Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

25 

 

1918 -ci il  mayın 28-də Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasından  son-



ra    Azərbaycan  -Türkiyə  münasibətləri  yeni  mərhələyə    -  dövlətlərarası  müna-

sibətlər  mərhələsinə  daxil  oldu.  Bu    mərhələdə    Azərbaycan  -Türkiyə    müna-

sibətlərinin  hüquqi  əsasını  4 iyunda  imzalanmış  Batum  müqaviləsi  təşkil  edir-

di.  Müqavilədə  göstərilirdi:  "Bir tərəfdən,  Osmanlı  imperator  hökuməti,  digər  

tərəfdən  isə  müstəqilliyini  elan   etmiş Azərbaycan  Xalq  Cümhuriyyəti  höku-

məti  öz  ölkələri  arasında  siyasi,  hüquqi, iqtisadi  və  intellektual  zəmində  meh-

riban  dostluq  münasibətləri  bərqərar  etməklə qarşılıqlı  surətdə  razılığa  gəlir-

lər".    4  iyun    müqaviləsi    və    iyunun    ortalarında  imzalanan  çoxtərəfli  sazişlər 

Azərbaycan  -Türkiyə    münasibətlərinin  bütün  sahələrini  əhatə    edən    ilk    döv-

lətlərarası  sənədlər  idi.  Hələ  Batumda  olan  M.Ə.Rəsulzadə  və M.H.Hacınski 

xarici hərbi müdaxiləyə son qoymaq və  daxili asayişi qorumaq məqsədilə  4 iyıun 

müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə  müraciət etdilər. 

Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana 

ordu  göndərilməsi  Cənubi    Qafqazda    möhkəmlənməyə  çalışan  Almaniyanın  eti-

razına səbəb olmasın. Ona  görə qarşılıqlı  razılıq  əsasında  osmanlı  hərbi  hissə-

ləri  və  Azərbaycan  könüllülərindən  ibarət Qafqaz  slam Ordusu yaradıldı. Azər-

baycan- Türkiyə  münasibətlərinin genişlənib dərinləşməsində  1918-ci  ildə keçi-

rilməsi  nəzərdə  tutulan   stanbul  konfransına  M.Ə.Rəsulzadə,  X.Xasməmmədov  

və  A.Səfikürdski  və  başqalarından    ibarət    nümayəndə    heyəti    göndərilməsinin  

böyük    əhəmiyyəti    oldu.  Nümayəndə  heyətinə  bu  beynəlxalq    konfransa  dəvət 

edilmiş  Osmanlı,  Almaniya,  Avstriya-Macarıstan,  Bolqarıstan,  Gürcüstan,  Ermə-

nistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə siyasi, iqtisadi, maliyyə və hərbi   

məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq  səlahiyyəti  veril-

mişdi.  Nəzərdə  tutulan  beynəlxalq  konfrans  keçirilməsə  də, Azərbaycan nüma-

yəndələrinin  stanbul  missiyası  çox faydalı oldu.  yun ayının axırlarından oktya-

brın  axırlarına  qədər  Azərbaycan,  Osmanlı  və  digər  dövlətlərin  stanbulda  olan 

nümayəndələri səmərəli danışıqlar apardılar. Sentyabrın  6- da  isə Azərbaycan nü-

mayəndələri Mehmet  Rəşadın  vəfatından sonra Taxta əyləşmiş  Sultan  VI  Meh-

met  Vahidəddin tərəfindən qəbul edildi.  Həmin gün  Sultan taxta  çıxması  müna-



26 

 

sibətilə   stanbulda  olan  diplomatik  nümayəndələr  üçün  təntənəli  rəsmi qəbul   



mərasimi düzəltmişdi.  Gözləmə zalında bir çox  xarici  nümayəndəliklər olmasına  

baxmayaraq,  Sultanın  şəxsi  təşəbbüsü   ilə  Azərbaycan  nümayəndələri  birinci 

qəbul    edildilər.    Onları    Ənvər    Paşa    qarşılayıb    Sultana    təqdim    etdi.    Azər-

baycan  Xalq Cümhuriyyəti  adından  VI  Mehmeti  təbrik  edən  M.Ə.Rəsulzadə  

yüzillik  əsarətdən  xilas olmuş Azərbaycan  xalqının  öz  istiqlaliyyətini  və hür-

riyyətini  qoruyub  saxlamaq  yolunda  qardaş    Türkiyəyə    arxalandığını    bildirdi.  

Sultan    cavabında    qeyd    etdi:    "Sevimli  Azərbaycanımızın    nümayəndələri  tərə-

findən  təbrik  edildiyimi  həyatımda  xoşbəxt  bir  hadisə  qəbul  edirəm.    Əsarətdən  

xilas  olmuş  türk  və  müsəlman  hökumətinin  istiqlaliyyət  və  hürriyyətini təmin 

etmək  mənim  hökumətimin  ən  müqəddəs    vəzifəsini  təşkil  edir.  Azərbaycanın 

həyat və  qüvvət  kəsb  edərək,  bizimlə  birlikdə  ümumi  düşmənlərimizə  qalib  

gələcəyinə ümid edirəm". Bu  qəbul  barədə  Azərbaycan  hökumətinə  məlumat  

verən  M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə ya-

xınlaşaraq  "bu  dəqiqələr  ömrümün  ən  xoşbəxt  dəqiqələri  dir"  dediyini  eşitdik  və 

bundan köksümüz iftixarla doldu". 1918-ci  il sentyabrın əvvəllərində Azərbaycan 

nümayəndələri  Sədr-Əzəm Tələt Paşa tərəfindən qəbul edildi və danışıqlar zamanı  

Tələt Paşanın Berlinə səfəri ərəfəsində  Almaniyanın  Bakı  məsələsində  tutduğu  

mövqe,  Bakının  tezliklə  azad edilməsinin zəruriliyi müzakirə olundu. Az sonra 

Berlinə  gedən  Tələt Paşa təcili şəkildə    27  avqust   sazişinin ləğv edilməsini    Al-

maniyadan  tələb  etdi.  Bu  addım  Bakının  azad edilməsində  mühüm əhəmiyyətə  

malik  oldu.  Sentyabrın  ortaları  Azərbaycan -Türkiyə  hərbi  qüvvələri Bakıya 

girdi. Bakının  azad  edilməsi  istiqlalı  elan  olunmasından  sonra  Azərbaycanın 

taleyində  ikinci  böyük  tarixi  hadisə  idi.  Bu  qələbənin  diplomatik  cəhətdən  tə-

min  edilməsi  Azərbaycan  diplomatiyasının  ilk  uğurlarından  idi.  Bakının  azad 

edilməsi   ilə  Azərbaycan    Xalq    Cümhuriyyəti   öz   hakimiyyətini   gənc   respub-

likanın    ərazisində  bərqərar  etdi.  Bakının    azad    edilməsi    barəsində    məlumatı  

Ə

nvər  Paşa   stanbulda  olan Azərbaycan  nümayəndələrinə  çatdırdı.   stanbuldan  



baş  nazir  F.X.Xoyskiyə  və xarici  işlər  naziri  M.H.Hacınskiyə  yazdığı  mək-

tubda    M.Ə.Rəsulzadə    göstərirdi    ki,  Bakının  alınması  burada  əhvali-  ruhiyyəni 




27 

 

qaldırmışdır.  Bakı azad edildikdən sonra Almaniyanın  hərbi  və  ticarət  nüma-



yəndəsi  baron  fon  der  Qolts,  Avstriya Macarıstan  diplomatik  nümayəndələri,  

Osmanlı    Sultanlığının    Qafqaz    Ordusunun  hərbi  qərargahı  Bakıya  gəldi.  Azər-

baycan-Türkiyə  münasibətlərinin  inkişafında  Ə.M.Topçubaşovun  stanbul  mis-

siyasının  böyük  əhəmiyyəti  oldu.  O,  1918-ci  il  sentyabrın  28 -də  stanbula  

gəldi və Azərbaycan hökumətinin  fövqəladə səlahiyyətli naziri  kimi  işə başladı. 

Berlin  danışıqlarından  sonra  oktyabrın  2-də  Ə.M.Topçubaşovu  qəbul  edən  Tələt  

Paşa    məlumat    verərkən    bildirmişdi    ki,    Azərbaycanın    mənafeyi    naminə  nə 

mümkündürsə,  hamısını  etmişdir.    Danışıqlar    zamanı  Tələt  Paşa  Berlindəki  rus 

səfiri A.A. offenin Azərbaycana münasibətdə qərəzli mövqeyini də açıqladı.1918-

ci  ilin  oktyabrında  Ə.M.Topçubaşov   stanbulda  Türkiyənin  rəsmi dövlət  nü-

mayəndələri  ilə  bir  sıra  görüşlər  keçirdi.  Lakin  Türkiyə  məğlubiyyət ərəfə-

sində  böhran  içərisində  olduğu  üçün Azərbaycanla Osmanlı  dövləti arasında sa-

bit  münasibətləri  bərqərar  etmək  mümkün  olmadı.  Oktyabr  ayının    30-da  təkcə 

Türkiyə üçün deyil, Azərbaycan Xalq Cümhuriyyəti üçün də son dərəcə ağır olan 

Mudros  barışığı  imzalandı.  Barışığın    11-  ci  maddəsinə  görə,  Türkiyə  ordusu 

tezliklə  Azərbaycanı  tərk  etməli,  on  beşinci  maddəyə  görə,  Türkiyə  Zaqafqaziya 

Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını 

tutmasına  heç  bir  etiraz  etməməli  idi.  Noyabrın  4-  də  Ə.M.Topçubaşov  Azər-

baycan  hökuməti  adından  Mudros  barışığının  Azərbaycana    aid    maddələrinə  

etirazını   bildirdi.  Lakin  bu  etirazın  elə  bir əhəmiyyəti olmadı. Mudros  barışı-

ğ

ının  Azərbaycana  aid  maddələrinə  görə,  Osmanlı  dövlətindən narazı  qalma-



sına  baxmayaraq,  onun  dünya  müharibəsində   məğlub  dövlətlərdən  biri olma-

sından  ehtiyat etməyərək, noyabrın  10-da  Azərbaycan  hökuməti  Respublikanı  

tərk edən  Türkiyə  ordusunun şərəfinə  ziyafət verdi.  Türkiyə qoşunları həmin gün  

Bakıdan,  az sonra isə bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Xalq 

Cümhuriyyətinin  xarici siyasətində Türkiyə oriyentasiyası dövrü  başa çatdı. 

              15. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətləri. 

Cənubi    Qafqazın   üç    yeni    respublikası    -    Azərbaycan,    Gürcüstan   və    Ermə-

nistan  arasında  sülh  və  sabitliyin  yaradılması  çox  çətin  oldu.  Müstəqilliyin  ilk 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə