61
dünya XX əsri də 1900-1903-cü illərin qlobal iqtisadi böhranı ilə salamlamışdı.
Sonralar bu vəziyyət müəyyən fasilələrlə davam etdi. Birinci dünya müharibəsinin
başlaması ilə böhran vəziyyəti aradan qalxmışdı. Ancaq müharibədən sonra iki ca-
han savaşı arasındakı 20 – 30-cu illərdə dünya üç ümumi istehsal artıqlığı böhranı
ilə üz-üzə qalmışdır: 1920 – 1921-ci illər; 1929 – 1933-cü illər; 1937 – 1938-ci il-
lər. Bu böhranlar içərisində 1929 – 1933-cü illər iqtisadi böhranının xüsusi yeri
vardır. O daha uzun müddət davam etmiş, ağır və çoxcəhətli olmuşdur. Bu böh-
randan dünyanın bütün sənaye ölkələri, xüsusən ABŞ və Almaniya daha çox əziy-
yət çəkmişdi. Böhran 1929-cu ildə ABŞ-da başlamış, daha sonra Avropa və Asiya
ölkələrinə yayılmışdır. Bu böhran bir çox cəhətdən hər şeydən əvvəl, öz dərinliyinə
görə misli görünməmiş idi. Sənaye istehsalı sadəcə olaraq azalmadı hətta əsrin
ə
vvəlindəki səviyyəyə düşdü. stehsalın bu cür əhəmiyyətli ixtisarı işsizliyin küt-
ləvi artımına səbəb oldu. Həyat səviyyəsi aşağı düşdü, işsizlik artdı (31 mln. nəfər).
Böhranın ikinci xüsusiyyəti onun vüsətində idi. Böhran qlobal xarakter aldı. Onun
üçüncü xüsusiyyəti davamlı olması idi. Lakin istehsalın düşməsi dayandıqdan və
1933-cü ildə canlanma əlamətləri göründükdən sonra da iqtisadiyyat lap ikinci
dünya müharibəsi başlayana qədər tamamilə bərpa olunmadı. Heç bir böhran bu
cür böyük vüsətli iqtisadi nəticələr doğurmamışdır. Almaniyada vəziyyət daha gər-
gin idi. Ölkədə faşist təşkilatlar fəallaşdı, şovinist ideyalar gücləndi, hakimiyyət
dəyişikliyi çağırışları geniş vüsət aldı. Bu da özünü yaxın gələcəkdə hakimiyyət
dəyişikliyində və beynəlxalq münasibətlərə dərin təsirində göstərdi. Dünya iqtisadi
böhranı şəraitində böyük dövlətlər arasında ziddiyyətlər daha da kəskinləşdi. Ver-
sal – Vaşinqton sistemi iflasa uğrayırdı. Almaniya, Avstriya, Macarıstan və Bol-
qarıstan açıq şəkildə təzminat ödəməkdən imtina edirdilər. Onlar silahlanma üçün
hüquqlar əldə etməyə və Müharibədən sonrakı mövcud vəziyyəti dəyişməyə çalı-
ş
ırdılar. Belə şəraitdə Avropa dövlətlərinin birliyini qurmaq mühüm əhəmiyyət
kəsb edirdi. Bu təşəbbüsü Fransanın xarici işlər naziri A. Brian öz üzərinə götürdü.
O, 1930-cu il mayın 17-də Avropanın 27 ölkəsinə az öncə barəsində söz açdığımız
“Avropa Federal ttifaqını yaratmaq haqqında” müraciət etdi. Belə bir ideyanı o,
iqtisadi əməkdaşlıq və böhranla birgə mübarizə aparmaq tədbirləri ilə bağladı.
62
“Pan-Avropa” adını alan bu plan Avropada Fransanın mövqelərinin möhkəmlən-
məsinə də xidmət etməli idi. Ona görə də plan Avropa dövlətləri tərəfindən bir-
mənalı qarşılanmadı. Fransanın ən böyük rəqibi ngiltərə fransızlara Avropada
möhkəmlənməyə imkan verə bilməzdi. Almaniya bu plana Fransanın Versal siste-
mini möhkəmləndirmək cəhdləri kimi baxdı və əleyhinə çıxdı. taliyadan da dəstək
gəlmədi. Nəticədə, “Pan-Avropa”-nı həyata keçirmək mümkün olmadı.
qtisadi böhran siyasi iqlimi kəskinləşdirməklə yanaşı, sosial qarşıdurmaları
da xeyli artırmışdı. O, sənaye ölkələrində güclü çıxışlara səbəb olmuşdu. Yaranmış
kritik vəziyyətdən çıxış yolu üçün yeni üsul və yollar sınaqdan çıxarılırdı. Siyasi
qüvvələr, siyasi partiyalar və dövlət xadimləri bu məqsədlə müxtəlif təkliflər və
ideyalarla çıxış edirdilər. Onlardan bəziləri, o cümlədən ABŞ prezidenti F. Ruzvelt
liberal islahatlar, sosial-demokratiya liderləri geniş sosial islahatlar həyata keçir-
məyi, Almaniya nasistləri isə iqtisadiyyatı hərbiləşdirmək, dövlətin tənzimedici ro-
lunu artırmaq ideyalarını irəli sürürdülər. Beləliklə, böhrandan çıxmaq üçün irəli
sürülən təkliflər üç istiqamətdə qruplaşmışdı: liberal-islahatçılıq, sosial-islahatçılıq,
totalitarizm. Birincidən ABŞ-da, ikincidən Skandinaviya ölkələri, Fransada və
üçüncüdən isə Almaniya, taliya və Yaponiyada istifadə olunmuşdu. Böhrandan
çıxmağın amerikan variantı öz əksini 1932-ci ilin payızında ABŞ prezidenti seçil-
miş F. Ruzveltin təklif etdiyi “Yeni xətt” siyasətində tapmışdı. Bu islahat uzun-
müddətli olub liberal iqtisadiyyat prinsipləri ənənələrinə söykənmişdi. Burada tə-
sərrüfat və ictimai həyatın bütün sahələrinə təsir göstərəcək metodlara üstünlük
verilmişdi. Sosial-islahatçılıq xəttini əsas götürən Skandinaviya ölkələrinin təc-
rübəsi bu gün də öz aktuallığın saxlayır. sveç sosializm fenomeni buna parlaq
misaldır. Nəhayət, Almaniya kimi totalitar dövlətlərdə bazar münasibətləri əsasən
ləğv edilmişdi. slahatlar sənayenin hərbiləşdirilməsi, ağır sənayenin kütlə payının
çoxaldılması, iqtisadiyyata dövlət nəzarətini artırılması və s. tədbirlərdən ibarət idi.
Düzdü, bu cür islahatlar öz təsirini tezliklə göstərdi. Belə ki, böhran başladıqdan
artıq bir il sonra Almaniyada işsizlik aradan qaldırılmışdı. Ancaq bu Almaniya iqti-
sadiyyatını uçuruma sürükləyirdi. Çünki bütün uğurlar süni idi. Buna baxmayaraq
Almaniya və Yaponiya istisna olmaqla böhran bitdikdən sonra belə digər bütün
63
dövlətlərin iqtisadiyyatları durğunluq içərisində qalmışdılar. Belə demək olar ki,
iqtisadi böhranlar ikinci cahan savaşı istiqamətində atılmış iri bir addım oldu.
34. taliya faş izmi və onun hakimiyyə tə gə lmə si.
Digər Qərb ölkələrində inqilablar baş vermədi. Bu ölkələrdə dəyişiklər kütləvi
hərəkatların təsiri altında, lakin qanuni seçilmiş hökumətlər tərəfindən islahatların
nəticəsi oldu. ngiltərə və Fransada demokratik hərəkat dalğasının yüksəlişi 1919-
1920-ci illərdə olmuşdur. ngilis hökuməti ümumi tətil qorxusu qarşısında 1919-
cu ilin əvvəlində 7 saatlıq iş günü müəyyən etdi və əmək haqqını qaldırdı. Fran-
sada 8 saatlıq iş günü müəyyənləşdirildi və sahibkarlarla həmkarlar ittifaqları ara-
sında kollektiv müqavilələr qanuniləşdirildi. Ölkələrin çoxunda həmkarlar ittifaq-
larının hüquqları tanındı. Fəhlə, sosial-demokrat partiyalarının təsiri gücləndi.
1920-ci ildə ngiltərə və Fransa, 1921-ci ildə Amerika kommunist partiyaları yara-
dıldı.
Əvvəlcə, demokratiyanı bütün problemləri həll etməyin açarı kimi təsəvür
edirdilər. Lakin məlum oldu ki, öz-özlüyündə demokratiya-ümumi seçki hüququ,
azadlıq, çoxpartiyalılıq avtomatik olaraq işsizliyi, qiymətlərin artmasını, istehsalın
aşağı düşməsini aradan qaldırmır. Bu kütləvi antidemokratik hərəkatların yaranma-
sına səbəb oldu. Avropa faşizmi yarandı. Faşizm XX yüzilliyin siyasi hərəkatı,
dövlət idarəçiliyinin xüsusi spesifik formasıdır. O, dünya xalqlarına saysız-hesab-
sız fəlakətlər gətirmişdir. Faşizm sözü italyan mənşəlidir. Faşistlərin ilk çıxışları
hələ 1919-cu ildə olmuşdur. Əvvəllər faşizm sözü yalnız 20-ci illər taliya gerçək-
liyi ilə bağlı işlədilirdi. Sonralar digər ölkələrdə buna oxşar təşkilatları da belə
adlandırmağa başladılar.
Faşizmin bir sıra xarakterik xüsusiyyətləri vardır, hərşeydən əvvəl, faşizm
millətçilik və irqçilikdir. Faşistlər üçün millətin mənafeləri həmişə fərdi, qrup, sinfi
mənafelərdən üstündür. Sonuncular, şübhəsiz, birinciyə qurban verilməlidir. Faşi-
zm elə bil ki, Birinci dünya müharibəsi ərəfəsi və müharibə dövründə qaldırılmış
millətçilik dalğasını özündə əks etdirirdi. Faşizm hərəkatının Almaniya və taliya-
da daha geniş vüsət alması, çoxusu bununla izah edilə bilərki, milli birləşməni
Dostları ilə paylaş: |