Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   2   3   4   5   6   7   8   9   ...   31

13 

 

1915-1917-ci  illərdə  Rusiyada  vacib  hadisələr  baş  verirdi.  Rusiya  imperi-



yası iqtisadi, hərbi və siyasi cəhətdən Antantanın daha zəif həlqəsi idi. Ölkədə böh-

ran yetişirdi. Cəbhədəki məğlubiyyətlər, iqtisadi vəziyyətin kəskin pisləşməsi anti-

müharibə və antihökumət hərəkatının güclənməsinə gətirib çıxardı. Ölkənin daxili 

və  xarici  siyasətindən  narazılıq  təkcə  sadə  adamlar  arasında  yox,  həm  də  hakim 

dairələrdə  artırdı.  Ölkəni  inqilabi  sarsıntılardan  xilas  etmək  məqsədi  ilə  burjua-

ziyanın  nüfuzlu  hissəsi  II  Nikolayı  onun  qardaşı  Mixaillə  əvəz  etməyə  hazır  idi. 

Lakin artıq gec idi. 1917-ci il fevral inqilabı çar mütləqiyyətini devirdi və ölkədə 

müvəqqəti  hökumətin  hakimiyyətini  qurdu.  Əvvəlcə  müvəqqəti  hökumətə  knyaz 

Q. Lvov, sonra isə eser A. Kerenski başçılıq etdi. Fevral inqilabı tarixdə ilk dəfə 

ikihakimiyyətlik yaranması ilə nəticələndi. Müvəqqəti hökumət timsalında burjua-

ziya  və  Sovetlərin  timsalında  fəhlə-kəndli  hakimiyyətləri  meydana  gəldi.  Fevral 

inqilabı Rusiya və dünya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, 

Avropa və Asiya tarixində həmişə mühafizəkar rol oynayan Rusiya monarxiyasını 

dağıtdı, çar imperiyasını tamamilə sarsıtdı. O, Rusiyanın azad demokratiya, kapita-

lizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabı 

Rusiyanı  respublika  və  demokratiya  yoluna,  saf  kapitalizm  yoluna  çıxaran  zəmin 

hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demok-

ratiyasına qoşulmalı idi. Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvə-

lərin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı 

üsyan yolu ilə gözləmədən böyüyüb sosialist inqilabına keçməli idi. Burada mark-

sistlərin  “cəmiyyətin  inkişafının  lokomotivi”  sayılan  sinfi  mübarizə,  sinfi  qarşı-

durma əsas rol oynamalı idi. Menşeviklərin, habelə bolşeviklərin  müəyyən hissə-

sinin  fikrincə  Rusiya  sosialist  inqilabı  üçün  hələ  yetişməmişdi.  Doğrudur,  Fevral 

inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə 

çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, 

daxili  və  xarici  siyasətdəki  uğursuzluqlar,  sinfi  qarşıdurmaların  daha  da  kəskin-

ləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi. Dünya müharibəsi şə-

raitində  baş  vermiş  sosial-iqtisadi  böhranın  təqsirkarı  hesab  edilən  mütləqiyyət 

devrilsə  də,  fevral  inqilabından sonra  da Rusiyada  bu  proses  davam  etməkdə  idi. 



14 

 

Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hö-



kumət  və  onu  müdafiə  edən  qüvvələr  böhrandan  çıxmaq  üçün  hələ  ciddi  sosial-

iqtisadi  tədbirlər  görə  bilmirdilər.  Fevral  inqilabı  bütün  təbəqələrin  sosial-siyasi 

fəallığına  güclü  təkan  versə  də,  dövlət  quruculuğu,  iqtisadi  dirçəliş,  müharibə  və 

sülh  məsələləri,  sosial  təminat  və  başqa  vacib  problemlər  həll  edilməmiş  qalırdı. 

Xalq  təsərrüfatının  dağılması  davam  edir,  sənaye  müəssisələri  bağlanır,  işsizlik 

artır, ərzaq böhranı dərinləşir, sosial təminat heç dərəcəsinə enirdi. Siyasi qüvvələr, 

ictimai  hərəkatlar,  siyasi  partiyalar  və  təşkilatlar,  sosial  qruplar  arasında  birliyin 

olmaması da ölkədəki bu vəziyyəti daha da kəskinləşdirirdi. Çar hökumətinin öh-

dəliklərini  təsdiq  edən  yeni  Rusiya  hakimiyyəti  başqa  ölkələrin  dəstəyini  aldı. 

1917-ci ilin mart-aprelində demək olar ki, bütün dövlətlər müvəqqəti hökuməti hü-

quqi cəhətdən tanıdıqlarını bəyan etdilər. Rusiyada baş verən iqtisadi və başlıcası, 

siyasi  hadisələrlə  əlaqədar  olaraq  Müvəqqəti  hökumət  Almaniyaya  qarşı  ümumi 

hücumun  başlanğıcını  yazdan  yaya  keçirmək  təklifi  ilə  müttəfiqlərinə  müraciət 

etdi. Amma  ngiltərə və Fransa Şərq cəbhəsində əməliyyatın tezliklə başlanmasın-

da təkid etdilər. Rusiyanın yeni hökuməti çar hökuməti dövründə olduğundan daha 

çox Antantadan asılı idi. 1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra 

iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin 

bu  da  Rusiyada  başlanmış  siyasi  və  iqtisadi  böhranı  aradan  qaldırmadı.  Ölkədə 

iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinli-

yi davam edirdi. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və 

partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiya-

lar  ölkəni  çıxılmaz  vəziyyətdə  qoyan  fəlakətə  qarşı  mübarizə  etmək  üçün,  ölkəni 

böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar. Burjuaziya və onu müdafiə 

edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura 

yaratmaqda  görürdülər.  ABŞ-ın,  ngiltərənin  və  Fransanın  hakim  dairələri  də  bu 

xətti  müdafiə  edirdilər.  1917-ci  il  avqustun  12-15-də  Moskvada  keçirilən  Dövlət 

Müşavirəsi  bu  məqsədi  dəstəklədi.  Hərbi  diktaturaya  hələ  iyulun  18-də  Baş  Ko-

mandan təyin edilmiş general Kornilov başçılıq etməli idi. Fəhlə və kəndlilər adın-

dan  çıxış  edən  bolşeviklər  və  onların  tərəfdarları  iri  burjuaziyanın  diktaturasına 



15 

 

qarşı  inqilabi  çevriliş  nəticəsində  yaradılacaq  proletariat  diktaturası  alternativini 



irəli sürürdülər.  Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təh-

lükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra 

kütlələr  arasında  bolşeviklərin  və  onların  tərəfdarlarının  nüfuzu  artmışdı.  Onların 

möhkəm hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən So-

vetlərə verilməsi təklifləri geniş yayılmışdı.  ngiltərə, Fransa və ABŞ-ın təkidi ilə 

Kerenskinin  hücuma  atdığı  taqətdən  düşmüş,  pis  silahlanmış  rus qoşunları  özünü 

heç nə ilə doğrultmayaraq yeni qurbanlar verərək tam uğursuzluğa məruz qaldılar. 

Ölkədəki daxili vəziyyət daha da ağırlaşdı. Rusiyanın nüfuz və çəkisinin müttəfiq-

lərinin gözündə hələ çar zamanı başlanan enişi fevral inqilabından sonra gücləndi. 

ngiltərə və Fransa Rusiya daxilindəki vəziyyəti nəzarət altında saxlamağa və onun 

müharibədən çıxmasına yol verməməyə çalışırdılar.   

     9. Sovet Rusiyasının sülh təşəbbüsləri. Brest-Litovsk müqaviləsi. 

1917-ci il dekabrın 3-də Brest-Litovskda bir tərəfdən Sovet Rusiyası, digər tərəf-

dən  isə  Almaniya,  Avstriya-Macarıstan,  Türkiyə  və  Bolqarıstan  nümayəndələri 

arasında danışıqlar başladı. Sovet nümayəndə heyəti sülh haqqında Dekretdə irəli 

sürülən müddəalara əsaslanmağı təklif etdi, lakin Almaniya nümayəndə heyəti bil-

dirdi ki, o, barışıq haqqında konkret danışıqlar aparmağa gəlmişdir və rus təklifini 

siyasi hesab etdiyindən onun müzakirəsindən boyun qaçırdı. Gənc Sovet respubli-

kasının ağır vəziyyətindən bir çox ölkələr istifadə etməyə çalışırdı. 1917-ci ilin de-

kabrında  rumın  qoşunları  Bessarabiya  ərazisinə  soxulub,  onu  işğal  etdi,  1918-ci 

ilin  aprelində  isə  o,  Rumıniyaya  birləşdirildi.  1917-ci  il  dekabrın 22-də  Brest-Li-

tovskda Rusiya, Almaniya və onun müttəfiqləri arasında sülh bağlanması haqqın-

da  danışıqlar  yenidən  başlandı.    Danışıqlar  üç  mərhələdə  keçdi.  Birinci  mərhələ 

1917-ci  il  dekabrın  22-dən  28-nə  kimi,  ikinci  mərhələ  1918-ci  il  yanvarın  9-dan 

fevralın  10-na  kimi  və  üçüncü  mərhələ 1918-ci  il  martın  1-dən  2-nə  kimi  davam 

etdi.  Alman  nümayəndə  heyəti  güclü  təzyiq  göstərir  və  öz  şərtlərini  diqtə  edirdi. 

Lakin bütün çətinliklərə baxmayaraq, sülh müqaviləsi artıq ikinci mərhələdə imza-

lana bilərdi. Sovet nümayəndə heyətinə başçılıq edən Trotskinin boyun qaçırması 

bunu  etməyə  imkan  vermədi.  Nəticədə  alman  qoşunları  Baltik  dənizindən  Qara 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə