41
11.Birja kontraktlarının işlənib hazırlanması. Bunun üçün birja torqlarının
keyfiyyət xarakteristikasına irəli sürülən tələblər standartlaşdırılır, əmtəə
partiyalarının ölçüləri standart lotlara ayrılır və birja sövdələşmələri üzrə
hesablaşmalar üçün vahid tələblər hazırlanır.
12.Sövdələşmələrin yerinə yetirilməsinə təminatın verilməsi. Bunun üçün
birjalarda klirinq və hesablaşmaların birja sistemi tətbiq edilir. Birja
iştirakçılarının qarşılıqlı tələb və öhdəliklərinin uçotunu qeyri – nəğd hesablaşma
yolu ilə apararaq,onların icrasını təşkil edir.
13.Birjanın informasiya fə
aliyyə
ti. Bu funksiyanı yerinə yetirmək üçün
birjalar qiymətlərin toplanmasını, qeydiyyatını, ümumiləşdirilməsini və öz
müştərilərinə, habelə digər maraqlı təşkilatlara çatdırılmasını təşkil edir.
FƏ
SIL II. AZƏ
RBAYCANDA Ə
MTƏƏ
BIRJALARININ MÜASIR
VƏ
ZIYYƏ
TININ TƏ
HLILI
2.1. Ə
mtəə
birjalarında hə
yata keçirilə
n real ə
mə
liyyatların təş
kili
xüsusiyyə
tlə
ri
nkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əvvəlcə real əmtəə birjası yaratmaq
məqsədəuyğun sayılır. Bura istehsalçılar, istehlakçılar, assosasiyaların və əmtəə
satıcılarının yayıldığı bir mərkəz ola bilər. Birja əmtəə bazarlarındakı vəziyyət
haqqında məlumat mərkəzinə çevrilə bilər və lazım olan kommersant kadrların
hazırlanmasına kömək edər, kommersiya mübahisələrini nizamlayar. Ən başlıcası real
ə
mtəə birjaları azad bazarda tələb və təklifi bir yerdə cəmləşdirər və real qiymətləri
formalaşdırar. O qiyməti qabaqcadan proqnozlaşdırmaq üçün unikal imkanlar yaradır.
Ə
mtəə birjalarının fəaliyyət göstərdikləri ilk dövrlərdə real (mövcud olan)
ə
mtəə birjaları üstünlük təşkil edirdilər. Bu isə sövdələşmələrdən sonra əmtəələrin
dərhal və mütləq satışını nəzərdə tuturdu. Bu növ sazişlər onunla tamamlanır ki,
faktiki olaraq mal satıcıdan alıcının sərəncamına keçir. Başqa sözlə real mal üzrə
saziş birja anbarlarının hər hansı birində real malın təhvil-təslimilə başa çatır. Bu o
deməkdir ki, birjada malı satan satıcı anbarda həmin maldan olduqda və öncədən
müqavilədə göstərilmiş sazişi bağlayıb sata bilər.
Mövcud əmtəə ilə real əməliyyatlar əmtəələrin birja ərazisində, birjaya məxsus
anbarlara təhvil verilməklə alqı-satqısını nəzərdə tutur. Əmtəə birjalarında həyata
keçirilən real əməliyyatların təşkili xüsusiyyətləri, real sazişlər aşağıdakıları əhatə
edir:
• Tez çatdırmaqla real ticarət sazişləri (SPOT);
• Təxirə salınmaqla əmtəələrin göndərilməsi üzrə sazişlər (FORVARD). Bu
da öz növbəsində girov qoymaqla, mükafatlı, sadə, mürəkkəb, bölünən,
ikili mükafatlı forvard sazişlərinə ayrılır;
• Real əmtəələr üzrə barter sazişləri;
• Real əmtəələr üzrə şərtli sazişlər;
43
Tez çatdırmaqla real ticarət sazişləri (SPOT) – Əmtəələrin təcili göndərməklə
bağlanması sazişlərinin əsas məqsədi əmtəələrin fiziki cəhətdən satıcılardan alıcılara
təqdim edilməsidir. Spot müqavilələri bağlayan satıcılar 2 həftə ərzində əmtəələri
birja anbarına təhvil verir və bunun müqabilində satıcıya birja anbarında xüsusi
şə
hadətnamə-varrant təqdim olunur. Real malın satıcısı həmin malı müqavilədə
müəyyən edilmiş vaxt ərzində Birja Komitəsi tərəfindən təsdiq olunmuş anbarların
birinə göndərir.
Varrant birjanın Hesablaşma Palatasına təqdim etmək üçün verilir və özündə
satılmış əmtəənin dəyərini əks etdirir. O varrantı öz bankında saxlayır və
malgöndərmə vaxtı gəldikdə onu, yəni varrantı anbarda saxlanılan malın dəyərini və
onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantı alanda əvəzində
satıcıya malın dəyərini göstərən çek təqdim edir. Həmçinin varrantda birjaya təqdim
edilmiş əmtəənin standart keyfiyyət xarakteristikası da əks öz əksini tapır.
Malın dəyəri əmtəə təqdim edildiyi zaman və ya müqavilə əsasında sonradan
ödənilə bilər. Müqavilənin şərtləri bağlandığı anda yerinə yetirilir. Bu da birjada
qiymətlərin dinamikası ilə oynamağa imkan vermir. Real əmtəə alıcıları alınmış
ə
mtəələrin və müqavilələrin dəyərinin ödənildiyi, əmtəələrin keyfiyyət
xarakteristikasının əks edildiyi, sənədlərin təqdim edildiyi Hesablaşma Palatasına
göndərilir. Bundan sonra alıcı aldığı əmtəə şəhadətnaməsini, yəni varrantı təqdim
etməklə əmtəəni birja anbarından təhvil alır.
Bu cür sazişlər alqı-satqı əməliyyatları üçün daha münasib sayılır. Təcili
göndərməklə bağlanılan müqavilələrin (spot) şərtlərinə uyğun olaraq əmtəələr 1-5 gün
ə
rzində alıcıya çatdırılmalıdır.
Tə
xirə
salınmaqla ə
mtəə
lə
rin göndə
rilmə
si üzrə
saziş
lə
r (FORVARD) – Bu
cür sazişlərdə qaşılıqlı surətdə real əmtəələrin təxirə salınmaqla göndərilməsi üzrə
öhdəliklər yerinə yetirilir. Forvard müqavilələri əmtəələrin göndərilməsi təxirə
salındığı dövrdə birjada baş verən qiymət dəyişiklikləri zamanı münasib qiymətlə