UCLA (University of California at
Los-Angeles), sonra Harvard, Princeton, Columbia University,
Purdue University (İndiana), Georgia State University (Atlan-
ta), George Mason University, South Connecticut State Univer-
sity, California State University, East Carolina University,
American University (washington D.C.) və s. Birləşmiş Ştatlar
və Kanada universitetləri ilə əməkdaşlıq proqramları qurdu,
elmi araşdırmaları, müəllim - tədqiqatçıların gedib-gəlməsini,
tələbə mübadiləsini, akademik və yardımçı sahələr üzrə mər-
kəzlərin qurulmasını, universitənin idarəolunma sistemini in-
kişaf etdirdi. Qərbi Avropa universitələri ilə geniş əməkdaşlıq
programları da faydalı oldu, xüsusilə Böyük Britaniya, Nider-
land, İtaliya, Fransa, İspaniya, Norveç, İsveç, Yunanıstan, Por-
Dostları ilə paylaş: |