13
1915-1917-ci illərdə Rusiyada vacib hadisələr baş verirdi. Rusiya imperi-
yası iqtisadi, hərbi və siyasi cəhətdən Antantanın daha zəif həlqəsi idi. Ölkədə böh-
ran yetişirdi. Cəbhədəki məğlubiyyətlər, iqtisadi vəziyyətin kəskin pisləşməsi anti-
müharibə və antihökumət hərəkatının güclənməsinə gətirib çıxardı. Ölkənin daxili
və xarici siyasətindən narazılıq təkcə sadə adamlar arasında yox, həm də hakim
dairələrdə artırdı. Ölkəni inqilabi sarsıntılardan xilas etmək məqsədi ilə burjua-
ziyanın nüfuzlu hissəsi II Nikolayı onun qardaşı Mixaillə əvəz etməyə hazır idi.
Lakin artıq gec idi. 1917-ci il fevral inqilabı çar mütləqiyyətini devirdi və ölkədə
müvəqqəti hökumətin hakimiyyətini qurdu. Əvvəlcə müvəqqəti hökumətə knyaz
Q. Lvov, sonra isə eser A. Kerenski başçılıq etdi. Fevral inqilabı tarixdə ilk dəfə
ikihakimiyyətlik yaranması ilə nəticələndi. Müvəqqəti hökumət timsalında burjua-
ziya və Sovetlərin timsalında fəhlə-kəndli hakimiyyətləri meydana gəldi. Fevral
inqilabı Rusiya və dünya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O,
Avropa və Asiya tarixində həmişə mühafizəkar rol oynayan Rusiya monarxiyasını
dağıtdı, çar imperiyasını tamamilə sarsıtdı. O, Rusiyanın azad demokratiya, kapita-
lizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabı
Rusiyanı respublika və demokratiya yoluna, saf kapitalizm yoluna çıxaran zəmin
hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demok-
ratiyasına qoşulmalı idi. Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvə-
lərin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı
üsyan yolu ilə gözləmədən böyüyüb sosialist inqilabına keçməli idi. Burada mark-
sistlərin “cəmiyyətin inkişafının lokomotivi” sayılan sinfi mübarizə, sinfi qarşı-
durma əsas rol oynamalı idi. Menşeviklərin, habelə bolşeviklərin müəyyən hissə-
sinin fikrincə Rusiya sosialist inqilabı üçün hələ yetişməmişdi. Doğrudur, Fevral
inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə
çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi,
daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskin-
ləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi. Dünya müharibəsi şə-
raitində baş vermiş sosial-iqtisadi böhranın təqsirkarı hesab edilən mütləqiyyət
devrilsə də, fevral inqilabından sonra da Rusiyada bu proses davam etməkdə idi.
14
Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hö-
kumət və onu müdafiə edən qüvvələr böhrandan çıxmaq üçün hələ ciddi sosial-
iqtisadi tədbirlər görə bilmirdilər. Fevral inqilabı bütün təbəqələrin sosial-siyasi
fəallığına güclü təkan versə də, dövlət quruculuğu, iqtisadi dirçəliş, müharibə və
sülh məsələləri, sosial təminat və başqa vacib problemlər həll edilməmiş qalırdı.
Xalq təsərrüfatının dağılması davam edir, sənaye müəssisələri bağlanır, işsizlik
artır, ərzaq böhranı dərinləşir, sosial təminat heç dərəcəsinə enirdi. Siyasi qüvvələr,
ictimai hərəkatlar, siyasi partiyalar və təşkilatlar, sosial qruplar arasında birliyin
olmaması da ölkədəki bu vəziyyəti daha da kəskinləşdirirdi. Çar hökumətinin öh-
dəliklərini təsdiq edən yeni Rusiya hakimiyyəti başqa ölkələrin dəstəyini aldı.
1917-ci ilin mart-aprelində demək olar ki, bütün dövlətlər müvəqqəti hökuməti hü-
quqi cəhətdən tanıdıqlarını bəyan etdilər. Rusiyada baş verən iqtisadi və başlıcası,
siyasi hadisələrlə əlaqədar olaraq Müvəqqəti hökumət Almaniyaya qarşı ümumi
hücumun başlanğıcını yazdan yaya keçirmək təklifi ilə müttəfiqlərinə müraciət
etdi. Amma ngiltərə və Fransa Şərq cəbhəsində əməliyyatın tezliklə başlanmasın-
da təkid etdilər. Rusiyanın yeni hökuməti çar hökuməti dövründə olduğundan daha
çox Antantadan asılı idi. 1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra
iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin
bu da Rusiyada başlanmış siyasi və iqtisadi böhranı aradan qaldırmadı. Ölkədə
iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinli-
yi davam edirdi. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və
partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiya-
lar ölkəni çıxılmaz vəziyyətdə qoyan fəlakətə qarşı mübarizə etmək üçün, ölkəni
böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar. Burjuaziya və onu müdafiə
edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura
yaratmaqda görürdülər. ABŞ-ın, ngiltərənin və Fransanın hakim dairələri də bu
xətti müdafiə edirdilər. 1917-ci il avqustun 12-15-də Moskvada keçirilən Dövlət
Müşavirəsi bu məqsədi dəstəklədi. Hərbi diktaturaya hələ iyulun 18-də Baş Ko-
mandan təyin edilmiş general Kornilov başçılıq etməli idi. Fəhlə və kəndlilər adın-
dan çıxış edən bolşeviklər və onların tərəfdarları iri burjuaziyanın diktaturasına
15
qarşı inqilabi çevriliş nəticəsində yaradılacaq proletariat diktaturası alternativini
irəli sürürdülər. Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təh-
lükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra
kütlələr arasında bolşeviklərin və onların tərəfdarlarının nüfuzu artmışdı. Onların
möhkəm hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən So-
vetlərə verilməsi təklifləri geniş yayılmışdı. ngiltərə, Fransa və ABŞ-ın təkidi ilə
Kerenskinin hücuma atdığı taqətdən düşmüş, pis silahlanmış rus qoşunları özünü
heç nə ilə doğrultmayaraq yeni qurbanlar verərək tam uğursuzluğa məruz qaldılar.
Ölkədəki daxili vəziyyət daha da ağırlaşdı. Rusiyanın nüfuz və çəkisinin müttəfiq-
lərinin gözündə hələ çar zamanı başlanan enişi fevral inqilabından sonra gücləndi.
ngiltərə və Fransa Rusiya daxilindəki vəziyyəti nəzarət altında saxlamağa və onun
müharibədən çıxmasına yol verməməyə çalışırdılar.
9. Sovet Rusiyasının sülh təşəbbüsləri. Brest-Litovsk müqaviləsi.
1917-ci il dekabrın 3-də Brest-Litovskda bir tərəfdən Sovet Rusiyası, digər tərəf-
dən isə Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan nümayəndələri
arasında danışıqlar başladı. Sovet nümayəndə heyəti sülh haqqında Dekretdə irəli
sürülən müddəalara əsaslanmağı təklif etdi, lakin Almaniya nümayəndə heyəti bil-
dirdi ki, o, barışıq haqqında konkret danışıqlar aparmağa gəlmişdir və rus təklifini
siyasi hesab etdiyindən onun müzakirəsindən boyun qaçırdı. Gənc Sovet respubli-
kasının ağır vəziyyətindən bir çox ölkələr istifadə etməyə çalışırdı. 1917-ci ilin de-
kabrında rumın qoşunları Bessarabiya ərazisinə soxulub, onu işğal etdi, 1918-ci
ilin aprelində isə o, Rumıniyaya birləşdirildi. 1917-ci il dekabrın 22-də Brest-Li-
tovskda Rusiya, Almaniya və onun müttəfiqləri arasında sülh bağlanması haqqın-
da danışıqlar yenidən başlandı. Danışıqlar üç mərhələdə keçdi. Birinci mərhələ
1917-ci il dekabrın 22-dən 28-nə kimi, ikinci mərhələ 1918-ci il yanvarın 9-dan
fevralın 10-na kimi və üçüncü mərhələ 1918-ci il martın 1-dən 2-nə kimi davam
etdi. Alman nümayəndə heyəti güclü təzyiq göstərir və öz şərtlərini diqtə edirdi.
Lakin bütün çətinliklərə baxmayaraq, sülh müqaviləsi artıq ikinci mərhələdə imza-
lana bilərdi. Sovet nümayəndə heyətinə başçılıq edən Trotskinin boyun qaçırması
bunu etməyə imkan vermədi. Nəticədə alman qoşunları Baltik dənizindən Qara
Dostları ilə paylaş: |