68.
Рынок ценных бумаг: Учебник / Под ред.
В.А.Галанова, А.И.Басова. – М.: Финансы и
статистика,2007.
Ə
LAVƏLƏR
Q YMƏTL KAĞIZLAR HAQQINDA
AZƏRBAYCAN RESPUBL KASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında qiymətli
kağızların buraxılışı və tədavülü qaydalarını müəyyən edir,
qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətini tənzimləyir.
I FƏS L. ÜMUM MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışların mənaları
aşağıdakılardır:
Qiymətli kağız – onun sahibinin əmlak və qeyri-əmlak
hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən
edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə
təsdiqləyən sənəddir.
Qiymətli kağızlar emissiya və qeyri – emissiya qiymətli
kağızlarına bölünür.
Emissiya qiymətli kağızları - buraxılış yerləşdirilən və
qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir
buraxılış daxilində hüquqlarının həyata keçirilməsinin həcmi
və müddəti eyni olan qiymətli kağızlardır.
Qeyri – emissiya qiymətli kağızları – buraxılışlarla
yerləşdirilməyən və qiymətli kağızlar üzrə hüquqların
keçməsinin həcmi və müddəti müxtəlif olan qiymətli
kağızlardır.Qeyri – emissiya qiymətli
kağızlarına veksel, çek, denozit sertifi – katları, opsion, varrant,
fyuçers,
özəlləşdirmə payları və bu anlayışa cavab verən
qiymətli kağızların digər növləri aiddir.
Səhm – onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin
mənfəətinin bir hissəsinin dividend şəklində almaq, səhmdar
cəmiyyətin idarə edilməsində iştirak etmək və o ləğv
edildikdən sonra qalan əmlakin bir hissəsini əldə etmək
hüququnu təsbit edə emissiya qiymətli kağızıdır.
stiqraz vərəqəsi – onun sahibinin emitentdən istiqraz
vərəqəsində nəzərdə tutulan müddətdə onun nominal dəyərini
və bu dəyərdən müəyyən edilmiş faizi və ya başqa əmlak
ekvivalentini (əgər qanunvericiliyə zidd deyilsə ) almaq
hüququnu təsbit edən emissiya qiymətli kağızdır.
Qiymətli kağızlar buraxılışı – sahiblərinə eyni həcmdə
hüquqları təmin edən, eyni emissiya (ilkin yerləşdirmə ) şərtləri
və bir dövlət qeydiyyat nömrəsi olan qeydə alınan bir emitentin
qiymətli kağızlarının məcmusudur.
Emitent – qiymətli kağızların sahibi qarşısında onlarda
təsbit edilmiş hüquqların həyata keçirilməsi üzrə öz adından
öhdəliklər daşıyan hüquqi şəxs, icra hakimiyyəti vəya
bələdiyyə orqanlarıdır.
Adlı emissiya qiymətli kağızları – bu qiymətli kağızlar
üzrə hüquqların keçməsi və onlarda təsbit edilmiş hüquqların
həyata keçirilməsi sahibinin mütləq eyniləşdirilməsini tələb
edən, sahibləri haqqında məlumat emitentə qiymətli kağızların
sahiblərinin reyestri formasında açıqlanmalı olan qiymətli
kağızlardır.
Təqdim edənə emissiya qiymətli kağızları – bu qiymətli
kağızlar üzrə hüquqların keçməsi və onlarda təsbit edilmiş
hüquqların həyata keçirilməsi sahibinin eyniləşdirilməsini tələb
etməyən qiymətli kağızlardır.
Emissiya qiymətli kağızlarının sənədləşdirilmiş forması –
qiymətli kağızlar sahiblərinin reyestrinin aparılması sistemində
yazı əsasənda və ya depo hesabında olan yazının əsasında
sahibi müəyyən edilən emissiya qiymətli kağızları formasıdır.
Emissiya qiymətli kağızının sertifikatı – emitent
tərəfindən və ya emitentin tapşırığı ilə müvafiq depozitari
tərəfindən buraxılan və qiymətli kağızların sertifikatda
göstərilən sayına hüquqların məcmusunu təsdiqləyən sənəddir.
Qiymətli kağızın sahibi belə sertifikat əsasında emitentin
öhtəliklərini yerinə yetirilməsini tələb etmək hüququ vardır.
Qiymətli kağızların tədavülü – qiymətli kağızlara
mülkiyyət hüquqlarının keçməsinə səbəb olan mülki – hüquqi
əqidlərin bağlanmasıdır.
Emissiya qiymətli kağızlarının yerləşdirilməsi – emitentin
mülki – hüquqi əqidlər bağlamaq yolu ilə qiymətli kağızları
birinci sahiblərinə özgəninkiləşdirilməsidir.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları –qanun
vericilik əsasında qiymətli kağızlar bazarında xüsusi razılıq
əsasında fəaliyyət gğstərən hüquqi və fiziki şəxslərdir.
Dövlət qeydiyyat nömrəsi – emissiya qiymətli kağızlarının
konkret buraxılışını eyniləşdirən ədədi (hərfi, nişanəli ) koddur.
Maddə
2. Qiymətli kağızlar haqqında qanunvericilik
Qiymətli kağızlarla bağlı münasibətlər bu Qanundan,
Azərbaycan Respublikasının digər normativ – hüquqi
aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
II FƏS L. Q YMƏTL KAĞIZLAR BAZARININ
TƏNZ MLƏNMƏS
Maddə 3. Qiymətli kağızlar bazarının dövlət
tənzimlənməsi
1.Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi
aşağıdakılardan ibarətdir:
1.1.emitentlərin,qiymətli kağızlar bazarının peşəkar
iştirakçılarının fəaliyyətinə məcburi tələblərin və onun
standartlarının müəyyən edilməsi;
1.2.qiymətli
kağızlar
buraxılışının
və
emissiya
Dostları ilə paylaş: |